Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4101/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsindən və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı yaşayş evindən istifadə hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ə.Məmmədov) ilkin iddianın təmin edilməsi, Cavabdeh2 ilkin iddianı qəbul etməsinin təsdiq edilməsi, İddiaçı məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılması, Cavabdeh1 və Salmanov Cavabdeh2 Familə Sədi qızına məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X2 məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-031F Kod 30304018 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə və üzərində tikdiyi fərdi yaşayış evinə gəlini Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 1986-cı il tarixdə X3 ilə ailə qurmuş, birgə nikahdan X4, Cavabdeh2, X5 adlı uşaqları doğulmuşdur. O, X3 ilə ailə qurduqdan sonra Quba rayonu, Cek kəndində yaşamışdır. 05.03.1990-cı il tarixdə ünvan 1i ünvanında mərhum ərinin adına həyətyanı torpaq sahəsi vermişlər. O da əri ilə həmin torpaq sahəsində ev tikmişdir. Əri 03.10.2020-ci il tarixdə vəfat etmişdir. Oğlu Cavabdeh2 Südabə ilə ailə qurmuş, bir müddət sonra evdə mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə gəlini onu döyərək evdən qovmuşdur. O, hazırda öz zəhməti ilə tikdiyi evindən qovulduğu üçün bir aydır ki yaşayış evinə girə bilmir. Qeyd edilənlərə əsasən, ona məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-031F Kod 30304018 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə və üzərində tikdiyi fərdi yaşayış evinə gəlini Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(027)-1827/2021 saylı qətnaməsini, ilkin iddianın ona münasibətdə təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edərək, ilkin iddianın ona münasibətdə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il qətnamənin surəti Cavabdeh1 tərəfindən rəsmi qaydada 15 noyabr 2021-ci il tarixdə almışdır. İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti 03 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bundan əlavə olaraq iddiaçı Cavabdeh1 məhkəməyə dövlət rüsumu ödədikdə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına deyil, məhkəmələr hesabına ödənilmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50% miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X11 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4101/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4101/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver