Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-413/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X2 iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, onun və iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh V.G.Qəribovun əvəzinə Cavabdeh qeyd edilməklə onun və iki azyaşlı övladları ilə birlikdə Quba rayonu, Qırmızı Sloboda qəsəbə, G.Əsədov küçəsi, ev 74-ə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2007-ci il tarixdə ünvan 1 ünvanının sakini olan Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları xx.xx.2008-ci təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. 2007-ci ildə nikaha daxil olduqdan sonra gəlin kimi ünvan 2 köçmüşdür. 2019-cu ilə kimi həmin ünvanda keçmiş həyat yoldaşı Cavabdeh ilə yaşamışdır. Övladları Qırmızı sloboda qəsəbəsi 1 nömrəli məktəbdə təhsil alırlar. 2019-cu ildə ailə münaqişəsi olduğu üçün rəsmən boşanmışdır. Gəlin köçdüyü gündən özü ilə apardığı cehizləri həmin ünvandadır. Lakin hazırda 2019-cu ilin avqust ayından atasına məxsus Quba rayonu Vladimirovka kəndində övladları ilə birlikdə yaşayır. Bir neçə dəfə övladları ilə birlikdə gəlin köçdüyü evə köçmək istəsə də yoldaşı və qaynanası onun köçməsini istəmədilər. Hazırda atası evi darısqaldır. Göstərilənləri nəzərə alaraq, onun və iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozularaq tətbiq olunmalı hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, heç bir çağırış və ya bildiriş almamışdır. Mübahisəli mənzil atası X2 məxsusdur. Atası xx xxxxxxxx 2020-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra atasına məxsus olan ev üçün Quba rayonu 1 saylı DNK-a xx xxxxxx 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən anası Şəfiqə Qəribova, bacısı Kifayət Qəribova və o, qanuni vərəsələr hesab olmuşlar. Anası xx xxxx 2012-ci il tarixdə ölmüşdür, bacısı Kifayət türk vətəndaşı ilə evləndiyi üçün Türkyədə yaşayır. İddiaçı özü onunla yaşamaq istəmədiyi üçün edən çıxıb getmiş və ondan boşanmışdır. İddiaçı tərəfindən onun atası söyülmüşdür və o, buna görə sillə vurmuşdur. Məhkəmənin qətnaməsində yazılır ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmış və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmamışdır, iddiaçının cehiz əşyaları həmin evdədir. Məhkəmənin gəldiyi bu nəticə qanuna ziddir. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının mübahisəli evə gəlin köçməsinə və cavabdehin ailə üzvü olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 5 saylı X5 arxiv sənədlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2008-ci təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 rayonu, Qırmızı Sloboda qəsəbəsi, G.Əsədov küçəsi, ev 74-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmış və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmamışdır və iddiaçının cehiz əşyaları hazırda həmin evdədir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası Cavabdeh mübahisəli evin ona vərəsəlik yolu keçməsi barədə gətirdiyi dəlilə qiymət verərək bildirir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mübahisəli ev hazırda heç bir şəxsin mülkiyyətində deyildir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Güləhməd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(027)-1277/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-413/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-413/2021
25.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver