Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-42/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, cavabdehlər Məmmədov Telman Şirxan oğlunun, X15 və X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-5916/2018 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-5916/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı cavabdehlər X19, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədov Telman Şirxan oğluna və X4 qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma, vurulan maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, X6, Cavabdeh2, X24, Cavabdeh4 və Məmmədov Telman Şirxan oğlu tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ona məxsus torpaq sahəsini zəbt edərək oraya qoyduqları oturacağın və yelləncəyin götürülməsi, cavabdehlərin şəxsi mülkiyyətində olan torpaq sahəsində aparacağı tikinti işlərinə mane olmaması, cavabdehlərin onun şərəf və ləyaqətini alçatdıqlarına görə ondan bütün qonşuların yanında üzr istəmələri və ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 2000 manat miqdarında pul vəsaitinin cavabdehlərin hər birindən ayrı-ayrılıqda tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vermiş olduğu Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0156 ha torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsinini zəbt edərək orada oturacaq və yelləncəklər qoymuşlar. Cavabdehlər sözügedən torpaq sahəsində xeyir-şər evi tikmiş və həmin xeyir-şər evini öz şəxsi maraqlarına uyğun şəkildə istifadə edirlər və digər qonşuları həmin xeyir-şər evindən istifadə etməyə imkan vermirlər. Bundan əlavə, cavabdehlər məhəllədə qanunsuz olaraq torpaq sahələri zəbt edərək orada qaraj, evlər və xeyir-şər evi tikdirmişlər. O, torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən cavabdehlər tərəfindən təhqir olunaraq oradan qovulmuşdur. Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Cavabdehlərin əməlləri ucbatından öz şəxsi mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin özbaşına zəbt etdikləri, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, ona vurduqları maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 10000 manatın alınıb ona verilməsi, ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, yəni cavabdehlər tərəfindən zəbt edilməsi iddia edilən torpaq sahəsinə dair hər hansı hüquqlarının mövcud olmasını sübut edə bilməməsinə istinad etmişdir. Cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsi ona məxsusdur və bu işin mübahisəsiz halıdır. Torpaq sahəsinin ona məxsus olması Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla təsdiq olunur. Torpaq sahəsinin ona məxsus olmasına dair çıxarışın surəti iş materiallarına əlavə edilmiş və məhkəmə də qətnaməsində həmin sənədin mövcudluğunu qeyd etmişdir. Torpaq sahəsinin zəbt olunması isə cavabdehlərin özlərinin məhkəmədə verdikləri izahatları ilə etiraf olunur və bu izahatlar qətnamədə öz əksini tapmışdır. Belə ki, cavabdehlərdən biri olan Bağı Bağıyev izahatında Abşeron İHB-in sərəncamına əsasən həmin ərazidə uşaqlar üçün oturacaqlar qoyulduğunu, həmin ərazidə yeriəşən üç binada 125 uşaq yaşadığını və bu ərazinin uşaqların istirahət sahəsi olduğunu göstərmişdir. Göründüyü kimi, torpaq sahəsinin onun mülkiyyətində olmasını məhkəməyə təqdim etdiyi sənədlərlə sübut etmiş, cavabdehlər isə həmin torpaq sahəsində icra hakimiyyəti tərəfindən park salınması ilə bağlı sərəncamının olmasını qeyd edib oranın uşaqlar üçün oyun meydanı olmasını bildirirlər. Belə olan halda, iddia öz əsaslılığını təsdiq edir. Məhkəmənin iddianı rədd etmək üçün gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmənin qəbul etdiyi qətnamə nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Məmmədov Telman Şirxan oğlu, X24 və X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsi İddiaçı adına xx xxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 989 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarının surətindən görünür ki, X9 iddiası təmin edilmiş, X9 uzun müddət istifadəsində olan, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli, 054 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.metr torpaq sahəsinin X1 öhdəliyi Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmuşdur. İşdən görünür ki, X14 və qeyriləri ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarının ləğv edilib işə onların iştirakı ilə baxılmasını xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)- 1033/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, X14 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Həmçinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X9 vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.metr torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 189/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X9 və üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-1553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2099/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçının kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-189/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 08 saylı qərarından çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 156 kv.metr torpaq sahəsinin X11 fərdi yaşayış evi tikintisi məqsədi ilə satılması qərara alınmış, həmin qərar əsasında torpaqların alqı-satqısına dair akt tərtib edilərək xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 68/15 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsi X9 adına xx xxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 989 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunda x xxxxxxx 2018-ci il tarixdə təsdiq edilərək 4Ə-2789 sayla reyestdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 adından etibarnamə əsasında çıxış edən X3 rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0156 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Rafiq Qəmbərova ünvanlanmış xx xxxx 2012-ci il tarixli məktubun surətindən görünür ki, yaşadığı binanın qarşısında T.Qasımova verilmiş tikintiyə icazə sənədlərinin icrası dayandırılmışdır və həmin ərazidə sakinlərin xahişi nəzərə alınaraq istirahət guşəsi yaradılacaqdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən X16 və digərlərinə ünvanlanmış 19 dekabr 2018-ci il tarixli, 2582 saylı məktubun surətindən görünür ki, X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən Xırdalan şəhəri, 30-cu məhəllə, 11 saylı yaşayış binasının yaxınlığında yerləşən 0,0156 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları tanınmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyətçi tərəfindən qeyri-yaşayış obyektinin tikintisinə cəhd edilsə də, rayon İcra Hakimiyyətinin əməkdaşlarının müdaxiləsi nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınmış, və çoxsaylı müraciətləri əsasında binanın mühafizə zonasında olan sözügedən ərazidə bina sakinləri üçün istirahət guşəsi yaradılmışdır. İddiaçı isə həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasının qüvvədə olan tikinti norma və qaydalarına zidd olduğu bildirilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 5754 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı cavabdehlər tərəfindən göstərilən mübahisəli torpaq sahəsinin 0,0298 ha olduğu və Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədlərinin həmin mübahisəli ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları yerində (naturada) təyin olunaraq mütəxəssis arayışına əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən iddiaçının mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, yəni cavabdehlər tərəfindən zəbt edilməsi iddia edilən torpaq sahəsinə dair hər hansı hüquqlarının mövcud olmasını sübut edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası X23 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsi İddiaçı adına xx xxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 989 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın 5754 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədlərinin həmin mübahisəli ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşdən görünür ki, İddiaçı iddia tələblərini cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi, oraya oturacaq və yelləncək qoymaları, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmasına mane olmaları və onu təhqir etmələri ilə əsaslandırmışdır. İş üzrə araşdırılmış sübutlarla cavabdehlərin İddiaçı məxsus torpaq sahəsini zəbt etmələri, həmin torpaq sahəsində oturacaq və yelləncək qoymaları, torpaq sahəsində tikinti işləri aparmasına mane olmaları öz təsdiqini tapmamışdır. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Rafiq Qəmbərova ünvanlanmış xx xxxx 2012-ci il tarixli məktubdan görünür ki, yaşadığı binanın qarşısında T.Qasımova verilmiş tikintiyə icazə sənədlərinin icrası dayandırılmışdır və həmin ərazidə sakinlərin xahişi nəzərə alınaraq istirahət guşəsi yaradılacaqdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən X16 və digərlərinə ünvanlanmış xx xxxxxx 2018ci il tarixli, 2582 saylı məktubundan da görünür ki, mübahisəli ərazidə bina sakinləri üçün istirahət guşəsi yaradılmışdır. Göründüyü kimi, tikintiyə icazə sənədlərinin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırılmış və mübahisəli ərazidə bina sakinləri üçün istirahət guşəsi yaradılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0156 ha torpaq sahəsini Abşeron rayonu 1 saylı notariat kontorunda x xxxxxxx 2018-ci il tarixdə təsdiq edilərək 4Ə-2789 sayla reyestdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 almışdır. X11 həmin torpaq sahəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarının icrası ilə bağlı Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 08 saylı qərarı ilə satılmışdır. Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X9 vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.metr torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-189/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı X9 və üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2099/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-189/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli, 08 saylı qərarı artıq öz qüvvəsini itirmişdir. Həmçinin qeyd edilən inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları binanın mühafizə zonasında olan mübahisəli torpaq sahəsi, onun ətrafında yerləşən binaların sakinləri üçün nəzərdə tutulmuş istirahət guşəsi olmaqla bina sakinlərinin ümumi istifadəsindədir. Cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulması da məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-5916/2018 saylı ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X19, Cavabdeh2, Cavabdeh3, X10, Məmmədov Telman Şirxan oğluna və X5 qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma, vurulan maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı İddiaçı tutularaq X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-42/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-42/2021
08.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver