Məhkəmə qərarları › İş №2(105)-42/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-42/2023

14.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-42/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar söz: mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi, eyni zamanda Cavabdeh1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsində tikilmiş beton və daş bünövrənin və mişar daşlarının cavabdehlərin hesabına ona məxsus torpaq sahəsindən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,26 ha kənd tsərrüfatı təyinatlı torpaq sahəsi ona, atası X7 və anası Ağabalayeva Teyfur qızına məxsusdur. Artıq neçə ildir ki, torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirə bilmir, torpaq sahəsinə gələ bilmir, torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlər Əlibabayev və digərləri ona məxsus torpaq sahəsində beton və daşdan bünövrə tikmiş, kübik tökmüş, orada tikinti işləri aparmışlar. Müxtəlif instansiyalara etdiyi şikayətlər nəticəsində bünövrənin üzərində olan yarımçıq tikilinin traktorla dağıtdırsa da, kubik daşları həmin ərazidə qalmış və bünövrəsi isə hələ də yerində qalmışdır. Dəfələrlə torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi üçün mütəxəssislər gəlmiş, ərazinin sərhədlərini göstərərkən cavabdehlər Kamil Əlbabayev və ailə üzvləri onu ora qoymamış, ərazidə münaqişə yaranmışdır. Quba rayon Polis Şöbəsində də olublar. Hələ bu azmış kimi cavabdehlər onu məhkəməyə vermiş, ona qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri alınması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-96/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlərin ona qarşı olan tələbi təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı cavabdehlərə məxsus sahəsinin kordinantları ilə natura arasında cənub-şərq istiqamətinə doğru 50 metr fərq və ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin koordinantları ilə natura arasında cənub-şərq istiqamətinə 10.53 metr fərq olduğu göstərilmişdir. Ekspert rəyindən də göründüyü kimi, ona və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə cavbdehlərə məxsus torpaq sahəsi arasında məsafə vardır. Lakin buna baxmayaraq o həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlər kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə betondan və daşdan bünövrə tikərək, mişar daşı tökərək torpaq sahəsini yararsız hala salmışlar. Həmin torpaq sahəsinə faktiki olaraq daxil ola və istifadə edə bilmir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneələrin aradan qaldırılması, torpaq sahəsində tikilmiş beton və daş bünövrə, mişar daşlarının cavabdehlərin hesabına torpaq sahəsindən kənarlaşdırılması qət edilmişdir (hakim İlqar Məmmədov).

5. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişlər.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qərəzli mövqe göstərərək mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmamış bununla da iş üzrə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Quba rayon Aqrar islahat komissiyasının qərarı ilə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2razisindən 0,44 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,22 ha hissəsini 2014-ci ilin ortalarında Quba rayon Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X1. Digər hissəyə dair isə ƏMDK yanında DƏDRX-dan Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilir. Bununla əlaqədar DƏDRX-yə müraciət etmişlər. Müraciət əsasında mütəxəssislər həmin mübahisəli yerə gələrək sözügedən torpaq sahəsinin David Məmmədova satdıqları yer olduğunu bildirmişdilər. David Məmmədovla onların torpaq sahəsi qonşuluqda yerləşir. İddiaçı torpaq sahəsi isə ümumiyyətlə həmin ərazidə yerləşmir. İddiaçı onlara məxsus torpaq sahəsindən çıxması bildirilsə də, o torpaq sahəsindən çıxmamış, edilən səylər isə heç bir nəticə verməmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və və ünvan Reyestr Xitmətinin Məhkəmə Ekpertiza Mərkəzinə ünvanladığı məktuba əsasən mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1azisində yerləşən İddiaçı məxsus RX seriyalı 1220130, çıxarışa əsasən 0.26 ha torpaq sahəsi, ünvan 1azisində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 verilmiş RX seriyalı 0466775, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən 0.26 ha torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi həmin ərazinin onlara məxsus olması və İddiaçı orada əsassız şəkildə məskunlaşması faktı mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Sözügedən mütəxəssis rəyi məhkəməyə təqdim olunsa da məhkəmə mühüm əhəmiyyətə malik olan sübutları obyektiv araşdırmamış və məsələyə düzgün qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi, eyni zamanda Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, işə baxan məhkəmə qərəzli mövqe göstərərək mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmamış bununla da iş üzrə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Quba rayon Aqrar islahat komissiyasının qərarı ilə iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və ona ünvan 2razisindən 0,44 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,22 ha hissəsini 2014-ci ilin ortalarında Quba rayon Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında X1. Digər hissəyə dair isə ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilir. Bununla əlaqədar DƏDRX-nə müraciət etmişdir. Müraciəti əsasında mütəxəssislər həmin mübahisəli yerə gələrək sözügedən torpaq sahəsinin David Məmmədova satdığı yer olduğunu bildirmişdilər. David Məmmədovla onların torpaq sahəsi qonşuluqda yerləşir. İddiaçı torpaq sahəsi isə ümumiyyətlə həmin ərazidə yerləşmir. İddiaçı ona məxsus torpaq sahəsindən çıxması bildirilsə də o, torpaq sahəsindən çıxmamış, edilən səylər isə heç bir nəticə verməmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və və ünvan Reyestr Xitmətinin Məhkəmə Ekpertiza Mərkəzinə ünvanladığı məktuba əsasən mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 2razisində yerləşən İddiaçı məxsus RX seriyalı 1220130, çıxarışa əsasən 0.26 ha torpaq sahəsi, ünvan 2razisində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 RX seriyalı 0466775, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən 0.26 ha torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi həmin ərazinin onlara məxsus olması və İddiaçı orada əsassız şəkildə məskunlaşması faktı mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Sözügedən mütəxəssis rəyi məhkəməyə təqdim olunsa da məhkəmə mühüm əhəmiyyətə malik olan sübutları obyektiv araşdırmamış və məsələyə düzgün qiymət verməmişdir. Eyni zamanda bildirir ki, onun torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin qonşuluğu yoxdur, onun qonşusu Müslümova Vahidə adlı şəxsdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iclasında iştirak edərkən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

19. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-96/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri alınması tələbinə dair iddiaları təmin edilməmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin çıxarışından müəyyən edilir ki, reyestr nömrəsi **********27 RX seriyalı 1220130, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və 184 nömrəli reyest kitabında 27 nömrəli vərəqində qeyd edilmişdir.

21. İş materiallarında olan AZ-İ 621986 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 xx.xx.2013-cü il tarixində vəfat etmiş,xx.xx.2013-cü il tarixində 30 nömrə ilə qeyd edilmişdir.

22. İş materiallarında olan AZ-İ 609481 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx.xx.2013-cü il tarixində vəfat etmiş,xx.xx.2013-cü il tarixində 11 nömrə ilə qeyd edilmişdir.

23. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-254, kod 30319018 saylı Dövlət Aktına görə X8 və ailə üzvlərinə kənd təsərrüfatı təyinatı məqsədilə 0.65 ha torpaq sahəsi verilmişdir.

24. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-239, kod 30319018 saylı Dövlət Aktına görə Cavabdeh1 və ailə üzvlərinə kənd təsərrüfatı təyinatı məqsədilə 1.10 ha torpaq sahəsi verilmişdir.

25. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin çıxarışından müəyyən edilir ki, reyestr nömrəsi **********92 RX seriyalı ******* çıxarışa əsasən 0.22 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 xüsusi mülkiyyətindədir və 89 nömrəli reyest kitabında 63 nömrəli vərəqində qeyd edilmişdir.

26. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1248/2020 nömrəli qəradadının surətindən görünür ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneəlin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə məhkəmə-mühəndislik, torpaqşünaslığ ekspertizası təyin olunub.

27. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və və ünvan Reyestr Xitmətinin Məhkəmə Ekpertiza Mərkəzinə ünvanladığı məktuba əsasən mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1azisində yerləşən İddiaçı məxsus RX seriyalı 1220130, çıxarışa əsasən 0.26 ha torpaq sahəsi, ünvan 1azisində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 RX seriyalı 0466775, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən 0.26 ha torpaq sahəsi üst-üstə düşmür.

28. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddianı təmin etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini, cavabdehlər tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaradılması qənaətinə gəlməkdə haqlı olmamışdır.

27. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilibedilməməsi, edilmişdirsə hansı hissəsində zəbt etməsinin araşdırılması üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır.

26. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10-6349 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.26 ha torpaq sahəsinin (naturada) faktiki koordinatları müəyyən edilmişdir. Elektron məlumat bazasında olan xəritə materiallarına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi X3 və ailə üzvlərinə məxsus JN-239 kod 30319018 saylı Dövlət Aktının 239N nömrəli planşetindən bölünən və **********92 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.

27. X3 və ailə üzvlərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-239 kod 30319018 saylı Dövlət Aktının mübahisə predmeti olan 239N nömrəli planşetindən bölünən 0.22 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir.

28. RX seriyalı ******* saylı çıxarışa əsasən X3, X4, X11, X16 və X9 xüsusi mülkiyyətində olan 0.22 ha torpaq sahəsinin (hazırda ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətinə keçən 0.22 ha torpaq sahəsinin) naturada koordinatları müəyyən edilmişdir

29. Mübahisə predmeti olan torpaq sahələri elektron məlumat bazasında olan xəritə materialları üzərində və Torpaqların elektron kadastr uçotu informasiya sistemində sərhəd qonşusu deyildir.

30. RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.26 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə materiallarına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən (TEKUİS) cavabdehlər tərəfindən istifadə edilmir. 31 Bununla da cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi, torpaqdan istifadəyə cavabdehlər tərəfindən hər hansı maneənin yarandılması ekspert rəyi ilə təkzib edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərin tərəfindən ona hnası maneənin yaradılmasını əsaslandıra bilməmişdir. Bundan başqa iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsində beton və daş binanın inşa edilməsini, cavabdehlərə məxsus müşar daşlarının ona məxsus torpaq sahəsində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə edilmədiyindən iddia tələbi təmin edilə bilməz.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il il tarixli, 2(027)-129/2021 saylı qətnaməsi ləğv edilməli. İş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar