Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-430/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili X3, Cavabdeh2, cavabdeh Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-158/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-158/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ondan torpağın alqı-satqısı üçün aldıqları 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan torpağın alqı-satqısı üçün aldıqları 103 baş xırda buynuzlu heyvana görə 15450 manat, əlavə olaraq verdiyi 6000 manat və əldən çıxmış faydaya görə 50000 manat məbləğində pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 2008-ci ilin may ayında onunla qonşu yataqda qoyun saxlayan Cavabdeh2 özünə məxsus qışlaq ərazisini satdığını eşitmiş və bunu dəqiqləşdirmək üçün Cavabdeh2 yatağına getmişdir. Cavabdeh2 qış otlaq sahəsini ona qayınanası Cavabdeh1 bağışladığını, nə vaxt istəsə torpaq sahəsini sata biləcəyini, pul lazım olduğu üçün qış otlaq sahəsini 10000 ABŞ dollarına satdığını demişdir. Cavabdeh2 qış otlaq sahəsinə görə 500 manat beh kimi verməyi və 2009cu ilin may ayında qalan pulu bütöv ödəyəcəyini bildirmiş və Cavabdeh2 buna razı olmuşdu. Cavabdeh2 ondan 80 manatdan 10 baş quzunu beh əvəzinə istəmiş, o da buna razı olmuşdu. Həmin günün səhəri Cavabdeh2 oğlu ilə birlikdə gəlib 10 baş quzunu aparmışdır. 2009-cu ilin mart ayında, Novruz bayramı ərəfəsində Cavabdeh2 ona zəng edərək 1000 manat pul lazım olduğunu bildirdiyinə görə 12 baş quzunu satıb verəcəyini bildirmişdir. Martın 24-də Cavabdeh2 bacısı oğlu Qismətlə gəlib 1000 manat pul aparmışdılar. Zeynala heyvanlarının arıq olduğunu, kökəldib satacağını, ona görə də hələ ondan pul istəməməsini demişdir. 15 gündən sonra Cavabdeh2 zəng edərək heyvanları pul əvəzinə ona verməsini demiş, o da razılaşmışdır. 2009-cu ilin may ayında Cavabdeh2 oğlu və qardaşı ilə gəlib 81 baş seçmə qoyun aparmışlar. Həmin vaxt Cavabdeh2 torpağın alqı-satqısını nə vaxt edəcəklərini soruşanda isə Cavabdeh2 ondan bir ay vaxt istəmişdir. 2009-cu ilin oktyabr ayına kimi vaxt uzanmış, Cavabdeh2 vaxtı niyə uzatdığını soruşanda isə torpaq şöbəsində sənədləşmə olmadığını demişdir. Bu minvalla vaxt 2014-cü ilin sentyabr ayına kimi uzanmışdır. Bundan sonra Cavabdeh2 ona zəng edərək Xırdalanda görüşmək istədiyini bildirmişdir. Torpaq şöbəsində Cavabdeh2 torpaqdan imtina etdiyini deyəndə, orada Cavabdeh2 torpağın illik pulunu ödəmədiyini, əvvəlcə torpaq pulunu ödəməsini, sonra işi danışıb yoluna qoyacaqları bildirilmişdir. Cavabdeh2 torpağın sənədlərini ona verib getmişdir. Həmin ilin oktyabr ayında Cavabdeh2 yatağına yaxın bir yerə qoyunu aparmış, bundan üç gün sonra Cavabdeh2 qardaşı onu oradan qaytarıb torpağın onun olduğunu bildirmişdir. 2017-ci ildə Cavabdeh2 zəng edib pulunu qaytarmasını xahiş etmişdir. Cavabdeh2 ona qaytaracağı quzusunun olmadığını və ona pul tapmağını, özünün isə adam tapıb torpağı onun adına sənədləşdirəcəyini demiş, o da Cavabdeh2lə razılaşmışdır. O, 2018-ci ilin axırına qədər bir dəfə Cavabdeh2 100 manat, ikinci dəfə 400 manat, daha sonra isə 5000 manat pul, əlavə olaraq da bir quzu kəsib vermişdir. Cavabdeh2 ona təzə sənədlər vermiş, o da həmin sənədlərə əsasən xx xxx 2019-cu il tarixdə torpaq haqqını Şamaxı rayonunda yerləşən “Kapital” banka ödəmişdir. 2019-cu ilin sentyabr ayında Cavabdeh2 qaynı ona zəng edərək torpaqdan əl çəkməsini, torpağın onların olduğunu bildirmişdir. Həmin adama Cavabdeh2 torpağa görə ondan 102 baş quzu və 6000 manat pul aldığını bildirdikdə, həmin adam bunu Zeynalla özün bilərsən demişdir. Dəfələrlə Cavabdeh2 və qohumlarına ona dəymiş ziyanı ödənilməsi üçün müraciət etməyinə baxmayaraq ona verəcəkləri pulları olmadıqlarını bildirmişdilər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual huquq normalarının pozulması ilə çıxarılmışdır. O, çobançılıqla məşğuldur, qoyun saxlayır. Qış aylarında o, heyvanlarını Abşeron rayonu ərizəsindəki qışlaqlarda saxlayır. 2008-ci ilin may ayında qonşu yataqda qoyun saxlayan Cavabdeh2 özünə məxsus qışlaq ərazisini satdığını eşitmişdir. O, Cavabdeh2 yatağına gedib ərazisini satması ilə maraqlanmışdır. Cavabdeh2 qış otlaq sahəsini ona qayınanası Cavabdeh1 bağışladığını, nə vaxt istəsə torpaq sahəsini sata biləcəyini, pul lazım olduğu üçün qış otlaq sahəsini 10000 ABŞ dollarına satdığını demişdir. Cavabdeh2 qış otlaq sahəsinə görə 500 manat beh kimi verməyi və 2009cu ilin may ayında qalan pulu bütöv ödəyəcəyini bildirmiş və Cavabdeh2 buna razı olmuşdu. Cavabdeh2 ondan 80 manatdan 10 ədəd quzunu beh əvəzinə istəmiş, o da buna razı olmuşdu. Həmin günün səhəri Cavabdeh2 oğlu ilə birlikdə gəlib 10 baş quzunu aparmışdır. 2009-cu ilin mart ayında, Novruz bayramı ərəfəsində Cavabdeh2 ona zəng edərək 1000 manat pul lazım olduğunu bildirdiyinə görə 12 baş quzunu satıb verəcəyini bildirmişdir. Martın 24-də Cavabdeh2 bacısı oğlu Qismətlə gəlib 1000 manat pul aparmışdılar. Zeynala heyvanlarının arıq olduğunu, kökəldib satacağını, ona görə də hələ ondan pul istəməməsini demişdir. 15 gündən sonra Cavabdeh2 zəng edərək heyvanları pul əvəzinə ona verməsini demiş, o da razılaşmışdır. 2009-cu ilin may ayında Cavabdeh2 oğlu və qardaşı oğlu ilə gəlib 81 baş seçmə qoyun aparmışlar. Həmin vaxt Cavabdeh2 torpağın alqı-satqısını nə vaxt edəcəklərini soruşanda isə Cavabdeh2 ondan bir ay vaxt istəmişdir. 2009-cu ilin oktyabr ayına kimi vaxt uzanmış, Cavabdeh2 vaxtı niyə uzatdığını soruşanda isə torpaq şöbəsində sənədləşmə olmadığını demişdir. Bu minvalla vaxt 2014-cü ilin sentyabr ayına kimi uzanmışdır. Bundan sonra Cavabdeh2 zəng edərək Xırdalanda görüşmək istədiyini bildirmişdir. Onlar Xırdalanda görüşüb torpaq şöbəsinə getmişdilər. Torpaq şöbəsində Cavabdeh2 torpaqdan imtina etdiyini deyəndə, orada Cavabdeh2 illik torpaq vergisini ödəmədiyini, əvvəlcə vergini ödəməsini, sonra işi danışıb yoluna qoyacaqları bildirilmişdir. Cavabdeh2 illik torpaq pulunu niyə ödəmədiyini soruşanda, torpağı onun adına keçirəndə həmin pulların silinəcəyini demişdir. Cavabdeh2 torpağın sənədlərini ona verib getmişdir. 2014-cü ilin oktyabr ayında qoyunlarını Cavabdeh2 aldığı yerə yaxın bir yatağa aparmışdır. Bundan 3 gün sonra oğlu aldıqları torpaq sahəsində qoyun otararkən Cavabdeh2 qardaşı Ərəstun oğlunu oradan qaytarmış və xəritə göstərərək bu yerin özünün olduğunu demişdir. Halbuki həmin yeri Cavabdeh2 ona satmışdı. O, başa düşmüşdür ki, Cavabdeh2 və qardaşı Ərəstun onu torpaq şöbəsindən elə bu torpağa görə uzağlaşdırırlarmış. Ərəstun həmin torpağı adına keçirəndən sonra Cavabdeh2 onu yola verməsini demişdir. 2015-ci ilin fevral ayında yenə torpaq barədə Cavabdeh2lə danışmış, Cavabdeh2 onu yenə yola vermək istəmişdir. Bu söhbətdən sonra o, əsəbləşmiş və fevral ayının 11-də infakt keçirərək xəstəxanaya düşmüşdür. Xəstəliyi ilə əlaqədar bir müddət torpaq söhbətindən uzaqlaşmışdır. Nəhayət, 2017-ci ilin axırlarında Cavabdeh2 qayınanası Tənzilə İbrəhimovanın yanına gedib kürəkəninin onun başına gətirdiklərini açıqlamışdır. Tənzilə İbrəhimova torpağı Cavabdeh2 müvəqqəti istifadə üçün verdiyini, satmaq üçün vermədiyini demişdir. O, torpağının sənədinin ondan olduğunu deyərək Tənzilə İbrəhimovadan bu məsələni aydınlaşdırmaq üçün onunla birlikdə Xırdalana getməsini xahiş etmişdir. Cavabdeh1 ilə arxiv idarəsinə getmiş, orada heç bir sənəd tapılmamışdır. Bundan sonra birlikdə icra hakimiyyətinə getmiş, orada sənədlərin köhnə olduğunu demişdilər. O, Cavabdeh2 zəng edib torpağın lazım olmadığını, onun heyvanlarını qaytarmasını demişdir. Cavabdeh2 ona veriləsi heyvanının olmadığını, onun pul tapmasını, özünün isə adam tapıb torpağı onun adına sənədləşdirəcəyini bildirmişdir. O, məcbur olub bir dəfə Cavabdeh2 100 manat, ikinci dəfə 400 manat, sonra isə 5000 manat pul, əlavə olaraq bir quzu kəsib vermişdir. Cavabdeh2 2018-ci ilin fevral ayının axırlarında təzə sənədlər düzəltdirərək ona vermişdir. O da həmin sənədlərə əsaslanaraq 2019-cu ilin may ayının 30-da torpaq vergisini Şamaxıda “Kapital bank” ödəmişdir. 2019-cu ilin sentyabr ayında Cavabdeh2 qaynı Nümayəndə ona zəng edərək torpağın onların olduğunu, torpaqdan əl çəkməsini demişdir. O,Nümayəndə torpağın sənədinin onun hesabına düzəldiyini, Cavabdeh2 103 baş qoyun, əlavə olaraq 6000 manat pul verdiyini demiş, Nümayəndə bunun ona dəxli olmadığını, Zeynallıq olduğunu bildirmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatlarına, şahidlər X4, Şahid1 və X1 ifadələrinə əsaslanmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə qətiyyən razılaşmır. Belə ki, qətnamədə qeyd edilən şahidlər hamısı cavabdehlərin yaxın qohumlarıdır, hamısı eyni məzmunlu ifadələr vermişlər. Lakin məhkəmə onun şahidlərini dindirməmiş, onun cavabdehlə olan səs yazılarına qulaq asmayaraq bunu araşdırmamışdır. Məhkəmə cavabdehlərin yalan izahatlarını əsas götirərək onun haqlı iddia tələbini rədd etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 40 saylı, xx xxxxxxx 2009-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Qönçə-Bulaq qış otlağı olan 240,0 hektar torpaq sahəsi 1 il müddətinə Cavabdeh1 icarəsinə verilmişdir. İş materiallarında olan Qobustan rayon dövlət notariat kontorunda 3 sentyabr 2009-cu il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və sair hərəkətləri etməyi 10 il müddətinə Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 saylı, xx.xx.2018ci il tarixli sərəncamının surətindən görünür ki, 67M saylı “Ramazan” qış otlaq sahəsindən Cavabdeh1 icarəyə verilmiş 240,0 hektar otlaq sahəsinin növbəti 10 il müddətə uzadılması barədə fiziki şəxsin müraciət ərizəsi və digər sənədlər nəzərə alınmış, 67M saylı “Ramazan” qış otlağından fiziki şəxs Cavabdeh1 icarəyə verilmiş 240,0 hektar örüş otlaq sahəsi üzərində icarə hüququ 10 il müddətə uzadılmaqla onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 37 saylı, xx xxxxxx 2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, 67M saylı “Ramazan” qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədi ilə Cavabdeh1 icarəsinə 10 il müddətinə 240,0 hektar otlaq sahəsi verilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə əsasən 67M saylı “Ramazan” (Qönçə-Bulaq) qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədi ilə Cavabdeh1 icarəsinə 240,0 hektar otlaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MM-nin 706-cı maddəsinə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Həmin Məcəllənin 712.1.1-ci maddəsinə görə icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə vermək hüququ yoxdur. “Torpaq icarəsi haqqında” qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin qanunun 4-cü maddəsinə görə torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin qanunun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin qanunun 12-ci maddəsinə görə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 tərəfindən verilərək xx xxxxxxxx 2009-cu il tarixdə Qobustan rayon notariat kontorunda təsdiq edilmiş etibarnaməyə əsasən Cavabdeh2 qeyd edilən torpaq sahəsini öz aralarında olan razılaşmaya görə 10 il müddətinə İddiaçı istifadəsinə vermiş və həmin müddət ərzində otlaq sahəsindən İddiaçı istifadə etmişdir. İşdən görünür ki, Cavabdeh1 icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış, eləcə də Cavabdeh2 tərəfindən torpaq sahəsi İddiaçı istifadəsinə verilərkən icarəyə verən Abşeron rayon İcra Hakimiyyətinin buna icazəsi olmamış, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq icarə müqaviləsi bağlanmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh2 öz aralarında torpaq sahəsinin qiymətini 2008-ci ildə 10000 ABŞ dollarına razılaşmış, bu məbləğin əvəzinə İddiaçı Cavabdeh2 2008-2009-cu illər ərzində 103 baş quzu vermişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, otlaq sahəsi İddiaçı istifadəsində olmuş və o, həmin otlaq sahəsinin müəyyən hissəsini haqqı ödənilməklə müxtəlif vaxtlarda özü də icarəyə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh2 hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən, yəni varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, kəsici müddətşəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, İddiaçı 103 baş quzunu 2008-2009-cu illər ərzində Cavabdeh2 vermiş, lakin hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə, yəni 11 ildən sonra müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı oğlu Cavabdeh2 əlavə olaraq 6000 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehlərdən əlavə olaraq 6000 manat pul tələb etmiş, lakin bunu sübuta yetirə bilməmiş, onun bu tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı cavabdehlərdən əldən çıxmış faydaya görə 50000 manat tələb etsə də, tələbinin bu hissəsini əsaslandırmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(026)-158/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-430/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-430/2021
18.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver