Məhkəmə qərarları › İş №2(105)-435/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-435/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-435/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)-5151/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)-5151/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh və "xxxx" İKB ASC arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilərək Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə 2018-ci il 20 dekabr tarixli kredit müqaviləsi üzrə 43.858,08 manat əsas borc, 390,71 manat faiz borcu, 30,79 manat cərimə olmaqla, cəmi 44.279,58 (qırx dörd min iki yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 160 (bir yüz altmış) manat pulun tutulması, tələbin Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 13/17B (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 174B) saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq “Yelo Bank" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)-5151/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(105)-3967/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 10-1.3, 363.1, 363.1.5ci maddələrinin tələblərini qeyd edərək apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının nümayəndəsinin vəsatətinə etiraz edib, apellyasiya şikayətinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməməsinə baxmayaraq mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İşin halları ilə müəyyən olur ki, apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(105)-3967/2021 saylı qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)-5151/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(105)- 3967/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5151/2021 saylı mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar