Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-441/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1 Əliağa oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(074)-11/2017 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(074)-11/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə birgə qaydada 29129,5 manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli, 2(105)-1128/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-11/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 198,95 hektar torpaq sahəsinin özbaşına istifadə etdikləri 13,35 hektar hissəsindən çıxarılması, İddiaçı məxsus 2,4 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 Əlağa oğlu və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərin onların öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(102)-551/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1128/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-149/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-11/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 198,95 hektar torpaq sahəsinin özbaşına istifadə etdikləri 13,5 hektar hissəsindən çıxarılması, İddiaçı məxsus məxsus 2,4 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 Əlağa oğlu və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərin onların öz vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020ci il tarixli, 2(102)-3335/2020 saylı qərarı ilə İddiaçı və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-149/2020 nömrəli qətnaməsi qismən iddia tələbinin cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması, həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə (maddi ziyanın tutulması hissəsində) dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan cavabdehlər Cavabdeh1 Əlağa oğlu və Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması, həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi və ona dəymiş 168000 manat məbləğində zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 24 may 2007-ci il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindən Yasamal adlanan sahədən 200 hektar əkin sahəsi almışdır. 2009-cu ildən etibarən cavabdehlər tərəfindən həmin torpağın 30 hektarı məftillə çəpərlənmiş, 40 hektarı isə qanunsuz olaraq şumlanıb əkilir. Dəfələrlə cavabdehlərlə danışmasına baxmayaraq torpaq sahəsini boşaltmır, qanunsuz çəkdikləri çəpəri sökmürlər. Belə ki, Cavabdeh1 həmin vaxt Masallı rayon DYPX-nin rəisi vəzifəsində çalışmış, vəzifəsinə arxayın olub sahəni boşaltmamışlar. Qalan sahə onun tərəfindən əkilir və hər il ən azı hektara 20 sentner taxıl götürür, taxıl isə hələ təzə yığılan vaxt kiloqramı 20 qəpikdən satılır. Bu hesabla cavabdehlər ona 6 ildə 168000 manat ziyan vurmuşlar. Digər tərəfdən, cavabdehlər hər il 1000 baş qoyun-quzularını, 200-300 baş iri buynuzlu heyvanlarını taxıl zəmisinə salıb otarır və ona külli miqdarda ziyan vururlar. Cavabdeh1 bu il torpaq sahəsini boşaldacağını demiş, lakin bu yaxınlarda həmin torpağın 10 hektarını da şumladıqlarını görmüşdür. Cavabdeh1 zəng edib bu barədə soruşduqda, torpağın özünün olduğunu demişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, guya o və qardaşı iddiaçıya məxsus torpaq sahəsinə girərək iddiaçıya məxsus torpağın bir hissəsini zəbt etmişlər. Halbuki onlar heç kimin torpağını zəbt etməmişlər. Belə ki, iddiaçının torpağı ilə onlara məxsus torpaq sahələri Şamaxı rayonunun başqa-başqa ərazilərində yerləşir. İş üzrə keçirilmiş birinci ekspertiza üzrə verilmiş ekspert rəyində də göstərilmişdir ki, torpaq sahələri arasında uyğunsuzluğa görə araşdırma aparılması və naturada ölçünün dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu isə bir daha onu sübut edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onların torpaq sahəsi olan yerdə deyildir. Belə olan halda, iddiaçıya məxsus torpaq sahəsinin onlar tərəfindən zəbt edilməsi mümkün deyildir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 Əliağa oğlunun nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməli, bu hissələrdə iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli, 2(102)-3335/2020 saylı qərarında iddia tələbinin cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması və həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-0566 saylı, kodu 41017018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 01 saylı DNK-da bağlanmış 03 sentyabr 2002-ci il tarixli, 3M/560 saylı alqı-satqı müqaviləsinə əsasən Ağsu rayonu, Bicov kənd sakini X1 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 99,40 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 adından etibarnamə əsasında çıxış edən X4 rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha torpaq sahəsini İddiaçı adından etibarnamə əsasında çıxış edən X7 17200 AYM satmışdır. İş materiallarında olan JN-0463 saylı, kodu 41017018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 01 saylı DNK-da bağlanmış 03 sentyabr 2002-ci il tarixli, 3M/559 saylı alqı-satqı müqaviləsinə əsasən Ağsu rayonu, Bicov kənd sakini X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 99,55 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 may 2007-ci il tarixli, AN-İ0123008 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 adından etibarnamə əsasında çıxış edən X4 rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,55 ha torpaq sahəsini İddiaçı adından etibarnamə əsasında çıxış edən X7 17200 AYM satmışdır. İş materiallarında olan JN-5333 saylı, kodu 41017018 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli, 05 saylı qərarı və 04 may 2004-cü il tarixli icarə müqaviləsi ilə Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ərazisindən Cavabdeh2 15 il müddətinə 90,0 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan 29 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 29 dekabr 2004-cü il tarixli, 15 saylı qərarı ilə Cavabdeh1 99 il müddətinə 30 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan 21 oktyabr 2004-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı əsasında Cavabdeh1 Şamaxı rayonu Çuxuryud kəndindən 99 il müddətinə 10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Əliağa oğluna Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı və 29 oktyabr 2004-cü il tarixli, 15 saylı icarə müqaviləsi ilə 99 il müddətinə icarəyə verilmiş 100000 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 29.10.2014-cü il tarixdə 426 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 14 saylı Layihə-Tədqiqat İdarəsinin 10/5 saylı, 11 oktyabr 2016-cı il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi ərazi Şamaxı rayonu, Çuxuryurd kəndinin Ağsu rayon ərazisindəki “Xutor” adlanan ərazisindədir. Məhkəmə və ekspertiza tərəfindən daxil olmuş sənədləri araşdırarkən məlum oldu ki, iddiaçıya 24 may 2007-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsində göstərilən 99,40 hektar torpaq sahəsi Şamaxı rayon Nağaraxana kəndinin ərazisindədir. Uyğunsuzluqlara görə araşdırmanın aparılması və naturada ölçü dəqiqləşmə işləri mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 noyabr 2016-cı il tarixli, 12776 saylı rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həllinə dair tədqiqat aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin 29 mart 2017-ci il tarixli, **********50 saylı məktubundan görünür ki, Şamaxı rayon DNK-da 24 may 2007-ci il tarixdə təsdiq olunmuş AN-İ N: 123007 və AN-İ N: 123008 saylı alqı-satqı müqavilələrinə əsasən İddiaçı tərəfindən alqı-satqı olunmuş torpaqlar Şamaxı rayonunun Çuxuryurd kəndinə aid olmaqla Ağsu rayonunun Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşirlər. İş üzrə keçirilmiş ekspertizanın 09 oktyabr 2017-ci il tarixli, 12924 saylı rəyindən görünür ki, İddiaçı məxsus olan Şamaxı rayon DNK-da 24 may 2007-ci ildə təsdiq olunmuş AN-İ N:0123007 və AN-1 N:0123008 alqı-satqı müqavilələrinə əsasən Şamaxı rayonu Çuxuryurd kənd inzibati ərazisinə aid olmaqla, Ağsu rayonunun Şahbəyli, Qiyaslı kəndlərinin yaxınlığında yerləşən 198,95 ha torpaq sahəsindən mübahisələndirilən ərazinin 50,95 ha olduğu, həmin ərazidə iddiaçı X10 məxsus 34,27 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Əliağa oğlu və Cavabdeh2 tərəfindən zəbt edildiyi, cavabdehlər Cavabdeh1 Əliağa oğlu və Cavabdeh2 tərəfindən həmin ərazidə çəpərləmə işlərinin 15,52 ha torpaq sahəsində aparıldığı, onun da 8,31 ha hissəsinin İddiaçı məxsus olan torpaq sahəsinin olduğu müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 11 iyul 2018-ci il tarixli, 8545 saylı rəyindən görünür ki, 24.05.2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən İddiaçı məxsus 198,95 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilmiş, JN-5533 saylı, kodu 41017018 olan, 17.08.2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 icarəsinə verilmiş 90,0 ha torpaq sahəsi, eləcə də 29 oktyabr 2004-cü il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh1 icarəsinə verilmiş torpaq sahələrinin naturada öz yerində olduğu, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmiş, İddiaçı sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinin 13,35 hektarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birillik dənli taxıl bitkiləri əkildiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 2,4 ha torpaq sahəsində çəpərləmə işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 12 noyabr 2019-cu il tarixli, 14404 saylı rəyindən görünür ki, JN-5333 saylı, 41017018 saylı şəhadətnaməyə əsasən Cavabdeh2 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 90,0 ha torpaq sahəsinin faktiki sərhədləri və ölçüləri onun plan və ölçüsünə uyğundur. 29 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi ilə Cavabdeh1 Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən 29 dekabr 2004-cü il tarixli, 15 saylı qərarla 99 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsinin faktiki sərhədləri və ölçüləri onun plan və ölçüsünə uyğundur. Həmin torpaq sahələri plan və ölçülərinə uyğundur. JN-0566 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 99,40 ha torpaq sahəsi mübahisələndirilən ərazidən kənarda yerləşdiyi üçün 24 may 2007-ci il tarixli AN-l N0123007 saylı alqı-satqı müqaviləsində qeyd edilmiş 99,40 ha torpaq sahəsi üzrə araşdırma aparılmadı. 24 may 2007-ci il tarixli, AN-l N: 123008 saylı torpaq sahəsinin alqı-satqı müqavilələrinə əsasən İddiaçı sahibliyində olan torpaq sahəsinin sərhədləri və ölçüləri sənədinə uyğundur. İddiaçı məxsus torpaq sahəsinin 13,5 hektarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birillik dənli taxıl bitkiləri əkilmişdir. Mübahisələndirilən sahənin 13,5 hektarı iddiaçının istifadəsi üçün ayrılmış torpaq sahəsinə daxildir. Tutulmuş sahənin ölçüsü 13,5 hektardır. Mübahisələndirilən sahə iddiaçının istifadəsi üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının torpaq sahəsi ilə üst-üstə düşən mübahisələndirilən ərazi 13,5 hektardır, həmin ərazilərin sərhədlərini özündə əks etdirən sxemlər iş materiallarının 2-ci cildinin 256-262-ci səhifələrinə əlavə edilib. İş üzrə keçirilmiş ekspertizanın 04 avqust 2021-ci il tarixli, 10/1341 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 18 iyun 2021-ci il tarixli, 43 saylı məktubla göndərilmiş, mütəxəssis Davud Sultanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən 24 may 2007-ci il tarixli, AN-10123007 və 24 may 2007-ci il tarixli, AN-10123008 saylı torpaq sahəsinin alqı-satqı müqavilələrinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin plan və ölçüsünə uyğun olaraq naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, torpaq sahələri sənədlərdə qeyd edilən ölçülərə uyğundur. JN-5333 saylı, ********* saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 90,0 ha torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, torpaq sahəsi sənədində qeyd edilən ölçülərə uyğundur. 29 oktyabr 2004cü il tarixli torpaq icarəsi müqaviləsi ilə Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi tərəfindən 29 dekabr 2004-cü il tarixli, 15 saylı qərarla Cavabdeh1 99 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsinin sənədləri araşdırılarkən məlum oldu ki, həmin əraziyə dair Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 15 illik icarəyə götürülmə haqqında ********** və ********** saylı müvafiq çıxarışlar və 13.01.2020-ci il tarixli AN 445945 və AN 445946 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri almışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədlərindəki koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, bu torpaq sahəsi də iddiaçının sahibliyində və istifadəsində olan ərazilərdə üst-üstə düşmür. 21 oktyabr 2004-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı əsasında Cavabdeh1 Şamaxı rayonu Çuxuryurd kəndindən 99 il müddətinə icarəyə verilmiş 10 ha torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq həmin torpaq sahəsinin naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, torpaq sahəsində qeyd edilən ölçülərə uyğundur. 24 may 2007-ci il tarixli, AN-İ 01223007 və AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahəsinin koordinatları ilə JN-5333 nömrəli, 41017018 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 90,0 ha və 21 oktyabr 2004-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı əsasında Cavabdeh1 Şamaxı rayonu Çuxuryurd kəndindən 99 il müddətinə icarəyə verilmiş 10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin koordinatları naturada üst-üstə düşmür. 24 may 2007-ci il tarixli, AN-İ ******* və 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 13 hektarı Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı və 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 2,5 hektarlıq hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəpərləmə işləri aparılmışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması və həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi hissəsində ləğv edib, işi yenidən həmin hissədə baxılması üçün qaytararkən, apellyasiya məhkəməsi tərəfindən işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, ekspert rəyinə düzgün hüquqi qiymət verilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi hissəsində qanuni və əsaslı deyildir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 04 avqust 2021-ci il tarixli, 10/1341 saylı rəyindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü sənədlərindəki koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, bu torpaq sahəsi də iddiaçının sahibliyində və istifadəsində olan ərazilərdə üst-üstə düşmür. 21 oktyabr 2004-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı əsasında Cavabdeh1 Şamaxı rayonu Çuxuryurd kəndindən 99 il müddətinə icarəyə verilmiş 10 ha torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq həmin torpaq sahəsinin naturada koordinatları müəyyən edilərkən məlum oldu ki, torpaq sahəsində qeyd edilən ölçülərə uyğundur. 24 may 2007-ci il tarixli, AN-İ 01223007 və AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahəsinin koordinatları ilə JN-5333 nömrəli, 41017018 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 90,0 ha və 21 oktyabr 2004-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 15 saylı qərarı əsasında Cavabdeh1 Şamaxı rayonu Çuxuryurd kəndindən 99 il müddətinə icarəyə verilmiş 10 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin koordinatları naturada üst-üstə düşmür. 24 may 2007-ci il tarixli, AN-İ ******* və 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 13 hektarı Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı və 24 may 2007-ci il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 2,5 hektarlıq hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəpərləmə işləri aparılmışdır. Ekspert rəyindən göründüyü kimi, İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 13 hektarı Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 2,5 hektarlıq hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəpərləmə işləri aparılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi hissələrində ləğv edilməli, bu hissələrdə iddia qismən təmin edilməli, İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 13 hektarı hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 2,5 hektarlıq hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpər onların öz vəsaiti hesabına sökülməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının torpaq sahəsini zəbt etmədiklərini göstərsə də, onun bu dəlili iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməli, bu hissələrdə iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 120 manat tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(074)-11/2017 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağsu rayonu, Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi hissələrində ləğv edilsin, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin və bu hissələrdə iddia qismən təmin edilsin. İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 13 hektarı hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddiaçı sahibliyinə və istifadəsinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 99,40 ha və 99,55 ha torpaq sahələrinin 2,5 hektarlıq hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpər onların öz vəsaiti hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 120 (bir yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-441/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-441/2021
30.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver