Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-448/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ilkin iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh X1 3500 manat ev və torpaq sahəsi üçün verdiyi pul və köhnə evin sökülərək yenisi tikilməsi üçün çəkdiyi 5500 manat pulun alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, ilk iddia üzrə pulun verilməsi və qarşılıqlı iddia üzrə evdən və həmin torpaq sahəsindən çıxarılmanın eyni vaxtda icra edilməsi, İddiaçı 100 manat ekspertiza xərcinin alınıb "xxxx" MMC-nin VÖEN **********2, h/h AZ66AİİB********************, Kapitalbank ASC-nin Nərimanov fililaı kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X, m/h AZ37NABZ********************4 hesaba, X1 150 manat və İddiaçı 150 manat ekspertiza xərcinin alınıb X15 və Ekspertiza MMC-nin VÖEN **********, AZ42AİİB400600C**********108(AZN) Kapitalbank 2 saylı Xətai filialı, kod 20082, VÖEN(Bank) **********, müxbir hesab AZ37NABZ********************4(AZN) SWİFT AİİBAZ2XXXX hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehdən 3500 manat ev və torpaq sahəsi üçün ödədiyi pulun və köhnə evin sökülərək yenisinin tikilməsi üçün çəkdiyi 12000 manat xərcin və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, onların qohumluq münasibətləri var. 2012-ci ilin mart ayında Nayla qardaşı Mülkədarı evinə çağırmış və bildirmişdir ki, qəsəbədə olan atasından qalma evi satır, istəyirsə gəlsin danışsınlar. Nayla ilə danışarkən bildirmişdir ki, uşağı xəstədir, müalicə üçün İrana aparmaq istəyir. Bu səbəbdən də ona pul lazımdır. Evi satırdı, ev də köhnə bir ev idi, yaşamaq mümkün deyildi. Amma torpağına görə evi almaq olardı. Qohumu Kamilin evində söhbət olunub razılaşmışlar ki, ev ona 3500 manata satılacaq, 2000 manat əvvəlcədən veriləcək, qalan 1500 manatını da evi rəsmiləşdirəndə alacaq. Səhərisi gün 2000 manatını qardaşı Mülkədar Naylanın evində anasının, dayısı qızı Gülüstanın, dayısının gəlini Gülnarənin iştirakı ilə Naylanın özünə vermişdir. 2 aydan sonra Nayla qalan pulu tələb etmişdir. O nəqd pulu olmadığından yoldaşının Saqiyanda yaşayan xalası Tükəzbandan 1500 manat borc pul alımışdır ki, Naylaya pul təcili lazımdır. 15 may 2012-ci il tarixdə onlar Şamaxı rayon Notariat kontoruna getmişlər. Orada evi rəsmiləşdirmək istəmişlər. Nayla demişdir ki, sənədlər tam hazir deyil. Ona baş etibarnamə verəcəkdir. Özü rəsmiləşdirəcək. O, təcili getməlidir, əlində yalnız vərəsəlik hüququna dair şəhadətnamə olmuşdur. Etibamamə vermək üçün Notariusun otağına girməmişdən əvvəl anası Tükəzbanın yanında qalan 1500 manatı da ondan almışdır. Notariusun otağına girib ona 15 il müddətinə qüvvədə olan baş etibarnamə vermişdir. Bir-iki gün sonra isə çıxıb getmişdir. Ev yaşayış üçün yararsız idi deyə fikirləşmişdir ki, bir az pul toplasın, yaxın vaxtlarda evi tamam söküb yenidən tikər. Bir il sonra isə güclü yağan yağış evin arxa divarını uçurmuş, evin tavanı çökmüşdür. Evdə olan bir ədəd köhnə şkaf və iki dəst yorğan döşək toz torpaq altında qalmışdır. 2012-ci ildən indiyə kimi onlar bir-birlərini görməmişlər. 2014-cü ildən başlayaraq o uçmuş evi söküb yenidən tikmişdir, hələ evin rəngsaz işləri görülməyib. Bir gün də olsun bu evdə yaşamamışdır. Evin tikintisinə 12000 manatdan çox pul xərclənmişdir. Bu yaxınlarda Nayla gəlib görüb ki, təzə ev tikmişdir. Nayla demişdir ki, bu evi ona verməyəcək, 2000 manat məbləğində evində əşyaları var idi, onların pulunu verməlidir, 5000 manat kirayə pulu ona ödəməlidir. Evi də ona vermir, evi onun adına rəsmiləşdirməkdən imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı- ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və təhvil verilməsinə dair qarşılıqlı iddia qaldıraraq, mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində qeyd etdikləri hamısı absurtdur və ağ yalandan ibarətdir. Bu səbəbdən də, onun iddia tələbilə razı deyil və onun məhkəmə tərəfindən rədd edilmədi barədə qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda da, o, da qarşılıqlı iddia qaldırmaq hüququndan istifadə edərək, hazırki "mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" qarşılıqlı iddia tələbini irəli sürmək məcburiyyətindədir. Belə ki, o bir müddət müəyyən səbəblərdən Şamaxı rayonundan kənarlaşmalı olduğu üçün, evi boş qalmasın deyə, dayısı oğlu-cavabdeh İddiaçı ona mülkiyyət hüquqi ilə məxsus olan mülkiyyətindəki ünvan 5, ev 6-a dair notariat kontorunda etibarnamə vermişdir. Bu etibarnaməni ona görə vermişdir ki, Hökimdar onun evində qalaraq, ona aylıq kirayə haqqı ödəməklə yanaşı, zərurət yarandıqda kommunal xərclərin ödənilməsində lazım ola biləcək müvəqqəti səlahiyyətlərdən istifadə etsin və ona məxsus evindəki əmlaklarına göz-qulaq olasun və qorusun. Cavabdeh Hökümdar 4-5 ay sonra kirayəşin kimi qaldığı evinin aylıq kirayə haqqı olaraq ona 300 manat pul vermişdir. Amma sonra isə bu kirayə pulunu kəsdi. Cavabdeh qohumu olduğu üçün onu sıxmamış və fikirləşmişdir ki, onun kirayə haqqını imkan edib ödəyər, eyni zamanda da, fikirləşmişdir ki, cavabdeh qohum olmaqla da, onun evinə və içində olan əmlaklarına da, nəzarət edir. O, 1-ci qrup əlil oğlu ilə birlikdə Bakı şəhərində qızının kirayədə qaldığı evdə qalmışdır. Lakin bu yaxınlarda Bakı şəhərindən əlil oğlu ilə mülkiyyət hüquqi ilə ona məxsus olan mülkiyyətindəki ünvan 5, ev 6-ya yaşamaq üçün geri qayıtmışdır. Lakin cavabdeh Hökimdar onları evinə qoymayaraq demişdir ki, "get, ev mənimdir, sənə bu evə görə 3.500 manat pul vermişəm". O, ona bildirmişdir ki, “sən qohum olduğun üçün, səni evimdə kirayəçi kimi qalmağına razılaşdım ki, eyni zamanda da, əmlakıma nəzarət edəsən. Amma sən kirayə haqqını cəmi bu neçə ildə 300 manat pul ödəmisən sən qohum olduğun üçün səni sıxmamışam, budur sənə etdiyim yaxşılıq?” necə olur ki, cavabdeh ona 3500 manat pul verərək evini alır və buna dair hər hansı bir notarial qaydada alqı-satqı əməliyyatı baş tutmur. Hansı ki, o, cavabdehlə Şamaxı rayon Notariat Kontorunda ərizədə yuxarıda qeyd etdiyi kimi hansı səbəblərə görə cavabdehə etibarnamə verəndə bu alqı-satqı əməliyyatını həyata keçirə bilərdilər. Yaxud da guya cavabdeh ona satdığı evinə görə 3500 manat verdiyi pulu rəsmiləşdirərdilər. O, məcbur olub Şamaxı RPŞ-nə müraciət etməli oldu. Lakin oradan ona yazılı şəkildə bildirmişlər ki, onun tələbi mülki qaydada məhkəmədə həll edilə bilər. Göründüyü kimi İddiaçı ondan qabaq düşərək, yalanlarını ört basdır etmək üçün məhkəməyə vermişdir. Hökimdar onun savadsız, tək qadın olmaqla, 1-ci qrup əlil oğlunun vəziyyətindən istifadə edərək, mülkiyyət hüquqi ilə məxsus olan mülkiyyətindəki ünvan 5, ev 6-dan çıxmamaq üçün hər cür yollara əl atır. Cavabdehin qohumları ona bildiriblər ki, cavabdeh onları məcbur edir ki, məhkəmədə ona şahidlik edib bildirsinlər ki, guya cavabdeh həqiqətən də, ona pul verməklə evini alıb. Onlar telefon vasitəsilə bildirdilər ki, onlar bu barədə heç nə bilmədikləri üçün məhkəmədə yalandan şahidlik edə bilməzlər. Göründüyü kimi cavabdehin qaldırdığı iddia tələbi tam əsassızdır və bu səbəbdən də, rədd edilməlidir. Ona görə ki, İddiaçı iddia tələbində əsaslandığı tələblərini sübut edəcəyi hər hansı bir dəlilləri onda mövcud deyil. Bir tək əsaslandığı etibarnamədi, o da ki, ona qarşı bu etdiyi hərəkətdən sonra tərəfindən həmin etibarnamə notariusda ləğv etdirmişdir. Artıq onun məhkəməyə təqdim etdiyi və yalan iddiasını üstündə qurduğu etibarnamə etibarsızdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı məhkəmə prosesində dəvət etdiyi şahidlərin verdiyi ifadələr bir-birini təsdiq etməmişdir. Ümumiyyətlə tərəflər arasında heç bir borc müqaviləsi və formal sübut olmaya-olmaya publisistik fikirlər əsasında iddianın əsaslı sayılması qanunvericiliyin kobud pozuntusu olmuşdur. Verilmiş etibarnamə əmlakın alqı-satqı müqaviləsini əsas etmir və ya borc müqaviləsini əvəz etmir. Mülki qanunvericiliyin tələblərinə əsasən etibarnamə, məhz etibar edənin xeyrinə müəyyən hərəktlərin edilməsi üçün hərəkətlərin edilməsi üçün verilir. Əmlakın Şamaxı zəlzələsi nəticəsinə Azərbaycan Respublikasının Fövqadə Hallar Nazirliyi tərəfindən akt əsasında qəzalı vəziyyəti müəyyən edilmiş və təmir edilmişdir ki, bu aktda işə əlavə edilmişdir. Həmçinin ekspertizaların rəylərində əmlakın təmir edilmiş xərci müəyyən edilmişdir. Evdə təmiri inkar etmir. Lakin həmin təmir işləri iddiaçı tərəfindən edilməmişdir. Məhkəmə qanunsuz əmlakın tələbinin davam etməsinə bir növ şərait yaradır və qətnamənin icrasını müəyyən sübutu olmayan halla şərtləndirir. Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(074)- 118/2021 saylı qətnaməsinin qismən ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə pulun verilməsi və qarşılıqlı iddia üzrə evdən və həmin torpaq sahəsindən çıxarılmanın eyni zamanda icra edilməsi hissələrində ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia tələbinin rədd edərək, mübahisə mənzilin ilk iddia üzrə cavabdehin mülkiyyətində olmasına, həmin mənzildə iddiaçı tərəfindən təmir işlərinin apalımasına və qarşılıqlı iddia üzrə cavabdehin orada qanunsuz yaşamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 15 may 2012-ci il tarixli etibarnamədə göstərilir ki, “Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, S.Vurğun küçəsi, ev 06-da yaşayan Cavabdeh (şəxsiyyət vəsiqəsi verilib: Şamaxı RPŞ tərəfindən 13.11.2010-cu il AZE N 0*******) Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, S.Vurğun Küçəsi, ev 07, d. 01-də yaşayan İddiaçı, həmin etibarnamə ilə Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtəri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən; almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka(girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab apamağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən məhkəmə və bank orqanlarında, poçtda və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri apamağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsini, məhkəmə qərarlarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla, bütün məhkəmə orqanlarında mənə aid olan mükli işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar edirəm” İşdə olan 15 may 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 yanvar 2004-cü ildə vəfat etmiş X2 vərəsəsi- ünvan 2 ünvanda yaşayan qızı Cavabdehdır. Şamaxı rayon DTİ və MHQİ-nin 12 dekabr 2003-cü il tarixli 01/173 nömrəli qeydiyyat vəsiqəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsinin 15 oktyabr 2011-ci il tarixli 1780 nömrəli arayışına əsasən Şamaxı rayonu Mədrəsə qəsəbəsi Səməd Vurğun küçəsi dalan 2-də 0,588 hektar torpaq sahəsində yerləşən 1956-cı ildə tikilmiş, ümumi sahəsi 49,5 kv.metr əsas yaşayış sahəsi 31,3 kv.metr, köməkçi 18,2 kv.metr olan 2 otaqlı 06 saylı yaşayış evindən ibarətdir. İşə əlavə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh Şamaxı rayonu Mədrəsə qəsəbəsi Səməd Vurğun küçəsi dalan 2, ev 6-da xüsusi mülkiyyətində tam pay olmaqla evi vardır. İş materiallarında olan elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh etibar edilən İddiaçı adına verdiyi etibarnaməyə 04 aprel 2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, Cavabdeh evi uşağını İrana müalicəyə apardığı üçün 3500 manata İddiaçı satmışdır. Hökimdar evi söküb təzədən tikmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, Nayla uşağının müalicəsinə görə evini 4000 manata satırdı, Hökimdarla 3500 manata razılaşdılar. Hökimdara 2000 manat pul vermişlər, heyvanlarını satıb 1500 manat pulu 2 ay sonra Naylaya vermişlər. Evi söküb təzədən tikiblər, 15000 manat evə xərc çəkib və evdə 2-3 ədəd yorğanı olub. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, hər iki tərəfi tanıyır. Zəlzələdən qabaq ev pis vəziyyətdə olmuşdur. Hökimdar evi təmir etdirmək üçün onu çağırmış, evi təmir etmişlər, kvadratı 5 manata işləmişlər, 1200 manat usta pul almışdır. 2 aydan artıq onun evində işləmişlər. 3-4 Kamaz daş almışlar, 2 Kamaz qum almışlar. Armaturu Hökimdar almışdır. Evin təmirini zəlzələdən 1 il əvvəl etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərdi ki, Nayla bacısıdır, Hökimdar qohumudur. Nayla uşağı xəstə olduğu üçün Bakıda qalırdı. Nayla evini satmayıb, Hökimdara müvəqqəti yaşamaq üçün vermişdir. Hökimdar evi icazəsiz tikib. Məhkəmədə şahid qismində dindirilmiş X9 göstərdi ki, Nayla bacısıdır. Hökimdar qohumudur. Bacısının uşağı xəstə idi. Hökimdara təklif etdi ki, onun evində qalsın, ev boşdur. Nayla Bakıda kirayədə yaşayır. Nayla evini satmayıb. Etibarnaməni evində yaşamaq üçün vermişdir. İş materiallarında olan 01 yanvar 2004-cü ildə vəfat etmiş M.S.Xambatovun adına açılmış Şamaxı rayon Dövlət Notariat Kontorunun 15 may 2012-ci il tarixli 2V-81 nömrəli reyestrlə qeyd edilmiş vərəsəlik işi üzrə toplanmış notariat sənədlərindən görünür ki, onun yeganə varisi Cavabdehdır. İşə əlavə olan podratçı şirkətin nümayəndəsi Qurban Yusifovun zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərində aparılmış təmir tikinti işlərinə dair aktdan görünür ki, 2019cu il fevral ayının 5-də Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonu Mədrəsə qəsəbə sakini İddiaçı məxsus yaşayış evinə ziyan dəymiş və FHN tərəfindən evə baxış keçirilmiş və təmirə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Podratçı şirkətin nümayəndləri tərəfindən evə baxış keçirilmiş və aidiyyəti qurumların tərtib etdikləri smetaya uyğun olaraq təmir işləri başa çatdırılmışdır. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 10 mart 2021-ci il tarixli 20 saylı məktubu ilə məhkəməyə göndərilmiş rəydən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsi Səməd Vurğun küçəsi dalan 2 ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə (tikinti materialları və usta haqları ilə birlikdə) çəkilən xərc 6190,80 manat təşkil edir. İşə əlavə olan X15 və X12 Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2021-ci il tarilxi 48 saylı məktubdan, 31 avqust 2021-ci il tarixli 47 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan ünvan 4 ünvanında fərdi yaşayış evinin tikintisinə, (tikinti materialları və usta haqları ilə birlikdə) çəkilən xərc 4765,0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin müəyyənləşdirdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 5, ev 6 X4 məxsus olmuş və onun 01 yanvar 2004-cü ildə ölümündən sonra miras qalmışdır. 15 may 2012-ci il tarixdə miras əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən bütün əmlakını İddiaçı idarəçiliyinə verdiyi barədə etibarnamə imzalamış və fərdi yaşayış evindən ibarət mirası sonuncunun sahibliyinə vermişdir. Həmin vaxtdan hal hazıradək fərdi yaşayış evi İddiaçı sahibliyindədir və o, bu dövrdə fərdi yaşayış evində tikinti işləri aparmışdır. Etibarnaməyə 01.04.2020-ci il tarixdə xitam verilmişdir. Fərdi yaşayış evi 21.09.2020-ci il tarixdən qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Cavabdeh boş qalmasın deyə, aylıq haqq ödəməklə yanaşı, zərurət yarandıqda kommunal xərcləri ödəməsi, ona məxsus evindəki əmlaklarına göz-qulaq olması və qoruması üçün mübahisəli evi İddiaçı kirayəyə verdiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh mübahisə edilən evin İddiaçı müvəqqəti olaraq kirayə verilməsi barədə gətirdiyi dəlilə tənqidi yanaşır. Belə ki, məhkəmə prosesi zamanı müəyyən edildi ki, bu müddət ərzində İddiaçı tərəfindən Cavabdeh kirayə haqqı ödənilməmişdir və buna baxmayaraq sonuncu İddiaçı evdən çıxmasını tələb etməmişdir. İş üzrə olan sübutlarla həmçinin müəyyən edilmişdir ki, fərdi yaşayşı evi ilk iddiaçının sahibliyinə verilərkən, qarşılıqlı iddiaçının həmin əmlak üzərində notariat qaydasında təsdiqlənməsi zəruri olan əqdlər bağlamaq səlahiyyəti olmasa da o, 15 may 2012-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evini 3500 manata İddiaçı satmışdır. Məhkəmə, müəyyən edilmiş bu hal üzrə onu qeyd etməyi zəruri sayır ki, M.Xambatovdan miras qalmış ünvan 5 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qəbul edildiyindən mirasın açıldığı gündən onun mülkiyyəti satıldığından onun həmin evə faktiki sahibliyi həyata keçirmək, istifadə etmək hüquqları əmələ gəlsə də, mülkiyyətçi hüquqları qeydə alınmadığından ona dair notariat qaydasında təsdiqlənməsi zəruri olan əqdlər bağlamaq, o cümlədən evi ilk iddiaçıya satmaq hüququ əmələ gəlmədiyindən onun həmin evi ilk iddiaçıya satması barədə etibarnamə vermək yolu ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız olmuşdur. İlk İddiaçı eyni zamanda yaşayış üçün yararsız vəziyyətdə olan evin tikintisinə 12000 manat xərc çəkdiyini iddia etmiş, şahid M.Daşdəmirov ilk iddiaçının bildirdiklərinin əksinə evin tikintisinə 15000 manat xərc çəkildiyini bildirmişdir. Məhkəmə, yanaşı yoxlanılmış sübutlarla tamamlanmayan, əksinə ilk iddiaçının özünün izahatı ilə təkzib edilən bu ifadəni inandırıcı saymamışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndiirlməsi Xidməti MMC-nin 10 mart 2021ci il tarixli 20 saylı məktubu ilə məhkəməyə göndərilmiş rəydə Şamaxı rayonu Mədrəsə qəsəbəsi Səməd Vurğun küçəsi dalan 2 ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin 6190,80 manat təşkil etdiyi qeyd edilsə də, X15 və ekspertiza Mərkəzi MMC-nin 31 avqust 2021-ci il tarixli 47 saylı rəyində çəkilən xərcin 4765,0 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə, çəkilən xərc barədə rəylər arasında olan fərqin mövcudluğunu nəzərə alaraq, təmir tikinti işlərinin dəyərinin bu iki rəylə müəyyən edilən xərclərin cəminin nisbəti ilə müəyyən edilməsini ədalətli sayır və evin tikintisi xərcinin 5500 manat təşkil etdiyini ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 160-cı maddəsinə əsasən Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan, ev və torpaq sahəsi üçün verdiyi pul üzrə 3500 manat ilk iddia üzrə cavabdehdən ilk iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk iddia üzrə onu da qeyd etməyi zəruri sayır ki, tərəflər arasındakı alqısatqı müqaviləsi etibarsız olsa da, ilk iddia üzrə cavabdehin mirasın açıldığı gündən onun mülkiyyəti sayılan fərdi yaşayış evini ilk iddiaçının vasitəsiz sahibliyinə vermək səlahiyyəti olmuş və ilk iddiaçının vicdanlı sahib olaraq fərdi yaşayış evinin tikintisinə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, ilk iddiaçının köhnə evin sökülərək yenisinin tikilməsi üçün çəkdiyi 5500 manat xərc ilk iddia üzrə cavabdehdən ilk iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçıya məxsus ünvan 6 ünvanda yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaysan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə ona məxsus olan evdə təmiri İddiaçı tərəfindən yox, FHN-yi tərəfindən aparılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, bu barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə olaraq, məhkəmə iclası zamanı müəyyən edildi ki, təmir işləri iddiaçı tərəfindən baş vermiş zəlzələdən əvvəl aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 11 oktyabr 2021-ci il tarixli 2(074)-118/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-448/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-448/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver