Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-448/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Gülsarə İmanova) ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi əslində ərizəyə əlavə olunmuş sənədlər ilə təsdiq olunmuş faktın yenidən müəyyən edilməsini xahiş etmişdir. Məsələ araşdırılarkən o, da məlum olmuşdur ki, hazırkı iş üzrə ərizəçi eyni tələblə bir dəfə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilmiş, həmin qərardaddan ərizəçi tərəfindən şikayət verilməmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979 - xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4538/2024 saylı qərardadı ilə iş baxılması ücün ərazi adiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, lakin iddiası mümkün sayılmamış, qərardadda iddiaçının cavabdehə qarşı eyni tələblə bir dəfə məhkəməyə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiasının təmin edilməməsi, qərardan isə apellyasiya şikayətinin verilməməsi və qərarın qanuni qüvvəsini alması qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 29-33/2-245/2024 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdən Zəngilan rayonu işğal olunadək (xx.xx.1993) Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində ixtisas üzrə müəllim vəzifəsində işləməsi faktı artıq müəyyən olunmuşdur. Ərizəçi Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-833/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-833/2024 nömrəli qərardadın ləğv edilməsini, şikayət təmin olunmadıqda şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin qurumun 20 sentyabr 2023-cü il tarixli məktubu ilə ona xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər üzrə əmək haqqı alıb-almadığı müəyyən edilmədiyindən həmin dövrlər iş stajına daxil edilməmişdir. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu Şəfıbəyli kənd orta məktəbində müəllim işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu Şəfıbəyli kənd orta məktəbində müəllim kimi işləməyini həmin vaxt onunla birlikdə işləyən şahidləri də təsdiq edə bilər. Arxiv sənədlərinin olmaması səbəbindən, o, işləməyi barədə rəsmi sənəd ala bilmir. «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə müvafiq olaraq əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəblərdən təqdim edilə bilmədikdən və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqdan sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardadla razı deyil və hesab edir ki, ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, məhkəmə qərardadını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-29-33/2-245/2024 nömrəli arayışla əsaslandırmış onun artıq Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməyi faktı müəyyən olunmuşdur. Əgər məhkəmənin hesab etdiyi kimi işləməyi faktı artıq təsdiq olunmuşsa niyə maraqlı şəxs təqdim etdiyi sənədlər əsasında işlədiyi müddətləri sığorta stajına hesablamır və imtina edir. Məsələ ilə bağlı inzibatı məhkəməyə də müraciət etmiş, iddiasını mümkünsüz hesab etmişlər. Ona görə də hesab edir ki, ərizə əsaslıdı, qərardad ləğv olunaraq ərizə icraata götürülməli, şahidlərin ifadələri ilə onun Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməyi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Sənədi başqa qaydada ala bilmir, amma məhkəmə gəldiyi nəticə hüquqlarının pozulmasına səbəb olur. Zəngilan Rayon Məhkəməsinin 2(034)-833/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)- 833/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 2(034)-833/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-33/2-245/2024 nömrəli arayışdan, həmçinin əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdən Zəngilan rayonu işğal olunadək (xx.xx.1993) Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində ixtisas üzrə müəllim işəmişdir. Həmçinin, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi eyni tələblə məhkəməyə müraciət etmiş, qərardadla məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1979 - xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4538/2024 saylı qərardadı ilə iş baxılması ücün ərazi adiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, lakin iddiası mümkün sayılmamışdır. Qərardadda iddiaçının cavabdehə qarşı eyni tələblə bir dəfə məhkəməyə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)2979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiasının təmin edilməməsi, qərardan isə apellyasiya şikayətinin verilməməsi və qərarın qanuni qüvvəsini alması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin əmək stajını təsdiq edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin arayışı mövcud olmaqla yanaşı, həmin əmək stajı əmək kitabçasında da müvafiq olaraq qeyd edilmişdir. Həmçinin, hazırki tələblə bağlı iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtinaya dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı, o cümlədən iddiaçının xx.xx.1979 - xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş üzrə ərizənin təmin edilməməsi barədə qanuni qüvvəsini almış qərar mövcuddur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunmuşdur: 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olmuşdur. Hərçənd ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçinin hazırkı tələbi ilə eyni olan ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə, yəni Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmamalı olması əsası ilə imtina edilmişdir. Lakin, birinci instansiya məhkəməsi bu dəfə prosessual qanunvericiliyin tələblərini pozaraq iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina etmək əvəzinə, ərizəni ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə, yəni Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni geriyə qaytrması ilə bağlı prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-833/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı (034)-833/2024 nömrəli,xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-833/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 2(034)-833/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-448/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-448/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver