Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-449/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(067)-1590/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(067)-1590/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi, bu qətnamənin X2 miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsas olması qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, 1957-ci ildə Quba rayon Afurca kəndində anadan olmuşdur. O, 04.10.1980-cı il tarixdə X18 ilə rəsmi nikaha daxil olaraq evlənib Yarıyeva soyadını qəbul etmişdir. X7 25.12.1962-ci il tarixdə, anası X5 isə 26.07.1968-ci il tarixdə Quba rayonu Afurca kəndində vəfat etmişlər. Mərhum anası X2 Quba rayonu Afurca kəndində 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi miras qalmışdır. O, mirası faktiki olaraq qəbul edib idarə edir. Miras əmlakı öz adına rəsmiləşdirməklə əlaqədar hüquqmüəyyənedici sənədləri Quba Regional Maraqlı şəxstariat ofisinə təqdim edib vərəsəlik hüququ haqqında şəhadətnamə almağı xahiş etmiş, Quba Regional Maraqlı şəxstariat ofisinin notariusu 07.12.2020-ci il tarixli, 551 saylı məktubla mirasın qəbul edilmə müddətini buraxdığını və mirasa sahiblik etməyi barədə sənəd təqdim etmədiyindən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsinə əlavə etdiyi X30 filialının 18 fevral 2020-ci il tarixli, 153 nömrəli arayışından görünür ki, mərhum anası Güləndam Babayevanın adına Quba rayon Afurca kəndində şəxsi mülkiyyətində 0.02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vardır. Ərizəsinə əlavə etdiyi ölüm şəhadətnamələrindən görünür ki, atası Məmməd Babayev 25.12.1962-ci ildə, anası Güləndam Babayeva 26.07.1968-ci il tarixdə vəfat etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, iş materiallarında miras əmlak olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin miras qoyan X3 mülkiyyətində olmasına dair heç bir sənəd yoxdur və həmin daşınmaz əmlaklar üzərində X5 mülkiyyət hüququna malik deyildir. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Məhkəmə yaşayış evinə ərizəçinin vərəsəlik üzrə mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandığını qətnamədə göstərməmişdir. Maraqlı şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X19 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs Quba Regional Maraqlı şəxstariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivnin Quba filialının 18 fevral 2020-ci il tarixli, 153 saylı arxiv arayışından görünür ki, Quba rayonu Güləzi kənd sovetinin 1966-1968-ci illərə aid Afurca kəndi üzrə 9 nömrəli təsərrüfatbaşına kitabda X3 276 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1948-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 0,02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X3 26.06.1968-ci ildə vəfat etdiyi göstərilmiş, təsərrüfatda X14 onun qızı kimi yazılmışdır. İş materiallarında olan Quba rayonu İHB-nın Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25.06.2021-ci il tarixli, 259 saylı arayışından görünür ki, X25 filialının verdiyi arayışa əsasən 1966-1968-ci illərə aid Afurca kəndi üzrə 9 nömrəli təsərrüfatbaşı kitabında mərhum anası X3 şəxsi mülkiyyətində 1948-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 0,02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X3 26.06.1968-ci ildə vəfat etdiyi göstərilmiş, təsərrüfatda X14 onun qızı kimi yazılmışdır. 1968-1969-cu illərdə təsərrüfatın addan-ada keçməsi, ləğv edlməsi haqda məlumat yoxdur. 1969-1971-ci illərin təsərrüfatbaşına kitablarda X3 adı aşkar edilməmişdir. Bu illər ərzində həmin 0,02 ha torpaq sahəsini Yarıyeva (Babayeva) Gövhər Məmməd qızı idarə etmişdir. X1 vərəsələri arasında mübahisə yoxdur. İş materiallarında olan Quba rayonu İHB-nın Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2020-ci il tarixli, 388 saylı arayışından görünür ki, X5 1926-cı ildə Qonaqkənd rayonunun Afurca kəndində anadan olmuş, Quba rayonu, Afurca kəndində yaşamış, 26.07.1968-ci ildə həmin kənddə vəfat etmişdir, vəfatından sonra vərəsələri qızları X10, Ərizəçi və oğlu X20 (15.08.2018-ci ildə vəfat etmişdir) olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivnin Quba filialının 18 fevral 2020-ci il tarixli, 152 saylı arxiv arayışından görünür ki, Quba rayonu Güləzi kənd sovetinin 1954-1956-cı illərə aid Güləzi kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabda X11 1930-cu ildə və X3 1926-cı ildə anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması şəhadətnamənin surətindən görünür ki, X18 ilə X14 arasında olan nikah 04 oktyabr 1980-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbə sovetində bağlanılaraq 26 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 iyul 1962-ci ildə anadan olmuşdur, atası Babayev Məmməd Yusif oğlu, anası X4r. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 11.12.2020-ci il tarixli arayışından görünür ki, Babayev Məmməd Yusif oğlu 25.12.1962-ci ildə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 11.12.2020-ci il tarixli arayışından görünür ki, X5 26.07.1968-ci ildə ölmüşdür. İş materiallarında olan X6 məhkəməyə ünvanladığı teleqramından görünür ki, valideynlərindən qalan miras əmlakdan bacısı Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan Quba Regional Maraqlı şəxstariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 07 dekabr 2020-ci il tarixli, 1551 saylı məktubdan görünür ki, mirasın qəbul edilmə müddətini buraxdığından və mirasa sahiblik etməyi barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hüquq münasibətlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının MM-nin normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi anası X5 26.07.1968-ci ildə ölmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, vərəsəliklə bağlı hüquq münasibətləri 1968-ci ildə əmələ gəldiyindən, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş, yəni Azərbaycan SSR-nin 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan SSR-nin 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. İş materiallarından görünür ki, 26.07.1968-ci ildə ölmüş X3 birinci növbəli vərəsələri uşaqları X8, Ərizəçi və X29 oğlu olmuşlar. X20 15.08.2018-ci ildə vəfat etmiş, X8 valideynlərindən qalan miras əmlakdan bacısı Ərizəçi xeyrinə imtina etmişdir. Azərbaycan SSR-nin 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi miras əmlakı qəbul etmək üçün Quba Regional Maraqlı şəxstariat ofisinə müraciət etmiş, ona imtina cavabı verilmişdir. İşdən görünür ki, Ərizəçi miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsini xahiş etdiyi əmlaklar, yəni Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi anası X3 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqınd” qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Göründüyü kimi, Ərizəçi “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın tələblərinə uyğun olaraq notariat orqanına müraciət etməli, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş anasının bu əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri notariat orqanına təqdim etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(067)-1590/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-449/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-449/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver