Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-449/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı mülki iş üzrə (Açar sözlər: yüksək təzyiqli qaz xəttinin torpaq sahəsindən çıxarılması, mülkiyyətin müdafiəsi, mülkiyyət hüququnun məhdudlaşdırılması) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı yüksək təzyiqli qaz xəttinin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(074)-150/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində ölçü işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki və sənəd üzrə istifadənizdə olan sahənin üzərində elektrik xəttinin transformatoru yerləşir. Bundan əlavə torpaq sahəsindən yüksək təzyiqli qaz xətti keçir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********07 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sanədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799.01 kv.m həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh1nə məxsus qaz xətti İddiaçı qızinın faktiki naturada istifadə etdiyi torpaq sahəsindən keçir. İddiaçı məxsus 0.18 ha torpaq sahəsi əvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir.
4. Mülki işə alavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, “Azəriqaz" İstehsalat Birliyinə məxsus qaz xətti keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********07 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində saxlanılmır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 1799.01 kv.m torpaq sahəsi əvvəllər onun özünə məxsus olmuş yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və X4rşı dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən ona məxsus 0,18 hektar torpaq sahəsindən keçən böyük diametrli (ana xətt) yüksək təzyiqli qaz xəttinin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək təhlükə mənbəyi olan qaz xətti keçməsi səbəbindən ona çıxarış verilməsindən imtina olunub. Əslində adi vəziyyətdə bu xətt ona mane olmur. Amma çətinlik odur ki, buna görə o, çıxarış ala bilmir. Eyni zamanda o gələcəkdə bezindoldurma məntəqəsi açmaq istəsə, nəinki, həmin sahənin içərisindən, hətta onun mühafizə zonasından belə xətlərin keçirilməsinə kənar obyektlərin olmasına yol verilmir. Yəni məcburdur ki, qaz xəttini ona məxsus torpaqdan çıxartdırsın. O, Cavabdeh1 Ağsu Regional Qaz İdarəsinin X12 Sahəsinə müraciət edib ki, ondan icazəsiz torpaq sahəsindən qaz xətti keçirilmişdir. Həmin xətti oradan çıxarmaq lazımdır. İdarədən məsələnin araşdırılacağı bildirsə də heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də o məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası təmin edilməlidir.
10. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(074)-150/2023 nömrəli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia tələbi təmin edilməmiş, İddiaçı 50 manat məbləğində ekspert xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı ona məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsindən keçən böyük diametrli yüksək təzyiqli qaz xəttinin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyinə əsasən Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi müəyyən olunmuşdur. Göründüyü kimi iş üzrə olan sübutlarla qaz xəttinin iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halı təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edib ki, iddia tələbi təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216, 127.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə sübutları araşdırmadan səthi qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. İddiaçının daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gedib-gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək təhlükə mənbəyi olan qaz xətti keçməsi səbəbindən ona çıxarış verilməsindən imtina olunub. Bundan sonra o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən 165 saylı qeydiyyat vəsiqəsi ilə yanacaq doldurma məntəqəsinin iddiaçının mülkiyyətində olması araşdırılmamışdır. 165 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, yanacaqdoldurma məntəsi iddiaçının şəxsi mülkiyyətindədir. Ekspert rəyləri ilə də müəyyən olunur ki, onun mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin altından yüksək təzyiqli qaz xətti keçir. 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət üzrə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində ölçü işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki və sənəd üzrə iddiaçının istifadəsində olan sahənin üzərində elektrik xəttinin transformatoru yerləşir. İşə baxan məhkəmə isə təqdim olunan sənədləri araşdırmadan iddia tələbinin 0,18 ha torpaq sahəsi olması əsası ilə iddianı rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə iş üzrə tam, hərtərəfli qaydada araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçıya Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək təhlükə mənbəyi olan qaz xətti keçməsi səbəbindən iddiaçıya çıxarış verilməsindən imtina olunub. Birinci instansiya məhkəməsi iş üzrə ekpertiza təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyində Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi qeyd olunmuşdur. Başqa sözlə Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin rəyi arasında ziddiyət mövcuddur. Əslində iddiaçıya torpaq sahəsinə dair Çıxarışın verilməsindən imtina edilməsinin səbəbi məhz həmin qurum tərəfindən verilmiş rəy olmuşdur. İddiaçı bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə lazımı qədər araşdırma aparmamış və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Cavabdeh1 daha əvvəlki məhkəmə iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Digər cavabdeh X12 Sahəsinə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.3.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(074)-150/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb torpaq sahəsindən keçən yüksək təzyiqli qaz xəttinin cavabdehın hesabına çıxarılması barədədir
27. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, “Torpaq sahəsinin planı və ölçüsü sənədinə” əsasən Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
28. İşin faktiki hallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinə hüquq müəyyənedici sənəd almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin aidiyyəti orqan tərəfindən müraciət sahibinə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq mübahisəsi gedən torpaq sahəsinin üzərində elektrik xətti transformatorunun yerləşdiyi, həmçinin, torpaq sahəsindən yüksək təzyiqli qaz xətti keçdiyi bildirilmişdir.
29. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəyə aydınlıq gətirmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və alınmış rəylərə əsasən (həm mütəxəssis, həm də ekspert rəylərinə əsasən) İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərqliliyin olması müəyyən edilmişdir.
30. Verilmiş rəylərdən həmçinin aydın olur ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan-ölçü sanədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799.01 kv.m həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.
31. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan xüsusatlar iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edilərkən həm də müəyyən edilmişdir ki, “yanacaq doldurma məntəqəsinə” aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, “Azəriqaz" İstehsalat Birliyinə məxsus qaz xətti keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçir.
32. Mübahisənin bu hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, həmin rəydə də Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi qeyd edilmişdir.
33. Yuxarıda sadalananlaradan belə qənaətə gəlinir ki, mübahisələndirilən qaz xəttinin iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halı öz təstiqini tapmamışdır.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya mübahisələndirilən qaz xəttinin həmin ərazidən nə vaxt çəkilməsinə də xüsusi diqqət yetirmiş və müəyyən olunmuşdur ki, sözügedən qaz xəttinin inşasına 2010-cu ildə başlanılmış, tikintisi isə 2013-cü ildə başa şatmışdır. Göründüyü kimi iddiaçıya torpaq sahəsinə dair plan-ölçü sənədi verilərkən artıq bu layihə mövcud idi.
35. Göründüyü kimi iş üzrə tədqiq olunan sübutlara əsasən mübahisəsigedən qaz xəttinin iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halı təsdiq edilməmişdir.
36. Bundan əlavə apellyasiya kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun üstün əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
37. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidr. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 77.1, 218.1-ci maddələr)
38. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
39. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(074)-150/2023 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.