Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-45/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsindən, xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsindən və xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 50 manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı X1, kod 210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ**********0000003944; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsinin, xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsi və xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, onlar tərəfindən inşa edilmiş daş hasarların cavabdeh hesabına inşa edilməsi və zəbt edilmiş torpaq sahələrinin boşaldılması və onlara dəymiş maddi və mənəvi ziyana görə 1000 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0398 ha torpaq sahəsi icarə hüququ əsasında X4 məxsusdur, bundan əlavə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyeştri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0403 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı2 məxsusdur və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0407 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı3 məxsusdur. Daşınmaz əmlak üzərində onların icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin xx.xx.2015-ci il tarixli, 0582495, ******* və ******* №-li çıxarışlar ilə öz əksini tapmışdır. Həmin çıxarış Daşınmaz əmlakın dövlət reyestrində 739 nömrəli reyestr kitabının 63 nömrəli vərəqi ilə X3, 739 nömrəli reyestr kitabının 64 nömrəli vərəqi ilə İddiaçı2 və 739 nömrəli reyestr kitabının 67 nömrəli vərəqi ilə İddiaçı3 adlarına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahələrinin planları və ölçülərdə həmin torpağın koordinatlarını özündə dəqiq əks etdirir. Onlara məxsus torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. Təxminən bir neçə müddət bundan qabaq onlara məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsini Cavabdeh adlı şəxs qanunsuz zəbt edərək, torpaq sahəsində olan daş hasarlarını sökərək tikinti işləri aparmışdır. Cavabdehə tərəflərindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son qoymamış, nəticədə onların torpaq sahələrini özbaşına olaraq zəbt etmişdir. Cavabdehin qanunsuz olaraq torpaq sahələrini zəbt etməsi barədə istər Xəzər rayon Prokurorluğuna, istərsə də Xəzər rayon Polis İdarəsinə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əmirov X5 Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən həmin torpaq sahəsinin qanuni şəkildə əldə edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi sübutlar (etibarnamə və s) heç bir əsaslandırma aparılmadan məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş və iddia təmin olunarkən həmin sübut nəzərə alınmamışdır. Sübut onun tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə müəmmalı şəkildə onu qətnamə qəbul edərkən nəzərə almır və bu barədə də heç bir tədbir görmür. Yəni əgər sübut məhkəmədə şübhə doğururdusa belə, onun nəyə görə qəbul edilmədiyi qətnamədə əsaslandırılmalı idi. Çünki həmin sübut hazırki işin hallarının müəyyən edilməsində əvəz edilməz əhəmiyyətə malik idi. Bununla da məhkəmə dolayı yollarla sübutların bir tərəfli araşdırılmasına və işin bütün hallarının iddiaçıların xeyrinə qiymətləndirilməsinə şərait yaratmışdır. Göründüyü kimi ekspert tərəfindən qərardadda qoyulan suala uyğun olaraq iddiaçıların hər birinin torpaq sahəsində zəbt edilmiş hissənin nə qədər olmasını müəyyən etməmiş və əsassız olaraq bütövlükdə iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. Halbuki, məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, Cavabdeh qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsi 800 kv.m-dir və həmin ölçüdə ərazi onun istifadəsindədir. Ekspert rəyində isə iddiaçılara məxsus torpaq sahələrinin bütövlükdə zəbt olunması müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi də birlikdə 1208 kv.m-dir. Bu da o deməkdir ki, ekspert müvafiq araşdırma aparmadığı məsələ ilə bağlı əsassız və şübhə doğuran fikir irəli sürmüş və buna dair rəy vermişdir. Odur ki, hazırki halda kifayət qədər tam olmayan ilkin ekspertizanın rəyi ilə ədalətli və obyektiv yekun məhkəmə qərarının qəbul edilməsi mümkünsüzdür. Bu səbəbdən də hesab edir ki, iş üzrə obyektiv nəticəyə gəlməkdən ötrü əlavə ekspertiza təyin edilməli və hərtərəfli tədqiqat aparılmalı idi. Aydın şəkildə görünür ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu Mülki Məcəllənin yuxarıda qeyd olunan göstərişləri də pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə İddiaçı1 aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinin iş materialları o cümlədən, ekspertiza rəyi ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, mübahisələndirilən hissədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0398 ha torpaq sahəsi icarə hüququ üzrə xx.xx.2015-ci il tarixdən İddiaçı1, 0.0403 ha torpaq sahəsi icarə hüququ üzrə xx.xx.2015-ci il tarixdən İddiaçı2, 0.0407 ha torpaq sahəsi icarə hüququ üzrə xx.xx.2015-ci il tarixdən İddiaçı3 adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci iddiaçılar tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, Cavabdeh apellyasiya şikayətində məhkəmənin kifayət qədər tam olmayan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə istinad etməsini, obyektiv nəticəyə gəlməkdən ötrü əlavə məhkəmə ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə əlavə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3054 nömrəli 16 iyun 2023-cü il tarixli ekspert rəyi ilə 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-2757/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30 yanvar 2015ci il tarixli ******* saylı çıxarışına əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsi tam olaraq və xx.xx.2015-ci il tarixli, ******* saylı çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən faktiki istifadə olunduğu, Abşeron rayon İcra Hakimiyyəti başçısının 29 may 2007-ci il tarixli sərəncamı, həmin sərəncama əsasən 20 hektar torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən, ikinci sualın cavablandırılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ekspert qarşısında qoyulmuş suallardan biri İddiaçı1 məxsus 0,0398 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsinə aydınlıq gətirilməsi olsa da, qərardadın həmin hissəsi cavablandırılmamışdır. Eyni zamanda DTXK-nin Abşeron rayon şöbəsinin aktı və yerquruluşu planından çıxarış, o cümlədən kadastr sənədləri nəzərə alınmaqla, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsinin müəyyən edilməsindən ötrü əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli 3-16- 16/2-10/1948 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/3-32/2-2477/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə **********81, **********87 reyestr nömrəli çıxarışlarla icarə müqaviləsi əsasında sənəd üzrə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür, lakin **********90 reyestr nömrəli çıxarışla İddiaçı1 icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Abşeron rayon İcra Hakimiyyəti başçısının 29 may 2007-ci il tarixli sərəncamı, həmin sərəncama əsasən 20 hektar torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən, ikinci sualın cavablandırılmasının mümkün olmamışdır. Göründüyü kimi iddiaçı ekspert rəyi ilə İddiaçı1 icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən faktiki istifadə olunması öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə İddiaçı1 münasibətdə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+50=100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsindən Cavabdeh çıxarılması hissəsində iddia tələbi rədd edilsin. Cavabdeh ekspertiza xərci 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-45/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-45/2024
07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver