Məhkəmə qərarları › İş №2(105)-450/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-450/2025

18.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-450/2025 18.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması) X15 Süleymanovanın sədrliyi və məruzəsi, X6 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Mənzil Tikinti Kooperativinin təsisçi- direktoru X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su X1 X18 Xidməti X20 Abşeron Su İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (müstəqil tələb irəli sürməyən 3cü şəxslər Abşeron rayonu Masazır Bələdiyyəsi, Abşeron rayon İH və "xxxx" ASC cəlb edilməklə) "mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(012)-56/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilərək cavabdehin ona məxsus olan ünvan 3ində 0,0521 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı bütün tikinti işləri onun hesabına sökülərək torpaq sahəsinin tam boşaldılaraq onun istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində apardığı tikililərin (asfalt örtüyünün) eləcə də kanalizasiya xəttlərinin (boruların) onun hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması, torpağın tam boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, 1 saylı Notariat Kontorunun xüsusi notariusu X13 tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmalakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3ində 0,0521 ha torpaq sahəsini X9 almışdır. xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən adına «torpaq sahəsinin planı və ödçüsü» adlanan A№ 164281 saylı sənəd verilmiş, qeyd edilən torpaq üzərinə mülkiyyət hüquqları isə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq ona seriya RX №1085182 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. Torpaq sahəsini satın aldıqdan sonra bir müddət orada hər hansı işlər görməmiş, lakin buna baxmayaraq ara-sıra həmin sahəyə gedib gəlmişdir. Yaxınlıqda cavabdeh tərəfindən ev tikintisi işləri aparılmışdır. Lakin bu yaxınlarda torpaq sahəsinə gedərkən cavabdeh tərəfindən mülkiyyətinin zəbt edilərək ora asfalt çəkməsini və avtodayanacaq kimi istifadə edilməsinin şahidi olmuşdur. Cavabdehin işçiləri onu sahəsinə buraxmamış, hətta tikinti işləri aparmaq üçün aldığı bir maşın mişar daşının sahəsinə tökdürülməsi ilə bağlı polisə müraciət etmişlər. Sahə rəisi gələrək mişar daşının tökdürülməsinin qarşısını almış və bildirmişdir ki, bu məsələ məhkəməlikdir. Cavabdehə mülkiyyətində olan torpaq sahəsinin sənədlərini təqdim edərək onların hərəkətlərinin qanunsuz olmasını bildirsə də, bu sənədlərə əhəmiyyət verilməmiş, əksinə cavabdehin sədri Mustafayev Əbduləzim tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 05 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edilərək həmin torpaq sahəsi ilə bağlı ona verilmiş sənədlərinin qanuniliyini şübhə altına alaraq guya oradan mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xəttinin keçməsini, həmin torpaq sahəsinin hasara alınmasının inşa etdikləri binanın yanğın mühafizə zolağının zəbt olunacağını, binanın İ mərtəbəsi olan qeyri-yaşayış sahəsinin istismarının isə qeyri-mümkünsüz olmasını göstərmişlər. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun torpaq sahəsi ilə bağlı sənədlərin qanuniliyini göstərilən əsaslarla şübhə altına alması tam əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsi ilə bağlı müvafiq hüquqverici sənədləri ona səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və bu sənədlər hazırki vaxta kimi qüvvədədir. Məlumat üçün bildirir ki, cavabdehin sədri Mustafayev Əbduləzim tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 05 iyul 2022-ci il tarixdə ərizə ilə əlaqədar aidiyyatı qurum tərəfindən yerində araşdırma aparılaraq müvafq akt və sxem tərtib edilmişdir. Bu sxem və aktla müəyyən edilmişdir ki, KTMX-ya aid F06 optik kabel xətti onun torpaq sahəsindən 2- 2,5 metr aralı keçir. Cavabdeh isə heç bir əsas olmadan onun mülkiyyətini zəbt edərək oradan istifadə edərək faydalanır və bununla da onun mülkiyyət hüquqlarını pozmuş və pozmaqdadır. Onun bu zəbt etmək faktına görə o, öz mülkiyyətindən mülahizəsinə görə sərbəst istifadə etmək, faydalanmaq və gəlir götürmək hüquqlarından məhrum olunmuşdu. Cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd edilmiş, lakin cavabdehin sədri telefonla onun sənədlərinin qanunsuz olmasını bildirərək mübahisənin sülh yolu ilə həll edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 915 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. X5 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0521 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə alıcıya 5000 manata satılmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli, A № 164281 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.0521 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu B.S.İslamovun № 132. xx.xx.2017-ci il tarixli 4ə-1106 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/39 nömrəli ekspert rəyinin surətindən görünür ki, məhkəmənin 2(012)-239/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sərxan Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 14749/2023 saylı mütəxəssis rəyinə əsasən, **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.

9. İddiaçı tərəfin sorğusu əsasında verilmiş - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti PHŞ X19 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 325 saylı məktubdan görünür ki, Masazır qəsəbəsi Ə.Vahid ünvanında yerləşən vətəndaşa məxsus torpaq sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş, baxış zamanı sözegedən torpaq sahəsində keçən kanalizasiya xəttinin X19 Sistemlərinin İstismarı İdarəsinin balansında olmadığı müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC “Abşeron Sukanal” İdarəsi tərəfindən cavabdehə ünvanlanan verilmiş xx.xx.2022-ci il tarixli 06/1-957 saylı məktubdan görünür ki, Masazır kəndi. Ə.Vahid küçəsi 180-də inşa olunmuş çoxmərtəbəli yaşayış binasının qarşısından keçən “kanalizasiya xətti üzərində çıxarış alınmış torpaq sahəsində tikintinin aparılmasının qarşısının alınması” haqqında müraciətinizə baxılmışdır. Məlumat üçün bildirilir ki, sözügedən əraziyə birgə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, tikinti aparılacaq torpaq sahəsindən "xxxx" ASC tərəfindən hazırda istismar olunan d300mm-lik kanalizasiya xətti keçir. Tikinti norma qaydalarına müvafiq olaraq kanalizasiya xətti və iki ədəd baxış quyusunun yerləşdiyi həmin torpaq sahəsində tikinti inşaat işlərinin aparılması yolverilməzdir. Azərbaycan Dövlət Su X8 Su Meliorasiya Xidməti X20 X19 Sistemlərinin İstismarı İdarəsindən məhkəməyə ünvanlanmış 14 iyul 2025-ci il tarixli cavabından görünür ki: İddiçı İddiaçı xx.xx.2017-ci il tarixli, ******* saylı Çıxarışla mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0.0521 ha torpaq sahəsindən keçən tullantı su xətti istismarda olan mərkəzləşmiş tullantı su xəttidir. Cavabdeh MTK-ya aid yaşayış binasının tullantı su xətti İddiaçı məxsus torpaq sahəsindən keçən mərkəzləşmiş tullantı su xəttinə sağdan birinci binanın qarşısında qoşulmuşdur. Tullantı su xəttinin yerinin dəyişdirilməsi üçün texniki şərtin alınmasına görə aidiyyəti üzrə müraciət olunmalıdır.Torpaq sahəsindən keçən mərkəzləşmiş tullantı su xəttinə həmin torpaq sahəsində başqa birləşmə qeydə alınmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(012)-56/2024 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.0521 ha torpaq sahəsindən cavabdeh "xxxx" MTK-nın çıxarılması, həmin torpaq sahəsində cavabdeh "xxxx" MTK tərəfindən çəkilmiş asfalt örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, digər hissədə isə iddia əsassız olduğundan təmin edilməməsi, cavabdeh "xxxx" MTK-dan ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin 80 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh "xxxx" MTK-dan 50 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X4 AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1, 77.1, 14.2, 217.4, 218.3, 107, 119.1, 216-220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(012)-56/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətləri vermişlər.

14. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2024 saylı, xx.xx.2024-cü il il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir.

15. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-56/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

16. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddianı qismən təmin etməsi ilə razılaşmır. Belə ki, iddia tam təmin olunmalı, həm də torpaq sahəsini qanunsuz zəbt etmə faktı ilə bağlı Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməli idi. Məhkəmənin kanalizasiya xəttinin daha əvvəldən olması və bunun cavabdeh tərəfindən deyil, "xxxx" ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilməsinə dair qənaəti səhvdir. Məhkəmə mübahisəli torpaq sahəsinin X11 adına dövlət reyestrində qeydə alınması və bununla da iddiaçının mülkiyyəti kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olması, onun bu hüquqlarının cavabdeh "xxxx" MTK tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməməsi kimi düzgün nəticəyə gəlsə də nəzərə almamışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha olan torpaq sahəsinə bitişik torpaq sahəsində cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası tikilmiş və onun mülkiyyətindəki torpaq sahəsi həmin hündürmərtəbəli binanün qarşı tərəfində bina ilə baş yol arasında yerləşən torpaq sahəsidir. Cavabdeh iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtük çəkmiş və oradan avtomaşın dayanacağı, binaya giriş-çıxış kimi istifadə olunur. Cavabdeh iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtüyü çəkməmişdən əvvəl isə tikdiyi bina üçün kanalizasiya xətti çəkmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC “Abşeron Sukanal” İdarəsi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli 06/1957 saylı məktuba istinad etsə də, iddiaçı tərəfin sorğusu əsasında verilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti PHŞ X19 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 325 saylı məktubun məzmununa diqqət yetirməmiş, düzgün hüquqi qiymət verməmişidir. Belə ki, məktubdan görünür ki, Masazır qəsəbəsi Ə.Vahid ünvanında yerləşən vətəndaşa məxsus torpaq sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş, baxış zamanı sözegedən torpaq sahəsində keçən kanalizasiya xəttinin X19 Sistemlərinin İstismarı İdarəsinin balansında olmadığı müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsindən "xxxx" ASC tərəfindən hazırda istismar olunan d300mm-lik kanalizasiya xətti keçsə də, məhkəmənin bu xəttin cavabdeh tərəfindən deyil, "xxxx" ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilməsinə dair nəticəsi işin hallarına uyğun gəlmir. Belə ki, əgər iddiaçının mülkiyyətində olan torpaq sahəsində əvvəldən kanalizasiya xətti mövcud olsa idi, belə olan halda dövlət qurumları iddiaçıya torpağa mülkiyyət haqqında sənəd verməzdi. Həmçinin də mülkiyyətdə olan torpaq sahəsindən keçən d300mm-lik kanalizasiya xəttinin "xxxx" ASC tərəfindən hazırda istismar olunması da bu xəttin"xxxx" ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilməsi qənaətinə gəlməyə hüquqi əsas vermir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş qeyd edilən məktubların heç birində iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki kanalizasiya xəttinin məhz "xxxx" ASCnin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilməsi faktı təsdiq edilməmişdir. Bu qənaət məhkəmənin heç bir hüquqi əsası olmayan subyektiv mülahizəsidir. Göründüyü kimi, məhkəmə iddia tələblərinin digər hissələri üzrə düzgün nəticəyə gəlsə də, kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması hissəsi üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə hazırkı iş üzrə kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması hissəsi üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, du hissədə işi hərtərəfli və düzgün araşdırmamış, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun, yəni, MM-nin 152, Torpaq Məcəlləsinin 111 və 180-ci maddələrinin tətbiqində səhvə yol vermişdir ki, bu da sonda qeyd edilən hissə üzrə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarması, iddiaçının mülkiyyət hüququnu tam bərpa edilməməsi ilə nəticələnmişdir. Halbuki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkənə iddiaçının ədalətli məhkəmə araşdırılma hüququnu qismən pozmuş və onun hüququnun tam bərpa olunmasına kömək etmək əvəzinə, kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsi hissəsində sübutları düzgün araşdırmamış, bununla da iddiaçının X28 və Azadlıqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş Ədalətli Məhkəmə Araşdırması hüququ pozulmuşdur. Hazırkı işdə məhkəmənin qətnaməsi kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsinin təmin olunmaması hissəsidə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normalarını kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsi hissəsində düzgün tətbiq edilməmişdir. İddiaçı kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsi hissəsində tələblərinin əsası kimi istinad etdiyi halları sübut etsə də, məhkəmə qeyd edilən prosessual normaların tələblərinə riayət etmədən əsasslı iddianı bu hissədə əsassız olaraq təmin etməmişdir. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırma zamanı İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilməsini, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində hazırda cavabdeh tərəfindən istifadə olunması iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmasını və onun hüquqlarını məhdudlaşdırmasını müəyyən etsə də, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməli olmamasını qətnamədə əsaslandırmamışdır. Məhkəmə həmçinin cavabdehin iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtük çəkməsi, oradan avtomaşın dayanacağı və binaya giriş-çıxış kimi istifadə olunmasını müəyyən etsə də bu zəbt etmə faktına düzgün hüquqi qiymət verməmişdir. Neçə ildir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edib, orada torpaq sahəsində asfalt örtüyü, ondan əvvəl isə həmin torpaq sahəsinə bitişik torpaq sahəsində tikdiyi hündür mərtəbəli yaşayış binası üçün kanalizasiya xətti çəkməklə iddiaçının mülkiyyətindən qanunsuz istifadə edir və faydalanır. İddiaçınin bununla əlaqədar cavabdehə ayrı icraatda iddia qaldırmaq hüququ vardır. Lakin ona qədər cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktına hüquq mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmə kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsi hissəsi üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, bu hissədə işin hallarına iddianın dəlillərinə, məhkəməyə təqdim etdiyimiz sübutlara diqqət yetirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, eləcə də cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktına düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə qətnamə çıxararkən iddianın kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməsi hissəsində formal sübutlara və cavabdehin mülahizələrinə əsaslanmış, iddiaçı tərəfin kanalizasiya xəttlərinin (boruların) cavabdehin hesabına sökülməməsi halında torpağın tam boşaldılmamasına dair iddiaçı tərəfin izahat və sübutlarına diqqət yetirməmiş, bir sözlə, qətnamə çıxarılarkən bu hissədə iddiaçının mükkiyyət hüquqlarına və qanuni mənafelərinə düzgün hüquqi qiymət verilməmişdir.

17. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu XDS İcrayyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə Cavabdeh MTK Masazır kəndi ərazisində sahibkarlıq məqsədi ilə 1,012 ha torpaq sahəsi 50 illik icarəyə verilmişdir. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il, 315 saylı, sərəncamı ilə həmin torpaq sahəsində 3 ədəd 1 girişli, 13 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə icazə verilmişdir. Kooperativ rəhbərliyi tərəfindən ünvan 4 ünvanda yerləşən ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış kompleksinin 2014-cü ildə layihələndirməsini təmin etdikdən, 2015-ci ildə isə Dövlət Ekspertizadan Şəhərsalma və Arxetektura komitəsindən xx.xx.2015-ci il tarixli 20079 saylı rəy alındıqdan və lazimi dövlət strukturları ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanmış və tikinti işləri 2019-cu ilin sonuna başa çatmışdır. Möhtərəm Prezidentin 19 fevral 2019-cu il tarixli 529 saylı “Bəzi çoxmərtəbəli binaların istismara verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına əsasən, bina istismara qəbul edilmiş və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr xidmətində №**********47 saylı xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Qalan 1 və 2 saylı binaların tikintisi də 2019-cu ildə tam başa çatmışdır. 2 saylı bina FHN-nin 17 dekabr 2019-cu il tarixli №Ö/003386 saylı istismara hazırlıq aktı və Abşeron rayonu İcra Hakimiyyətinin 25 dekabr 2019-cu il tarixli, 204 saylı tikinti obyektinin istismara icazə aktı ilə təhvil verilmişdir. 1 saylı bina, 4, 5 və 6 saylı qeyri- yaşayış sahələri isə FHN-nin 22 oktyabr 2020-ci il tarixli, №Ö/004156 saylı istismara hazırlıq aktı və Abşeron rayonu İcra Hakimiyyətinin 05 mart 2021-ci il tarixli, 004 saylı istismara icazə aktı ilə təhvil verilmişdir. 2018-ci ilin axırlarından başlayaraq sakinlər tədricən tikilən binalara köçüb yaşamağa başlayıblar. Artıq hər üç binada sakinlər yaşayır. xx.xx.2022-ci il tarixində bir sıra şəxs onlara yaxınlaşıb, Əliağa Vahid küçəsində tikdikləri həmin bina ilə əsas magistral yol arasında olan 12m məsafə aralığındakı sahədə yaşıl zona hesab olunan, altından müxtəlif kommunikasiya xəttləri keçən, ümumi sahəsi 5 sot torpağın X11 adına cıxarışı olduğunu və həmin yeri hasara alacağını bəyan etmişlər. Onların nəzərinə çatdırmışlar ki, həmin yerdən mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xətti keçir. 2017-ci ildən adı çəkilən şəxsin adına sənəd mövcud olubsa hansı səbəblərə görə indiyə qədər bu torpağın ona məxsusluğu barəsində bir dəfə olsun belə məlumat verməyib. Onlar bildirmişlər ki, həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühafizə zolağı zəbt olunmuş olur, binada yaşayan, həmçinin o ərazidə yaşayan sakinlərin gediş-gəliş yolları tutulacaq, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin istismarı isə mümkünsüz olur. Adı çəkilən şəxslər dediklərinə heç bir məhəl qoymadan, həmin sahəyə tikinti materialları gətirib tökmək istəyəndə, hüquq mühafizə orqanlarının əməkdaşları onun qarşısını ala bilmişdir. ünvan 4 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən 0,10 ha torpaq sahəsinin 0521 ha hissəsinə dair X10 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə aparılan qeydiyyat, daha sonra isə X11 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr, ********** aparılan qeydiyyat və onun adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü tam qanunsuzdur. Cavabdehin X10 adına adına verdiyi çıxarışda ünvan olaraq, ünvan 5ikləri torpaq sahəsinə dair dəqiq koordinatların təsdiq edilməsi ilə bağlı X10 adına hər-hansısa bir qanuni sənəd mövcud olmamış və X2 gəlib mübahisəli torpaq sahəsini göstərməklə həmin sahə onun adına rəsmiləşdirilmiş, sonradan isə alqı-satqı müqaviləsi əsasında X11 adına sənədləşdirilmişdir. Bundan sonra İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilərək cavabdehin ona məxsus olan ünvan 3ində 0,0521 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı bütün tikinti işləri onun hesabına sökülərək torpaq sahəsinin tam boşaldılaraq onun istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində apardığı tikililərin (asfalt örtüyünün) eləcə də kanalizasiya xəttlərinin (boruların) onun hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması, torpağın tam boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Qaldırılmış iddianı qəbul etməmələrinə, torpaq sahəsini zəbt etmədiklərini, orada olan abadlaşdırma işlərinin, asfalt örtüyünün çəkilməsini, ağacların əkilməsini dövlət orqanları tərəfindən həyata keçirildiyini və sadəcə olaraq tərəflərindən yaşıllığın bərpa edilməsinə köməklik göstərdiklərini bildirsələr də, məhkəmə buna heç bir məhəl qoymamışdır. Məhkəmənin gəldiyi nəticə əsassız olmaqla qəbul edilməzdir. Belə ki, məhkəmə özünün qəbul etdiyi qətnaməsi ilə İddiaçı mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.0521 ha torpaq sahəsindən cavabdeh "xxxx" MTK-nın çıxarılması, həmin torpaq sahəsində cavabdeh "xxxx" MTK tərəfindən çəkilmiş asfalt örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılmasını qət etsə də, məhkəməyə bildirmişlər ki, onlar torpaq sahəsini zəbt etməmişlər ki, oranı da boşaltsınlar, orada onlara aid olan heç bir tikili mövcud deyildir, asfalt örtüyü onlar tərəfindən deyil, dövlət orqanları tərəfindən çəkildiyini göstərsə də, məhkəmə əsassız olaraq üzərlərinə qətnamədə göstərilən öhdəlikləri qoymuşdur. Digər tərəfdən onu da qeyd etmək istəyir ki, işə məhkəmədə baxılıb qurtardığı və yuxarıda göstərilən qanunsuz qətnamə qəbul edildikdən sonra, tərəfilərindən Masazır Bələdiyyəsinə sorğu verilərək həmin ərazinin kim tərəfindən abadlaşdırıldığına dair məlumat verilməsini xahiş etmişlər. Sorğularına Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubiunda göstərmişdir ki, “Bildiririk ki, Masazır kəndi, Əliağa Vahid küçəsi 180 ünvanında yerləşən asfalt örtüyün çəkilməsi ilə bağlı əraziyə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, ərazidə asfalt örtüyün olmaması, yağış yağarkən ərazinin gölməçəyə çevrilməsi, ərazidən keçmək mümkün olmaması səbəbindən göstərilən ünvanda yaşayan vətəndaşlar tərəfindən müvafiq qurumlara müraciət olunmuşdur. Müraciət əsasında Masazır bələdiyyəsi və bununla bağlı köməklik göstərən bəzi qurumlar tərəfindən həmin və ona bitişik digə ərazilərin abaşlaşdırılması məqsədilə asfalt örtük salınmış və mühafizə zolaqlarına bələdiyyə tərəfindən çox illik ağaclar əkilmişdir. Göstərilən hal hazırdakı ərazinin qorunub saxlanması, ağacların vaxtında sulanması, budaqlanması Masazır bələdiyyəsi tərəfindən həyata keçirilir.” Göründüyü kimi, məhkəmə tərəfindən əsassız olaraq onlara aid olmayan bir məsələ ilə bağlı üzərlərinə öhdəliklər qoyulmuşdur ki, bu qətnamənin də tərəflərinindən icra edilməsi mümkünsüzdür. İddiaçı hazırkı iddia ilə onlara qarşı deyil, Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı müraciət etməli idi. Göstərilənlərdən göründüyü kimi, qətnamə əsassız olduğundan ləğv edilməli və iddiaçının irəli sürdüyü tələblər rədd edilməlidir. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq işin faktiki hallarında göstərilənləri nəzərə almamışdır ki, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ən azından iş materiallarına əlavə edilmiş sənədləri, Abşeron rayon İcra Hakimiyyətinin və Masazır Bələdiyyəsinin nümayəndələrinin verdikləri izahatları nəzərə almalı idi. Belə ki, onlar da göstərmişlər ki, Abşeron Rayon Arxiv İdarəsinin 1 may 2017-ci il tarixli, F-438 saylı müraciətində vətəndaş X12 İcra Hakimiyyətinin 4 mart 1993cü il tarixli, 170 saylı sərəncamı ilə 0,1 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. 36-cı qrafada X14 qeyd edilmiş və İcra Hakimiyyətinin başçısı Qubad Qubadov tərəfindən imzalandığı müəyyən edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti, Masazır Bələdiyyəsinin ünvanladığı müraciətə cavab olaraq, 17 oktyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Qubad Qubadov Azərbaycan Respublikası Ali Soveti sədrinin 11 avqust 1993-cü il tarixli, 710 saylı Fərmanı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Qeyd edilən dövrə qədər vəzifədə Vahid Orucov adlı şəxs çalışmışdır. Abşeron Rayon Arxivinin T/201 saylı, 16 mart 2023-cü il tarixli cavb məktubunda Abşeron Rayon İcra Hakimiyyətinin 14 saylı Sərəncamının tarixi Abşeron Rayon Dövlət Arxivinin arxiv əsaslarında qeyd edilən tarixə uyğun olmadığı və təhvil verilmiş sərəncamlara dair cizgi sərəncama daxil edilmədiyi göstərilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

20. Cavabdeh Mənzil Tikinti Kooperativinin təsisçi -direktoru X7 öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

21. Cavabdehin nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su X1 X18 Xidməti X20 Abşeron Su İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, ünvan 3ində yerləşən 0,0521 ha torpaq sahəsindən keçən kanalizasiya xətti mərkəzləşmiş kanalizasiya kollektoru vardır. Cavabdeh MTK-ya aid yaşayış binasının kanalizasiya xətti İddiaçı məxsus torpaq sahəsindən keçir. Həmin kanalizasiya xəttinin yerinin dəyişdirilməsi vətəndaş tərəfindən Asan Xidmət Mərkəzinə müraciət etməklə mümkündür. Həmin kanalizasiya xəttinin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsinə Cavabdeh MTK-ya aid yaşayış binasından başqa, digər qoşulma xətləri müəyyən edilmir.

23. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayonu Masazır Bələdiyyəsi və Azərbaycan Respublikası Abşeron rayon İca Hakimiyyətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsini, cavabdeh tərəf isə qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edlmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha olan torpaq sahəsi almışdır. xx.xx.2017-ci ildə həmin torpaq sahəsi onun adına rəsmləşdirilərək ******* saylı çıxarış və xx.xx.2017-cı il tarixli, seriya nömrəsi 164281 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı ərazi idarəsindən sənəd təqdim edilmişdir. Bir müddətdən sonra torpaq sahəsinə gələn iddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpağından Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən istifadə olunduğu, asfalt örtük çəkildiyi, avtomaşın dayanacağı kimi istifadə olunduğunu müəyyən etmişdir. İddiaçı cavabdehdən ona məxsus torpağın boşaltmasını və orda olan qanunsuz tikililərin öz hesabına sökülərək çıxarılmasını tələb etsə də, lakin cavabdeh buna məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdir. Hazırda iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0521 torpaq sahəsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı tikililərin (asfalt örtüyünün), eləcə də kanalizasiya xəttlərinin (boruların) onun hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması, torpağın tam boşaldılması barədə qətnamə, habelə cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

31. Bundan başqa işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha olan torpaq sahəsinə bitişik torpaq sahəsində cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası tikilmişdir. Mübahisəli torpaq sahəsi həmin hündürmərtəbəli binanın qarşı tərəfində bina ilə baş yol arasında yerləşən torpaq sahəsidir. Cavabdeh iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtük çəkmiş, oradan avtomaşın dayanacağı və binaya giriş-çıxış kimi istifadə olunur.

32. Daha sonra məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf ona məxsus həmin torpaq sahəsinin altında cavabdeh tərəfindən kanalizasiya xətlərinin (boruların) çəkildiyini bildirsə də, işdə olan "xxxx"ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən verilmiş cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli 06/1-957 saylı məktubdan görünür ki, Masazır kəndi, Ə.Vahid küçəsi 180-də inşa olunmuş çoxmərtəbəli yaşayış binasının qarşısındakı torpaq sahəsindən "xxxx" ASC tərəfindən hazırda istismar olunan d300mm-lik kanalizasiya xətti keçir. Tikinti norma qaydalarına müvafiq olaraq kanalizasiya xətti və iki ədəd baxış quyusunun yerləşdiyi həmin torpaq sahəsində tikinti inşaat işlərinin aparılması yolverilməzdir.

33. Qeyd olunan əsaslara istinadən birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.0521 ha torpaq sahəsindən cavabdeh "xxxx" MTK-nın çıxarılması, həmin torpaq sahəsində cavabdeh "xxxx" MTK tərəfindən çəkilmiş asfalt örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, digər hissədə isə iddia əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

34. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh MTK tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.

35. İş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab etmişdir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilmişdir.

36. Məhkəmə həmçinin göstərmişdir ki, mübahisə predmeti olan kanalizasiya xətti daha əvvəldən olmuş və bu cavabdeh tərəfindən deyil, "xxxx" ASCnin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilmişdir. "xxxx"ASC isə iş üzrə cavabdeh tərəf deyildir. Bu hissədə iddia əsil olmayan tərəfə qarşı qaldırılmışdır.

37. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq tərəflərin şikayətin əsassız hesab edir və gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:

39. Məhkəmə kollegiyası ilk əvvəl iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə qiymətləndirmə apararaq qeyd edir ki, göründüyü kimi iddiaçı məhkəmə qətnaməsini iddinın təmin edilməyən – kanalizasiya xəttlərinin (boruların) ərazidən çıxarılaraq ərazinin əvvəlki vəziyyətinə qaytarılması- hissədə mübahisələndirmiş, iddianın bu hissədə təmin edilməməsi ilə mülkiyyət hüquqlarının pozulduğuna əsaslanmışdır.

40. Kollegiya ilk öncə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə tərəflərin və məhkəmə kollegiyasının iştirakı ilə mübahisəli əraziyə yerli müayinə keçirilmiş, müayinə zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0521 ha olan torpaq sahəsinə bitişik torpaq sahəsində cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası inşa edildiyi və vətəndaşlar tərəfindən istismar olunduğu, iddiaçıya məxsus torpaq sahəsinin həmin hündürmərtəbəli binanın qarşı tərəfində bina ilə baş yol arasında yerləşdiyini, iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtük çəkildiyi, oradan avtomaşın dayanacağı, binaya giriş-çıxış kimi istifadə olunduğu müəyyən edildi.

41. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçıya məxsus torpaq sahəsindən keçən kanalizasiya xəttinin (boruların) mərkəzləşmiş kollektor olduğu müəyyən edildi.

42. Belə ki, X19 Sistemlərinin İstismarı idarəsinin mütəxəssisləri tərəfindən məhkəməyə təqdim edilən 14 iyul 2025-ci il tarixli arayışından görünür k, İddiçı İddiaçı xx.xx.2017-ci il tarixli, ******* saylı Çıxarışla mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0.0521 ha torpaq sahəsindən keçən tullantı su xətti istismarda olan mərkəzləşmiş tullantı su xəttidir. Cavabdeh MTK-ya aid yaşayış binasının tullantı su xətti İddiaçı məxsus torpaq sahəsindən keçən mərkəzləşmiş tullantı su xəttinə sağdan birinci binanın qarşısında qoşulmuşdur.

43. Həmçinin toplanmış sübutlarla müəyyən edildi ki, sözügedən torpaq sahəsindən keçən kanalizasiya xətti X19 Sistemlərinin İstismarı İdarəsinin balansında olmasa da həmin İdarə tərəfindən istismar olunur və xidmət göstərilir.

44. Bununla yanaşı araşdırma zamanı o da müəyyən edildi ki, Xəzri-A” MTK-ya aid yaşayış binasının tullantı su xətti İddiaçı məxsus torpaq sahəsindən keçən mərkəzləşmiş tullantı su xəttinə qoşulmuşdur.

45. Eləcə də məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi məlumatlardan müəyyən edildi ki, iddiaçının torpaq sahəsi ilə sərhəddə olan hündürmərtəbəli yaşayış binası cavabdeh tərəfindən 2015-2019-cu illlərdə inşa edilmişdir.

46. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən ev tikintisi işləri aparıldığını görmüş və bilmişdir.

47. Göründüyü kimi iddia tələbi mülkiyyət hüququnun müdafiəsi, cavabdeh tərəfindən mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlıdır.

48. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.

49. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

50. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

51. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

52. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

53. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.

54. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

56. Bu baxımdan Mülki Məcəllənin aşağıda şərh olunan normanın nəzərdən keçirilməsini məhkəmə kollegiyası zəruri hesab edir.

57. Mülki Məcəllənin 172.3-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

58. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır.

59. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

60. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

61. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsindən mərkəzləşmiş tullantı su xətti keçir və həmin xəttə Xəzri-A MTK-ya aid yaşayış binasının tullantı su xətti qoşulmuşdur.

62. İşin faktiki hallarından göründüyü kmi iddiaçı onunla qonşu sərhəddə MTK tərəfindən 2015-2019-cu illlərdə tikint işləri aparıldığını görmüş, binanın tikintisə ilə bağlı görüləcək işlərin onun mənafeyinə toxunacağı hallarla bağlı maraqlanmamış, hər hansı etirazını bildirməmişdir.

63. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülkiyyətçinin (iddiaçının) mövcud vəziyyətdə pozuntunun aradan qaldırılması ilə bağlı pul formasında müvafiq kompensasiya tələb etmək hüququ mübahisənin həlli baxımından ədalətli və qanuni, eləcə də işin faktiki hallarına uyğun hesab edilməlidir.

64. Kollegiyanın qənatincə mövcud vəziyyətdə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Belə ki, göründüyü kimi sökülməsi tələb olunan kanallizasiya boru xətti mərkəzləşmiş xəttdir, eyni zamanda MTK tərəfindən həyata keçirilmiş qoşulma hündürmərtəbəli yaşayış sahəsinin tullantı su xəttidir.

65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasi şikayətinin əsassız hesab edir, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşır.

66. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, göründüyü kimi apellyatorun dəlili iddianın təmin edilən hissəsindən olmaqla, mübahisəli ərazidə torpaq sahəsini zəbt etmədiklərini, orada olan abadlaşdırma işlərinin, asfalt örtüyünün onlar tərəfindən çəkilmədiyini, həmin işlərin Masazır bələdiyyəsi tərəfindən aparıldığını göstərmişlər.

67. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır, hesab edir ki, cavabdeh üzərinə qoyulmuş mülki məsulyyətdən yayınmaq niyyəti ilə qeyd olunan işlərin Masazır bələdiyyəsi tərəfindən aparıldığına istinad etmişdir.

68. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə xx.xx.2023cü il tarixli, 2-1(102)-1986/2023 nömrəli qərarında məhkəmə kollegiyası 38-ci bənddə qeyd etmişdir ki, iddiaçının abadlaşdırma işlərini apardığı, qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri qarşısında parklanmanın təşkili ilə bağlı öhdəlik götürdüyü ərazinin iddiaçının mülkiyyətinə, istifadəsinə və ya icarəsinə ayrıldığı işin halları ilə öz təsdiqini tapmır. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı onun mülkiyyətinə, istifadəsinə və ya icarəsinə ayrılmamış torpaq sahəsindən digər şəxslər (hazırkı iş üzrə binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin mülkiyyətçiləri) qarşısında öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə etməsini əsas göstərməklə üçüncü şəxsin qanuni mülkiyyətinə verilmiş torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini tələb etməkdə haqlı sayıla bilməz.

69. Qüvvədə olan məhkəmə qərarının məzmunundan göründüyü kimi 2-1(102)- 1986/2023 nömrəli iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli ərazidə parklanma, abadlıq işlərinin onun tərəfindən aparılmasını göstərmişdir.

70. MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

71. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlir.

72. Beləliklə məhkəmə kollegiyası yuxarıda şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir. Odur ki, İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(012)- 56/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(012)-56/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar