Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-454/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İlk İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2, onların vəkili Vəkil1 iştirakları ilə İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı pul barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-276/2021 nömrəli qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 350000 manat borc pulun və 10000 manat maddi ziyanın, 1.000 manat mənəvi zərərin, cəmi 370000 manat pulun, Cavabdeh2 60000 manat borc pulun, 10000 manat maddi ziyanın və 10000 manat mənəvi zərərin, cəmi 80000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını, cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona qarşı olan ilk iddianın rədd edilməsi, İddiaçı 20.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ondan aldığı 22.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-276/2021-009 nömrəli qətnaməsi ilə ilk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manat və 3000 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh1 xeyrinə tutulması, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət olunmuşdur. İlk iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 2327/2021 saylı qətnaməsi ilə ilk İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4152/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2327/21 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Qarşılıqlı iddia tələblərinə münasibətdə iddiaçıların ərizələrində göstərdikləri faktlar məhkəmə araşdırması zərurəti ilə əlaqədar olaraq məhkəmə iclasında tədqiq edilən Sumqayıt Şəhər Məhkəməsinin şifahi sorğusu ilə əldə edilmiş 1(060)-304/2020 saylı iş üzrə cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin 145-146-cı vərəqələrində olan üzləşmə protokolundan görünür ki, İddiaçı Cavabdeh1 ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul verdiyini etiraf etmişdir. Həmin cinayət işinin 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh2 satılan qızıl əşyalarının pulunu 30.000 manat məbləğində ödəmiş, qalan borcu isə ona qaytarmamışdır. İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəməyə gələrək qarşılıqlı iddiaya etirazının bildirməmiş və göstərilən məbləğlərin ona olan borca görə ödənilməsini təsdiq heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,1096 və 1097-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin qismən ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə qanuni baxmamış, yalnız qarşılıqlı iddiaçıların izahatlarına əsaslanaraq qətnamə qəbul etmişdir. İlk iddianının sübuta yetirilmədiyi qeyd olunmuşdur. Üzləşmə protokolunda qızıl əşyalarına görə ona borc kimi verilməsinin etiraf edilmişdir. Cinayət işinə baxıldığı, hələ hpkm çıxmadığı halda, yalandan verilən ifadələr sübut kimi götürə bilməz. Belə olan halda qətnamə əsassız çıxarılmışdır, ləğv edilməlidir. İşin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edərkən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İlk İddiaçı və nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2, onların vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 24.2 Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələriinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin Qərarın 16 və 17-ci bəndlərinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən birbiri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Həmin Qərarın 20-ci bəndində qedy olunmuşdru ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığından, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə tərəflər arasında olan mübahisənin predmetini məhz hər iki tərəfin gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı fəaliyyətindən irəli gələn münasibətlər təşkil edir. Qeyd edilən halı hər iki tərəf (həm ilk iddiaçı, həm qarşılıqlı iddiaçılar) təsdiq etməklə, öz izahatlarında qızıl-zinət əşyaların alqı-satqısı fəaliyyəti ilə məşğul olduqlarını, əsas məqsədlərinin gəlir əldə etmək olduğunu, ilk iddiaçı qızıl-zinət əşyalarını qarşılıqlı iddiaçılara satmaqla gəlir əldə etdiyini, qarşılıqlı iddiaçılar da ilk iddiaçıdan əldə etdikləri qızıl-zinət əşyalarını başqa şəxslərə satmaqla gəlir əldə etdiklərini bildirmişlər. Həmçinin,ilk iddiaçı öz izahatında qarşılıqlı iddiaçılar ilə alqısatqı münasibətlərinin ilk alverinin 2019-cu ilin mart ayında, daha sonra may, iyun-iyul, sentyabr aylarında olmaqla, oktyabr ayına kimi olan dövrdə yarandığını bildirmişdir. Qarşılıqlı iddiaçılar öz izahatlarında ilk ididaçı ilə aralarında olan alqı-saqtı münasibətlərinin 2019-cu ilin may ayı, iyun-iyul ayı, sentyabr aylarında yarandığını bildirmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Vergilər Şöbəsinin 30 yanvar 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, ilk İddiaçı vergi ödəyicisi kimi əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda geyimlərin pərakəndə satışı olmaqla xx.xx.2019-cu il tarixdən vergi orqanlarında qeydiyyata alınmışdır. Vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyəti dayandırılmışdır. Həmçinin, AZEMİS X2 əldə edilmiş məlumatdan görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi qimsində qeydiyyata alınmışdır, digər qarşılıqlı iddiaçı Cavabdeh1 xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə ilk iddiaçı və qarşılıqlı ididaçılar vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusuna malikdirlər. Eyni zamanda hazırki mülki iş üzrə hər iki tərəf qızıl-zinət əşyaların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaqla, hər iki tərəfin də əsas məqsədi gəlir əldə etməkdən ibarət olmuşdur. Həmçinin, hazırki mülki iş üzrə həm qarşılıqlı iddia tələbi, həm də ilk iddia tələbinin predmetini məhz tərəflərin qeyd edilən fəaliyyətinin həyata keçirilməsindən irəli gələn pul vəsaitinin, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hüquq münasibətləri təşkil etmişdir. Bu hal isə yalnız tərəflərin izahatları əsasında deyil, eyni zamanda iş materialları olan digər sübutlar əsasında da öz təsdiqini tapır. Belə ki, tərəflərin gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyaların alqı-satqısı fəaliyyəti ilə məşğul olması halı hazırki mülki iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin müvafiq Qərarının 38-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Qərarın həmin bəndində qeyd olunmuşdur ki, “iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrıayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmişlər....”. Bundan əlavə, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə 18 yanvar 2020-ci il tarixli Qərarın məzmunundan görünür ki, aparılan təhqiqat araşdırması zamanı həm ilk İddiaçı, həm də qraşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 öz izahatlarında satış məqsədilə qızıl-zinət əşyalarının alınıb-verilməsinin həyata keçirilməsini qeyd etmişlər. Belə ki, həmin qərarda İddiaçı izahatı kimi “...sonra da həmin qızıl-zinət əşyalarınıCavabdeh2sonuncunun satış məqsədi ilə müştərisinə göstərmək üçün verdiyini, lakin sonuncunun qızılı ona qaytarmadığını bildirmişdir.”, “Aparılan təhqiqat araşdırması zamanı Cavabdeh2 İddiaçı müştərisinə göstərmək üçün satış məqəsdilə götürdüyü qızıl-zinət əşyalarını könüllü təqdim etmiş..” , “...Konkret halda isə Cavabdeh2 törətdiyi əmələ subyektiv münaisbəti müəyyən edilərək, onun İddiaçı müştərisinə göstərmək üçün satış məqsədilə götürdüyü qızıl-zinət əşyalarını təsir vaistəsi kimi özündə saxladığını..... bidirdiyindən toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış yoxlamanın nəticələrinə dair cinayət işinin başlanılması rədd olunmalıdır....” kimi ifadələr qeyd olunmuşdur. Yuxarıda qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası qeydedir ki, hazırki mülki iş üzrə tərəflər aralarında münasibətin yarandığı vaxt fərdi sahibkar statusuna malik olmuş, qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı fəaliyyətin həyata keçirilməsində əsas məqəsədləri gəlir əldə etmək olduğundan, onların fəaliyyəti sahibkarlıq fəaliyyəti qismində çıxış etmiş və hazırki mülki iş üzrə hər iki tərəfin iddia tələbi də məhz həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək, məhz həmin fəaliyyətin nəticəsi ilə balı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia və qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə qarşlıqlı iddiaçılardan Cavabdeh1 vergi ödəyicis kimi xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmış, nəticə etibarilə tərəflər arasında münasibətlərin yarandığı dövrdə fərdi sahibkar statusuna malik olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tələbinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələbini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxtda qarşılıqlı iddiaçılardan birinin fərdi sahibkar statusuna malik olmasa da, ilk iddia tələbi və qarşılıqlı iddiaçılardan birinə münasibətdə qarşılıqlı iddia tələbi məhkəmə aiidiyyəti üzrə kommersiya məhkəməsinə aid olduğundan, hazırki mülki iş üzrə bütövlükdə ilk və qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti ürzə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir. Belə olan halda məhkəmə tərkibi vurğulayır ki, ilk iddiaçı və qarşılıqlı iddiaçılar fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla hazırki mübahisə onların sahibkarlıq məqsədilə almış olduğu pulun ödənilməsi və qaytarılması ilə əlaqədar olduğundan, eyni zamanda hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından bu mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müddəalarına uyğun olaraq hazırki kommersiya mübahisəsi kimi mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüququ münasibətlərinin xarakterinə düzgün hüquqi qiymət verilməmiş, iddia ərizəsi məhkəmə aiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmalı olduğu halda, iddia tələbinə mahiyyəti üzrə baxılaraq, məhkəmə aiddiyyəti qaydaları ilə bağlı prosessual hüquq normalarının tələbi pozulmuş, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, hazırki mülki iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələblərinə baxılması üçün məhkəmə aiddiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(060)-276/2021 nömrəli qətnaməsi ləğv edilsin. İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbinə, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı pulun ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təhvil aldıqdan sonra 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-454/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-454/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver