Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-459/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ərizəçi İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsi edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək anası (X1) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X2 ilə aralarında qohumluq faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsi edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir (Vüsalə Qasımova). Qətnamədən ərizəçi İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Yelena xanım İddiaçı xalası, Viktor isə xalası oğlu olmuşdur. Hal-hazırda başqa heç bir qohumları qalmayıb. Onlardan 1800-cü ildə tikilmiş köhnə ev qalıb. Həmin evi qoruyub mühafizə etmək istəyirlər. Notarius bildirir ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün qohumluq faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə maraqlı şəxslər Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin və Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Resppublikası Mülki Prosessua Məcəlləsinin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, ərizəçinin nümayəndə və vəkilini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş ərazi aidiyyətinə uyğun olaraq baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. İş materiallarından görünür ki, ərizəçi anası (X1) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X2 ilə aralarında qohumluq faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, ərizəçi İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1ilir ki, hazırki ərizə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir və MPM-nin 37-ci maddəsinə əsasən qohumluq faktınının müəyyən edilməsi barədə ərizəyə ərizəçi İddiaçı qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyətı göstərilsə də birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, ərizəçinin Bakı şəhəri, Nizami rayonunda qeydiyyatda olmasına baxmayaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışıdr. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraaata qəbul etmiş, ərizəçinin Bakı şəhəri, Nizami rayonunda rəsmi qeydiyyatda olmasına baxmayaraq sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulduğu üçün Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu normaya istinadən məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)- 2467/2022 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual 44, 45, 263, 264, 266, 267, 402.2.5-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(067)-2467/2022 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-459/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-459/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver