Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-469/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı İddiaçı-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh, X4 və Zamin2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmişapelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsi ilə (hakim X.Tağıyev) iddia tələbinin təmin edilməsi, iddiaçının mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən Cavabdeh Göycə oğlunun, habelə onun ailə üzvləri X2, Zamin2 və X8 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaqla yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1175/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsilə Cavabdeh Göycə oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdehlər Cavabdeh Göycə oğlu, Zamin1 və Zamin2 tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(102)- 5030/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1175/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh, X4 və Zamin2 qarşı Quba şəhəri, Vaqif küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, İddiaçı hərrac vasitəsilə Quba şəhəri, Vaqif küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X16 tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyat aparılmış, həmçinin RX ******* nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli “Elektron notariat” X1 əldə olunan çıxarışa əsasən İddiaçı-nin mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh, X6, Zamin2 və X12 qeydiyyatdadırlar və onların mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehlərin iradəsindən asılı edilməkdədir. Belə ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı razılaşma yoxdur. Hazırki iş üzrə cavabdehlərin sözügedən mənzilə heç bir hüquqları olmadığından Cavabdeh, X6, Zamin2 və X5 şəhəri, Vaqif küçəsi, 43 ünvanında yerləşən fərdi yaşayış evində qediyyatda olmaları və orada yaşamalı qeyri-qanunidir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: Cavabdeh Göycə oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamışdır. Belə ki, o, evin iddiaçı tərəfindən alınmasına dair hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bundan başqa, ailə vəziyyəti imkan vermir ki, onlar mübahisəli yaşayış evindən çıxsınlar. Ailə tərkibi ondan başqa, arvadı və 3 uşaqdan ibarətdir. Ailədə işləyən yoxdur, həyat yoldaşı evdar qadındır və xəstədir. Mübahisəli yaşayış evindən başqa yaşayış sahələri yoxdur. Yaranmış kredit borcunun müəyyən müddət daxilində ödənilməsi üçün banka müraciət etsə də, nəticəsi olmamışdır. Bu hallara isə məhkəmə düzgün qiymət verməmişdir və göstərilənlərə əsasən, qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegoyasının iclasında Cavabdeh Göycə oğlu apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı İddiaçı-nin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının qərarı ilə X12 hazırda yetkinlik yaşına çatdığı üçün cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə digər cavabdehlər Zamin1, Zamin2 və X12 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(027)- 842/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbininə dair iddiası qismən təmin edilərək, Quba şəhəri, Vaqif küçəsində 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 43 saylı fəri yaşayış evinin açıq hərracda satılması və cavabdehlərin həmin evdən çıxarılması qət edilmişdir. Yenə iş materiallarında olan “X9” MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokolundan və müqavilədən görünür ki, Cavabdeh məxsus olmuş Quba şəhəri, Vaqif küçəsində 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 43 saylı fərdi yaşayış evini İddiaçı almışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışından görünür ki, Quba şəhəri, Vaqif küçəsində 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 43 saylı fərdi yaşayış evinə dair İddiaçı-nin xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli “Elektron notariat” X1 əldə olunan çıxarışdan görünür ki, Cavabdeh, X6, Zamin2 və X5 şəhəri, Vaqif küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdəki MAPS arayışından görünür ki, X12 xx xxxxxx 2002-ci ildə doğulmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə digər cavabdehlər-X6, Zamin2 və X12 apelyasiya şikayəti verməmişlər. Lakin Cavabdeh apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh və X4 dair hissədə ləğv olunmalı, həmin hissədə işin icraatına xitam verilməklə qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxx 2018-ci il tarixli hərracın yekunlarına əsasən ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 27412,50 manata İddiaçı-yə satılmışdır və hazırda da onun mülkiyyətindədir. İddiaçı həmin əmlaka dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona əsaslanaraq hesab edir ki, cavabdehlərin bu evdə yaşamaları və oradan istifadə etmələri onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra, həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşin tədqiq olunan faktiki hallarından məlum olduğu kimi mübahisəli yaşayış evi ipoteka predmeti kimi hərraca çıxarılaraq satılmış və iddiaçı bankın mülkiyyətinə keçmişdir. Həmin ev 2011-ci ildə ipoteka ilə yüklü edilərkən cavabdeh valideyinlər evin sakinləri kimi ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Həmin dövrdə Zamin2 və X12 yetkinlik yaşlarına çatmadıqları üçün belə bir öhdəlik götürmək iqtidarında olmamışlar. Daha öncə istinad olunan maddi hüquq normasında müəyyən edilmiş şərtlər, yəni evin boşaldılması barədə notarial öhdəlik götürülməsi ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə şamil olunurdu. Başqa sözlə, həmin vaxt yetkinlik yaşına çatmamış Zamin2 və X12 ipoteka saxlayan qarşısında öhdəlik götürməsələr də, onların həmin dövrdə azyaşlı olması səbəbindən qanuni nümayəndələri valideynləri hesab edilirdilər və onların bu barədə götürdükləri öhdəlik uşaqlarına da şamil olunur. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehlərin mübahisəli evə dair hüquqdan sui-istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı-yə məxsus mübahisəli yaşayış sahəsinin qeyri-qanuni özgənin sahibliyində saxlanılması yolverilməzdir və iddianı Zamin2 və X10 dair hissədə də təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun, düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddianın tamamilə rədd olunması barədə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, o cümlədən iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsinin cavabdehlər Cavabdeh və X4 dair hissədə ləğv olunmaqla, həmin hissədə işin icraatına xitam verilməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli qərardadı nəzərə alınsın. Qətnamə iddiaçının mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən Zamin2 və X8 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin yaşayış sahəsinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-469/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-469/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver