Məhkəmə qərarları › İş №2(105)-472/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-472/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-472/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdeh Firuddin qızına qarşı mənzildən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh Firuddin qızının İddiaçı qarşı yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər:mənzil mübahisəsi, mənzildən çıxarılma, müəyyən müddətə mənzildən istifadə hüquqlarının saxlanılması, yaşayış sahəsindən istifadə hüququ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İlk İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddiaçı Cavabdeh Firuddin qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlk İddiaçı Cavabdeh Firuddin qızına qarşı mənzildən çıxarılma tələbinə dair ilk,qarşılıqlı iddiaçı Cavabdeh Firuddin qızının İddiaçı qarşı yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, ünvan 1-in sakinləri H.Yusifova, İ.Sadıxov, V.Məmmədova və sahə ustası H.X1 və uşaqları X8, X9, X10 ilə birlikdə 2015-ci il tarixdən 18-ci mikrorayon, ev 38, mənzil 46-da qeydiyyatsız yaşayırlar. xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X16 mülkiyyətində olan ünvan 1, 46 nömrəli mənzili İddiaçı 40700 manat satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 46 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 1, mənzil 46 sahə ustasının tərtib etdiyi akta əsasən qeydiyyatsız yaşayırlar. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İlk İddiaçı Cavabdeh Firuddin qızına qarşı ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Firuddin qızının azyaşlı uşaqları ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü ıl tarixli çıxarışa əsasən, ünvan 1-də yerləşən ümumi sahəsi 55.6 m2 olan 46 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu X11 ilə Cavabdeh Firuddin qızı xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuş və 2015-ci ildə isə müvəqqəti olaraq iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, mikrorayon-18, ev 38-də yerləşən 46 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X14 adlı üç övladları var. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdehin nikahları pozulmuşdur. Hələ nikahları pozulmamışdan 1 il əvvəldən cavabdehdən iddiaçı mənzilini tərk etməsini dəfələrlə tələb etmişdir. Hətta bir dəfə açarları əlindən alıb mənzildən çıxartmışdır. Lakin, cavabdeh atası ilə gəlib qapını içəridən sındırmışdılar. İddiaçı nəvələrini nəzərə alıb polisə şikayət etməmişdir. Cavabdeh iddiaçının nəvələrindən sui-istifadə edib mənzildən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilinə istifadə hüququ yoxdur və ola da bilməz. Qanunun mənasına görə cavabdehin iddiaçının mənzilinə mülkiyyət hüququ yalnız notariat qayda da təsdiqlənmiş müqavilə ilə mümkündür. Belə olan halda cavabdeh iddiaçının mənzilindən qeyri şərtsiz çıxarılmalıdır. Hal-hazırda iddiaçının və ailə üzvlərinin AR Konstistusiyasında nəzərdə tutulmuş mülkiyyət və mənzil hüquqlarını pozulur. Cavabdeh Quliyeva X5 Mahirə Ağayar qızına qarşı yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ona qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiasının rədd edilməsinə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olaraq onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddiasının tam təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan yaşayış sahəsindən onun, xx.xx.2013cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X14 adlı azyaşlı və körpə uşaqlarının yetkinlik yaşına çatana qədər istifadə hüquqlarının saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Firuddin qızı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddia verilənədək həmin mənzilin mülkiyyətçisinin iddiaçı olduğunda xəbərləri və məlumatları olmamışdır. Cavabdeh elə bilmişdir ki, mənzil keçmiş əri Bəxtiyarın adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır, çünki valideynləri cavabdehlə nikaha daxil olanadək hədiyyə şəklində cehiz əşyaları almaq üçün yığıb saxladıqları və cavabdehə əvəzsiz olaraq verdikləri otuz min manat məbləğindəki pulu cavabdehə və iddiaçının oğlu Bəxtiyar Quliyevə mənzil almaq üçün nağd olaraq birdəfəyə vermişlər. Digər tərəfdən, iddiaçının qeyd etdiyi kimi, həmin mənzildə cavabdehlə birlikdə 3 azyaşlı uşaq yaşayır və hər 3 uşaqda ciddi xəstəliklər var və onlar uzun müddətdir ki, müalicə olunurlar. Cavabdehin başqa yerdə daimi və ya müvəqqəti yaşamaq üçün heç bir imkanı yoxdur. İddiaçının hal-hazırda yaşadığı və mülkiyyətində olduqları mənzil var. İddiaçının digər övladlarının yaşadıqları ayrıca mənzilləri var. İddiaçının həmin mənzilə heç bir ehtiyacı olmadığı halda cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa və uşaqlarını böyütməyə çox ciddi və kəskin ehtiyacı vardır. Həmin uşaqlardan birinin körpə oğlan uşağı, digərlərinin isə azyaşlı qız uşaqları olduqlarını və xəstəlikləri ilə əlaqədar uzun müddət müalicə olunduqlarını və hal-hazırda da uzun müddətli müalicəyə ehtiyacının olduqlarını nəzərə alsalar, cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamaq və istifadə hüquqları saxlanılmaqla təmin edilməli və iddia tələbi rədd edilməlidir. İlk iddia ilə bağlı mövqeyi ondan ibarətdir ki, qeyd edilən əsaslara və səbəblərə görə ilk iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Qarşılıqlı iddia bağlı qeyd etmək istəyir ki, həmin mənzilin satın alınmasına sərf olunmuş ümumi pulun otuz min manat məbləğindəki hissəsi valideynlərinin cavabdehə gəlin olaraq köçəcəyi zaman hədiyyə olaraq alıb vermək istədikləri cehiz əşyaların pulu olmuşdur. İddiaçı toydan əvvəl cavabdehin valideynlərinə təklif etmişdir ki, qızınıza almaq istədiyiniz bütün cehiz əşyalarını almayın, çünki həmin vaxt iddiaçının öz əri və 3 oğlu ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə ev 2 B, 37 saylı, 5 otaqlı mənzil (gəlin köçəcəyi mənzil) əşyalarla dolu olduğu üçün bütün cehiz əşyalarını həmin mənzilə yerləşdirmək mümkün olmayacaq. Hər iki tərəf köməkləşib həmin mənzili lazımi əşyalarla təmin edərlər. Valideynləri cavabdehə bildirdilər ki, onlar onun valideynləri olaraq qızları kimi ona qızıl-zinət və cehiz əşyaları almaq üçün toydan əvvəl toplayıb cavabdehin razılığı əsasında özlərində saxladıqları otuz min manat məbləğində pul cavabdehindir və otuz min manat məbləğində pulunu valideynlərindən alıb iddiaçıya vermişdir. Həmin pulun verilməsinə valideynləri ilə birlikdə, qardaşı X20 və onun arvadı (gəlinləri) X21 şahid olmuşlar. İddiaçıya həmin pul verildikdən sonra atası cavabdehi və iddiaçını öz avtomobili ilə gəlin göçdüyü evə aparmışdır. İddiaçıya cavabdeh tərəfindən otuz min manat məbləğində pulunun verilməsini atası X17 anası X6, qardaşı X20 və qardaşının arvadı (gəlinləri) X21 təsdiq edə bilər. Həmin mənzil əldə edildiyi gündən indiyədək iddiaçının heç bir hüququ pozulmamış və gələcəkdə də pozulmayacaq, habelə hər hansı bir hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən heç bir maneçilik törədilməmiş və gələcəkdə də törədilməyəcəkdir. Onu və körpə uşaqlarını cavabdeh özü həmin mənzilə köçürmüş və ən kiçik uşağı həmin evdə yaşadıqları zaman anadan olmuşdur. Cavabdehin körpə və azyaşlı uşaqları ilə birlikdə mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti yoxdur və belə bir imkanının və vəsaitinin yaxın vaxtlarda olması mümkün deyildir və bu da onların müəyyən müddətə qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılmasına ağlabatan və ədalətli əsas olduğunu təsdiq edir. Mənzilin mülkiyyətçisi hesab edilən iddiaçının həmin mənzilə heç bir ehtiyacı olmamışdır və hal-hazırda da yoxdur və onun yeganə məqsədi cavabdehdən qisas almaqdır və həmin qisasın səbəbi cavabdehə məlum deyildir.İddiaçının həmin mənzili 2016-cı ildən könüllü tərk etməsini və qeyd edilən vaxtdan indiyədək həmin mənzilə bir dəfə də olsun gəlməməsini və gəlmək istəməməsini təsdiq edən ən təkzibedilməz və mübahisəsiz hal odur ki, cavabdeh uşaqlarla ünsiyyət hüququna dair iddia ilə məhkəməyə müraciət etmiş, həmin iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş və hal-hazırki iş üzrə iddiaçı cavabdehə bir dəfə də olsun uşaqlarla ünsiyyətdə olmağına imkan verməmişdir. Cavabdehin də yaşamaq üçün heç bir yeri olmadığına və başqa yaşayış sahəsi əldə etmək üçün heç bir imkanı və vəsaiti olmadığına görə, körpə yaşlarından həmin mənzildə yaşayan azyaşlı və körpə uşaqları həmin mənzildən çıxarılacaqları halda evsizeşiksiz və küçədə qalacaqlar və onların qanuni nümayəndələri olaraq cavabdeh vasitəsi ilə həmin mənzilə heç bir ehtiyacı olmayan öz nənələrindən yetkinlik yaşına çatana qədər həmin yaşayış sahəsindən istifadə etmək hüquqlarının saxlanılmasını tələb etmək hüquqları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh Firuddin qızı azyaşlı uşaqları (xx.xx.2013-cü il təvəllüdlü X18, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il tarixli X14) ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra onunla Cavabdeh Firuddin qızı arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Tərəflər arasında mənzilin mülkiyyətçisi arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və cavabdehin istifadə hüququ tanınmamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehin mənzildən çıxarılması tələb edir. Cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətində olduğundan Cavabdeh Firuddin qızı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmalıdırlar. Cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yoxdur. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn saxlanılması qeyri-mümkün olduğuna görə istifadə hüququnun müəyyən müddətə saxlanılması barədə tələb irəli sürməsi əsassızdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152, 228, Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Qarşılıqlı iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin onun və uşaqlarının istifadə hüquqları ilə bağlı işin əsas və mütləq nəzərə alınmalı olan halına, onun və uşaqlarının mülkiyyətçi tərəfindən 2015-ci ildə həmin mənzilə köçürülməyi və 2015-ci ildən bu günədək həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamaqlarına münasibət bildirməmiş və ilk iddia üzrə iddiaçının (bundan sonra iddiaçı) həmin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Onların həmin mənzildən istifadə hüququ mülkiyyətçinin razılığı əsasında 2015-ci ildən yaranmışdır. Digər tərəfdən iddiaçının və məhkəmənin qeyd etdiyi kimi müvəqqəti olaraq köçürməmişdir.Əksinə evin alınmasına pul qoyulmuşdur. Məhkəmə mütləq nəzərə almalı olduğu, lakin nəzərə almadığı və heç bir münasibət bildirmədiyi işin faktiki hallarından digəri ondan ibarət olmuşdur ki, həmin mənzilin satın alınmasına sərtf olunmuş ümumi pulun otuz min manat məbləğindəki hissəsi valideynlərinin ona gəlin olaraq köçəcəyi zaman hədiyyə olaraq alıb vermək istədikləri cehiz əşyaların pulu olmuşdur. Birinci instansiya məhkəməsi mülkiyyətçinin ailə üzvü olan oğlu Bəxtiyar Quliyevin, onun azyaşlı və körpə uşaqlarının və arvadı olaraq onun həmin mənzilə köçürülərək 2015-ci ildən 2022-ci ilədək birlikdə yaşadığına düzgün hüquqi qiymət verməmişdir. Başqa sözlə desək, idddiaçı ilk növbədə öz ailə üzvü olan oğlunu və öz oğluna görə onun ailəsini qeyd edilən mənzilə köçürmüşdür və onun ailə üzvü olan oğlu ailə başçısı olaraq iddiaçının razılığı və təşəbbüsü əsasında öz ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. İddiaçının ailə üzvü olan oğlunun onunla nikah münasibətlərinə xitam verilməsi uşaqların və onların qanuni nümayəndəsi olaraq həmin mənzildən mövcud olan istifadə hüququnun müəyyən müddətə saxlanılmasına heç bir halda mənfi təsir edə bilməz. Birinci instansiya məhkəməsinin yol verdiyi digər ciddi səhv ondan ibarətdir ki, AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan digər qohumların anlayışı barədəki şərhini hərfi mənada başa düşmüş və həmin şərh ilə bağlı səhv nəticəyə-AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin şərhindən belə anlaşılır ki, sanki özünü Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid etmişdir. Halbuki, AR KM-nin müvafiq qərarına əsasən o öz azyaşlı və körpə uşaqlarını mülkiyyətçinin nəvələri olaraq digər qohumları hesab etmişdir. Cavabdehin körpə və azyaşlı uşaqları ilə birlikdə mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanının və vəsaitin olmaması, yəni onun ayrıca yaşayış sahəsi əldə etməyə heç bir maddi imkanının olmaması və yaxın gələcəkdə də olmasının qeyri-mümkünlüyü və bunun da onların müəyyən müddətə qeyd edilən yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasına ağlabatan və ədalətli əsas olduğunun təsdiq edilməsi, mənzilin mülkiyyətçisi hesab edilən iddiaçının həmin mənzilə əvvəllər, habelə hazırda da belə bir ehtiyacının olmaması, iddiaçının xüsusi mülkiyyətində bir neçə daşınmaz əmlak-mənzil, belə bir iddianın qaldırılmaqla iddiaçının nəvələri hesab edilən uşaqların hüquqlarının və azadlıqlarının kobud surətdə pozulması və sair hallar məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş və qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün müvafiq faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir kimi hallarla əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İlk iddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilin mülkiyyətçisi qismində iddiaçının çıxış etməsi işin mübahisəsiz halı olduğundan, indiki halda qarşılıqlı iddiaçı həmin mənzilin dəyərinin 1/3 hissəsinin onun tərəfindən ödənilməsini qeyd etsə də, həmin hallar öz təsdiqini tapmadığından,habelə hazırki mülki iş üzrə bununla bağlı tələb mövcud olmadığından, apellyasiya şikayətinin qeyd olunan hissədə dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddiaçı ilə ilk iddiaçın oğlu arasında rəsmi nikah 2012-ci il tarixdə bağlandığından, ilk iddiaçının mübahisə premdeti olan mənzilə dair mülkiyyət hüququ 2013-cü il tarixdə dövlət qeydiyyatına alındığından, qarşılıqlı iddiaçının həmin evə 2015-ci il tarixdən köçüb yaşaması halını hər iki tərəf istinad etdiyindən, bununla da tərəflər arasında mübahisəli hüquq münasibətləri 2009-cu il tarixdən sonra yaransa da, qarşılıqlı iddiaçı ilk iddiaçının ailə üzvi qismində çıxış etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq, hazırki mülki iş üzrə ilk iddia tələbinin qanuni əsası kimi MM-nin 228-ci maddəsinin normalarına istinad etmişdir. Bu baxımından da məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının qeyd olunan hallarla bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh eidlməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin əsası kimi istinad etdiyi digər halla bağlı onu qeyd edir ki, qarşılıqlı iddiaçı həmin mənzilə ilk iddiaçının razılığı əsasında köçüb yaşaması halını qeyd etmişdir.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddiaçı ilk iddiaçının ailə üzvi qismində çıxış etmədiyindən, ilk iddiaçı mülkiyyətçi ilə ona məxsus yaşayış sahəsindən ailə üzvi olmayan digər şəxslərin istifadə hüququnun yaranması üçün onlar arasında notarial qaydada təsdiq edilmiş razılaşma mövcud olmalıdır. İndiki halda isə tərəflər arasında belə bir formada olan razılaşmanın olması halı aşkar edilməmişdir. nəticə etibarilə mübahisə predmeti olan yaşayış sahəsinə dair qarşılıqlı iddiaçının istifadə hüququ yaranmamışdır. Deməli, indiki halda mübahisə predmeti olan yaşayış sahəsi qarşılıqlı iddiaçının qanunsuz sahibliyində olmuşdur. Bununla da, hazırki mülki iş üzrə ilk iddia tələbinin qanuni əsası qismndə çıxış edən MM-nin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə də əsassız olmuş, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddiaçı ilk iddiaçının ailə üzvi qismində çıxış etmədiyindən, tərəflər arasında həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasına dair hər hansı notarial qaydada təsdiq edilmiş razılaşma olmadığından, nəticə etibarilə onun həmin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ yaranmadığından, qarşılıqlı iddia tələbinin qanuni əsası mövcud olmamamışdır, birinci instansiya məhkəməsi qeyd olunan hissədə də düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qeyd olunan hallarla bağlı hissədə də əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarını tam aydınlaşıdırılmış, tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbətlərinə düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, nəticə etibarilə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı olmuş, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qraşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar