Məhkəmə qərarları › İş №2(105)-487/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-487/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-487/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 nümayəndəsi və vəkili, ilk iddia üzrə Cavabdeh2 vəkili X16, qarşılıqlı iddia üzrə cavabdeh X12 nümayəndəsi və vəkili X13 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə Cavabdeh2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdeh X12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə ilk, Cavabdeh1 İddiaçı və X14 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, ½ payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 cavabdehlər İddiaçı və Qədimov Məhrəddin Fəttah oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələblərinə dair mülki iş üzrə iddiaların rədd edilməsi qət edilmiş, İddiaçı, Cavabdeh2, Cavabdeh1, X21 və X32 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 saylı ünvanda yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilmişdir. Cavabdeh1 və həyat yoldaşı, digər Cavabdeh2 onun uzaq qohumlarıdırlar. 2018-ci ilin may ayında Cavabdeh1 ona müraciət edərək yaşayış yeri olmadığını və bir müddət ona məxsus həmin evdə yaşamalarına icazə vermələrini ondan xahiş etmişdir. O, uzaq qohumu olduğundan və tək yaşadığından buna razılıq vermişdir. Həm də ona görə razılıq vermişdir ki, Cavabdeh1 həyat yoldaşı ilə birlikdə ona baxar, qayğısına qalarlar. Həmin vaxtdan Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ona məxsus evdə yaşamağa başlamışlar. Həmçinin bu şəxslər yaşayış yeri üzrə ona məxsus həmin evə qeydiyyata alınmışlar. Bir müddət cavabdehlər onunla yaxşı yola getmiş, onunla birlikdə mehriban yaşamış və aralarında heç bir problem olmamışdır. Lakin sonradan tədricən cavabdehlərin ona qarşı münasibətləri dəyişməyə və onu incitməyə başlamışlar. Cavabdeh1 evdə özbaşınalıq etməyə, mütəmadi olaraq birgəyaşayış qaydalarını pozmağa başlamışdır. Artıq bir ilə yaxındır cavabdehlərlə birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Belə ki, Cavabdeh1 onu tez-tez hədələyir, təhqir edir, hətta bir dəfə aralarında dava düşmüş, Zamik onu, o da Zamiki vurmuşdur. Cavabdeh1 onun barəsində polisə şikayət etmiş, Qusar rayon Polis şöbəsində onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin sonradan Cavabdeh1 ondan şikayətçi olmaması barədə təkrar ərizə vermiş və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra o, Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən çıxmalarını tələb etmiş, lakin cavabdehlər evdən çıxmayacaqlarını bildirmişlər. Hazırda da cavabdehlər ona məxsus evdən çıxmırlar, evdə onun iradəsinə zidd yaşayırlar. Cavabdehlər onun yaşlı olmağından istifadə edir, evini mənimsəmək üçün ölməyini gözləyirlər. Bundan başqa, cavabdehlər artıq evdə qeydiyyatda olduqlarını və bu səbəbdən də, heç kimin onları onun evindən çıxara bilməyəcəyini bildirirlər. Cavabdehlər yaşayış yeri üzrə ona məxsus evə qeydiyyata alınsalar da, həmin evə istifadə hüquqları yoxdur. Çünki, cavabdehlərlə onun arasında bu barədə heç bir müqavilə bağlanmamış, cavabdehlər onun ailə üzvləri deyildirlər, cavabdehlərin evdə yalnız bir müddət yaşamalarına icazə vermişdir. Ona görə də cavabdehlərin evdə qeydiyyatda olmaları həmin evə istifadə hüquqlarının olması kimi qiymətləndirilə bilməz. Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsi, Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən X21 ilə İddiaçı arasında Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinə ½ hissədə mülkiyyət hüququnun tanınması, Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinin yarı dəyəri olan 14000 manatdan artıq ödədiyi 5200 manat pulun cavabdehlər X43 oğlundan və İddiaçı müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə onların çox yaxın dostluq və qohumluq münasibətləri olmuş, İddiaçı tək yaşadığı üçün ona oğlu deyə müraciət etmişdir. O da İddiaçı səmimiyyətinə inanmışdır. Onu aldadaraq ona 19200 manat ödətdirdiyi evi hiylə ilə mülkiyyətinə aldırdığı Qusar şəhəri, Ç.Qurbanov (keçmiş N.Şərifov) küçəsində yerləşən 53 saylı fərdi yaşayış evini onlar birlikdə almışlar. Bunu həmin evin keçmiş mülkiyyətçisi Qədimov Məhrəddin Fəttah oğlu və arvadı Lütfiye Mimişeva da etiraf edirlər. Bu barədə onların və şahidlərin iştirakları ilə akt da tərtib edilmişdir. Qədimov Məhrəddin Fəttah oğlu ona deyir ki, İddiaçı onu aldadaraq etibarından sui-istifadə etmiş, guya onun şəxsiyyət vəsiqəsi itdiyi üçün notariat kontoruna gedib alqı-satqıda iştirak edə bilməyəcəyinə inandıraraq bildirmişdir ki, gələcəkdə onunla özü arasında əmlakdan bərabər paylarının müəyyən ediləcəyini söyləyib aldadaraq onun xəbəri olmadan alqısatqı etmiş və İddiaçı həmin evi öz mülkiyyətinə keçirmişdir. Həmin evi onlar 28000 manata razılaşmış və bu puldan 17200 manatını o, 10800 manatını isə İddiaçı ödəmişlər. Bundan başqa, İddiaçı ondan 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün bu məbləği X4 borc alıb Gürciyə və Məhrəddinə vermişdir. Bu şəxslər onu aldatmış və onun xəbəri olmadan öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq həm 19200 manat pulunu mənimsəmiş, həm də onu razılaşdıqları ½ hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. Ona görə də qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətində qalmışdır. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, çıxarış ləğv edilməli və həmin əmlaka ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. İlkin iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. İş üzrə təqdim edilmiş sübutlardan biri olan xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün 19200 manat pulu onun ödədiyini satıcı X21 bilə-bilə həmin evin İddiaçı tərəfindən özününküləşdirilməsinə şərait yaratmasını bilmələri qeyd olunan alqı-satqı müqaviləsinin legitimsizliyinə əsas verir və müqavilə üzrə İddiaçı vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmin evin alınması üçün ödədiyi pulları satıcı, satıcının arvadı etiraf edir və əlavə olaraq bunu şahidlər də təsdiq edə bilərlər. Cavabdeh1 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X21 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 iddia ilə məhkəməyə müraciət edərək X21 ilə İddiaçı arasında Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 olan fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 olan fərdi yaşayış evinə ödədiyi 19200 manat pulun müqabilində 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlini olmaqla ailə üzvləri sayılırlar. Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evini o, İddiaçı ilə birlikdə X7 3 tərəfli qaydada qarşılıqlı razılaşma əsasında şərik alaraq oğlu Cavabdeh1 hədiyyə etmiş və həmin evin alınması üçün İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova 17200 manat, evin sənədləşməsi üçün isə 2000 manat olmaqla ümumilikdə 19200 manat pul ödəmişdir. Bu barədə Qusar rayon Polis şöbəsində 3 dəfə araşdırma aparılaraq onun həmin evin alınması üçün 19200 manat pulu İddiaçı verdiyi tam sübuta yetirilmişdir. Bu barədə bütün məlumatlar və faktlar Qusar rayon Polis şöbəsi İstintaq bölməsinin xx.xx.2020-ci il tarixli, HK-1/174 saylı araşdırma materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında sonuncu qərarında tam əks olunmuşdur. O, evi oğlu Cavabdeh1 alıb hədiyyə etdiyi üçün Zamik və arvadı həmin evə qeydiyyata düşmüşlər. İddiaçı onların etibarından sui-istifadə edərək razılaşmalarını pozmuş, razılığa əsasən həmin fərdi yaşayış sahəsini xəbərləri olmadan 2012-ci ildən öz adına özəlləşdirərək bu vaxta kimi bunu onlardan məharətlə gizlətməyi bacarmış və mülkiyyət hüquqlarının tanınmasına müxtəlif yalanlar uydurmaqla imkan verməyərək qeyri-qanuni yollara əl ataraq oğlu Cavabdeh1 və gəlininə qarşı iddia qaldıraraq evdən çıxmalarını tələb edir. O və oğlu Cavabdeh1 İddiaçı bu qanunsuz əməllərindən məhkəmədə evdən çıxarılma tələbi barədə iddia qaldırdıqdan sonra xəbərləri olmuşdur. Ona görə də İddiaçı və Məhrəddin Qədimovun onlara qarşı etdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi barədə Qusar RPŞ-nə və Qusar rayon prokurorluğuna şikayət ərizələri yazmışdır. Qusar RPŞ-də onun şikayəti əsasında araşdırma aparılmış və ünvan 3 saylı fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi X7 alınması üçün İddiaçı ödədiyi 19200 manat pulun oğlu Zamik ilə birgə qazancları olsa da, həmin pulun onun tərəfindən Gürciyə ödənilməsi tam sübuta yetirilmişdir. Ona görə də Məhrəddin Qədimovla İddiaçı arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin fərdi yaşayış evinə verilən çıxarışın ləğv edilməsi və ödədiyi pulun müqabilində həmin fərdi yaşayış evinə pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki həmin evin alınması və pulların iki il ərzində hissə-hissə ödənilməsində özü iştirak etmişdir. İddiaçı bunu izahatlarında etiraf etməsə də, evin keçmiş mülkiyyətçisi olmuş Qədimov Məhrəddin Fəttah oğlu, arvadı Lutfiye Mimişeva, pulları ödəməyə gedərkən onunla bir yerdə olmuş qudası X15, oğlu Zamik və gəlini Mayanın izahatları ilə tam təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı hər dəfə ondan pulları alıb Lutfiyeyə verəndə həmin şəxs özündəki kitabçaya, İddiaçı isə özündəki kitabçaya nə vaxt, nə qədər pul verilməsi barədə qeydlər etmişlər. Çünki Məhrəddin Qədimovun gözləri yaxşı görmədiyi və yataq xəstəsi olduğu üçün X48 Ataxanovdan onların yanlarında pulları sayıb təhvil almışdır. Həmin 3 otaqlı evi onlar 28000 manata razılaşmış və həmin puldan 2 otaq üçün 17200 manatı o, 1 otaq üçün 10800 manatı isə İddiaçı ödəmişdir. Bundan başqa, İddiaçı ondan 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün, həmin məbləği X4 borc alıb İddiaçı vermişdir. Məhrəddin Qədimov və İddiaçı onu aldatmış və xəbəri olmadan evi 2012-ci ildə öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq həm 19200 manat pulunu mənimşəmiş, həm də onu razılaşdıqları kimi 2/3 hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. İş üzrə təqdim edilmiş sübutlardan biri olan xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün 19200 manat pulu onun ödədiyini satıcı X21 bilə-bilə həmin evin İddiaçı tərəfindən özününküləşdirilməsinə şərait yaratmasını bilmələri, qeyd olunan alqısatqı müqaviləsinin legitimsizliyinə əsas verir və müqavilə üzrə İddiaçı vicdanlı alıcı qismində qəbul oluna bilməz. Evin alınması üçün ödədiyi pulları satıcı, satıcının arvadı etiraf edir və əlavə olaraq bunu şahidlər də təsdiq edə bilərlər. X32 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X21 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin Zamik və Mubariz Şabanovların ona qarşı olan iddialarının rədd olunması hissəsi ilə razıdır və həmin hissədə qətnaməni tam qanuni hesab edir. Qətnamənin onun iddiasının rədd olunmasına dair hissəsi ilə razı deyildir, məhkəmə həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ünvan 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla RX seriyalı, ******* saylı, 26.02..2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilmişdir. Cavabdeh1 atası Mubariz Şabanov onun qardaşının qeyri-rəsmi nikahından anadan olmuş və bu səbəbdən də aralarında münasibətlər olmuşdur. Lakin Mubariz Şabanov onun qardaşının adını daşımır, qardaşının atalığı tanınmamışdır. 2018-ci ilin may ayında cavabdeh X32 ona müraciət edərək oğlu Cavabdeh1 yaşayış yeri olmadığını və bir müddət ona məxsus evdə yaşamalarına icazə vermələrini xahiş etmişdi. O da aralarında münasibət yarandığından və tək yaşadığından buna razılıq vermişdi. Həm də ona görə razılıq vermişdi ki, Cavabdeh1 həyat yoldaşı ilə birlikdə ona baxar, qayğısına qalarlar. Həmin vaxtdan sonra Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ona məxsus evdə yaşamağa başlamışdılar. Həmçinin bu şəxslər yaşayış yeri üzrə ona məxsus evə qeydiyyata alınmışlar. Bir müddət cavabdehlər onunla yaxşı yola getmiş, birlikdə mehriban yaşamış və aralarında heç bir problem olmamışdır. Lakin sonradan cavabdehlərin ona qarşı olan münasibətləri dəyişməyə başlamışdır. Zamik Həsənov evdə özbaşınalıq etməyə, mütəmadi olaraq birgəyaşayış qaydalarını pozmağa başlamışdır. Artıq bir ilə yaxındır cavabdehlərlə birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Belə ki, Cavabdeh1 onu tez-tez hədələyir, təhqir edir, hətta bir dəfə aralarında dava düşmüş, bir-birlərini vurmuşlar. Cavabdeh1 ondan polisə şikayət etmiş, Qusar rayon Polis şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin sonradan Cavabdeh1 şikayətçi olmaması barədə təkrar ərizə vermiş və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən çıxmalarını tələb etmişdir. Lakin cavabdehlər ona məhəl qoymayaraq evdən çıxmayacaqlarını bildirmişlər. Hazırda da cavabdehlər ona məxsus evdən çıxmır, evdə onun iradəsinə zidd yaşayırlar. Cavabdehlər onun yaşlı olmağından istifadə edir, evini mənimsəmək üçün ölməyini gözləyirlər. Bundan başqa, cavabdehlər artıq həmin evdə qeydiyyatda olduqlarını və bu səbəbdən də heç kimin onları evdən çıxara bilməyəcəyini bildirirlər. Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə ona məxsus evə qeydiyyata alınsalar da, onların həmin evə istifadə hüquqları yoxdur. Çünki həmin şəxslərlə onun arasında bu barədə heç bir müqavilə bağlanmamış, cavabdehlər onun ailə üzvləri deyildirlər, cavabdehlərin evdə yalnız bir müddət yaşamalarına icazə vermişdir. Ona görə də cavabdehlərin evdə qeydiyyatda olmaları həmin evə istifadə hüquqlarının olması kimi qiymətləndirilə bilməz. ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir, cavabdehlərin isə həmin evə heç bir hüquqları yoxdur, bununla belə həmin evdə onun iradəsinə zidd olaraq yaşayır, evdən istifadə edir və bu da onun həmin evə sərbəst şəkildə sahiblik və istifadə etməyinə mane olur. Cavabdehlər tərəfindən pozulan mülkiyyət hüququ bərpa edilməli və evdən çıxarılmalıdırlar. Məhkəmə isə hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən istifadə hüquqları əmələ gəlmişdir, bu barədə ərizə olmuşdur və ona görə də həmin şəxslər onun mülkiyyətində olan evdən çıxarıla bilməzlər. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsi, onun iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 saylı ünvanda yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən qismən narazıdır. Belə ki, məhkəmə atası X6 etibarnaməsi olsa da, onun iştirakını təmin etməyərək məhkəmədə dinləməmişdir. Bundan başqa, Qusar rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqındı qərarında olan izahatına da istinad etməmişdir. O, polis şöbəsində əri Cavabdeh1la eyni məzmunda izahat vermişdir. X30, Gürci və Məhrəddin öz aralarında şifahi qaydada razılaşdıqdan sonra 2012-ci ilin sentyabr ayında ilkin olaraq İddiaçı 1000 manat pul ödəmiş, sonra isə atası ilə qayınatası birlikdə Gürci vasitəsi ilə Məhrəddin Qədimova, arvadı Lutfiyenin yanında 8000 manat olmaqla hissə-hissə pul verməyə başlamış və arada olan şifahi razılaşma əsasında xx xxxxxxxx 2014-cü il tarixədək Gürcinin vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiyeyə evin pulundan ümumilikdə 17200 manat, sənədləşmə üçün isə əlavə olaraq İddiaçı 2000 manat olmaqla 19200 manat pul verilmişdir. Bu faktı Məhrədddin Qədimov, arvadı Lutfiye Mimişeva etiraf etmişdilər. Məhrəddin Qədimovun vəkili məhkəmə iclasında iddia tələbinə qarşı yazılı mülahizə təqdim edərək tələblərinin tam qanuni və əsaslı olmasını etiraf etdiklərini bildirmişdir. 2000 manatı qayınatası onun atası X4 borc alıb və həmin pulu Nəbiyullanın yanında sənədləşmə aparmaq məqsədilə Gürciyə vermişdir. Lakin məhkəmə bu barədə atasını şahid qismində dindirməkdən imtina etmişdir. İddiaçı həmin pulu alıb evlə bağlı sənədləşmə işləri görəcəyinə söz vermiş, həmin vaxtdan sonra isə o, ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı deməsinə görə Məhrəddinlə arasında mübahisə yaranmış, Məhrəddin Qədimov ona verilən pulla razılaşmayaraq əlavə 10000 manat da istəmiş, ancaq İddiaçı pul verməmiş, ona görə də bu mübahisə ilə bağlı İddiaçı Qusar Rayon Məhkəməsində iddia qaldırmış, İddiaçı çıxarışda olan 6 sot torpaq sahəsindən əlavə, həmin torpaq sahəsinə bitişik olan Məhrəddin Qədimova məxsus, sənədsiz təxminən 3-4 sot ölçüdə torpaq sahəsini Məhrəddin Qədimovdan xəbərsiz satmış, lakin həmin torpağın pulunu Məhrəddin Qədimova verməmişdir. 2017-ci ilədək İddiaçıla Məhrəddin Qədimov arasında olan torpaq mübahisəsi davam etmiş, bundan sonra isə İddiaçı evin sənədləşməsi üçün verdikləri 2000 manat puldan nə paylarına düşən 1000 manat pulu onlara qaytarmamış, nə də razılaşdıqları kimi evi ½ hissədə adlarına rəsmiləşdirməmişdir. Sonra isə Gürci X8ra evə qeydiyyata düşmələrinə icazə verdiyini demiş, o da əri ilə ünvan 3 ünvanda yerləşən evə qeydiyyata düşmüşlər. Razılaşmaya əsasən evin pulunu ödədikdən sonra, yəni 2014-cü ildə Məhrəddin Qədimov evi ½ hissədə onların adlarına, ½ hissədə isə İddiaçı adına alqı-satqı etməli olduğu halda, İddiaçı 1000 manat beh alan kimi onlardan xəbərsiz olaraq İddiaçıla əlbir olaraq evi tam şəkildə İddiaçı adına özgəninkiləşdirmişdir. Onlar da bundan yalnız məhkəmədə onlara qarşı evdən çıxarılma barədə iddia qaldırıldığı zaman xəbərləri olmuşdur. İddiaçı onlardan xəbərsiz Məhrəddin Qədimovla əlbir olaraq evi öz adına keçirməsini bildiyi vaxtdan həmin alqı-satqının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Cavabdeh1 məhkəməyə müraciət etmişdir. Qətnamədə qeyd edilmişdir ki, Məhrəddin Qədimov evini 2012-ci ildə 28000 manata İddiaçı satmış, İddiaçı da 28000 manat pulu nəğd ödəmişdir. Lakin məhkəmədə və polisdə izahatları alınmış şəxslərin hamısı 28000 manat pulun X45 Ataxanov evi adına keçirəndən sonra ödənilməsini təsdiq etmişlər. Məhrəddin Qədimov özü, arvadı Lutfiye Mimişeva də bunu təsdiq edərək həmin vaxt evi İddiaçı adına keçirmələrini onlardan gizlətdiklərini etiraf etmiş və bunu onunla izah etmişlər ki, İddiaçı onlara deyibmiş ki, evin pulunun çox hissəsini onlar, yəni X30 ödəməlidir, birdən Mubariz Şabanov evin Gürcinin adına keçməsini bilsə, ev almaları üçün qayınatasının və ailə üzvlərinin satdıqları torpaq sahələrinin 8000 manat pulunu və qalan 11200 manat pulu hissə-hissə ödəməkdən imtina edər. Məhrəddin Qədimov və arvadı Lutfiye bunu onlar 2020-ci ildə polisə şikayət edəndən sonra polisdə etiraf etmiş, lakin ev artıq mülkiyyətində qalmadığı üçün onlardan aldıqları pulun müqabilində evi İddiaçı verdiklərini deyib məsuliyyətdən yayınmaq istəmişlər. Bundan başqa, Məhrəddin Qədimov və arvadı Lutfiyye Mimişeva evi İddiaçı satarkən notarial qaydada ölənə kimi İddiaçı onlara baxacağı barədə ərizə yazdığını, sonradan İddiaçı həmin ərizəni ləğv etdirdiyini bildirmişdilər. Bu faktı İddiaçı məhkəmədə etiraf etsə də, bu barədə verdiyi izahat qətnamədə qeyd edilməmişdir. Bundan əlavə, evin pulunun hissə-hissə ödənilməsi faktı məhkəmə iclası zamanı tam təsdiqini tapsa da, məhkəmə alqsatqı müqaviləsində 2012-ci ildə 28000 manat pulun nəğd şəkildə ödənilməsinə dair Qusar notariat kontorunun əməllərinə hüquqi qiymət verməmişdir. Pul ödənilən zaman həmin pulların kim tərəfindən, hansı tarixdə, nə qədər pulun ödənilməsinə dair əlyazmada qeydlər var idi və bunlar hamısı ödənilən günə kimi orada əks edilmişdir. Nədənsə Qusar Rayon Məhkəməsi bu faktların heç birini sübut kimi qəbul etməmişdir. Məhkəmə onların heç bir vəsatətləri və xahişlərini təmin etməmişdir. Bundan başqa, məhkəmədə İddiaçı bir neçə iddiası olması barədə qətnamələrə qiymət verilmişdir. Onların həmin qətnamələrə aidiyyəti olmadığından məhkəmənin bu qətnamələrə istinad etməsi qanunsuz və tamamilə əsassızdır. Məhkəmə evin pulunun qayınatası Mubarizin vasitəsi ilə Məhrəddinə alqısatqıdan 2 il sonra hissə-hissə ödənilməsinə əhəmiyyət verməmiş, alqı-satqı müqaviləsi bağlanan zaman 28000 manat pulun, ümumiyyətlə, verilmədiyi halda, həmin alqı-satqının formal olması və qanuni əsaslar olmadan bağlanmasını araşdırmamış, başqa bir predmetə aid qətnamədəki qeydləri hazırki mübahisəyə sübut kimi əlavə etməsi məhkəmənin onlara qarşı qərəzli olmasını bir daha təsdiqləyir. Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Məhrəddin Qədimovun arvadı Lutfiye Mimişeva ilə birlikdə mübahisəli evdən çıxarılması qət edilmişdir. Bundan 2 il sonra isə Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-765/2019 saylı qətnaməsi ilə Lutfiye Mimişevadan 6000 manat pul tutulub İddiaçı verilmişdir. Bu qətnamələrin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin qətnamələrdən sübut kimi istifadə edilə bilməz. Çünki nə o, nə əri Cavabdeh1 və qayınatası həmin qətnamələr üzrə tərəf deyildir. Qətnamədə İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfindən iddia müddətinin ötürüldüyü və iddia müddəti tətbiq olunaraq həmin şəxslərin iddialarının rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etdiyi qeyd edilmişdir. Məhkəmə də İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə iddia müddətinin tətbiqinə dair ərizələrini müzakirə edərək belə qənaətə gəlmişdir ki, həqiqətən də keçmiş, həmin müddət ərzində nə Cavabdeh1, nə də Mubariz Şabanov bu barədə heç bir iddia tələbi irəli sürməmiş, bununla da müqaviləsinin etibarsızlığına dair Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti həmin şəxslər tərəfindən ötürülmüşdür. Cavabdeh1 və X51 Ataxanov iddia qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını bildirsələr də, məhkəmə bunu inandırıcı hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, 2017-ci ilin avqust ayının 1-də həmin evə qeydiyyata alınarkən həm Cavabdeh1, həm də atası Mubariz Şabanov həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmiş və ya bilməli olmuşlar, ona görə də məhkəmə hesab etmişdir ki, həmin şəxslərin iddiaları üzrə iddia müddəti tətbiq olunmaqla həm də bu əsasa görə həmin iddialar rədd edilməlidir. Bundan başqa, məhkəmə daha başqa bir qənaətə gələrək hesab etmişdir ki, İddiaçıla Məhrəddin Qədimovun arasında ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Mubariz və Cavabdeh1ların heç bir hüquqları pozulmamış, həmin müqavilənin nə məzmununda, nə də formasında hər hansı nöqsana yol verilməmişdir, odur ki, həmin müqavilə Mülki Məcəllənin tələblərinə tam əməl olunmaqla, müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmışdır. Bu səbəbdən də məhkəmə Cavabdeh1 və Mubariz Şabanovun dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab oluna bilməz və həmin müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının tanınması barədə Cavabdeh1 və Mubariz Şabanovun iddiaları qanunsuz və əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən yenə də yanlışılığa yol verərək işə qərəzli yanaşmışdır. İddiaçı iddia ərizəsində 2018-ci ilin may ayında Zamikin ona müraciət edərək evində yaşamağına icazə verməsini göstərmiş, polisdə isə verdiyi izahatında bildirmişdir ki, tək qaldığı üçün Mubarizdən ailəsi ilə birlikdə onunla birgə yaşamasına icazə verməsini və ona baxmağını xahiş etmiş, atası da buna etiraz etməmiş, daha sonra o, evi Zamikin adına rəsmiləşdirəcəyinə söz vermişdir. İddiaçı ziddiyyətli izahatları məhkəmədə heç bir şübhə yaratmamışdır. Məhkəmə nədənsə humanistlik etmiş və sorğu verərək notarial qaydada İddiaçı ərizə yazaraq onların həmin mübahisəli evə qeydiyyata düşmələrinə dair razılıq ərizəsinin olması barədə sübut əldə edərək iddia müddətini tətbiq etmişdir. Əslində İddiaçı onları aldadaraq həmin evə qeydiyyata düşmələrinə Məhrəddin Qədimovun icazə verdiyini demiş və onları polis şöbəsinə göndərmişdir. Onlar həmin vaxt elə bilmişdilər ki, ev hələ də Məhrəddin Qədimovun mülkiyyətindədir. O, 2014-cü ildən ailəsi ilə birlikdə mübahisəli evə köçmüş və orada yaşayır, oğlu Bahəddin də bu evdə qeydiyyatdadır. Onların İddiaçıla əvvəllər heç bir problemi olmamışdır, ailəlikcə İddiaçı tanıyır, evinə daim gəlib gedən adam olmuşlar. Mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızılığına dair müqavilədə onlar tərəf olmamışlar. Müqavilə üzrə tərəflər İddiaçı və Məhrəddin Qədimovdur, 8 illik iddia müddəti müqavilədən xəbərdar olan şəxslərə şamil edilə bilərdi. Həmin alq-satqı müqaviləsinin bağlanmasından 2020-ci ilə kimi, ümumiyyətlə, xəbərsiz olmuşlar. Müqavilə maraqlarına və mənafelərinə toxunduğuna görə barəsində 2020-ci ildə məlumatı olduqları andan mübahisələndirilmişdir. Ona görə də məhkəmənin 8 il bundan əvvəl bağlanmış müqavilənin indi mübahisələndirilməsinə dair düzgün olmayan qənaətə gəlməklə iddia müddətini tətbiq etməsi tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, məhkəmə müddətin tətbiqinə dair ərizə vermiş şəxsin iddia tələbini, ümumiyyətlə, rədd etmişdir. Mübahisəli evin Məhrəddin Qədimov tərəfindən İddiaçı 2012-ci ildə satıldığını 2020-ci ildə Qusar Rayon Məhkəməsində onlara qarşı evdən çıxarılmalarına dair verdiyi iddia ərizəsinə məhkəmədə baxılan zaman vəkilinin iş materialları ilə tanış olduğu zaman bilmiş və dərhal qarşılıqlı iddia verərək əlavə olaraq polisə və prokurorluğa da şikayət ərizələri yazmışlar. İddiaçı onlara qarşı evdən çıxarılma tələbinə dair işə baxılan ərəfədə, yəni 2020-ci ilin mart ayında əqdin etibarsızlığına dair iddia qaldırılmışdır. 2020-ci ildə belə bir iddia qaldırıldığı nəzərə alınsa, onda iddiaçının bunun üçün nəzərdə tutulmuş bir illik müddəti ötürülmədiyi aydın olur. Ona görə də polisdə və məhkəmədə iddia qaldıraraq İddiaçı və Məhrəddin Qədimovun onlara qarşı qurduqları planlarını rəsmiləşdirən Qusar rayon notariat kontorunun apardığı notariat hərəkətinin qanunsuz olduğu üçün pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişlər. Məhkəmənin isə tələbə iddia müddəti tətbiq edərək iddianı rədd etməsi barədə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Çünki kəsici iddia müddəti məhkəmə 2020-ci ilin mart ayından müəyyən etməli olduğu halda, 2012-ci ildən hesab etməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə islasında verilən suala İddiaçı notarial qaydada ərizəsinin olmadığını bildirmiş, hətta renta müqaviləsi olduğunu da danmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiye Mimişevaya verilən ilkin 8000 manat pul ailə üzvləri olan Sara Şabanova, Zamira Şabanova, Zamir Şabanov və Cavabdeh1 adına olan 5,14 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdə 10800 ABŞ dollarına satılması nəticəsində əldə etdikləri pul vəsaiti olmuşdur. Həmin müqavilənin və aktın təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmələrinə baxmayaraq məhkəmə nədənsə qətnamədə həmin sübutlara da hüquqi qiymət verməmiş və qətnamədə qeyd etmişdir ki, onlar iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki iddianı təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə nə polisin qərarındakı izahatlara, nə pul verilən zaman yazılan əl yazı barədə qeyd kitabçasına, nə də Məhrəddin Qədimovun iddia tələbinə dair verdiyi mülahizəyə, nə torpağın satılmasına dair akt və müqaviləyə hüquqi qiymət verməmiş, nə də iş üzrə şahidlərin məhkəmə iclasında dindirilmələri barədə vəsatətlərini təmin etməmişdir. Bu da bir daha məhkəmənin işə qərəzli və birtərəf yanaşmasını təsdiq etmişdir. Bundan başqa, evin pulunu hissə-hissə ödəyərək tam qurtarandan sonra evə köçüb yaşamalı və digər sənədləşmə işləri evin pulu tam ödənildikdən sonra aparılmalı idi. İddiaçıla Məhrəddin Qədimovun əlbir olacaqlarını onlar bilməmişlər. Bu şəxslərin əlbirliyini Qusar notariat kontoru nəğd 28000 manat pul ödənilmədiyi halda, belə bir müqaviləni təsdiq etməsinin qanunsuz olmasını məhkəməyə bildirsələr də, məhkəmə tələblərinə iddia müddətini düzgün hesablamadan tətbiq edərək, həm 19200 manat pul ödəyərək alıb yaşadıqları evə mülkiyyət hüquqlarının tanınması hüququndan da məhrum etmiş, həm də bu qədər qanunsuz əməllər barəsində ölçü götürməyərək bu cinayət əməllərini ört-basdır etmişdir. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilərək X21 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 5 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən qismən narazıdır. Məhkəmə onun izahatını tam dolğun, olduğu kimi yazmayaraq, onun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində mübahisəli evdən 2/3 hissədə payının müəyyən edilməsini yazmasına baxmayaraq, qətnamədə ½ hissə yazmışdır. O, məhkəmədən də əvvəl, xx xxxxxxxx 2020ci il tarixdə Qusar rayon Polis şöbəsinin İŞ-nə izahat verərkən bu barədə ətraflı məlumat vermiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında Qusar rayon Polis şöbəsinin İŞnin xx xxxxxxxx 2020-ci il tarixli qərarında bunlar qeyd edilmişdir. Məhkəmə isə həmin qərara istinad etmədən qətnamə qəbul etmişdir. Halbuki iş üzrə mühüm əhəmiyyətə malik sübutlardan biri də polisdə aparılmış araşdırma zamanı tərəflərin verdikləri etirafedici izahatlardır. Gürci X5rı aldadacaqlarından xəbərsiz olduqları üçün başlarına bu oyun gəlmişdir. Belə ki, 2012-ci ilin sonlarına yaxın aralarındakı söhbət zamanı atası Mubariz Şabanov bildirmişdir ki, X27 ilə razılığa gələrək Məhrəddin adlı şəxsdən şərikli ev almaq istəyir, evin pulunun bir hissəsini İddiaçı, bir hissəsinin isə özü verəcəkdir. O da atasına etiraz etməmişdir. Bundan sonra, atası Gürcü Ataxanovla və qayınatası Nəbiyulla ilə birlikdə Məhrəddinin yaşadığı evə gedib baxmış, həmin vaxt aralarında olan söhbət zamanı Məhrəddin evini 40000 manata satmaq istədiyini bildirmiş, atası da 20000 manatadək pul ödəyə biləcəyini demiş və İddiaçıla şərikli həmin evi alacaqlarını Məhrəddinə bildirmişlər. Məhrəddin də buna etiraz etməmişdir. Bu şəxslər belə razılığa gəlmişdilər ki, otaqlardan birində İddiaçı, digərində Məhrəddin və arvadı Lutfiye, o biri iki otaqda isə o, öz ailə üzvləri ilə birlikdə qalacaqlar. Bundan sonra o, arvadı Maya ilə birlikdə gedib evə baxmış və evin alınmasına onların da razılığı olmuşdur. Atası ilə İddiaçı şərik qaydada Məhrəddinə 30000 manat pul verəcəklərini demiş, sonra isə İddiaçı həmin 30000 manat puldan 2000 manatını sənədləşmə üçün lazım olacağını deyərək 300xx xxxxxxxx 2000 kəm olmaqla Məhrəddin Qədimova 28000 manat pul ödəniləcəyi barədə razılığa gələrək həmin evi alacaqlarını demişdir. Məhrəddin Qədimov da bu təklifə etiraz etməmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı bir otaq üçün 10800 manat, atası ilə o isə iki otaq üçün 17200 manat pul ödəməli olmuşlar. Bu razılaşmadan sonra 2012-ci ilin sentyabr ayında ilkin olaraq İddiaçı 1000 manat pul ödəmiş, sonra isə atası ilə qayınatası birlikdə İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova arvadı Lutfiyenin yanında hissə-hissə olmaqla 8000 manat pul verməyə başlamış, razılaşma əsasında xx xxxxxxxx 2014-cü il tarixədək İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiyeyə evin pulundan ümumilikdə, cəmisi 17200 manat, sənədləşmə üçün isə əlavə olaraq İddiaçı 2000 manat olmaqla 19200 manat pul verilmişdir. Bu faktı Məhrədddin Qədimov, arvadı Lutfiye Mimişeva etiraf etmişdilər. Məhrəddin Qədimovun vəkili iddia tələbinə qarşı yazılı mülahizə təqdim edərək onların tələblərinin tam qanuni və əsaslı olmasını etiraf etmişdir. Sonuncu 2000 manatı atası Mubariz Şabanov X2ndan borc alıb Nəbiyullanın yanında sənədləşmə aparmaq məqsədi ilə İddiaçı vermişdir. Lakin məhkəmə bu barədə atasını şahid qismində dindirməkdən imtina etmişdir. İddiaçı da həmin pulu alıb evlə bağlı sənədləşmə işlərini görəcəyinə söz vermiş, həmin vaxtdan sonra isə o, ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı deməsinə görə Məhrəddinlə arasında mübahisə yaranmış, guya Məhrəddin ona verilən pul ilə razılaşmayaraq əlavə 10000 manat da istəmiş, ancaq Gürcü ona pul verməmiş, ona görə də həmin mübahisə ilə bağlı İddiaçı Qusar Rayon Məhkəməsində iddia qaldırmış, Gürcünün çıxarışda olan 6 sot torpaq sahəsindən əlavə, həmin torpaq sahəsinə bitişik olan Məhrəddinə məxsus, sənədsiz təxminən 3-4 sot ölçüdə torpaq sahəsini Məhrəddindən xəbərsiz satmış, lakin həmin torpağın pulunu Məhrəddinə verməmişdir. 2017-ci ilədək İddiaçıla Məhrəddin Qədimov arasında olan torpaq mübahisəsi davam etmiş, həmin vaxtdan sonra isə İddiaçı evin sənədləşməsi üçün verdikləri 2000 manat puldan nə payına düşən 1000 manat pulu onlara qaytarmamış, nə də razılaşdıqları kimi evi ½ hissədə onun adına rəsmiləşdirməmişdir. Sonra isə İddiaçı ona Məhrəddinin evə qeydiyyata düşmələrinə icazə verdiyini deyərək onu qeydiyyata düşmək üçün ünvan 6 ünvanda yerləşən evə qeydiyyata düşmüşdür. Razılaşmaya əsasən evin pulunu ödədikdən sonra, yəni 2014-cü ildə Məhrəddin Qədimov evi ½ hissədə onun adına, ½ hissədə isə İddiaçı adına alqı-satqı etməli olduğu halda, İddiaçı 1000 manat beh alan kimi onlardan xəbərsiz İddiaçıla əlbir olaraq evi tam şəkildə İddiaçı adına özgəninkiləşdirmişdir. Onlar bundan yalnız məhkəmədə onlara qarşı evdən çıxarılma barədə iddia qaldırdığı zaman xəbərləri olmuşdur. İddiaçı evi onlardan xəbərsiz Məhrəddin Qədimovla əlbir olaraq öz adına keçirməsini bildikləri vaxt həmin alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, Məhrəddin Qədimov evini 2012-ci ildə 28000 manata İddiaçı satmış, İddiaçı da 28000 manat pulu nəğd ödəmişdir. Lakin məhkəmədə və polisdə izahatları alınmış şəxslərin hamısı 28000 manat pulun X45 Ataxanov evi adına keçirəndən sonra Məhrəddin Qədimova ödənilməsini təsdiq etmişlər. Məhrəddin Qədimov özü, arvadı Lutfiye Mimişeva də bunu təsdiq edərək həmin vaxt evi İddiaçı adına keçirmələrini onlardan gizlətdiklərini etiraf etmiş və bunu onunla izah etmişlər ki, İddiaçı onlara deyibmiş ki, evin pulunun çox hissəsini onlar, yəni atası Mubariz Şabanov ödəməlidir, birdən Mubariz Şabanov evin Gürcinin adına keçməsini bilsə, ev almaları üçün satdıqları torpaq sahələrinin 8000 manat pulunu və qalan 11200 manat pulu hissə-hissə ödəməkdən imtina edər. Məhrəddin Qədimov və arvadı Lutfiye bunu onlar 2020-ci ildə polisə şikayət edəndən sonra polisdə etiraf etmiş, lakin ev artıq mülkiyyətində qalmadığı üçün onlardan aldıqları pulun müqabilində evi İddiaçı verdiklərini deyib məsuliyyətdən yayınmaq istəmişlər. Bundan başqa, Məhrəddin Qədimov və arvadı Lutfiyye Mimişeva evi İddiaçı satarkən notarial qaydada ölənə kimi İddiaçı onlara baxacağı barədə ərizə yazdığını, sonradan İddiaçı həmin ərizəni ləğv etdirdiyini bildirmişdilər. Bu faktı İddiaçı məhkəmədə etiraf etsə də, bu barədə verdiyi izahat qətnamədə qeyd edilməmişdir. Bundan əlavə, evin pulunun hissə-hissə ödənilməsi faktı məhkəmə iclası zamanı tam təsdiqini tapsa da, məhkəmə alq-satqı müqaviləsində 2012-ci ildə həmin 28000 manat pulun nəğd şəkildə ödənilməsinə dair Qusar notariat kontorunun əməllərinə hüquqi qiymət verməmişdir. Pul ödənilən zaman həmin pulların kim tərəfindən, hansı tarixdə, nə qədər pulun ödənilməsinə dair əlyazmada qeydlər var idi və bunlar hamısı ödənilən günə kimi orada əks edilmişdir. Nədənsə Qusar Rayon Məhkəməsi bu faktların heç birini sübut kimi qəbul etməmişdir. Məhkəmə onların heç bir vəsatətləri və xahişlərini təmin etməmişdir. Bundan başqa, məhkəmədə İddiaçı bir neçə iddiası olması barədə qətnamələrə qiymət verilmişdir. Onların həmin qətnamələrə aidiyyəti olmadığından məhkəmənin bu qətnamələrə istinad etməsi qanunsuz və tamamilə əsassızdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işdə olan X32, X15, Qədimov Məhrəddin Fəttah oğlu və Lutfiye Mimişev tərəfindən tərtib olunmuş, tərtib edilmə tarixi göstərilməyən aktdan görünür ki, X10 şəhəri, Ç.Qurbanov küçəsi ev 53 ünvanda yerləşən fərdi yaşayı evini və torpaq sahəsini İddiaçı ilə birlikdə şərikli satın almış və bı məqsədlə evin və torpağın dəyərinin yarısını, yəni 19200 manat məbləğində pul aşağıda göstərilən müddətlərdə Məhrəddin Qədimova və onun həyat yoldaş Lutfiye Mimişevaya çatdırılmışdır: xx.xx.2012-8000 manat, xx.xx.2012-1000 manat, xx.xx.2013- 500 manat, xx.xx.2013-500 manat, xx.xx.2014-600 manat, xx.xx.2014-600 manat, xx.xx.2014-60 manat, xx.xx.2015-600 manat, xx.xx.2014-700 manat, xx.xx.2014-2000 manat, xx.xx.2014-70 manat, xx.xx.2014- 700 manat və xx.xx.2014-2000 manat. Onlar bu barədə məhkəməyə 2 cür akt vermiş, aktın biri əlyazma ilə yazılmış, digəri isə kompyuterdə çap edilmişdir. Qətnamədə o biri akt barədə heç nə yazılmamışdır. Məhkəmə İddiaçı evin pulunu onların vasitəsi ilə Məhrəddin Qədimova alqı-satqıdan 2 il sonra hissə-hissə ödənilməsinə əhəmiyyət verməyərək alqısatqı müqaviləsinin Məhrəddin Qədimovun aldadılaraq bağlanan zaman 28000 manat pulun, ümumiyyətlə, verilmədiyi halda, həmin alqı-satqının formal olması və qanuni əsaslar olmadan bağlanmasını araşdırmamış, həmin müqavilənin yalan olduğu bilindiyi halda, başqa bir predmetə aid qətnamədəki qeydləri hazırki mübahisəyə guya sübut kimi əlavə etməsi məhkəmənin onlara qarşı qərəzli olmasını bir daha təsdiqləyir. Qusar Rayon Məhkəməsinin 2(029)4384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Məhrəddin Qədimov arvadı Lutfiye Mimişeva ilə birlikdə mübahisəli evdən çıxarılması qət edilmişdir. Bundan 2 il sonra isə Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)- 765/2019 saylı qətnaməsi ilə Lutfiye Mimişevadan 6000 manat pul tutulub İddiaçı verilmişdir. Bu qətnamələrdən bir daha aydın olur ki, İddiaçı Məhrəddin X19 hələ də əl çəkməmişdir, bu gün də bir-birləri ilə əlaqələri vardır. Bu qətnamələrin isə hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin qətnamələrdən sübut kimi istifadə edilə bilməz. Qətnamədə İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfindən iddia müddətinin ötürüldüyü və iddia müddəti tətbiq olunaraq həmin şəxslərin iddialarının rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etdiyi qeyd edilmişdir. Məhkəmə də İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə iddia müddətinin tətbiqinə dair ərizələrini müzakirə edərək belə qənaətə gəlmişdir ki, həqiqətən də xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından 8 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində nə Cavabdeh1, nə də Mubariz Şabanov bu barədə heç bir iddia tələbi irəli sürməmiş, bununla da müqavilənin etibarsızlığına dair Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti həmin şəxslər tərəfindən ötürülmüşdür. Cavabdeh1 və X51 Ataxanov iddia qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını bildirsələr də, məhkəmə bunu inandırıcı hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, Cavabdeh1 2017-ci ilin avqust ayının 1-də həmin evə qeydiyyata alınarkən həm o, həm də atası Mubariz Şabanov həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmiş və ya bilməli olmuşlar, ona görə də məhkəmə hesab etmişdir ki, həmin şəxslərin iddiaları üzrə iddia müddəti tətbiq olunmaqla həm də bu əsasa görə həmin iddialar rədd edilməlidir. Bundan başqa, məhkəmə daha bir qənaətə gələrək hesab etmişdir ki, İddiaçıla Məhrəddin Qədimovun arasında ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Mubariz və Cavabdeh1ların heç bir hüquqları pozulmamış, həmin müqavilənin nə məzmununda, nə də formasında hər hansı nöqsana yol verilməmişdir, odur ki, həmin müqavilə Mülki Məcəllənin tələblərinə tam əməl olunmaqla, müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmışdır. Bu səbəbdən də məhkəmə Cavabdeh1 və Mubariz Şabanovun dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab oluna bilməz və həmin müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının tanınması barədə Cavabdeh1 və Mubariz Şabanovun iddiaları qanunsuz və əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən yenə də yanlışılığa yol verərək işə qərəzli yanaşmışdır. İddiaçı iddia ərizəsində 2018-ci ilin may ayında Zamikin ona müraciət edərək evində yaşamağına icazə verməsini göstərmiş, polisdə verdiyi izahatında isə bildirmişdir ki, tək qaldığı üçün Mubarizdən ailəsi ilə birlikdə onunla birgə yaşamasına icazə verməsini və ona baxmağını xahiş etmiş, atası da buna etiraz etməmiş, daha sonra o, evi Zamikin adına rəsmiləşdirəcəyinə söz vermişdir. İddiaçı ziddiyyətli izahatları məhkəmədə heç şübhə yaratmamışdır. Məhkəmə nədənsə humanistlik etmiş və sorğu verərək notarial qaydada İddiaçı ərizə yazaraq həmin mübahisəli evə qeydiyyata düşmələrinə dair razılıq ərizəsinin olması barədə sübut əldə edərək iddia müddətini tətbiq etmişdir. Əslində İddiaçı onları aldadaraq həmin evə qeydiyyata düşmələrinə Məhrəddin Qədimovun icazə verdiyini demiş və onları polis şöbəsinə göndərmişdir. Onlar həmin vaxt elə bilmişdilər ki, ev hələ də Məhrəddin Qədimovun mülkiyyətindədir. O, 2014-cü ildən ailəsi ilə birlikdə mübahisəli evə köçmüş və orada yaşayır, oğlu Bahəddin də bu evdə qeydiyyatdadır. Onların İddiaçıla əvvəllər heç bir problemi olmamışdır, ailəlikcə İddiaçı tanıyır, evinə daim gəlib gedən adam olmuşlar, belə hiylə işlədəcəyindən xəbərsiz olmuşlar. Mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığına dair müqavilədə onlar tərəf olmamışlar. Müqavilə üzrə tərəflər İddiaçı və Məhrəddin Qədimovdur, 8 illik iddia müddəti müqavilədən xəbərdar olan şəxslərə şamil edilə bilərdi. Həmin alq-satqı müqaviləsinin bağlanmasından 2020-ci ilə kimi, ümumiyyətlə, xəbərsiz olmuşlar. Müqavilə maraqlarına və mənafelərinə toxunduğuna görə və barəsində 2020-ci ildə məlumatı olduqları andan mübahisələndirilmişdir. Ona görə də məhkəmənin 8 il bundan əvvəl bağlanmış müqavilənin indi mübahisələndirilməsinə dair düzgün olmayan qənaətə gəlməklə iddia müddətini tətbiq etməsi tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, məhkəmə müddətin tətbiqinə dair ərizə vermiş şəxsin iddia tələbini, ümumiyyətlə, rədd etmişdir. Mübahisəli evin Məhrəddin Qədimov tərəfindən İddiaçı 2012-ci ildə satıldığını 2020-ci ildə Qusar Rayon Məhkəməsində onlara qarşı evdən çıxarılmalarına dair verdiyi iddia ərizəsinə məhkəmədə baxılan zaman vəkilinin iş materialları ilə tanış olduğu zaman bilmiş və dərhal qarşılıqlı iddia vermiş, əlavə olaraq polisə və prokurorluğa da şikayət ərizələri yazmışlar. İddiaçı onlara qarşı evdən çıxarılma tələbinə dair işə baxılan ərəfədə, yəni 2020-ci ilin mart ayında elə həmin vaxtdan da əqdin etibarsızlığına dair iddia qaldırılmışdır. 2020-ci ildə belə bir iddia qaldırıldığı nəzərə alınsa, onda iddiaçının bunun üçün nəzərdə tutulmuş bir illik müddəti ötürülmədiyi aydın olur. Alqısatqı müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün 19200 manat pulu onların ödədiyi satıcı Məhrəddin Qədimov bilə bilə həmin evin İddiaçı tərəfindən özününküləşdirilməsinə şərait yaratmasını bilmələri, qeyd olunan alqı-satqı müqaviləsinin legetimsizliyinə əsas verir və müqavilə üzrə İddiaçı vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmin evin alınması üçün ödədiyi pulları satıcı Məhrəddin Qədimov, satıcının arvadı Lutfiye Mimişeva da etiraf edir və əlavə olaraq şahidlər də bunu təsdiq edə bilərlər. Məhkəmə araşdırılması zamanı müəyyən olmuşdur ki, İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiye Mimişevaya ilkin olaraq verilmiş 8000 manat pul ailə üzvləri olan Sara Şabanova, Zamira Şabanova, Zamir Şabanov və Cavabdeh1 adına olan 5,14 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdə 10800 ABŞ dollarına satılması nəticəsində əldə etdikləri pul vəsaiti olmuşdur. Həmin müqavilənin və aktın təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmələrinə baxmayaraq məhkəmə qətnamədə həmin sübutlara hüquqi qiymət verməmişdir. Onlar iddialarını təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etsələr də məhkəmə nə polisin qərarındakı izahatlara, nə pul verilən zaman yazılan əlyazma barədə qeyd kitabçasına, nə Məhrəddin Qədimovun iddia tələbinə dair verdiyi mülahizəyə və onların torpaqlarının satılmasına dair akta və müqaviləyə hüquqi qiymət verməmiş, iş üzrə şahidlərin məhkəmə zalında dindirilmələri barədə vəsatətlərini təmin etməmişdir. X2 qızı Cavabdeh2 adından etibarnamə alaraq məhkəməyə gəlməsinə baxmayaraq məhkəmədə iştirakı təmin edilməmişdir. Bu faktlar məhkəmənin işə qərəzli və birtərəfli yanaşmasını təsdiq etmişdir. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası MM-nin 394-cü maddəsinə əsasən qeyd etmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qanunda bu cür nəzərdə tutulsa da, onlar mübahisəli evi almaq istəyərkən aralarında üç tərəfli qaydada şifahi razılşma olmuşdur və əqd həm yazılı, həm də şifahi ola bilər. Onların şifahi razılaşmalarına əsasən evin pulunu hissə-hissə ödəyərək tam qurtarandan sonra evə köçüb yaşamalı və digər sənədləşmə işləri evin pulu tam ödənildikdən sonra aparılmalı idi. Onlar İddiaçıla Məhrəddin Qədimovun əlbir olacaqlarını bilməmiş, bu şəxslərin əlbirliyini, X39 nəğd 28000 manat pul ödənilmədiyi halda, belə qanunsuz bir müqaviləni təsdiq edilməsinin qanunsuz olmasını məhkəməyə bildirsələr də, məhkəmə tələblərə iddia müddətini də belə düzgün hesablamadan müddət tətbiq edərək onları həm 19200 manat pul ödəyərək alıb yaşadıqları evə mülkiyyət hüquqlarının tanınmasından məhrum etməklə bərabər, bu qədər qanunsuz əməllərin barəsində ölçü götürmək əvəzinə, bu cinayət əməllərinin üstünü basdırmışdır. Bundan başqa, İddiaçı qazancının və o qədər pulunun olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmədə atası Mubariz Şabanovun usta işləməsi, onun əvvəl bazarda satıcı, sonra mətbəx mebelləri sexində usta işləməyi və arvadı Cavabdeh2 Qusar rayonu, Aşağı Ləgər kəndində kitabxana müdiri işləməyi tam təsdiqini tapmışdır. Bu da onun ev ala bilmək üçün kifayət qədər qazancları olmasını sübut edir. Məhkəmənin İddiaçı iddiasını rədd etməsindən onlar razıdırlar. Lakin məhkəmənin onların iddiasını rədd etməsi əsassız və qanunsuzdur. Məhkəmə araşdırılması zamanı mübahisəli ev üçün ödənilən pulun İddiaçı vasitəsi ilə 2012-2014-cü illərdə Mubariz Şabanov tərəfindən Məhrəddin Qədimova və arvadı Lutfiye Mimişevaya 19200 manat ödənilməsi tam sübuta yetirilsə də, Mubariz Şabanova dair hissədə də iddianı rədd etməsi məhkəmənin işə obyektiv baxmadığını və qərəzli olmasını təsdiq edir. X34 atasıdır və pulu atası şəxsən İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiye Mimişevaya verildiyini həmin şəxslər də etiraf etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində məhkəmə qətnaməsini qismən ləğv edilərək X21 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədikləri 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun oğlu Cavabdeh1 və arvadı Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək özünə məxsus Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 53 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar İddiaçı belə bir iddiasının ola biləcəyini gözləmirdilər. Çünki mübahisəli evin mülkiyyətçisinin hələ də Məhrəddin Qədimov olduğunu bilirdilər. Mübahisəli evə oğlu və gəlini qeydiyyata düşərkən də İddiaçı onlara Məhrəddin Qədimovun razılıq ərizəsi verdiyini demişdir. İddiaçı onları aldadaraq bunu onlardan gizlətmişdir. İddiaçıla Məhrəddin Qədimovun əlbir olaraq 19200 manat pul ödəyərək aldıqları və ailə üzvləri olan oğlunun gəlini və nəvəsi ilə yaşadığı Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən 53 saylı fərdi yaşayış evini onların xəbəri olmadan öz aralarında alqı-satqı apardıqlarından heç birinin xəbəri olmamışdır. Onlar bu barədə işin məhkəmə hazırlıq iclasında vəkil tutmaq üçün vaxt verməsi barədə xahişlərindən sonra vəkil tutaraq iş materiallarında sənədlərin surətini götürüb tanış olduqdan sonra 2020-ci ilin mart ayında xəbərləri olmuşdur. Hazırki iş üzrə cavabdeh oğlu və gəlini olduqları üçün oğlu Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X21 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon sövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədikləri 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O isə öz adından İddiaçı, Məhrəddin Qədimovun Qusar notariat kontoru ilə əlbir olaraq fərdi yaşayış evinin qeyri qanuni yolla necə özgəninkiləşdirilməsinə hüquqi qiymət verilməsi üçün Qusar rayon Polis şöbəsinə və Qusar rayon prokurorluğuna şikayət ərizəsi yazmışdı. Onun ərizələri üzrə bir neçə dəfə təhqiqat və istintaq aparılmış, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, həmin qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, iş təkrar araşdırmaya qaytarılmışdır. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlini olmaqla onun ailə üzvləri sayılırlar. Qusar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evini o, İddiaçı ilə birlikdə Qədimov Məhrəddin Fəttah oğlundan 3 tərəfli qaydada qarşılıqlı şifahi razılaşma əsasında şərik alaraq oğlu Cavabdeh1 hədiyyə etmiş və həmin evin alınması üçün İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova 17200 manat, evin sənədləşməsi üçün isə əlavə olaraq 2000 manat olmaqla, ümumilikdə 19200 manat pul ödəmişdir. Bu barədə Qusar rayon Polis şöbəsində 3 dəfə araşdırma aparılaraq onun həmin evin alınması üçün 19200 manat pulu İddiaçı verdiyi tam sübuta yetirilmişdir. Bu barədə bütün məlumatlar və faktlar Qusar rayon Polis şöbəsinin İstintaq bölməsinin xx.xx.2020-ci il tarixli, HK-1/174 saylı araşdırma materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında sonuncu qərarında tam əks olunmuşdur. O, evi oğlu Cavabdeh1 alıb hədiyyə etdiyi üçün Cavabdeh1 və arvadı həmin evə qeydiyyata düşmüşlər. İddiaçı onların etibarından sui-istifadə edərək razılaşmalarını pozmuş, fərdi yaşayış evini onların xəbəri olmadan 2012-ci ildə öz adına özəlləşdirərək bu vaxta kimi bunu onlardan məharətlə gizlətməyi bacarmış və mülkiyyət hüquqlarının tanınmasına müxtəlif yalanlar uydurmaqla imkan verməyərək, qeyri qanuni yollara əl ataraq onlara qarşı iddia qaldıraraq evdən çıxarılmalarını tələb etmişdir. O və oğlu Cavabdeh1 İddiaçı bu qanunsuz əməllərindən məhkəmədə evdən çıxarılma tələbi barədə iddia qaldırıldıqdan sonra xəbərləri olmuşdur. Ona görə də X37 Ataxanov arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin fərdi yaşayış evinə verilən çıxarışın ləğv edilməsi və ödədiyi pulun müqabilində həmin fərdi yaşayış evinə pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin evin alınması və pulların iki il ərzində hissə ödənilməsində özü iştirak etmişdir. İddiaçı bunu izahatlarında etiraf etməsə də, evin keçmiş mülkiyyətçisi Məhrəddin Qədimov və arvadı Lutfiye Mimişeva, pulları ödəməyə gedərkən onunla bir yerdə olmuş qudası X15, oğlu Zamik və gəlini Mayanın izahatları ilə tam təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı hər dəfə ondan pulları alıb Lutfiye Mimişevaya verəndə, Lutfiye Mimişeva ondakı kitabçaya, İddiaçı isə özündəki kitabçaya nə vaxt, nə qədər pul verilməsi barədə qeydlər edirdilər. Çünki Məhrəddin Qədimovun gözləri yaxşı görmədiyi və yataq xəstəsi olduğu üçün X48 Ataxanovdan pulları sayıb təhvil alırdı. Onun adı Mubariz olsa da, hamı onu adının sonluğu ilə “Boris” deyə çağırır. Ona görə də İddiaçı onda qalan həmin pul qeydinə dair kitabçada öz adını kiril əlifbasındakı “Q”, onun adını isə kiril əlifbasındakı “B” hərfi kimi qeyd etmişdir. Sənəd üzrə 3, əslində isə 4 otaqlı olan evi onlar 28000 manata razılaşmış və həmin puldan 2 otaq üçün 17200 manatı o, 1 otaq üçün 10800 manatı isə İddiaçı ödəmişdir. Bundan başqa, İddiaçı ondan 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün, həmin məbləği oğlu Zamikin X2ndan borc alıb vermişdir. Məhrəddin Qədimov və İddiaçı onu aldatmış və xəbəri olmadan həmin evi 2012-ci ildə öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq onun həm 19 200 manat pulunu mənimsəmiş, həm də onu öz aralarında şifahi qaydada razılaşdıqları 2/3 hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. O, mübahisəli evin 28000 manat dəyərindən 19200 manatını tam ödəmiş və aralarında olan şifahi razılaşma üzrə üzərinə düşən öhdəliyi tam icra edərək yerinə yetirmişdir. Buna görə də onun artıq həmin evə mülkiyyət hüququ yaranmışdır. Çünki mübahisəli evdə həm də oğlu və gəlini uşaqları ilə birlikdə qeydiyyatda olaraq yaşayırlar. Polisdə aparılan araşdırma zamanı həmin evin dəyərindən üzərinə düşən 19200 manat məbləğində pulu şəxsən ödəməyi təsdiqini tapdığı üçün oğlu və gəlini orada yaşamasına baxmayaraq iddia qaldırmaq hüququ onun da üzərinə düşür. Əslində həmin fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə 2/3 hissədə oğlu Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını istəyirdi. Çünki evin pulunu o ödəsə də, həmin evi Cavabdeh1 üçün almışdır. Lakin həmin evin alınması üçün ödənilən 19200 manat pulu o, ödədiyi üçün iddia qaldırmışdır ki, hansının hüququ varsa, məhkəmə araşdıraraq ikisindən birinin mülkiyyət hüququnu tanısın. O, qətnamədən qismən narazıdır. Məhkəmə onun iddiasını iki əsasla rədd etmişdir. Birincisi, mübahisə tərəfləri olan Məhrəddin Qədimov və İddiaçıla onun arasında hər hansı bir notarial qaydada razılaşma olmamışdır. Digər tərəfdən isə məhkəmə kəsici iddia müddətini tətbiq edərək onun iddiasının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə işi tam, hərtərəfli araşdırmayaraq səhv qənaətə gələrək, yanlış qətnamə qəbul etmiş və qanunları düzgün təfsir etməmişdir. Birincisi, məhkəmə hesab edirdisə ki, onların arasında müqavilə olmamışdır onda iddia müddətini tətbiq etməsinin heç bir əhəmiyyəti olmamışdır. İkincisi, məhkəmə iddia müddətini tətbiq edirsə, deməli, artıq həmin iddia tələbinə dair hüququnun yaranmasını qəbul edir. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası MM-nin 394-cü maddəsinə istinad edərək aralarında notarial qaydada bağlanan müqavilə olmadığı üçün hüququnun yaranmadığı qənaətinə gəlmişdir. Məhkəmə nədənsə nəzərə almaq istəməmişdir ki, onlar həmin evin 28000 manat dəyərini 2012-ci ildə nəğd şəkildə ödəyərək almamışlar. Onlar həmin evin pulunu hissə-hissə ödəməklə 2 ilə qədər, yəni 2012-2014-cü ilədək davam edən bir mülki hüquq münasibəti nəticəsində aldıqları, bu faktlar məhkəmə iclasında araşdırılaraq tam sübuta yetirildiyi halda, qətnamədə aralarında yaranmış mülki mübahisəyə bu cür qiymət verilməsini əsassız və qərəzli hesab edir. Çünki onun mübahisələndirdiyi həmin alqı-satqı müqaviləsi üzrə aparılmış notariat hərəkətlərinin tam qanunsuz aparılması sübuta yetirilmişdir. 2012-ci ildə Məhrəddin Qədimova cəmi 1000 manat pul verildiyi halda, notariusun evin 28000 manata nəğd satın alınması barədə notariat hərəkətləri aparması özlüyündə qanunsuzdur. Məhkəmə bu fakta heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, mübahisəli evi almaq istəyərkən aralarında üç tərəfli qaydada şifahi razılaşmaları olmuşdur. Məhkəmənin təkcə İddiaçı iddianı etiraf etməməsinə əsaslanaraq onun iddiasını rədd etməsi işə qərəzli yanaşmasını təsdiq edir. Bundan əlavə, Mülki Məcəlləyə görə əqdlər həm yazılı, həm də şifahi ola bilər. Onların şifahi razılaşmalarına əsasən evin pulunu hissə-hissə ödəyərək tam qurtarandan sonra evə köçüb yaşamalı və digər sənədləşmə işlərini evin pulu tam ödənildikdən sonra aparılmalı idi. Ona görə də alqı-satqıya qədər kim-kimə nə qədər pul alıb verməsi barədə özlərində olan qeyd kitabçalarında qeydiyyat aparmışdılar. Onlar İddiaçıla Məhrəddin Qədimovun əlbir olacaqlarını bilməmişdilər. Qusar rayon notariat kontoruna nəğd 28000 manat pul ödənilmədiyi halda, belə qanunsuz bir müqaviləni təsdiq etməsinin qanunsuz olmasını bildirmələrinə baxmayaraq, məhkəmə tələblərinə iddia müddətini də düzgün hesablamadan kəsici müddəti yanlış tətbiq edərək onları həm 19200 manat pul ödəyərək alıb yaşadıqları evə mülkiyyət hüququnun tanınması hüququndan məhrum etməklə bərabər, bu qədər qanunsuz əməllərin barəsində ölçü götürmək əvəzinə, bu cinayət əməllərinin üstünü ört-basdır etmişdir. Bütün bunlar onun şikayəti əsasında qəbul edilmiş Qusar rayon Polis şöbəsinin İŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir. Məhkəmə isə həmin qərara istinad etmədən qətnamə qəbul etmişdir. Halbuki iş üzrə mühüm əhəmiyyətə malik sübutlardan biri də polisdə aparılmış araşdırma zamanı tərəflərin verdikləri etirafedici izahatlardır. Polisdə aparılan araşdırma zamanı Lutfiye Mimişeva izahatında göstərmişdir ki, İddiaçı onların ailə dostu olmuşdur və əvvəllər Gürci ilə onların münasibətləri çox yaxşı olmuşdur. 2012-ci ildə əri X21 avtomobil qəzası keçirmiş və müalicəsi üçün pula ehtiyacları yaranmış, həmin vaxtlarda da aralarında olan söhbət əsasında İddiaçı Məhrəddinin avtomobil qəzasına düşərək xəsarət almasını, müalicə olunması üçün pula ehtiyaclarının olduğunu və özlərinə məxsus evi satmaq istədiklərini bilmişdir. Həmin vaxtlarda aralarında olan söhbət zamanı Gürci yaxın tanışı, Qusar rayonu, Aşağı Ləgər kənd sakini, adını “Boris” kimi dediyi X20 öz oğlu Cavabdeh1 evləndirdiyini və ona ayrı yaşaması üçün münasib qiymətə ev axtardığını və Mubarizin onların evini ala biləcəyini demiş, onlar da İddiaçı etiraz etməmişdilər. Bundan sonra, X51 və qudası X15 ilə birlikdə onlara gəlmiş, həmin vaxt aralarında olan söhbət zamanı Məhrəddinlə o, İddiaçı və Mubariz Şabanova evlərini 40000 manata satmaq istədiklərini demişlər. Sonra isə onlar evin bir otağında Gürci, iki otağında Mubarizin oğlu öz ailə üzvləri, bir otağında isə əri Məhrəddinlə onun qalması barədə razılığa gəlmişlər. Buna görə də evi 30000 manat satmağa razılıq vermiş, sonra isə Gürcü həmin puldan 2000 manatını sənədləşməyə xərcləyəcəyini, onlara cəmisi 28000 manat pul verəcəyini demiş, onlar da etiraz etməmişdilər. Həmin vaxtdan bir neçə gün sonra, 2012-ci ilin sentyabr ayının ortalarına yaxın İddiaçı onlara ilkin olaraq 1000 manat beh pul vermiş, daha sonra isə 2012-ci ilin oktyabr ayında alqı-satqı yolu ilə evi İddiaçı adına keçirmişlər. Bundan sonra, Gürci Mubariz və onun qudası Nəbiyulla ilə birlikdə hər ayda bir dəfə və ya iki dəfə onun yaşadığı evə gələrək onunla görüşmüş, Mubariz onun yanında Gürciyə pul vermiş, Gürci də Mubarizdən aldığı pulları ona vermiş və hər dəfə Gürci ona pul verən zaman özündə və Mubarizdə olan kitabçalarda qeydiyyat aparmış, beləliklə də Gürci ilə Mubariz 2012-ci ilin sentyabr ayından 2014-cü ilin sonunadək olan müddət ərzində ona 28000 manat pul vermişdir və onun bildiyinə görə həmin pulun 17200 manatını Mubariz Şabanov, qalan 10800 manatı isə Gürci ödəmişdir. Pul tam ödənildikdən sonra Gürci onları məhkəməyə verərək evdən çıxarmış, sonra isə Gürci ilə Mubariz arasında da mübahisə yaranmışdır, o, Gürcinin evin sənədləşməsi üçün Mubarizdən əlavə olaraq 2000 manat pul aldığını eşitmişdir. Həmçinin aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı bir otaq üçün 10800 manat, onlar isə iki otaq üçün 17200 manat pul ödəməli idilər. Bu şifahi qaydada razılaşmadan sonra 2012-ci ilin sentyabr ayında ilkin olaraq İddiaçı 1000 manat pul ödəmiş, sonra isə o, qudası Nəbiyulla ilə birlikdə İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova, arvadı Lutfiyenin yanında 8000 manat olmaqla hissə-hissə pul verməyə başlamış, xx xxxxxxxx 2014-cü il tarixədək İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiyeyə evin pulundan ümumilikdə 17200 manat, sənədləşmə üçün isə əlavə olaraq İddiaçı 2000 manat olmaqla, 19200 manat pul verilmişdir. Bu faktı Mehrədddin Qədimov, arvadı Lutfiye Mimişeva da etiraf etmişdilər. Məhrəddin Qədimovun vəkili məhkəmə iclasında iddia tələbinə qarşı yazılı mülahizə təqdim edərək onların tələblərinin tam qanuni və əsaslı olmasını etiraf etdiklərini bildirmişdir. Sonuncu 2000 manatı o, oğlu Zamikin qayınatası olan qudası Nəbiyulla Umudulla oğlundan borc alıb Nəbiyullanın yanında sənədləşmə aparmaq məqsədi ilə İddiaçı vermişdir. Lakin məhkəmə bu barədə qudası Nəbiyulla Hacıyevi şahid qismində dindirməkdən imtina etmişdir. İddiaçı da həmin pulu alıb evlə bağlı sənədləşmə işlərini görəcəyinə söz vermiş, həmin vaxtdan sonra isə ailə üzvləri olan oğlu, gəlini və nəvəsi həmin evə köçüb bu günə kimi orada yaşayırlar. Məhrəddin Qədimov özü və arvadı Lutfiye Mimişeva polisdə izahat verəndə bildirmişlər ki, həmin vaxtı evi İddiaçı adına keçirmələrini bizdən ona görə gizlədiblər ki, İddiaçı onlara evin pulunun çox hissəsini, yəni 19200 manatını Mubariz Şabanov ödəməli olmasını, birdən evin onun adına keçməsini bilsə, ailə üzvlərinin adına olan və satdıqları torpaq sahəsinin 8000 manat pulunu və qalan 11200 manat pulu hissə-hissə ödəməkdən imtina edə biləcəyini demişdir. Məhrəddin Qədimov və arvadı Lutfiye bu olanları 2020-ci ildə o, həmin şəxslər barəsində polisə şikayət ərizəsi ilə müraciət edəndən sonra məlumat vermişdilər. Lakin ev artıq Məhrəddin Qədimovun mülkiyyətində olmadığı üçün onlardan aldıqları pulun müqabilində evi İddiaçı verdiklərini deyib məsuliyyətdən yayınmaq istəmişlər. Bundan başqa, Məhrəddin Qədimov və arvadı Lutfiyye Mimişeva evi İddiaçı satarkən notarial qaydada ölənə kimi Gürcinin onlara baxacağı barədə ərizə yazdığını, sonradan İddiaçı həmin ərizəni də ləğv etdirdiyini bildirmişdilər. Bu faktı İddiaçı məhkəmədə izahat verərkən etiraf etsə də, onun həmin hissədə verdiyi izahat qətnamədə qeyd edilməmişdir. Bundan başqa, evin pulunun hissəhissə ödənilməsi faktı məhkəmə gedişi zamanı tam təsdiqini tapsa da, məhkəmə alq-satqı müqaviləsində evin dəyərinin 2012-ci ildə 28000 manat məbləğində nəğd şəkildə ödənilməsini Qusar rayon notariat kontorunun hansı əsasla müqavilədə yazdığına və alqsatqının özlüyündə qanunsuz olaraq bağlanmasına heç bir hüquqi qiymət verməmişdir. Pul ödənilən zaman həmin pullar kim tərəfindən, hansı tarixdə, nə qədər ödənilməsinə dair əlyazmada olan qeydləri də məhkəmə sübut kimi qəbul etməmişdir. Bu da məhkəməninin işdə qərəzli olmasını təsdiq edir. Qusar Rayon Məhkəməsində İddiaçı bir neçə iddiası olması barədə qətnamələrə isə məhkəmə qiymət vermişdir. İddiaçıla aralarında başqa mübahisə olmadığından, həmin qətnamələrin hazırki mübahisəyə aidiyyəti olmadığından məhkəmənin həmin qətnamələrə istinad etməsi qanunsuz və tamamilə əsassızdır. Çünki nə o, nə də oğlu Cavabdeh1 həmin işlər üzrə tərəf olmamışlar. Məhkəmənin Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli və 2(029)-765/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnamələrə istinad edərək həmin qətnamələrdən hazırki işdə sübut kimi istifadə etməsi qanunsuzdur. Bu da məhkəmənin bir daha işə ədalətsiz yanaşmasını göstərir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işdə olan X32, X15, Qədimov Məhrəddin Fəttah oğlu və Lutfiye Mimişev tərəfindən tərtib olunmuş, tərtib edilmə tarixi göstərilməyən aktdan görünür ki, X10 şəhəri, Ç.Qurbanov küçəsi ev 53 ünvanda yerləşən fərdi yaşayı evini və torpaq sahəsini İddiaçı ilə birlikdə şərikli satın almış və bu məqsədlə evin və torpağın dəyərinin yarısını, yəni 19200 manat məbləğində pul aşağıda göstərilən müddətlərdə Məhrəddin Qədimova və onun həyat yoldaş Lutfiye Mimişevaya çatdırılmışdır: xx.xx.2012-8000 manat, xx.xx.2012-1000 manat, xx.xx.2013- 500 manat, xx.xx.2013-500 manat, xx.xx.2014-600 manat, xx.xx.2014-600 manat, xx.xx.2014-60 manat, xx.xx.2015-600 manat, xx.xx.2014-700 manat, xx.xx.2014-2000 manat, xx.xx.2014- 70 manat, xx.xx.2014-700 manat və xx.xx.2014-2000 manat. Onlar bu barədə məhkəməyə 2 cür akt vermiş, aktın biri əlyazma ilə yazılmış, digəri isə kompyuterdə çap edilmişdir. Qətnamədə o biri akt barədə heç nə yazılmamışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Məhrəddin Qədimovun arvadı Lutfiye Mimişeva ilə birlikdə mübahisəli evdən çıxarılması qət edilmişdir. Bundan 2 il sonra isə Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(029)- 765/2019 saylı qətnaməsi ilə Lutfiye Mimişevadan 6000 manat pul tutulub İddiaçı verilmişdir. Bu qətnamələrdən görünür ki, İddiaçı Məhrəddin X19 hələ də əl çəkməmişdir, bu gün də bir-birləri ilə əlaqələri vardır. Bu qətnamələrin isə hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin qətnamələrdən sübut kimi istifadə edilə bilməz. Məhkəmə İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə iddia müddətinin tətbiqinə dair ərizələrini müzakirə edərək belə qənaətə gəlmişdir ki, həqiqətən də xx xxxxxxx 2012-ci il tarixli məlum alqı-satqı müqaviləsinin bağlanmasından 8 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində nə Cavabdeh1, nə də Mubariz Şabanov bu barədə heç bir iddia tələbi irəli sürməmiş və bununla da müqaviləsinin etibarsızlığına dair Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti həmin şəxslər tərəfindən ötürülmüşdür. Onlar İddiaçı iddia qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını bildirsələr də, məhkəmə bunu inandırıcı qəbul etməmiş, bunu onunla əsaslandırmışdır ki, Cavabdeh1 2017-ci ilin avqust ayının 1-də həmin evə qeydiyyata alınarkən həm o, həm də onun atası Mubariz Şabanov həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmiş və ya bilməli olmuşlar. Bundan başqa, məhkəmə belə bir qənaətə gəlmişdir ki, İddiaçıla Məhrəddin Qədimovun arasında ünvan 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Mubariz və ya Cavabdeh1ların heç bir hüquqları pozulmamış, həmin müqavilənin nə məzmununda, nə də formasında hər hansı nöqsana yol verilməmişdir. Burada da məhkəmə yenə yanlışlığa yol verərək işə qərəzli yanaşmışdır. Belə ki, İddiaçı iddia ərizəsində 2018-ci ilin may ayında Zamikin ona müraciət edərək evində yaşamağa icazə verməsini, məhkəmədə verdiyi izahatında isə Zamiki 2017-ci ildə evə qeydiyyata saldırdığını göstərmişdir. Polis şöbəsində verdiyi izahatında isə İddiaçı tək qaldığı üçün Mubarizdən Cavabdeh1 ailəsi ilə birlikdə onunla birgə yaşamasına icazə verməsini və ona baxmasını xahiş etdiyini, daha sonra evi Zamikin adına rəsmiləşdirəcəyinə söz verdiyin bildirmişdir. İddiaçı bu ziddiyyətli izahatlarına məhkəmə heç bir qiymət verməmişdir. Məhkəmə nədənsə humanistlik etmiş və sorğu verərək notarial qaydada İddiaçı ərizə yazaraq Cavabdeh1 mübahisəli evə qeydiyyata düşməyinə dair razılıq ərizəsinin olması barədə sübut əldə edərək iddia müddətini tətbiq etmişdir. Əslində isə İddiaçı onları aldadaraq Cavabdeh1 həmin evə qeydiyyata düşməyinə Məhrəddinin icazə verdiyini demiş və oğlu Zamiki arvadı Maya ilə birlikdə polis şöbəsinə göndərmişdir. Çünki onlar evin Məhrəddin Qədimovun mülkiyyətində olmasını bilmişlər. Mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə üzrə o, tərəf deyildir, müqavilə üzrə tərəflər İddiaçı və Məhrəddin Qədimovdur. Həmin 8 illik iddia müddəti müqavilədən xəbərdar olan şəxslərə şamil edilə bilərdi. Alqı-satqı müqaviləsinin bağlanmasından 2020-ci ilə kimi, ümumiyyətlə, xəbərsiz olmuşlar. Bu müqavilə onların maraqlarına və manafelərinə toxunduğuna görə, müqavilədən 2020-ci ildə məlumatları olduğu andan müqaviləni mübahisələndirmişlər. Ona görə də məhkəmənin 8 il bundan qabaq bağlanmış müqavilənin məhz indi mübahisələndirmələrinə dair düzgün olmayan qənaətə gəlməklə iddia müddətini tətbiq etməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd edilən hallar alqı-satqı müqaviləsinin legitimsizliyinə əsas verir və İddiaçı aralarında olan razılaşmanı bilə-bilə ondan gizli belə bir müqavilə bağladıqlarına görə vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmin evin alınması üçün ödədiyi pulları satıcı Məhrəddin Qədimov, arvadı Lutfiye Mimişeva etiraf etmiş və əlavə olaraq bunu şahidlər də təsdiq etmişlər. Kəsici iddia müddətini məhkəmə 2020-ci ilin mart ayından müəyyən etməli olduğu halda, 2012-ci ildən hesab etməsi tamamilə qanunsuz və əsassızdır. Çünki onlar İddiaçıla Məhrəddin Qədimov arasında bağlanmış alqı-satqı müqaviləsindən yalnız İddiaçı Cavabdeh1 qarşı iddia qaldırandan sonra, 2020-ci ilin mart ayında vəkili iş materialları ilə tanış olanda xəbərləri olmuşdur. Məhkəmə qəsdən və qərəzli şəkildə qətnamədə 2017-ci ildən bunu bildikləri və bilməli olduqları hesab etmişdir. Halbuki həmin müqavilədən 2017ci ildə xəbərlərinin olmasını nə İddiaçı, nə də Məhrəddin Qədimov təsdiq etməmişdilər. Onun İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova və arvadı Lutfiye Mimişevaya verdiyi ilkin 8000 manat pul ailə üzvləri olan Sara Şabanova, Zamira Şabanova, Zamir Şabanov və Cavabdeh1 adına olan 5,14 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixdə 10800 ABŞ dollarına satılması nəticəsində əldə etdiyi pul vəsaiti olmuşdur. Həmin müqavilənin və aktın təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmələrinə baxmayaraq məhkəmə qətnamədə həmin sübutlara hüquqi qiymət verməmişdir. Daha sonra məhkəmə qətnaməsində onların iddialarının əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərini qeyd etmişdir. Əksinə, onlar iddialarını təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etsələr də, məhkəmə nə polisin qərarındakı izahatlara, nə pul verilən zaman yazılan əlyazma barədə qeyd kitabçasına, nə Məhrəddin Qədimovun iddia tələbinə dair verdiyi mülahizəyə və onların torpaqlarının satılmasına dair akta və müqaviləyə hüquqi qiymət verməmiş, iş üzrə şahidlərin dindirilmələri barədə vəsatətlərini təmin etməmişdir. İddiaçı qazancının və o qədər pulu olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmədə isə onun usta işləməsi, Cavabdeh1 əvvəl bazarda satıcı, sonra mətbəx mebelləri sexində usta işləməyi və arvadı Cavabdeh2 Qusar rayonu Aşağı Ləgər kəndində kitabxana müdiri işləməyi tam təsdiqini tapmışdır. Bu da onların ev ala bilmək üçün kifayət qədər qazancları olmasını sübut edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək Qədimov Məhrəddin Fəttah oğlu ilə İddiaçı arasında Quşar şəhəri, N.Şərifov (indiki Ç.Qurbanov) küçəsi ev 53 ünvanında yerləşən fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı, 343199 saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X21 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən qismən narazıdır. Çünki məhkəmə onun vəkili və nümayəndəsi vasitəsi ilə iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi mülahizəni olduğu kimi yazmamışdır. Məhkəmə qətnamə qəbul edərkən onun iddia tələbinə dair mülahizəsini və polisdəki izahatını nəzərə almamışdır. O, mülahizəsində qeyd etmişdir ki, avtomobil qəzasında xəsarət aldığı və uzun müddətli müalicəyə pul lazım olduğu üçün evini satmaq qərarına gəlmiş, bunu həmkəndlisi, uşaqlıq dostu olan İddiaçı demişdir. İddiaçı ona baş çəkməyə gələrkən bu barədə söhbətləri olmuşdur. İddiaçı ona qardaşı oğlu olan, sənəddə adı Mubariz kimi qeyd olunan Borisin oğluna toy edib evləndirərək Qusardan ev almaq istədiyini bildirmişdir. O da İddiaçı həmin şəxslərlə görüşüb danışmalarını xahiş etmişdir. İddiaçı Mubariz Şabanov və Mubarizin qudası Nəbiyulla ilə gəlib evə baxmış, qiyməti ilə maraqlandıqda, 40000 manata satmaq istədiklərini bildirmişdir. Mubariz Şabanov 20000 manata qədər pul vermək imkanı olduğunu, artıq pul tapa bilməyəcəyini, onlara 2 otağın da kifayət edəcəyini demişdir. Onun evi isə sənədlə 3 otaq olmasına baxmayaraq, faktiki 4 otaqlı idi. İddiaçı evi onlara 30000 manata satmasını, 20000 manatını Mubariz Şabanovun, 10000 manatını isə özünün verəcəyini, evin 2 otağının Mubarizin oğlu ilə gəlininin, 1 otağının Gürcinin, 1 otağının isə arvadı ilə onun olmasını təklif etmişdir. Razılıqlarına əsasən arvadı Lutfiye və o, ölənə kimi bu evdə yaşamalı idilər. Bundan başqa, Mubariz ilə Gürci öz aralarında razılığa gəlmişdilər ki, İddiaçı öz payına düşən otağı Mubarizin nəvəsi olan və Gürcinin ata adını daşıyan Bahaddinə bağışlayacaqdır. Bundan sonra o, ilkin olaraq 6 aylıq müalicə üçün ona 8000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı Mubarizin ailəsinin pay torpağının pulu olduğunu deyib yaxın günlərdə həll edəcəklərini bildirib getmişdilər. Bir müddət sonra İddiaçı tək qayıdaraq Mubariz Şabanovun 8000 manat pulu birdəfəyə verirsə, evi gərək onların adına keçirməsini, sonra ilkin 8000 manatı verib yerdə qalan pulları aylıq hissə-hissə 2-3 ilə tam ödəyəcəyini dediyini ona bildirmişdir. O da çıxılmaz vəziyyətdə olduğundan məcburən İddiaçı şərtinə razı olmuşdur. İddiaçı 1000 manat pul düzəldib notariat kontoruna getməyini, orada sənədləşməyə imza etməyini bildirmişdir. O, xəstə olsa da müalicə olunmağı üçün məcburən İddiaçı dediyi kimi etmişdir. O, İddiaçı ölənə kimi ona baxacağı barədə müqavilə bağlamasını xahiş etmiş, İddiaçı da ona renta müqaviləsi deyilən bir müqavilə barədə nümunə oxuyaraq izah etmişdir ki, belə bir müqavilə forması vardır. O da razılaşaraq imza etmişdir. İddiaçı ona renta müqaviləsinin mətnini oxumuş, amma sonradan bilmişdir ki, alqı-satqı müqaviləsinə imza etdirmişdir. Bu barədə İddiaçı onu məhkəmə qaydasında evdən çıxarmaq istəyəndə məlumatı olmuşdur. Onda da vəkillə müqavilə bağlamağa imkanı çatmadığından İddiaçı qalib gəlmişdi. O, vaxtında Mubariz Şabanova bu barədə məlumat vermədiyini etiraf edir. Çünki İddiaçı onu aldadaraq öyrədirdi ki, Boris, yəni Mubariz Şabanov tərs adamdır, fikrindən dönsə, pulunu geri tələb edəcəkdir. İddiaçı, X17sı Nəbiyullanın avtomobili ilə gəlib pulu verəndə hər kəs özündə kimin nə vaxt, nə qədər pul verdiyi barədə qeyd aparırdı. Bu şəxslər pulu həmişə birlikdə gətirib verirdilər. İddiaçı ev üçün 10800 manat, Mubariz Şabanov isə 17000 manat, 2000 manat da evin sənədləşməsi üçün pul ödəmişdilər. X18 19200 manat pul vermiş, pullar onun və arvadı Lutfiye Mimişevanın yanında sayılaraq İddiaçı vasitəsi ilə ödənilmişdir. Evin pulu ödəniləndən sonra Cavabdeh1 və Cavabdeh2 övladları Bahəddin ilə 2014-cü ilin noyabr ayından onlarla birlikdə yaşamağa başlamışdılar. Məhkəmə qətnamədə onun evini 2012-ci ildə 28000 manata İddiaçı satdığını, İddiaçı ona 28000 manat pulu nəğd ödədiyini qeyd etmişdir. Bu həqiqətə uyğun deyildir. İddiaçı həmin vaxt ona cəmi 1000 manat pul verib sənədlərə qol çəkdirmişdir. O, mülahizəsində və polisdəki izahatlarında İddiaçı tərəfindən aldadıldığını bildirmişdir. O, İddiaçı barəsində Qusar rayon Polis şöbəsinə və prokurorluğa müraciət edərək onu aldadıb renta müqaviləsi göstərərək sonradan alqı-satqı müqaviləsinə qol çəkdirməklə evini əlindən alması və 10000 manat pulunun İddiaçı tutularaq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı ondan 6000 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki o, yataq xəstəsidir, İddiaçı pul almamışdır, əvvəlki kimi dostluq münasibəti də saxlamır. 28000 manat pulun ona necə ödənilməsini mülahizəsində tam aydın olaraq qeyd etmişdir. O, Mubariz Şabanovun evin alınması üçün 17200 manat, evin sənədləşməsi üçün isə 2000 manat ödəməsini etiraf etmişdir. Lakin ev artıq mülkiyyətində olmadığı üçün Mubariz Şabanova köməklik edə bilmir. Bundan başqa, İddiaçı ona ölənə kimi ona baxacağı barədə ərizəni notarial qaydada ləğv elətdirdiyini bildirmişdir. Lakin qətnamədə bu barədə qeyd edilməmişdir. 28000 manat pulun İddiaçı tərəfindən nəğd şəkildə ödənilməsinə dair qəbz Qusar rayon notariat kontoruna təqdim edilmədiyi halda, notariusun bu sənədləşməni necə aparmasına məhkəmə qiymət verməmişdir. Məhkəmənin Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli və Qusar Rayon Məhkəməsinin 2(029)-765/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə istinad edərək həmin qətnamələrdən Mubariz və Cavabdeh1ların iddia tələbinə dair sübut kimi istifadə etməsinin heç bir hüquqi əsası yoxdur və məhkəmənin işə ədalətsiz yanaşmasını sübut edir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işdə olan X32, X15, Qədimov Məhrəddin Fəttah oğlu və Lutfiye Mimişeva tərəfindən tərtib olunmuş, tərtib edilmə tarixi göstərilməyən aktdan görünür ki, X10 şəhəri, Ç.Qurbanov küçəsi ev 53 ünvanda yerləşən fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı ilə birlikdə şərikli satın almış və bu məqsədlə evin və torpağın dəyərinin yarısını, yəni 19200 manat məbləğində pul Məhrəddin Qədimova və onun həyat yoldaşı Lutfiye Mimişevaya çatdırılmışdır: xx.xx.2012-8000 manat; xx.xx.2012-1000 manat; xx.xx.2013-500 manat; xx.xx.2013-500 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2015-600 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-2000 manat; xx.xx.2014- 700 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-2000 manat. Onlar bu barədə akt yazıb məhkəməyə vermişlər. Aktın biri əlyazma, digəri isə kompyuterdə yazılmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək arvadı Lutfiye Mimişeva ilə birlikdə mübahisəli evdən qeydiyyatdan çıxarılmışlar. O, Mubariz Şabanova və oğlu Zamikə onlar barəsində polisə şikayət edənə kimi evin İddiaçı adına keçməsi barədə heç nə deməmişdir. Əslində İddiaçı onların hamısını aldadaraq evi həm onlardan, həm də Mubariz Şabanovdan almışdır. Göründüyü kimi, qətnamə tam və hərtərəfli araşdırılmadan yanlışlıqla çıxarılmışdır. Mubariz və Cavabdeh1ların iddia tələbləri tam əsaslı olduğundan təmin edilməli idi. İddiaçı masajist işləməsini, qazancının olmasını və o qədər pulun olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X21 apellyasiya şikayətində qətnamənini qismən ləğv edilərək üçüncü şəxs X20 onunla İddiaçı arasında Qusar şəhəri, N.Şərifov (indiki Ç. Qurbanov) küçəsi 53 olan fərdi yaşayış evinə dair Qusar rayon dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyayalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, X20 Qusar şəhəri, N.Şərifov (indiki Ç. Qurbanov) küçəsi 53 olan fərdi yaşayış evinə ödədiyi 19200 manat pulun müqabilində 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X20, ilk iddia üzrə Cavabdeh2 və qarşılıqlı iddia üzrə cavabdeh X12 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya dair hissəsinin ləğv edilib ilk iddianın təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi, ilk iddia üzrə Cavabdeh2 vəkili X28 məhkəmə iclasında Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X20, ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətlərində göstərilənlərə uyğun izahatlar verərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Cavabdeh1 və X20 apellyasiya şikayətlərinin təmin edilib iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına dair hissələrdə ləğv edilib həmin hissələrdə qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, ilk iddiaçının apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X12 nümayəndəsi X3 Məhrəddin Fəttah oğlunun apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, üçüncü şəxs X20 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X32, ilk iddia üzrə Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh X21, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X32, ilk iddia üzrə Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh X21 məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddiaçının apellyasiya şikayəti təmin edilməli, ilk iddia üzrə cavabdehlərin, müstəqil tələb irəli sürən üçüncü şəxsin və qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə, digər apellyasiya şikayətləri isə qarşılıqlı iddiaya və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayon dövlət notariat kontorunda xx xxxxxxx 2012-ci il tarixdə bağlanılaraq 4Ə/03-644 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X21 özünə məxsus olan ünvan 11 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini və 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 68,6 kv.metr, yaşayış sahəsi 45,0 kv.metr, yardımçı sahəsi 23,6 kv.metr olan fərdi yaşayış evini İddiaçı 28000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, N.Şərifov küçəsi, 53 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı imzası xx xxxx 2017-ci il tarixdə Qusar rayon notariat kontorunda təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 149-4783- 1220 saylı məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Qusar rayonu, Aşağı Ləgər kəndindən qeydiyyatdan çıxarılaraq ünvan 7 ünvanına qeydiyyata alınmışlar. İş materiallarında olan “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və İddiaçı ünvan 3 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan X32, X15, X21 və Lutfiye Mimişeva tərəfindən tərtib olunmuş, tərtib edilmə tarixi göstərilməyən aktdan görünür ki, X10 şəhəri Ç.Qurbanov küçəsi ev 53 ünvanda yerləşən fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı ilə birlikdə şərikli satın almış və bu məqsədlə evin və torpağın dəyərinin yarısını, yəni 19200 manat (on doqquz yüz iki yüz) manat məbləğində pul aşağıda göstərilən müddətlərdə Mehrəddin Qədimova və onun həyat yoldaşı Lutfiye Mimişevaya çatdırılmışdır: xx.xx.2012-8000 manat; xx.xx.2012-1000 manat; xx.xx.2013- 500 manat; xx.xx.2013-500 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2015-600 manat; xx.xx.2014- 700 manat; xx.xx.2014-2000 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-2000 manat. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X20 şikayəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X14 və Lutfiye Mimişevaya qarşı istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma barədə iddiası təmin edilmiş, X12 və Lutfiye Mimişevanın İddiaçı məxsus olan ünvan 16 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi, X12 və Lutfiye Mimişevanın İddiaçı məxsus olan ünvan 16 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən evdən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-765/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X14 və Lutfiye Mimişevaya qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Lütfiye Mimişevadan 6000 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qarşılıqlı iddiasını və müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddiasını rədd edərkən X12 Qusar rayon dövlət notariat kontorunda xx xxxxxxx 2012-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 16 Ç.Qurbanov küçəsi) 53 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı 28000 manata satmasına, həmin evin və torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına, Cavabdeh1, X32, İddiaçı və X21 arasında ünvan 4 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin şərikli qaydada alqı-satqısına dair qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamasına, İddiaçıla Mehrəddin Qədimovun arasında həmin evin alqı-satqısına dair notarial qaydada təsdiq olunmuş xx xxxxxxx 2012-ci il tarixli müqavilədə də, bu barədə heç bir qeyd göstərilməməsinə, torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh1 və X20 İddiaçı ilə şərikli alması barədə məhkəməyə heç bir sübut təqdim olunmamasına, məhkəmədə həmin halların öz təsqidini tapmamasına, alqısatqısı müqaviləsini mübahisələndirmə müddətinin ötürülməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikasının MM-nin 152, 394, 337 və 354-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddiası üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayon dövlət notariat kontorunda xx xxxxxxx 2012-ci il tarixdə bağlanılaraq 4Ə/03-644 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21 özünə məxsus olan ünvan 13 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı 28000 manata satmışdır. Həmin Müqavilənin 4-cü bəndinə görə satıcı fərdi yaşayış evini 28000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Həmin Müqavilənin 5-ci bəndinə əsasən alıcı fərdi yaşayış evi sahəsinin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə satıcıya tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən Qusar şəhəri, N.Şərifov küçəsi, 53 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qusar şəhəri, N.Şərifov küçəsi, 53 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı satılması qanuni qüvvəyə minmiş Qusar Rayon Məhkəməsinin 2(029)-1384/2017 saylı, xx xxxxxx 2017-ci il və Qusar Rayon Məhkəməsinin 2(029)-765/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnamələri ilə də təsdiq olunur. ünvan 4 saylı ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh1, X32, İddiaçı tərəfindən X7 birgə almalarına dair Azərbaycan Respublikası MM-nin 144.1, 646 və 394-cü maddələrinin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ya müstəqil tələb irəli sürən X20 İddiaçı və X14 həmin evin və torpaq sahəsinin satın alınması məqsədi ilə 19200 manat məbləğində pul vermələri barədə iş materiallarında yazılı heç bir sübut yoxdur. Belə ki, Cavabdeh1 və X9 kimi X12, Lutfiye Mimişevanın və Nəbiyulla Hacıyevin iştirakları ilə tərtib olunmuş tarixi qeyd olunmayan akta, həmçinin ibtidai istintaq orqanında İddiaçı barəsində olan şikayət üzrə araşdırma aparılarkən həmin şəxslərin, həmçinin Cavabdeh1, Cavabdeh2 və Nəbiyulla Hacıyevin verdikləri izahatlara istinad etmişlər. Bundan başqa, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmin evi İddiaçı ilə məhz onun şərik aldığını, bu məqsədlə İddiaçı 19200 manat məbləğində pul verdiyini, X32 isə özünün iddia ərizəsində həmin evi İddiaçı ilə məhz özünün şərikli alaraq oğlu Cavabdeh1 hədiyyə etdiyini, bu məqsədlə İddiaçı və Məhrəddin Qədimova pul verdiyini bildirmişlər. X20 həmin evi oğlu Cavabdeh1 hədiyyə etməsi barədə də yazılı müqavilə olmamış, bu ev üzərində sərəncam hüququ da olmamışdır. Çünki mübahisəli evə dair X20 mülkiyyət hüququ olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq evin şərikli alınması halının Məhrəddin Qədimovun və digər şəxslərin izahat və ya ifadələri ilə təsdiq olunmasını sübut kimi qəbul etməmişdir. Belə ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə müqavilənin notariat qaydasında təsdiq olunması qanunvericlikdə mütləq şərt kimi nəzərdə tutulmuşdur. Həmin şərtə əməl olunmaması isə bu barədə olan müqavilənin əhəmiyyətsizliyinə səbəb olur. Ona görə də evin şərikli alınması barədə hər hansı şəxsin izahatı və ya ifadəsi sübut kimi qəbul oluna bilməz. Bundan başqa, Mehrəddin Qədimovun nümayəndəsinin qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən şəxsin iddiasını etiraf etməsi qanuna zidd olduğundan həmin etiraf qəbul edilə bilməz. Digər tərəfdən, Məhrəddin Qədimov həmin evi satdıqdan sonra İddiaçı qarşı heç bir iddia tələbi irəli sürməmiş, əksinə, İddiaçı ona qarşı qaldırdığı iddialar üzrə işə baxılarkən onun özü və arvadı Lutfiye Mimişeva həmin evi məhz İddiaçı satdıqlarını bildirmişlər. Məhrəddin Qədimov və Lutfiye Mimişeva əvvəlcə İddiaçı iddiasına əsasən mübahisəli evdən çıxarılmış, daha sonra isə İddiaçı digər iddiasına əsasən Lutfiye Mimişevadan onun xeyrinə 6000 manat məbləğində pul tutulmuşdur. Qeyd edilən hallar həmin şəxslərin hazırki işdə maraqlı olduqlarını göstərir. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İlk iddia üzrə cavabdehlər, müstəqil tələb irəli sürən üçüncü şəxs və qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətlərində Cavabdeh1 və X20 İddiaçı hazırki iddiasını qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını göstərsələr də, məhkəmə kollegiyası bunu əsassız hesab edir. Belə ki, İddiaçı imzası xx xxxx 2017-ci il tarixdə Qusar rayon notariat kontorunda təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 2017-ci ilin avqust ayının 1-də mübahisəli evə qeydiyyata alınarkən həm o, həm də atası X32 həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmişlər və ya bilməli olmuşlar. Göründüyü kimi, Cavabdeh1 və X20 istinad etdiyi hal artıq 2017-ci ilin avqust ayından onlara məlum idi, lakin hazırki iddialarla ilə 2020-ci məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşlər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən İddiaçı özünün xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsi əsasında Cavabdeh1 və Cavabdeh2 özünə məxsus olan ünvan 17 saylı ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata aldırmasına, Cavabdeh1 və Cavabdeh2 həmin vaxtdan evdə İddiaçıla birlikdə yaşamasına, bununla da, İddiaçı özünün iradəsinə və icazəsinə əsasən həmin şəxsləri özünün yaşayış sahəsinə köçürməklə onları özünün ailə üzvü qəbul etməsinə, bununla da həmin şəxslərin evdən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququnu əldə etmələrinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən maddi hüquq normasını düzgün təfsir etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 17 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil olmadığından həmin yaşayış evindən istifadə hüququna malik deyildirlər və Cavabdeh1 və Cavabdeh2 mübahisəli evə qeydiyyata alınmaları, evdə İddiaçı ilə birlikdə yaşamaları həmin evdən istifadə hüququna malik olmaları anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 17 saylı evin mülkiyyətçisi olan İddiaçı iradəsinə zidd olaraq hazırda həmin evdə yaşadıqlarından və bununla da, İddiaçı mübahisəli evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozduqlarından, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə ilk iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 saylı evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti təmin edilməli, ilk iddia üzrə cavabdehlərin, müstəqil tələb irəli sürən üçüncü şəxsin və qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 4 saylı evdən çıxarılsınlar. İlk iddia üzrə Cavabdeh2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdeh X12, müstəqil tələb irəli sürən üçüncü şəxs X20 apellyasiya şikayətləri təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsi qarşılıqlı iddiaya və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar