Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-489/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilin boşaldılması, mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 nömrəli 05 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «TBС Kredit» Bank Olmayan Kredit Təşkilatı MMС iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «TBС Kredit» Bank Olmayan Kredit Təşkilatı MMС-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84.1 kv.m ümumi, 53,1 kv.m yaşayış və 31,0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh5 və X2 cavabdeh qismində işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 və X4 cavabdeh qismində işə cəlb olunmuşlar. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsinə dəqiqləşmə verərək “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 nömrəli 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “TBC Kredit BOKT" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 84.1 kv.ın ümumi, 53.1 kv.m yaşayış və 31.0 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada iddiaçı “TBC Kredit BOKT" MMC xeyrinə tutulması qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh6 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(105)-1965/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2022-ci il tarixli qərardadı ləğv edilərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(060)-3127/2022 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa olunması barədə ərizə verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 nömrəli 05 dekabr 2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunaraq mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Rəşad Qoşqarlı). Hazırda iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC məhkəmənin həmin qərardadından şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3127/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürdüyünə görə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmalı və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3127/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarından aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 nömrəli 01 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(105)-1965/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin elektron qaydada Vəkil tərəfindən imzalansa da, iş materiallarında Cavabdeh6 tərəfindən Vəkil apellyasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamənin mövcud olmaması əsası ilə qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa olunması barədə ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual nöqsan səbəbindən cavabdeh və onun nümayəndəsi və vəkili tərəfindən verilən apellyasiya şikayətinin qeyri-mümkün sayılması onların qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddətin bərpasına dair ərizəsinin təmin edilməsini istisna etmir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfin təqsiri və ya hər hansı üzrsüz səbəbdən ötürülməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3127/2022 nömrəli 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-489/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-489/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver