Məhkəmə qərarları › İş №2(105)-49/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-49/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-49/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, X1 Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi,Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)- 1941/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsilə (hakim S.Quliyeva) X1 Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi,Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iddiası təmin edilmiş, cavadehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən iş üzrə cavabdehlər apelyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin alınaraq onun istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması mənzilin boşaldılması və mənzilə köşürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda xx xxxxx 2002-ci il tarixdə 4Ə/85 reyestr nömrəsi ilə onunla X10 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini 1 otaqlı tikili ilə birlikdə satın almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra orada yaşayış evi tikilərək təyinatına görə istifadə etmişdir. Əsasən yay mövsümündə qızı Rəna və onun ailəsi, həmçinin cavabeh də ailəsi və uşaqları ilə birlikdə həmin mülkə gəlib getmiş və müəyyən vaxtlarda orada qalmışdr. Cavabdehlərlə münasibətlər pozulandan sonra onlar özbaşına olaraq həyətin və evlərin qıfıllarını dəyişmiş, faktiki olaraq əmlakını ələ keçirmişlər. Bu səbəbdən də əmlakından istifadə edə bilmir. Qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair sənəd Cavabdeh1 tərəfindən götürüldüyünə görə müvafiq iddia qaldıra bilməmiş, hazırda müraciəti əsasında Dövlət Notariat Arxivinin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə alqı-satqı müqaviləsinin sürəti göndərilmişdir. Göstərilən ünvanda hazırda onun və qızı Rənanın cehiz əmlakları mövcuddur, cavabdehlər özbaşına olaraq qıfılları dəyişdiyinə görə sərbəst surətdə həmin əraziyə girib çıxırlar və hesab edir ki, həm əmlakına, həm də torpaq sahəsindəki yaşayış evinə və digər köməkçi vasitələrinə zərər vura bilərlər. Qeyd olunan ünvanda telefon onun adınadır, “Azəriqaz” abonenti, “Azərsu” abonenti və digər kommunikasiya xəttləri üzrə abonent odur, ödənişlər də tərəfindən edilir. Ona görə də hesab edir ki, həmin əmlak cavabdehlərini qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalı və cavabdehlər tərəfindən əmlakına qəsd edən hərəkətlərə son qoyulmalıdır. İddia tələbinin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsində yerləşən iki mərtəbəli evinə onun razılığı olmadan kirayəçılər buraxmışdır. O, eşidəndə ki, evində naməlum şəxslər gecələyir bu barədə polisə müraciət edərək araşdırma aparılmasını xahiş etmişdi. Çünki Cavabdeh1 onun halhazırda yaşadığı evi Beynalxalq Banka girov qoyaraq 50.000 min manat pul götürmüşdür. Borcun bir qismin ödəmiş, qalan hissəsini cavabdeh qəsdən ödəmir ki, bank evi onun əlindən alsın. Ona görə də hazırda iddia tələbinin həcmini artıraraq mülkiyyətində olan Masazır kəndi, Rza Talıbov 30 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə çıxarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iddiaçı X9 oglu apelyasiya şikayət verərək göstərmişdir ki, məhkəmə onun təqdim etdiyi bütün sübutları tam araşdırmamışdır. Məhkəmə mülki işi araşdırarkən mübahisəli evin uzun illər cavabdehlərin sahibliyində və istifadəsində olması faktına əhəmiyyət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında ikimərtəbəli ev inşa edilmişdir. Eyni zamanda iddia ərizəsinə diqqətlə fikir verildikdə görmək olur ki, İddiaçı iki mərtəbəli evdən bəhs etmir, o sadəcə bir otaqlı mənzilə olan hüquqları barədə iddia tələbi irəli sürmüşdür. Halbuki iddiaçı iki mərtəbəli evi inşa etmiş olsaydı, mütləq şəkildə iddia tələbini aydın ifadə etməklə, cavabdehlərin məhz iki mərtəbəli evdən çıxarılmasını tələb edərdi. Bu hal bir ka sübut edir ki, iddiaçı göstərilən ünvandakı evi inşa etməmişdir. İş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsində ikimərtəbəli ev barədə hər hansı məlumat göstərməyi halda, sonradan iddia tələbinin həcminin artıraraq (eskiz layihəsi və cavabdehlərin etirazından sonra) evin ikimərtəbəli olması və onun özü və həyat yoldaşı tərəfindən inşa edildiyini qeyd etmiş, lakin bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.Ümumiyyətlə cavabdehlərin etirazlarının əsaslarından biri də iddiaçının iddia etdiyi ev ilə onların sahiblik və istifadələrində olan sahələrin fərqli ərazilər olmasıdır. Bunu həm iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi notarial işinin surətindən, həm iddiaçının iddia ərizəsindən görmək mümkündür. Belə ki, iddaçının iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi notarial işdə qeyd edilmişdir ki, İddiaçı Ç.Cabbarovdan yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı ev almışdır. Həmin notarial işində olan X6 adına olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, sonuncu yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı evin sahibi olmuşdur. Lakin hazırda sözügedən ev iki mərtəbəlidir və eskiz layihəsindən də göründüyü kimi Cavabdeh1 tərəfindən inşa edilmişdir. Üstəlik iddiaçının sübut kimi istinad etdiyi və iş materiallarında olan 02.04. 2002-ci il tarixli, 4Ə/85 saylı notarial işinin kserosurətindən görünür ki, iddiaçı alqı-satqı yolu ilə Abşeron rayonu, Masazır kəndində bir otaqlı ev əldə etmişdir. Lakin hazırkı, mübahisə doğuran evin ünvanı Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30-dur. Bu ünvanların eyni olmasını təsdiqləyəcək hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmaq üçün mübahisəli evə və torpaq sahəsinə baxış keçirməmişdir, üstəlik cavabdehlərin bu ziddiyyəti aradan qaldırmaq məqsədilə verdikləri xx.xx.2018-ci il tarixli tikinti-texniki ekspertizanın keçirilməsi barədə vəsatətə rəsmi münasibət bildirilmə m işdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı,iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsilə (hakim S.Quliyeva) cavadehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, X1 Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi, Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iddia qaldırsa da, birinci instansiya məhkəməsi cavadehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul etməklə iddia tələbinin digər hissəsini araşdırmamış və həmin hissəyə münasibət bildirməmişdir.İddiaçı isə bunu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə(faktiki qismən təmin etmişdir) haqlı olmamışdır. İş materiallarında olan alqı-satqı müqaviləsi və əlavə olunmuş sənədlərdən görünür ki, X2 Südavər Yaqub qızına Abşeron rayonu Masazır kəndində 22 kv.m, yaşayış sahəsi, 15 kv.m, köməkçi sahəsi olan 1000 kv.metr torpaq sahəsində yerləşən 1 otaqlı mənzili satmışdır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında ikimərtəbəli ev inşa edilmişdir. İş materiallarından görünür ki, iddiaçının alqı- satqı ilə mülkiyyətinə keçmiş ev ilə cavabdehlərin sahiblik və istifadələrində olması göstərilən evlər fərqlidir.Bu həm iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi notarial işinin surəti, həm iddiaçının iddia ərizəsinin məzmunu ilə təsdiq olunur. Belə ki, iddaçının iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi notarial işdə qeyd edilmişdir ki, İddiaçı Ç.Cabbarovdan yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı ev almışdır. Həmin notarial işində olan X6 adına olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, sonuncu yaşayış sahəsi 22 kv.m,, köməkçi sahə 15 kv.m, olan bir otaqlı evin sahibi olmuşdur. Lakin hazırda mübahisələndirilən ev iki mərtəbəlidir və evin inşa edilməsinə dair eskiz layihəsində Cavabdeh1 qeyd edilmişdir.İddiaçının sübut kimi istinad etdiyi və iş materiallarında olan 02.04. 2002-ci il tarixli, 4Ə/85 saylı notarial işinin kserosurətindən görünür ki, iddiaçı alqı-satqı yolu ilə Abşeron rayonu, Masazır kəndində bir otaqlı ev əldə etmişdir. Lakin hazırkı, mübahisə doğuran evin ünvanı Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30-dur. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 10/3036 nömrəli rəyindən görünür ki, xx xxxxx 2002-ci il tarixli müqavilə ilə X8 tərəfindən X5 alınmış 1000 kv.metrlik torpaq sahəsi naturada öz yerindədir.Bu torpaq sahəsinə kənar şəxslər tərəfindən müdaxilə olunmamışdır.Hal hazırda həmin torpaq sahəsində 37,6 kv.m, (22 kv.m, yaşayış və 15,6 kv.m, köməkçi) 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi yoxdur.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi xx xxxxx 2002-ci il tarixli müqavilə ilə X8 tərəfindən X5 alınmış 1000 kv.metrlik torpaq sahəsi daxilindədir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi və.s.) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İş materiallarından və tərəflərin izahatından görünür ki, mübahisəli ev iddiaçı X4 məxsus torpaq sahəsində yerləşsə də, iş materiallarına əlavə edilmiş həmin tikiliyə aid layihə sənədləri Abşeron rayonu, Masazır kəndi ərazisində Cavabdeh1 məxsus fərdi yaşayış evinin eskiz layihəsi kimi göstərilmişdir, iddiaçı X8 həmin evin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X8 mübahisə predmeti olan evin ona məxsus olması barədə mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia tələbinin evə dair hissəsini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. İddia tələbi digər hissədə təmin edilmədiyindən və mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hissəni araşdırmır və ona münasibət bildirmir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.1, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilən hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar