Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-491/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9092/2014 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərardadından maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) ərizənin təmin edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72 saylı məhəllədəki 297 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 600 kvadrat metr deyil, 800 kvadrat metr olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X2 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(060)-9092/2014 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X2 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9092/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72 saylı məhəllədəki 297 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 600 kvadrat metr deyil, 800 kvadrat metr olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9092/2014 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9092/2014 saylı qətnaməsindən İdarə tərəfindən verilmiş müvafiq apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9092/2014 nömrəli qətnaməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə İdarələrarası elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə məlumat üçün daxil olmuşdur. Müvafiq qətnamə daha əvvəl məhkəmə tərəfindən İdarəyə göndərilmədiyindən MPM-nin 360-cı maddəsinə əsasən məhz həmin dövrdən (xx.xx.2024-cü il tarixdən) şikayət vermək hüququ yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 9092/2014 nömrəli qətnaməsindən 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarmışdır. Lakin qeyd olunduğu kimi müvafiq məhkəmə qətnaməsindən İdarə tərəfindən verilmiş apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilmişdir. Bununla bağlı şikayətin "Elektron məhkəmə" informasiya sistemində İdarənin elektron kabinetində statusunun göndərilmiş olması buna sübut olaraq qeyd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmanın əsası kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əməl edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli və onunla bağlı 28 yanvar 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-491/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-491/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver