Məhkəmə qərarları › İş №2(105)-492/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-492/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-492/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(012)- 3782/2021-006 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, İddiaçı və övladı 14.02.2021-ci il təvəllüdlü X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbi İddiaçı və övladı 14.02.2021-ci il təvəllüdlü X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı və ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edilməsi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi hissələrində rədd edilməsi qət edilmişdir. Cavabdehlər Rəhilə və Cavabdeh2lar qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı 14.02.2021-ci il təvəllüdlü X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülməyi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 06.01.2020-ci il tarixində ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Cavabdehlə rəsmi nikahdan 14.02.2021-cı il tarixində övladları X11 dünyaya gəlmişdir. Bildirmək istəyir ki, aralarında olan xasiyyət uyğunsuzluğu ucbatından o, 2020-ci ilin sentyabr ayından etibarən ata evinə qayıtmış və həmin vaxtdan bəri faktiki olaraq ауrı yaşayırlar. Cavabdeh2 “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl rayon məhkəməsinə müraciət etsə də, o, hamilə olduğu üçün ərizə ilə sözügedən məhkəməyə müraciət edərək mülki işə xitam verilməsini xahiş etmişdir. Həmçinin, bildirmək istəyir ki, o halhazırda övladı ilə birlikdə atasına məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzildə o və övladından başqa valideynləri və ondan böyük bacısı olmaqla ümumilikdə 5 (beş) nəfər tərkibdən ibarət otaqda yaşayırlar. Həmçinin bacısı X3 1-ci qrup əlildir və daimi nəzarətə ehtiyacı vardır. Yaşadıqları mənzil 1 otaqlı bina evidir. Mənzilin sahəsinin olduqca kiçik olması və ailə tərkiblərinə uyğun olmadığına görə bir sıra çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Elə ona görə də, hesab edir ki, məhkəmə onun və övladı 14.02.2021-ci il təvəllüdlü X6 Cavabdeh2 yaşadığı və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülməyi barəsində qətnamə qət etməlidir. Məlumat üçün onu da bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzil ümumilikdə 4 (dörd) otaqdan ibarət olmaqla, 7 (yeddi) sotdan artıq torpaq sahəsinin üzərində yerləşir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Həmin mənzilin bütün su-kanalizasiya, qaz, evin döşəməsi, qapı, suvaq və hamam və sanuzel sistemin və s. şəxsən atası X7 öz şəxsi vəsaiti hesabına təmin etdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edib ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin bütün sukanalizasiya, qaz, evin döşəməsi, qapı, suvaq, hamam və sanuzel sistemi və s. atası X2 öz şəxsi vəsaiti hesabına həyata keçirilib. Həqiqətdə isə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə sənədi əsasında məhz Rəhilə Cəfərovaya məxsusdur. Fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 rayondakı evinin satışından əldə edilmiş vəsait hesabına 2018-ci ildə inşa edilib. Həmin vəsaitlə iki mərtəbəli evin yalnız təqribən 15 kv.m.-dən ibarət bir otağı təmir edilib, evin başqa otaqları və köməkçi hissələri döşəməsiz, suvaqsız, tavansız olmaqla tam təmirsizdir. Hazırda yeganə təmir edilmiş otaqda cavabdehlər birlikdə yaşayırlar. İddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin atası tərəfindən əsaslı şəkildə təmir edildiyini iddia etsə də, həqiqətdə bu qətiyyən belə deyil. Belə ki, iddiaçının atası Pənah Abdullayev Cavabdeh2 3000 (üç min) manat vəsait versə də, 2021-ci ilin əvvəlləri Cavabdeh2 qarşı pul tələbinə dair iddia qaldıraraq, həmin vəsaitdən artıq məbləği geri tələb edib. Cavabdeh2 iddiaçının atasına 3560 (üç min beş yüz altmış) manat pulu tam məbləğdə geri qaytardıqdan sonra iddiaçının atası Pənah Abdullayev məhkəmə iclasında pul vəsaitini geri aldığını etiraf edib və onun ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)- 2570/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıb. 2021-ci ilin noyabr ayının əvvəlləri iddiaçı valideynləri ilə birlikdə mübahisəli fərdi yaşayış evinə gələrək yaşadıqları evin kiçik olmasını, Abşeron Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, fərdi yaşayış evinə daxil olmağa cəhd ediblər. Yalnız cavabdehlərin polisə məlumat verəcəyi barədə xəbərdarlığından sonra onlar ərazini tərk ediblər. Bu fakt bir daha göstərir ki, iddiaçının iddianı irəli sürməkdə məqsədi mübahisəli fərdi yaşayış evində sadəcə yaşamaq yox, oranı ələ keçirməkdir. Cavabdeh Səfərov X5 Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edib ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin bütün sukanalizasiya, qaz, evin döşəməsi, qapı, suvaq, hamam və sanuzel sistemi və s. atası X2 öz şəxsi vəsaiti hesabına həyata keçirilib. Həqiqətdə isə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə sənədi əsasında məhz Rəhilə Cəfərovaya məxsusdur. Fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 rayondakı evinin satışından əldə edilmiş vəsait hesabına 2018-ci ildə inşa edilib. Həmin vəsaitlə iki mərtəbəli evin yalnız təqribən 15 kv.m.-dən ibarət bir otağı təmir edilib, evin başqa otaqları və köməkçi hissələri döşəməsiz, suvaqsız, tavansız olmaqla tam təmirsizdir. Hazırda yeganə təmir edilmiş otaqda cavabdehlər birlikdə yaşayırlar. İddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin atası tərəfindən əsaslı şəkildə təmir edildiyini iddia etsə də həqiqətdə bu qətiyyən belə deyil. Belə ki, iddiaçının atası Pənah Abdullayev ona 3000 (üç min) manat vəsait versə də, 2021-ci ilin əvvəlləri ona qarşı pul tələbinə dair iddia qaldıraraq, həmin vəsaitdən artıq məbləği geri tələb edib. O, iddiaçının atasına 3560 (üç min beş yüz altmış) manat pulu tam məbləğdə geri qaytardıqdan sonra iddiaçının atası Pənah Abdullayev məhkəmə iclasında pul vəsaitini geri aldığını etiraf edib və onun ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-2570/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıb. 2021-ci ilin noyabr ayının əvvəlləri iddiaçı valideynləri ilə birlikdə mübahisəli fərdi yaşayış evinə gələrək yaşadıqları evin kiçik olmasını, Abşeron Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, fərdi yaşayış evinə daxil olmağa cəhd ediblər. Yalnız cavabdehlərin polisə məlumat verəcəyi barədə xəbərdarlığından sonra onlar ərazini tərk ediblər. Bu fakt bir daha göstərir ki, iddiaçının iddianı irəli sürməkdə məqsədi mübahisəli fərdi yaşayış evində sadəcə yaşamaq yox, oranı ələ keçirməkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlər mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia ərizəsində cavabdehlərin ünvanı ünvan 3baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşdən görünür ki, Cavabdeh2 Binəqədi rayonu, 28 May qəsəbəsi, 11-ci küçə ev 730, Cavabdeh1 isə Qobustan rayonu Mərəzə qəsəbəsində qeydiyyatdadır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələbini pozaraq iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Abşeron Rayon Məhkəməsində deyil, cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə məhkəmənin birində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar