Məhkəmə qərarları › İş №2(105)-499/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-499/2025

19.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-499/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 347/2024 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin ailə üzvləri ilə birgə çıxarılması, torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən 0,0071 ha torpaq sahələrindən ailə üzvləri ilə birlikdə çıxarılmaları, torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-347/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələrindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 çıxarılmaları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,1256 ha, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0084 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0071 ha torpaq sahələri üzərində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 tərəfindən inşa edilmiş tikililərin onların öz hesabına sökülməsi, həmin torpaq sahələrinin əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 716 manatın və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Həmin qətnamədən narazı qalan Cavabdeh11 apellyasiya şikayəti vermişdir. Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət edərək, cavabdehin apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni nəzərdən keçirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, qətnamədən Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-347/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-347/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-347/2024 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar