Məhkəmə qərarları › İş №2(105)-5/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-5/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-5/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icra olunmasının həvalə edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsindən maraqlı şəxslər X12, X13, X10, Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, «Fuad LTD” MMC-nin üzərinə 07 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzilinin İddiaçı2, 17 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzilinin İddiaçı3, 04 fevral 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin İddiaçı4, 08 dekabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilinin İddiaçı1 təhvil verilməsi öhdəliyini yerinə yetirmək vəzifəsinin qoyulması, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pulun "xxxx" MMC-dən alınaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməsi qət edilmişdir (hakim Əşir Səmədov). Qətnamədən maraqlı şəxslər X12, X13, X10, Maraqlı şəxs1 və Maraqlı şəxs2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaların təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq olaraq ünvan 1 unvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilin, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzilin, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzilin, və 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilin tikilərək təhvil verilməsi vəzifəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Maraqlı şəxs X13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsasszdır. Belə ki, qətnamədən görünür ki, İddiaçı4 ilə "xxxx" MMC arasında 04 fevral 2011-ci il tarixli müqavilə bağlanılıb və guya o, cavabdeh "xxxx" MMC-nin ünvan 1 üvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilə görə 34000 manatı müqavilə bağlanan gün MMC-yə ödəyib. Araşdırmaları nəticəsində müəyyən olunub ki, İddiaçı4 34000 manatı "xxxx" MMCyə ödəməsi faktı mövcud olmayıb. İddiaçı4 adına rəsmiləşdirilmiş 04 fevral 2011-ci il tarixli müqaviləni "xxxx" MMC-nin təsisçisi və direktoru X18 imzalayıb. X11 barəsində aparılan istinaq zamanı İddiaçı4 cavabdeh "xxxx" MMC-yə pul ödəməsi təsdiq olunmayıb. Buna görə də İddiaçı4 həmin cinayət işində zərərçəkmiş kimi tanınmayıb. Onunla "xxxx" MMC arasında mübahisəli mənzilə kooperativ binada mənzil tikintisi üçün 19 avqust 2013-cü il tarixli müqavilə bağlanıb və həmin mənzilə görə 38250 manat pul ödəyərək mənzili alıb. Mənzil tikiləndən hal-hazıra kimi onun sahiblik və istifadəsindədir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-957 saylı, 03.05.2013-cü il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı4 iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, İddiaçı3 iddia etdiyi mənzil ona aiddir. O, "xxxx" MMC ilə 13 fevral 2007-ci ildə alğı-satqı müqaviləsi bağlayaraq onun Xırdalan şəhəri, M.Hüseyzadə küçəsi, 1 ünvanda inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 9-cu mərtəbə, 112 saylı, 2 otaqlı, sahəsi 85 kv.m olan mənzili alıb. Buna görə o, MMC-nin hesabına 25500 ABŞ dolları pul ödəyib. MMC tərəfindən ona müqavilə və maliyyə arayışı verilmişir. Hazırda məlum olmuşdur ki, ona satılmış mənzil ondan sonra İddiaçı3 satılmışdır. Hesab edir ki, həmin mənzlin İddiaçı3 satılması qanunsuzdur, ona verilən müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X18 ilə bağlamışdır. X24 2010-cu ildə MMC-nin direktoru olmamışdır. Belə ki, 28 dekabr 2009-cu il tarixdə Qasım Məmmədov müəssisəni X2. Həmin tarixdən də Q.Məmmədovun rəhbər kimi səlahiyyətlərinə xitam verilmişdir. Yəni İddiaçı3 müqaviləsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır, ona görə də bu müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, İddiaçı3 və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkən qismində tanınmamışlar. Hazırkı qətnamə faktiki olaraq onu mülkiyyətindən məhrum edir. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsinin ləğv olunması, İddiaçı3 iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsinə əsasən İddiaçı4 "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi öhdəliyinə dair iddiası təmin olunmuşdur. Halbuki qeyd edilən mənzil ona aiddir. Belə ki, "xxxx" MMC ilə 01 may 2007-ci ildə alğı-satqı müqaviləsi bağlayaraq Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 6-cı mərtəbə, 96 saylı, 2 otaqlı, 83 kv.m. olan mənzili MMC-nin hesabına 33200 manat pul ödəməklə almış, MMC tərəfindən ona müqavilə və maliyyə arayışı verilmişdir. MMC tərəfindən bina tikilmədiyinə görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmiş, MMC-nin rəhbərliyi barəsində cinayət işi qaldırılmış, təqsirli şəxslər cinayət məsluliyyətinə cəlb edilmiş, məhkəmənin hökmü ilə məhkum edilmişlər. Həmin iş üzrə o, mübahisəli mənzilə görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonradan məlum olmuşdur ki, ona satılmış mənzil 04 fevral 2011-ci ildə guya İddiaçı4 Dadaş oğluna satılmışdır. Bildirir ki, həmin mənzilin İddiaçı4 satılması qanunsuz olmuşdur. Qeyd edir ki, İddiaçı4 həmin mənzili almış olsaydı o da digər şəxslər kimi prokurorluğa şikayət edər və zərərçəkən qismində tanınmış olardı. Bundan baqa İddiaçı4 aid müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X18 ilə bağlamışdır. X24 2011-ci ildə MMC-nin direktoru olmamışdır. Belə ki, 28 dekabr 2009-cu il tarixdə Q.Məmmədov MMC-ni X2. Həmin tarixdən Q.Məmmədovun rəhbər kimi səlahiyyətlərinə xitam verilmişdir. Yəni İddiaçı4 əlində olan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır, ona görə də bu müqavilə etibarsızdır. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, İddiaçı4 və digər bir neçə şəxsin yaşayış və qeyriyaşayış sahələri almaları ilə bağlı cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Məhkəmənin qətnaməsi faktiki olaraq onu mülkiyyətindən məhrum edir. Ona görə də qətnamə ləğv olunmalı və İddiaçı4 iddiası təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsinin ləğv olunması, İddiaçı4 Xadadaş oğlunun iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmşdır ki, məhkəmənin qətnaməsinə əsasən İddiaçı2 "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi öhdəliyinə dair iddiası təmin olunmuşdur. Halbuki qeyd edilən mənzil ona aiddir. Belə ki, "xxxx" MMC ilə 24 mart 2008-ci ildə alğı-satqı müqaviləsi bağlayaraq Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanda inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 saylı, 2 otaqlı, 85 kv.m olan mənzilini MMC-nin hesabına 30600 manat pul ödəməklə almış, buna dair ona müqavilə və maliyyə arayışı verilmişdir. Sonradan məlum olmuşdur ki, ona satılmış mənzilə dair ondan sonra İddiaçı2 adına müqavilə yazılmışdır. Hesab edir ki, həmin mənzilin İddiaçı2 satılması qanunsuz olmuşdur. Müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X21 ilə bağlamışdır. X24 2011-ci ildə MMC-nin direktoru olmamışdır. Belə ki, 28 dekabr 2009-cu il tarixdə Q.Məmmədov MMCni X2. Həmin tarixdən Q.Məmmədovun rəhbər kimi səlahiyyətlərinə xitam verilmişdi. Yəni İddiaçı2 adına olan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır, ona görə də bu müqavilə etibarsızdır. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, İddiaçı2 və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Məhkəmənin qətnaməsi faktiki olaraq onu mülkiyyətindən məhrum edir. Ona görə də qətnamə ləğv olunmalı və İddiaçı2 iddiası təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsinin ləğv olunması, İddiaçı2 iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X12 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin öz qətnaməsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Məhkəmə qətnaməsindən də görünür ki, İddiaçı1 ilə "xxxx" MMC arasında 08.12.2010-cu il tarixli müqavilə bağlanıb və güya o, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 13-cü mərtəbədə sahəsi 85 m2 olan 132 saylı mənzilə görə 34000 (otuz dörd min) manatı müqavilə bağlanan gün MMC-yə ödəyib. Araşdırmaları nəticəsində ona məlum olub ki, İddiaçı1 34000 (otuz dörd min) manatı "xxxx" MMC-yə ödəməsi faktı mövcud olmayıb. İddiaçı1 adına rəsmiləşdirilmiş 08.12.2010-cu il tarixli müqaviləni "xxxx" MMC-nin təsisçisi və direktoru X18 imzalayıb. X11 barəsində aparılan istintaq zamanı İddiaçı1 cavabdeh "xxxx" MMC-yə pul ödəməsi təsdiq olunmayıb. Buna görə də İddiaçı1 həmin cinayət işində zərərçəkmiş kimi tanınmayıb. Lakin İddiaçı1 qabaq onunla "xxxx" MMC arasında mübahisəli mənzilə görə kooperativ binada mənzil tikintisi üçün 13.10.2006-cı il tarixli müqavilə bağlanıb və o, bir kvadratını 400 ABŞ dolları ödəməklə almış, pulunu nağd şəkildə ödəmişdir. Mənzil tikildiyi gündən hazıra kimi onun istifadə və sahibliyindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı1 iddasının təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətlərini qəbul etməyərək göstərdi ki, o, "xxxx" MMC ilə 17 noyabr 2010-cu il tarixdə müqavilə bağlayaraq ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzili 34000 manata alıb. O, həmin pul vəsaitini tam olaraq 17 noyabr 2010-cu il tarixdə ödəyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətlərini qəbul etməyərək göstərdi ki, binadakı 96 saylı mənzili o alıb. Mənzil bu gün də başqa şəxslərin istifadəsindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi X14 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi X22 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 957/2013 saylı, 03 may 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, maraqlı şəxslər Maraqlı şəxs1, X13, X10 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlərşdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyantlar apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirirlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, maraqlı şəxslər X12, Maraqlı şəxs1 apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı4 Xadadaş oğluna münasibətdə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə iddiaçılar İddiaçı3 və İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, maraqlı şəxslər X13, Maraqlı şəxs2 və X4 apellyasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan 07 noyabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı2 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 07 noyabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı2 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 17 noyabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı3 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 17 noyabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı3 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 04 fevral 2011-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı4 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 04 fevral 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı4 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 08 dekabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 08 dekabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı1 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə mübahisələndirilən müqavilə ilə bağlı tərəflər arasında olan hüquq münasibətlərini xarakterinə görə podrat müqaviləsinə uyğun hesab etmişdir. Kooperativ və kooperativdə pay üzərində hüququn tənzimlənməsi barədə hüquqi müddəalar hazırkı mübahisəyə tətbiq edilməli hüquq normaları deyildir. Çünki məhkəmənin təklif etməsinə baxmayaraq işdə iştirak edən şəxslər mübahisəli mənzillərin tikintisi ilə bağlı kooperativ yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Sübut kimi iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışlarının surətindən görünür ki, mübahisə predmeti olan hər bir mənzilin tikilib təhvil verilməsinə görə müqaviləyə əsasən nəzərdə tutulmuş 34000 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında müqavilələr 2010-cu ilin noyabr ayından 2011-ci ilin fevral ayına qədər olan müddətlərdə bağlanmış və iddiaçılar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək məzillərin tikilib verilməsi üçün nəzərdə tutulmuş pul vəsaitlərini "xxxx" MMC-yə ödəmişlər. Lakin müqavilələrin bağlanmasından 2 il 6 aya (qətnamənin qəbul edildiyi vaxtadək) yaxın müddət keçməsinə baxmayaraq "xxxx" MMC həmin müqavilənin 1-ci bölməsinin 1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, yəni yuxarıda göstərilən ağlabatan müddət ərzində mənzilləri təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, mənzillərin tikilərək təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı3 və İddiaçı2 münasibətdə gəlmiş olduğu nəticə ilə razılaşsa da iddiaçılar İddiaçı4 və İddiaçı1 münasibətdə gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-62/2019 saylı, 22 aprel 2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin İddiaçı3 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab hesab edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair və iddiaçı "xxxx" MMC-nin İddiaçı4 qarşı əqdin etibarsız hesab edilməsi və İddiaçı4 cavabdeh X1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki işlərə baxılıb qurtaranadək dayandırılmışdır. İş materiallarında olan 07 noyabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı2 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 07 noyabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı2 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 17 noyabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı3 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 17 noyabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı3 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 04 fevral 2011-ci il tarixdə icraçı kimi "xxxx" MMC İlə payçı kimi İddiaçı4 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 04 fevral 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı4 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 01 may 2007-ci il tarixdə icraçı kimi "xxxx" MMC İlə payçı kimi Maraqlı şəxs1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 83 kv.m olan 96 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 01 may 2007-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 33.200 manat məbləğində pul Maraqlı şəxs1 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 19 avqust 2013-cü il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi X13 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı 2 otaqlı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 38250 manat qiymətləndirilmişdir. İş materiallarında olan 19 avqust 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 38250 manat məbləğində pul X13 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı3 arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzilin X6 təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi, İddiaçı3 10 manat dövlət rüsumuna görə pulun alınıb "xxxx" MMC-yə ödənilməsi, "xxxx"MMC və İddiaçı3 müştərək qaydada 30 manat dövlət rüsumuna görə pulun alınıb X6 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-634/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 iyun 2019-cu il tarixli 2(012)-9/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı3 və cavabdeh "xxxx" MMC-yə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5602/2021 saylı, 22.11.2021-ci il tarixli Qərarı ilə iddiaçı "xxxx" MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şkayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-634/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-5/2019 saylı qətnaməsi ilə İddiaçı4 cavabdeh X1 və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı mənzildən çıxarma, mənzilin boşaldılması, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh İddiaçı4 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı4 arasında ünvan 3 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbəsində ümumu sahəsi 83 kv.metr olan 96 saylı mənzilinə dair bağlanmış 04 fevral 2011-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 İddiaçı4 və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsinə dair iddia tələblərinin qismən təmin edilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı4 arasında ünvan 3 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbəsində ümumu sahəsi 83 kv.metr olan 96 saylı mənzilinə dair bağlanmış 04 fevral 2011-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3967/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh-İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-5/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-31602/2020 saylı, 04.08.2020-ci il tarixli Qərarı ilə cavabdeh-İddiaçı4 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3967/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X16 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 iddiası təmin edilmiş, ünvan 4 ünvanındakı 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilinə dair İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1299/2021 saylı, 04.06.2021-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin Maraqlı şəxs2 iddiasının təmin edilməsi hissəsində ləğv olunması, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 cavabdehlər İddiaçı2 və "xxxx" MMC-yə qarşı əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin olunmaması, qətnamənin "xxxx" MMC-nin X16 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-73/2022 saylı, 27.01.2022-ci il tarixli Qərarı ilə cavabdeh-İddiaçı4 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1299/2021 saylı, 04.06.2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası müli Prosessual Məclləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan qətnamələrdən müəyyən olunur ki, 17 noyabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı3 və 07 noyabr 2010-cu il tarixdə İddiaçı2 arasında kooperativ binada iddiaçı mənzil tikintisi üçün bağlanmış müqavilə qüvvədədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı3 və İddiaçı2 dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslər Maraqlı şəxs2 və X4 apellyasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan və qanüni qüvvəsini almış qətnamələr ilə müəyyən olunur ki, icraçı kimi "xxxx" MMC ilə İddiaçı4 arasında ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbəsində ümumu sahəsi 83 kv.metr olan 96 saylı mənzilinə dair bağlanmış 04 fevral 2011-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı isə etibarsız hesab edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı4 münasibətdə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, Maraqlı şəxs1 apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası maraqlı şəxs X7 apellyasiya şikayətinə münasibətdə bildirir ki, Maraqlı şəxs1 və X7 hər ikisi eyni, ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbəsində ümumu sahəsi 83 kv.metr olan 96 saylı mənzilə dair iddia tələbinin İddiaçı4 münasibətdə təmin edilməsini mübahisələndirsələr də, həmin mənzilə dair Maraqlı şəxs1 aid məhkəmə mübahisələri olmuş, onun xeyrinə olan qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğu halda, həmin mənzilə dair X13 ilə bağlı hər hansı məhkəmə mübahisələri olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ona münasibətdə təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan 08 dekabr 2010-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 08 dekabr 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 34000 manat məbləğində pul İddiaçı1 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 13.07.2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin keçmiş direktoru Qasım Məmmədovun təqsirləndirilməsinə dair cinayət işləri üzrə toplanmış istintaq materiallarından görünür ki, cəmiyyətə pul ödəməsi kifayət qədər təsdiq olunmadığına görə iş üzrə İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X19 Qeydiyyatı İdarəsinin 04 iyun 2019-cu il taixli məktubundan görünür ki, vergi uçot məlumat bazasına əsasən Məmmədov Qasım Əsəd oğlu 25 dekabr 2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək cəmiyyətin direktoru olmuş, lakin cəmiyyətin qeydiyyat qovluğunda X11 direktor təyin edilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan 28 dekabr 2009-cu il tarixdə Bakı şəhəri, 19 saylı Dövlət Notariat kontorunda bağlanmış hüquqi şəxsin nizamnamə kapitalındakı payının, hüququ və vəzifələrin alğı-satqı müqaviləsinin surətindən görünür ki, X18 "xxxx" MMC-dəki hüquq, vəzifə və nizamnamə kapitalını 5000 manata X2. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı,08 sentyabr 2015-ci il tarixli hökmün surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X11 AR CM-nin 178.3.2, 213.2.2 v 398.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş materiallarında olan Abşeron rayon İH başçısının Azərbaycan Respublikası Ədliyyə nazirliyinə ünvanlanan 06.09.2017-ci il tarixli, 2226 saylı məktubundan görünür ki,»Fual-LTD» MMC-nin direktoru vəzifəsində işləmiş X18 barəsində aparılan cinayət işi üzrə X9 və qeyriləri MMC-ni inşaat tikinti materialları ilə təmin edəcəkləri materialların dəyəri kimi öz tanışlarının adına MMC-nin inşa etdiyi binadan mənzilləri alğı-satqı adı ilə müqavilələr bağlanmasına nail olmuşlar, sonradan həmin tikinti inşaat materialları ilə təmin etməmələrinə və mənzillərin alğı-satqısı barədə müqavilələri qaytarıb təhvil verməmiş, bununla da həmin müqavilələr vaxtında ləğv edilməmişdir. Məktubda həmin şəxslərin sırasında İddiaçı1 da adı qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan 13 oktyabr 2006-cı il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi X12 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 ABŞ dolları və ya 29.784 manat qiymətləndirilmişdir. İş materiallarında olan 13 oktyabr 2006-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, 29784 manat məbləğində pul X12 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2010cu il tarixli, 2(012)-923/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, pulun qaytarılması tələbinə dair iddiası təmin olunmuşdur. Eləcə də iş materiallarından görünür ki, X3 Qasım Əsəd oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Bundan başqa iş materiallarında olan 16 sentyabr 2013-cü tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi X12 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34000 ABŞ dolları və ya 29.784 manat qiymətləndirilmişdir. İş materiallarında olan 16 sentyabr 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 29784 manat məbləğində pul X12 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan X12 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirinə ünvanlanmış ərizədən görünür ki, 10 noyabr 2010-cu il tarixli, 2(102)-923/20-20 saylı qətnaməsinin icrası zamanı, pul olmaması ilə əlaqədar ödəniş aparılması mümkün olmadığından və "xxxx" MMC-nin rəhbərliyi binanın inşasını davam etdirdiyindən sonuncunun, eləcə də Abşeron İcra şöbəsinin rəhbərliyinin onunla olan razılaşması əsasında 16 sentyabr 2013-cü il tarixdə yeni adla adlandırılan "xxxx" MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən Azər Tağıyevlə yuxarda qeyd olunan ünvandakı əvvəldən ona satılmış mənzilə yeni müqavilə bağlanmış və məhkəmə qətnaməsinin icra olunması kimi mənzil ona təhvil verilmişdir. Bundan sonra mənzil onun tərəfindən təmir edilmiş, yeni qapı qoyulmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, həmin mübahisəli mənzil X8 istifadəsindədir, onun tərəfindən təmir olunub və hal-hazırda orada o, yaşayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vact əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, maraqlı şəxslər X12, Maraqlı şəxs1 apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 may 2013cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı4 Xadadaş oğluna münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə iddiaçılar İddiaçı3 və İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, maraqlı şəxslər X13, Maraqlı şəxs2 və X4 apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxslər X12, Maraqlı şəxs1 apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 saylı qətnaməsi qismən, iddiaçılar İddiaçı1 və İddiaçı4 Xadadaş oğluna münasibətdə iddia tələbinin təmin edilməsi, «Fuad LTD”MMC-nin üzərinə 04 fevral 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin İddiaçı4, 08 dekabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilinin İddiaçı1 təhvil verilməsi öhdəliyini yerinə yetirmək vəzifəsinin qoyulması hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Maraqlı şəxslər Maraqlı şəxs2, X7 və X4 apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə iddiaçılar İddiaçı3 və İddiaçı2 münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər .Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar