Məhkəmə qərarları › İş №2(105)-50/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-50/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-50/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(060)-89/2019 saylı qətnaməsindən iddiaçının nümayəndəsi E.R.Aslanovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(060)-89/2019 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ evi və onun əhatə etdiyi torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasının aradan qaldırılması, qazılmış və uçurulmuş sahənin, ümumi istifadədəki avtomobil yolunun və yolboyu uçurulmuş hasarın bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın və çəkilmiş xərclərin ödənilməsi tələbi qismən təmin edilərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 862 saylı bağ evi və onun əhatə etdiyi torpaq sahəsindən istifadənin məhdudlaşdırılması aradan qaldırılaraq, qazılmış və uçurulmuş sahələrin, ümumi istifadədəki avtomobil yolunun və yolboyu 862, B-862 və A-862 saylı bağları 863 saylı bağlarla ayıran uçurulmuş hasar yerində, 863D saylı bağda ara məsafəsi və mühafizə zolağı saxlanılmadan yolun əhatə sahəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikilinin (yaşayış evinin) müvafiq çıxarışla torpaq sahəsinin hüdudlarından kənara çıxdığı 1.03 kv.metr hissəsinin Cavabdeh3 öz hesabına sökülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh3 tutularaq dövlət xəzinadarlığı agentliyinin kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********000208Ş501 hesabına və 60 manat məbləğində torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin Cavabdeh3 tutularaq “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi E.R.Aslanov apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçının nümayəndəsi E.A.Aslanov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağları massivi, 862 saylı bağ evi və onun əhatə etdiyi torpaq sahəsindən istifadənin məhdudlaşdırmasının aradan qaldırılması, qazılmış və uçurulmuş sahələrin, ümumi istifadədəki avtomobil yolunun və yolboyu 862, B-862 və A-862 saylı bağları 863 saylı bağlarla ayıran uçurulmuş hasarın yerində 863D saylı bağda o cümlədən şəhərsalma, tikinti norma qaydalarına zidd olaraq ara məsafəsi və mühafizə zolağı saxlanılmadan yolun əhatə sahəsində inşa edilmiş tikililər sökülməklə hasarın bərpa edilməsi, dəymiş 4700 manat maddi zərərin, çəkilmiş xərclərin və vurulmuş 5000 manat mənəvi ziyanın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçının nümayəndəsi E.R.Aslanov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 fevral 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.R.Aslanov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi və Sumqayıt bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi və Sumqayıt bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı,0231675 nömrəli çıxarışın surətindən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28.03.2017-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 862 nömrəli bağ sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-863 nömrəli bağ sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivi, 863D nömrəli bağ sahəsi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mühahisəli əraziyə baxış keçirilərkən iddiaçıya məxsus bağ sahəsinə gedən yolun sağ hissəsində Cavabdeh3 tərəfindən 2 mərtəbəli fərdi yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.11.2018-ci il tarixli, 18206 saylı rəyi ilə müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş **********82 saylı rəyə əsasən, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 863 D-də Cavabdeh3 tərəfindən inşa edilmiş tikilinin (yaşayış evi) onun mülkiyyətinə verilmiş N-0976969 çıxarışlı torpaq sahəsinin hüdudlarından 1.03 kv.m kənara çıxdığı müəyyən edilir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş **********82 saylı rəyə əsasən, Cavabdeh1 məxsus B-863 nömrəli bağ sahəsinə aid hasarın yola tərəf olan hissəsinin Cavabdeh1 mülkiyyətinə verilmiş N- ******* çıxarışlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, digər tərəfin isə torpaq sahəsinin hüdudları daxilindən kənarda yerləşdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********82 saylı, 03.10.2018-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları araşdırmaq məqsədi ilə, mülki işə əlavə edilmiş sənədlərə və mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yerquruluşu xəritəsinə əsasən iddiaçı və cavabdehin iştirakı ilə naturada GPS aləti vasitəsi ilə ölçmə işləri aparılmışdır. Aparılmış ölçmə işlərinin nəticəsi, kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi xəritə materialları və baza məlumatlarına və mülki işdə olan sənədlərə uyğun olaraq araşdırılmışdır. Mütəxəssis qarşısına qoyulan suallar cavablandırılmış, Cavabdeh3 tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivi 863 D-də inşa edilmiş tikili (yaşayış evi) onun mülkiyyətinə verilmiş N-0976969 çıxarışlı torpaq sahəsinin hüdudlarından 1.03 kv.m. kənara çıxmışdır. Cavabdeh1 məxsus B-863 nömrəli bağ sahəsinə aid hasar Cavabdeh1 mülkiyyətinə verilmiş N-0976865 çıxarışlı torpaq sahəsinin yol tərəfi hüdudları daxilində, digər tərəfləri isə hüdudları daxilindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixdə verilmiş 10/3638 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin «xxxx» MMC-nin Bakı Layihə Tədqiqat idarəsinin məsləhətçisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 862 saylı bağa gedən yolun eni şimal hissəsində 4,20 metr cənub hissəsində isə 4,60 metrdir. Faktiki istifadədə olan yolun uzunluğu şimaldan cənuba doğru 52,70 metr təşkil edtdiyi göstərilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş sənədlər toplusunda və elektron kadastr məlumat bazasında 2016-cı ilin may-iyun aylarına aid, 862№-li və B862 saylı bağlara sərhəddə yerləşən 863 saylı (863A: B863: 863 D:863C və s 863 saylı) bağların ilkin torpaq ayırma sxemləri və xəritə materialları olmaması səbəbindən qoyulmuş sualı savblandırmaq mümkün olmadığı göstərilmişdir. İddiaçı Hüseyin qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Kamitəsi yanında Daşınmaz Əmakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş çıxarışlar və plan ölçülərində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı (862 № bağ sahəsi) RX-0231675 №-li çıxarışla 0,103 ha torpaq sahəsi müllkiyyətinə verilmişdir amma faktiki olaraq istifadəsində 0,0973 ha istifadə edir, Cavabdeh1 (B-863 nömrəli bağ sahəsi) RX-0976865 nömrəli çıxarışla 0,07 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir, amma faktiki olaraq istifadəsində 0,0755ha istifadə edir, Cavabdeh3 (863D nömrəli bağ sahəsi) RX-0976969 nömrəli çıxarışla 0,05 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir, amma faktiki olaraq istifadəsində 0,0728 ha istifadə edirlər, digər B862, 863A, 863C, 863 saylı bağlara dair məhkəmə tərəfindən sənədlər toplusunda hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən araşdırılması mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü madədəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin tədqiq dilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə hüququi qiymət verən məhkəmə kollegiyasının araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixdə verilmiş 10/3638 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı (862 № bağ sahəsi) RX-0231675 №-li çıxarışla 0,103 ha torpaq sahəsi müllkiyyətinə verilmişdir amma faktiki olaraq istifadəsində 0,0973 ha istifadə edir, Cavabdeh1 (B- 863 nömrəli bağ sahəsi) RX-0976865 nömrəli çıxarışla 0,07 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir, amma faktiki olaraq istifadəsində 0,0755ha istifadə edir, Cavabdeh3 (863D nömrəli bağ sahəsi) RX-0976969 nömrəli çıxarışla 0,05 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir, amma faktiki olaraq istifadəsində 0,0728 ha istifadə edirlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixdə verilmiş 10/3638 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilib, Cavabdeh1 tərəfindən (B-863 nömrəli bağ sahəsi) RX seriyalı, ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,07 ha torpaq sahəsindən artıq olan 0,0055 ha torpaq sahəsi və Cavabdeh3 tərəfindən (863D nömrəli bağ sahəsi)RX seriyalı, ******* nömrəli nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,05 ha torpaq sahəsindən artıq olan 0,0222 ha torpaq sahəsi boşaldılmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti isə alınıb “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının nümayəndəsi E.R.Aslanovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(060)-89/2019 saylı qətnaməsi qismən ləğv edisin. İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən (B-863 nömrəli bağ sahəsi) RX seriyalı, ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,07 ha torpaq sahəsindən artıq olan 0,0055 ha torpaq sahəsi və Cavabdeh3 tərəfindən (863D nömrəli bağ sahəsi)RX seriyalı, ******* nömrəli nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,05 ha torpaq sahəsindən artıq olan 0,0222 ha torpaq sahəsi boşaldılsın. Qətnamə - “Sumqayıt şəhəri, Novxanı bağlar massivi 862 saylı bağ evi və onun əhatə etdiyi torpaq sahəsindən istifadənin məhdudlaşdırılması aradan qaldırılaraq, qazılmış və uçurulmuş sahələrin, ümumi istifadədəki avtomobil yolunun və yolboyu 862, B-862 və A-862 saylı bağları 863 saylı bağlarla ayıran uçurulmuş hasar yerində, 863D saylı bağda ara məsafəsi və mühafizə zolağı saxlanılmadan yolun əhatə sahəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikilinin (yaşayış evinin) müvafiq çıxarışla torpaq sahəsinin hüdudlarından kənara çıxdığı 1.03 kv.metr hissəsi Cavabdeh3 öz hesabına sökülsün, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq dövlət xəzinadarlığı agentliyinin kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********000208Ş501 hesabına və 60 manat məbləğində torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci Cavabdeh3 tutularaq “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına köçürülsün və iddia tələbi qalan hissədə rədd edilsin” hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti isə alınıb “xxxx” ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar