Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-502/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin, 20 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilmısi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin, 20 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil 1983-cü ildə 10/48 saylı order əsasında atası X3 verilmişdir. Orderlə mənzildə 5 beş nəfər, yəni- atası, anası, bacısı, qardaşı və o, qeydiyyatda olmuşlar. 14 mart 1983-cü ildən həmin mənzildə pasport qeydiyyatındadır. O, həmin evdə böyüyüb boya-başa çatmışdır. Atası və anası ölmüş, bacısı isə digər yerdə yaşayır. 2015-ci ildə ailə həyatı qurduqdan sonra bir müddət kirayədə yaşamışlar. Övladları olmadığından 2017-ci ildə həyat yoldaşı ilə nikahlarına xitam verilmişdir. Ondan sonra o, digər yaşayış yeri olmadığından qeydiyyatda olduğu evə yaşamaq üçün gələrək yaşamağa başlamış və ona məxsus əmlakı da hazırda mənzildədir. Hal-hazırda, qardaşı Cavabdeh, yəni mənzilin qapısının kilidini dəyişərək onu evə buraxmır, onu təhqir edir və mənzilə buraxmayacağını bildirir. Ona görə də o, məcbur olub başqa-başqa yerlərdə müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. İddiaçının iddia tələbi ilə razı deyil, iddia tələbini qəbul etmir, bacısı Aygün ailə qurduqdan sonra bu mənzildən köçüb getmişdir. Aygün 2017-ci ildə boşanmış və yenidən bu mənzilə qayıtmışdır, birlikdə yaşamış, ümumi təsərrüfat aparmışlar. Lakin Aygün rəsmi olaraq boşansa da, öz keçmiş əri ilə barışaraq sonuncunun evinə gedib-gəlir. Bu səbəbdən də Aygünün mübahisəli mənzildə onunla birlikdə qalmasını istəmir. Həmçinin, onun arvadı ilə Aygün arasında münasibətlər gərgindir və evdə sözsöhbət yaranır. İddiaçı yaşayış yeri vardır. O, Sumqayıt şəhəri, Yeni Yaşayış massivi 48-ci məhəllə fərdi yaşayış evində yaşayır. Sahə müvəkkilindən alınan izahatdan da görünür ki, İddiaçı həmin ünvanda yaşayır. Arayışlar və izahat da vardır. Boşanmalarının səbəbi də müəyyən müavinətlər almağa nail olmaq, eyni zamanda onun normal yaşayışıma mane olmaqdır. Bacısının evə heç bir əşyası yoxdur. Evdə özü, hazırki iş üzrə cavabdeh, digər bacısı və 2 övladı qeydiyyatdadır. Cavabdehi qeydiyyatdan çıxarmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, 2015-ci ildə ailə qurmuş, 2017-ci ildə boşanmış, bundan sonra qardaşının evinə gəlmişdir. Bacısı oğlu şəhid olmuşdur. Bacısına kömək üçün getmiş, axşam gələndə görmüşdür ki, qapının kilidi dəyişib. Qonşu qapını açaraq ona paltarlarını vermiş, bildirmişdir ki, paltarları təhvil verməsi üçün ona qardaşı verib. Onu evə buraxmadılar. Həmin gündən gündə bir qohumun evində qalır, yaşamağa yeri yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 10/48 saylı 14 mart 1983-ci il tarixli Orderindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 20 saylı evin 22 saylı mənzili X1 dörd nəfər ailə üzvləri (arvadı Rəhimova Nərgiz, qızı Şəlalə Rəhimova, oğlu Cavabdeh və qızı İddiaçı) ilə birlikdə istifadəsinə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 638 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə daimi qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı 353127 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı arasında bağlanmış nikah 18 iyul 2017-ci il tarixdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla tərəflər həmin evdə birlikdə yaşamış, birgə təsərrüfat aparmış, İddiaçı mübahisəli mənzil ayrılan vaxtdan həmin ünvanda qeydiyyatda olmaqla 2015-ci il tarixədək orada yaşamış, 2015-ci il tarixdə ailə quraraq mənzildən köçmüş, 2017-ci ildə ailə münasibətlərinə xitam verildiyindən yenidən bu mənzilə qayıdaraq son bir neçə ayadək orada yaşamışdır. İddiaçının hazırda həmin mənzildə yaşamamasının səbəbi mənzilin daimi istifadəçisi olan cavabdehin iddiaçının bu mənzildə yaşamasına maneə törətməsi, mənzilə buraxmaması ilə bağlıdır. Məhkəmə işə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materillarından müəyyən edilir ki, iddiaçı mübahisəli mənzildə 14.03.1983-cü ildən 2015-ci il tarixədək yaşamış, 2015-ci il tarixdə ailə quraraq mənzildən köçmüş və 2017-ci ildə ailə münasibətlərinə xitam verildiyindən yenidən bu mənzilə qayıdaraq son bir neçə ayadək orada yaşamışdır. Göründüyü kimi araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda iş materiallarından müəyyən edilir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ olmaqla, həmin hüquqa xitam verilməmişdir. Bu səbəbdən mübahisəli mənzilə dair iddiaçı da cavabdehlə eyni hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “O.X8rşı” işi barədə qərarında və “X4rşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-502/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-502/2022
01.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver