Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-504/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X5rşı mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Ərizəçi1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4006/2021 nömrəli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onların birgə nikahından 28 iyun 2002-ci il tarixdə “X13” adlı övladın Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28.06.2002-ci il tarixdə X13 anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün xəstəxanadan doğumu təsdiq edən əvəzləmə kağızı ala bilməmişlər və bu səbəbdən də uşaq doğulduqdan sonra müəyyən problemlərə görə vaxtında müraciət edərək doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaq böyüdüyü üçün onun sənədlərinin qaydaya salınması zərurəti yaranmışdır. Bu məqsədlə uşağa doğum haqqında şəhadətnamə verilməsi üçün yaşayış yeri üzrə Maraqlı şəxsnə müraciət edilmiş, lakin həmin orqandan verilən cavabda ev şəraitində doğulmuş uşağın doğum faktının məhkəmə qaydasında təsdiqlənməsinin zəruri olduğu bildirilmiş və doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Onların övladı 28 iyun 2002-ci il təvəllüdlü X13 rəsmi nikaha daxil olub ailə qurmaq istəyir, ancaq heç bir sənədi olmadığı üçün sənədləşmənin aparılmasından imtina edilmişdir. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4006/2021 saylı qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikahlarından 28 iyun 2002-ci il tarixdə “X13” adlı uşağın Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktının müəyyən edilməsi barədə ərizələri təmin edilməmişdir. (hakim Məlahət Abbasova) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28 iyun 2002-ci il təvəllüdlü X6 anadan olması faktı öz təsdiqini tapmamışdır. Ərizəçilərin şifahi vəsatəti üzrə dindirilən şahidlərin ifadələri digər sübutlarla təsdiq edilmədiyindən həmin ifadələr iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 307.2.3, 308-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 29 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onlar rəsmi nikaha daxil olmadan faktiki münasibətdə yaşamış və birgə münasibətindən 28.06.2002-ci tarixdə X14 doğulmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün xəstəxanadan doğumu təsdiq edən əvəzləmə kağızı ala bilməmişlər. Uşaq doğulduqdan sonra müəyyən problemlərə görə vaxtında müraciət edərək doğum haqqında şəhadətnamə almamışdır. Uşaq böyüdükcə onun sənədlərinin qaydaya salınması zərurəti yaranır. Bu məqsədlə uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün yaşayış yeri üzrə Maraqlı şəxsnə müraciət etsələr də həmin orqandan verilən cavabda ev şəraitində doğulmuş uşağın doğum faktının məhkəmə qaydasında təsdiqlənməsinin zəruri olduğu bildirilmiş və doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. X2 özü də faktiki nikaha daxil olub və onunda bir körpəsi dünyaya gəlmişdir. Ananın sənədi olmadığına görə uşağa da sənəd ala bilmir və bu da uşağın poliklinikada qeydiyyata alınması və peyvəndlərin olunması üçün bir əngəl yaradır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı tərəf Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 305.1 və 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəni təmin etməkdən imtina etdikdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi tərəfindən verilən 05/Q-717/15 №-li, 01 iyun 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi2 doğumun qeydə alınması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, doğum haqqında №103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması mümkün olmamış və ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. **********805 saylı ərizədən müəyyən edilir ki, Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28.06.2002-ci il tarixdə X6 anadan olması faktını qonşuları X3, X7 və X8 öz imzaları ilə təsdiq etmişlər. Xırdalan şəhər 2 nömrəli tam orta məktəb tərəfindən təqdim edilən 13.10.2021-ci il tarixli, 1131 №-li sorğuya cavab məktubundan müəyyən edilir ki, 28 iyun 2002-ci il təvəllüdlü X6 Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə oxuması barədə heç bir rəsmi sənəd yoxdur. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən 18 noyabr 2021-ci il tarixli, 1568 №-li sorğuya cavab məktubundan müəyyən edilir ki, 28 iyun 2002-ci il təvəllüdlü X13 hər hansı bir xəstəliklə bağlı Xırdalan Ailə Sağlamlıq Mərkəzinə müraciət etməmişdir. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır ( MPM-nin 307.2.3-cü maddəsi). Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Məhkəmə kollegiyası qeyd edir ki, doğum fiziki şəxsin hüquq qabiliyyətinin əsasını təşkil edir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir. Beləliklə də, doğumun bir şəxs üçün zəruri hüquqi fakt olduğu mübahisəsizdir. Doğum özlüyündə hüquqi fakt olduğu üçün onun hüquqi qeydiyyatı da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də qanunvericilik doğumun qeydiyyatını müəyyən etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Birinci instansiyası məhkəməsi göstərilənlərə əsasən ərizəçinin doğum faktının müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyət kəsb etməsini, ərizəçinin aidiyyatı orqanlara müraciətlər etməsinə, ümumilikdə ərizəçinin tanınmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair bütün cəhdləri etməsinə və bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, ərizəyə düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X3, X8 və X4 ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahidlər X3 və X8 ifadə verərək göstərmişlər ki, iş üzrə ərizəçilər ər-arvad münasibətində olmaqla onlarla qonşuluqda yaşamışlar. Tərəflərin birgə münasibətlərindən ev şəraitində bir qızları doğulmuş və onlar həmin uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Digər şahid X7 ifadəsində göstərmişdir ki, Ərizəçi2 xalası, ərizəçi Viktoriyanın əmisinin həyat yoldaşıdır. 2002-ci ildə ərizəçilərin faktiki nikah münasibətindən ev şəraitində qız uşaqları doğulmuş və ərizəçilərin maddi imkanı olmadığı üçün uşaq xəstəxana şəraitində doğulmamışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin əlavə olaraq şahid qismində dindirilmiş Ərizəçi2 qardaşı X15 və anası X9 ifadələrində ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə nikah münasibətlərindən 28 iyun 2002-ci il tarixdə “X13” adlı övladın Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktını təsdiq etdilər. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ərizəçi1 himayəsində azyaşlı qız uşağı vardır. Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” Publik Hüquqi şəxsin 05 aprel 2022-ci il tarixli, 103/2022-MTBŞ nömrəli ekspert rəyinə görə Ərizəçi1 ekspertizaya təqdim olunmuş “X13”-nın bioloji anası olması təsdiq olundu. Ərizəçi2 ekspertizada iştirak etmədiyi üçün, onun atalıq faktının müəyyən olunmasına dair ekspert qarşısına qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” Publik Hüquqi şəxsin 05 aprel 2022-ci il tarixli, 234 nömrəli ekspert rəyinə görə X1 yaşı 21,0 - 21,5 ilə uyğun gəlir. Digər tərəfdən nəzərə almaq lazım gəlir ki, X6 doğum haqqında şəhadətnaməsinin olmaması onun hazırda faktiki nikahdan olan övladı üçün də doğum haqqında şəhadətnamə almaq hüququndan məhrum etməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beiəliklə, məhkəmə kollegiyası işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikah münasibətlərindən 28 iyun 2002-ci il tarixdə “X13” adlı uşağın Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktı öz təsdiqini tapmışdır. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəni heç bir əsas olmadan rədd etmişdir. Ona görə də, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə təmin olunmalı və apellyasiya şikayəti təmin edilməlidir. Mülki işə məhkəmə kollegiyası tərəfindən baxılarkən Ərizəçi2 04 mart 2022-ci il tarixdə “kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər emboliyası” səbəbindən ölmüşdür. Maraqlı şəxs tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 259624 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 04 mart 2022-ci il tarixdə “kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər emboliyası” səbəbindən ölmüşdür. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermirsə hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair tələbdən ibarətdir və hüquq varisliyinə yol vermir. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4006/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçilər Ərizəçi1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş Ərizəçi1 və xx.xx.1980-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş Ərizəçi2 faktiki nikah münasibətlərindən 28 iyun 2002-ci il tarixdə “X13” adlı uşağın Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-504/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-504/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver