Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-506/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi, X7, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Cavabdeh adına Quba rayon notariusu tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, 2/021934 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********65 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X3 adına verilmiş JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi, Quba rayon notariusu tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, 2/02-1934 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Cavabdeh adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışın və bununla bağlı aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X14 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozaraq cavabdehin məhkəmədə iştirakını təmin etmədən mülki işə baxmışdır. Halbuki, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İş materiallarında cavabdeh olaraq onlara lazımi qaydada məhkəmə bildirişinin göndərilməsini təsdiq edən sübut yoxdur. Cavabdeh olaraq iştirakları təmin edilmədiyindən, aydın məsələdir ki, iddiaçının tələblərini əsaslandırdığı dəlillər barədə məlumat ala və buna qarşı müdafiə təşkil edə bilməmişlər. Məhkəmə, əsassız olaraq, İddiaçı mirası faktiki olaraq qəbul etməsi faktının şahid ifadələri və arxiv sənədləri ilə təsdiq edildiyini göstərsə də iş materiallarında bu faktı təsdiq edən arxiv sənədi yoxdur. Şahidlərə gəlincə, X11 və X9 ifadələri kifayət qədər şübhəlidir. Belə ki, şahid X11 izahatında İddiaçı qonşusu olmasını göstərmişdir, halbuki, İddiaçı həmin torpaq sahəsində yaşaması mümkün deyil, çünki, faktiki olaraq həmin torpaq sahəsində yaşayış sahəsi yoxdur. Həmin torpaq sahəsi fasiləsiz olaraq cavabdehin nəzarətində olub ki, bunu da təsdiq edəcək kifayət qədər şahidlər - qonşular var. X4 izahatında həmin torpaq sahəsini cavabdehdən qaynı üçün almaq istədiyini göstərmişdir, halbuki, cavabdeh həmin şəxsi tanımır. Məhkəmə qərəzli olaraq, şahidin izahatda göstərdiyi halların nə vaxt baş verməsini və cavabdehlə həmin şəxsin əlaqəsini müəyyənləşdirməmişdir. Həmin torpaq sahəsinə İddiaçı sahiblik etdiyi halda, X4nın hansı səbəbdən cavabdehə müraciət etməsi də özülüyündə İddiaçı mirası faktiki olaraq qəbul etməsi faktını inkar edir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, öz mülahizəsi ilə iddianı təmin etmişdir. Bildirir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, satıcı, İddiaçı nənəsi X28 ilə alıcı, atası X6 arasında xx.xx.1955-ci il tarixli müqavilə bağlanmış və həmin razılaşmaya əsasən, 30 kv/m ölçüdəki torpaq sahəsində yerləşən İ mərtəbə İ tövlə, İİ mərtəbə bir otaq sahəsi satıcıda qalmaq şərtilə həmin daşınmaz əmlak özgəninkiləşdirilmişdir. AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin verdiyi arayışla müəyyən edilir ki, həmin 0.23 ha torpaq sahəsi xx.xx.1999-cu il tarixdən anası X3 tam mülkiyyətinə keçmişdir. AR ƏMDK yanında DƏDRX-nin Dövlət reyestrinin RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışına əsasən, həmin torpaq sahəsinin mülkiyyətçisi cavabdehdir. Məhkəmə İddiaçı mirası faktiki olaraq qəbul etdiyini göstərsə də iddiaçı mübahisə gedən miras əmlaka sahiblik etməyini və faktiki olaraq onun tərəfindən qəbul edildiyini təsdiq edən mənzil-istismar idarəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların ödənildiyi barədə arayışları və ya bu ödənişlər barədə qəbzlər və digər sənədləri məhkəməyə təqdim etməmişdir. Daha sonra işə baxan birinci instansiya məhkəməsi mübahisəli məsələyə aidiyyəti olmayan qanunvericiliyin normalarını lüzumsuz sadalamaqla kifayətlənərək, iddianın təmin edilməsi qərarına gəlmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, göründüyü kimi iddia tələbinin təmin edilməsi zamanı məhkəmə tərəfindən sübutlara deyil, iddiaçının və şahidlərin təsdiqi olmayan izahatlarına əsaslanılmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, o, xx.xx.1949-cu ildə Quba rayonu, Rustov kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. X5 xx.xx.1954-cü ildə vəfat etmişdir. Anasının vəfatından sonra onu nənəsi X29 öz himayəsinə götürmüşdür. Nənəsi isə xx.xx.1979-cu ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmişdir. Ondan miras olaraq Quba rayonu, Rustov kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1918-ci ildə tikilmiş 2 yaşayış evi qalmışdır. Həmin əmlakları öz adına rəsmləşdirmək istəyərkən məlum olmuşdur ki, X10 adında şəxs saxtakarlıq edərək öz adına JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əldə etmişdir. O, sonradan həmin torpaq sahəsini Cavabdeh vəsiyyət etmiş və vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sonuncu adına RX seriyalı, ******* nömrəli, **********65 reyestr nömrəli Çıxarış almışdır. X26 kəndində nənəsinin icazəsi ilə müvəqqəti olaraq həmin evdə yaşamışdır. Cavabdeh bütün bunlardan xəbəri olmuşdur. O, bundan istifadə edərək əmlakı əsassız olaraq öz adına keçirmişdir. Lumu Yunusovanın yeganə vərəsəsi nəvəsi olaraq odur. Notariusdan verilmiş məktubdan da görünür ki, o, Lumu Yunusovanın vərəsələri sırasına daxildir. Pozulmuş vərəsəlik və mülkiyyət hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiysının iclasında iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər AR Maraqlı şəxs1 nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxs Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Həmin evdə Firəngiz, onun nənəsi Lumu və Firəngizin anası Gülzar yaşamışlar. Ev və torpaq sahəsi Lumu Yunusovaya məxsus olmuş, onun ölümündən sonra həmin əmlaka nəvəsi Firəngiz sahiblik etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, onlar həmin torpaq sahəsini Cavabdeh almaq istəmişlər. Sonra öyrənmişlər ki, əmlak Firəngizin nənəsi Lumu Yunusovaya məxsus olmuş və ondan miras olaraq Firəngizə qalmışdır. Buna görə də torpaq sahəsini almaqdan imtina etmişlər. İş materiallarında olan AZ-İ seriyalı, 737371 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1979-cu ildə ölmüşdür. İş materiallarında olan Dövlət arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2106 saylı arayışın surətindən görünür ki, 1912-ci il təvəllüdlü X2 Lumu Əsəd qızının qızı kimi göstərilmişdir. Həmin təsərrüfatda X12 isə X13 qızı kimi göstərilmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli arayışdan görünür ki, Fərman X1 xx.xx.1949-cu ildə doğulmuş Firəngiz adında uşaqları vardır. İş materiallarında olan AZ-İ seriyalı, 781630 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1954-cü ildə ölmüşdür. İş materiallarında olan Quba rayonunun notariusu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 492 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə vəfat etmiş X22 qanuni vərəsələri sırasına daxildir. İş materiallarında olan Dövlət arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1046 saylı arayışın surətindən görünür ki, 1951-1953 və 1954-1956-cı illərə aid təsərrüfatbaşına kitablarda X28 təsərrüfat başçısı olub, onun şəxsi istifadəsində 1918-ci ildə tikilmiş 2 evin olduğu göstərilmişdir. İş materiallarında olan Dövlət arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1008 saylı arayışın surətindən görünür ki, 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitabda X28 təsərrüfat başçısı olub, onun şəxsi istifadəsində 0,24 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İş materiallarında olan Dövlət arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1858 saylı arayışdan görünür ki, Quba RİHB-nın Rustov İƏV üzrə nümayəndəliyinin 19962000-ci illərə aid Rustov kəndi üzrə 12 saylı təsərrüfatbaşına kitabda Əliyeva (Kərimova) Rabikman Rzaqulu qızı 799 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1999cu illərdə 1887-ci ildə tikilmiş, ümumi sahəsi 49 kv.metr, yaşayış sahəsi 20 kv.metr olan yaşayış evi və 0,26 ha həyətyanı torpaq sahəsi olmuşdur. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, kod 30321018 saylı Şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə X3 mülkiyyətinə Quba rayonu, Rustov kəndi ərazisindən 0,26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, Quba rayonu, Rustov kəndində yaşayan X10 bütün əmlakını, o cümlədən 0,26 ha həyətyanı torpaq sahəsindəki yaşayış evini və özəl pay torpağını nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Maraqlı şəxs2 reyestrdə 2/02-1934 nömrə ilə qeyd edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Quba rayonu, Rustov kəndində 0,26 ha torpaq sahəsi vardır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.1979-cu ildə vəfat etmiş X22 mülkiyyətində və istifadəsində Quba rayonu, Rustov kəndində 0,24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində iki yaşayış evi mövcud olmuş, onun ölümündən sonra yeganə vərəsəsi, nəvəsi İddiaçı mirasa faktiki olaraq qəbul etmiş, bu faktı şahid ifadələri və arxiv sənədləri təsdiq edilmiş, lakin həmin torpaq sahəsi üzrə X3 adına Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, kod 30321018 saylı Şəhadətnamə tərtib edilmiş və torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Halbuki əvvəlki illərə dair təsərrüfatbaşına kitablarda X3 mülkiyyətində və ya istifadəsində hər-hansı bir torpaq sahəsinin və yaşayış evinin mövcud olması göstərilməmişdir. X19 həmin əmlakını nəvəsi Cavabdeh vəsiyyət etmiş və onun ölümündən sonra vərəsəliklə əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırki tələb dövlət aktının, şəhadətnamənin və çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İş materiallarından görünür ki, iddiaçı tələbində X3 adına DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Cavabdeh adına Quba rayon notariusu tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, 2/021934 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********65 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədədir. İddiaçının ləğv olunmasını tələb etdiyi JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əsasını Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş şəhadətnamənin və çıxarışın ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və Çıxarışın ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Quba rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-506/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-506/2021
02.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver