Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-509/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ondan əlavə olaraq 3575 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin mənzil 31 oktyabr 2014-cü ildən onun adına qeydiyyata alınmış və bu barədə ona RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin mənzildə ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır. Onunla Cavabdeh ilə arasında olan danışığa görə sonuncuya 98000 manat müqabilində həmin mənzili satmalı, həmin məbləğ 2021-ci ilin aprel ayına kimi ona ödənilməli idi. Cavabdeh notariat orqanında borc müqaviləsi şəklində ona 70000 manat məbləğində pul vəsaitini ödəsə də, 28000 manatı ödəməkdən boyun qaçırmışdır. Belə olan halda o, ondan həmin mənzildən çıxmağı tələb etmiş, müraciəti nəticəsiz qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Əldə edilmiş razılıq və tərəflər arasında şifahi belə olsa bağlanılmış müqavilənin mahiyyətindən görünür ki, iddiaçı özünün mülkiyyətində olan daşınmaz əmlakı satmaq niyyətilə onunla razılaşmışdır. Həmin zaman öhdəliklər yaranmış və yaranmış öhdəliyini isə vicdanlı şəkildə həyata keçirməmiş, alqı-satqı zamanı daşınmaz əmlakın ümumi sahəsini düzgün qeyd etməmişdir. Belə ki, bütün kommunal xətlərin və onların mərkəzinin, kombi, qızdırıcı və digər sistemlərin yerləşdiyi 10 kv.m ibarət otagın sonradan qonşuya məxsus olması aşkar olunmuş, artıq mərkəz kimi fəaliyyət göstərən otaq qonşu tərəfindən bağlanılmış və həmin otağa giriş tamamilə məhdudlaşdırılmışdır. Bununla ona kifayət qədər böyük məbləğdə ziyan dəymişdir, üstəlik sabah həmin otaqda baş verə biləcək hər hansı qəzanın qarşısının alınması mümkünsüz vəziyyətə gəlmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmaqda maraqlı olmadığından hazırkı hallara hüquqi qiymət verməmiş və maddi hüquq normalarının tələbini pozmuşdur. İşə onun iştirakı olmadan baxılmışdır. Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(012)-4523/2021 saylı qətnaməsini qismən iddia tələbinin təmin edilməsi hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, mübahisə olunan mənzilin iddiaçının mülkiyyətində olmasına və cavabdehin orada qanunsuz yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə 31.10.2014cü il tarixdə onun adına qeydə alınmışdır. İşə əlavə olan yaşayış yeri üzrə qeydiyyat haqqında 12.07.2021-ci il tarixli ******* №li arayışdan müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1, X5 və X6 ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli beh müqaviləsindən müəyyən edilir ki, “satıcı” İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini “alıcı” X4 98000 manat müqabilində satır, sonuncu isə həmin ev üçün ona 3500 manat məbləğində beh verir. İşə əlavə olan 09.10.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” Cavabdeh “borc alan” İddiaçı 20000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir və borc alan krediti 09.10.2023-cü il tarixədək ayda 555 manat ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 08.11.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” Cavabdeh “borc alan” İddiaçı 41500 manat məbləğində borc pul verir və borc alan krediti 08.11.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl, Cavabdeh qarşı pretenziya qaydasında müraciət etməmiş və bu məsələnin məhkəmədən kənar həll edilməsini cavabdehə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Eyni zamanda ərizəçiyə izah olunur ki, qərardadda müəyyən edilmiş qaydalara riayət etdikdən sonra bu məsələ ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir, hazırkı qərardad yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2021-ci il tarixli 2(012)-4523/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-509/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-509/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver