Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-513/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı "xxxx" X10 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və üçüncü şəxs Maraqlı şəxs-yə qarşı kredit üzrə yaranmış borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinəvə satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı ASC İddiaçıkının xeyrinə 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11997 (on bir min doqquz yüz doxsan yeddi) manat 36 (otuz altı) qəpik vaxtı keçmiş əsas borc, 50 (əlli) manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya, 1000 (min) manat əldən çıxmış fayda olmaqla, cəmi 13047 (on üç min qırx yeddi) manat 36 (otuz altı) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclərin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə yönəldilməsi, həmin yaşayış evinin ilkin satış qiymətinin (likvid dəyəri) 81000 (səksən bir min) manat müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı ASC İddiaçıkına ümumilikdə 13047 (on üç min qırx yeddi) manat 36 (otuz altı) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclərin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulub iddiaçı ASC İddiaçıkının xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7 və Cavabdeh8 yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC İddiaçık cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7 və Cavabdeh8 qarşı Maraqlı şəxs-ni üçüncü şəxs qismində işə cəlb etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor ASC İddiaçıkı ilə Maraqlı şəxs (Borcalan) arasında bağlanmış 11.06.2014-cü il tarixli **********014 №-li kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik, 16 % ödənilməsi şərtilə 330 000 manat məbləğində xətti açılmışdır. Sonradan kredit xətti müqaviləsinə bağlanmış 11.12.2014-cü il tarixli 01 №-li və 11.06.2016-cı il tarixli 02 №-li əlavə sazişlərə əsasən kredit xətti müqaviləsi üzrə borc alana verilmiş kreditin məbləği 225 000 manat məbləğində artırılaraq 555 000 manat məbləğinə çatdırılmış, eyni zamanda kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 11.12.2016-cı il tarixinədək uzadılmışdır. Müqavilədə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçıkı, borcalan Maraqlı şəxs və Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 63,20 kv.m ümumi, 49.90 kv.m. yaşayış, 13.30 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 36 nömrəli mənzilin ipoteka qoyulması barədə 11.12.2014-cü il tarixli 00**********014/9ip N-li ipoteka müqaviləsi bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC İddiaçıkına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18.06.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Borcalan Maraqlı şəxs kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ssuda hesabı üzrə borcunun yarandığı aydan başlamaqla hər ayın 11-dən gec olmamaqla banka ödənilməsini, əsas borc məbləğinin isə kredit xəttinin verilməsi müddətinin bitdiyi zaman qaytarılmasını öz üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin borcalan bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni 11.12.2016-cı il tarixinə kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borcalanın gecikdirilmiş ümumi borcu 225 818,21 manat olmuşdur ki, bunun 222 945,47 manat əsas borc məbləği, 2 872,74 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (11.12.2016-cı il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (15.07.2021-ci il) olan dövr ərzində borcalan tərəfindən müxtəlif tarixlərdə kredit xətti müqaviləsi üzrə ümumilikdə 233.781 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər hesabına 11.12.2016-cı il tarixədək hesablanmış adi faizlər üzrə borc tam şəkildə qaytarılmış, vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsi ödənilmişdir. İddia ərizəsinin məhkəməyə verildiyi 15.07.2021-ci il tarixinə borcalan Maraqlı şəxs-nin kreditor qarşısında yaranmış əsas borc məbləği 11 997,36 manat təşkil edir. Bundan əlavə borcalan Maraqlı şəxs kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir. Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixindən kredit xətti müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinə penyanın hesablanması dayandırılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 19.01.2018-ci il tarixli 09 N-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu günə kimi borcun ödənilməmişdir. İddia ərizəsi kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan etibarən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12 % (on iki) faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 11 dekabr 2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (11.12.2016-cı il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (15.07.2021-ci il) olan dövr üçün müvafiq məbləğ 18 300,01 manat təşkil edir. Məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi ilə yanaşı, onların satışından sonra həmin yaşayış sahələrində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində yaşayış sahələrindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh6, Cavabdeh8 yaşaması faktı Sumqayıt şəhər İcra Hakimiyyəti 07 saylı Mənzil İstismar Sahəsinin 02.12.2010-cu il tarixli 4170 №-li ‘‘Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışı ilə təsdiq olunur. Eyni zamanda Bankın «Sumqayıt» filialının əməkdaşlarımı keçirdiyi monitorinq nəticəsində Cavabdeh1 əri Cavabdeh2 da hazırda ipoteka predmeti olan mənzildə ailə üzvləri ilə birlikdə yaşadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 11.12.2014-cü il tarixli 00**********014/9ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 63.20 kv.m ümumi, 49.90 kv.m. yaşayış, 13.30 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsini və 11.06.2014-cü il tarixli 00**********014 №-li kredit xətti müqaviləsi üzrə borcalan Maraqlı şəxs-nin iddiaçı ASC İddiaçıkı qarşısında 11 997,36 manat məbləğində vaxtı keçmiş əsas borc, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 300,80 manat məbləğində penya, 11.12.2016-cı tarixdən 15.07.2021-ci il tarixədək illik 12% dərəcəsi ilə hesablanmış 18 300,01 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 30 598,17 manat məbləğində pul vəsaiti və 15.07.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçıkının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, onların ailə üzvü Cavabdeh2 və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmasını, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında müəyyən edilməsini məhkəmə qətnaməsinin Maraqlı şəxs-nin hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, həmin şirkət cavabdehlərin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (14.12.2016) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 14 iyul 2021-ci il tarixədək illik 12% dərəcəsi ilə hesablanmış cəmi 18.296,01 manat məbləğində zərəri hissəsində iddiasını qismən təmin etdiyi halda, bunu əsaslandırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qətnamədə hər hansı əsas göstərmədən illik 15% dərəcəsi ilə hesablanmış 300,80 manat məbləğində penyanın 50 manat məbləğində müəyyən etmişdir. Birinci instansiya məhkəməsi əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilmədiyini göstərərək həmin hissədə iddianı təmin etməməkdə haqlı olmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini pozmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş rəyə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 81.000 manat məbləğində müəyyən etmişdir. Halbuki, Bank tərəfindən digər müstəqil qiymətləndirici şirkət mənzilin qiymətləndirilməsi barədə ilkin rəyə müvafiq olaraq mənzilin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 50.000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(060)-6646/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.F.Bədirxanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, X.Cavabdeh5, Cavabdeh6, Cavabdeh6 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında olan kredit, ipoteka müqaviləsinin olmasına, müqavilənin şərtlərinin cavabdehlər tərəfindən pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan ASC İddiaçıkı ilə Cavabdeh1 ilə bağlanılmış 00**********014 saylı kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 16% dərəcəsi ilə 330.000 manat kredit verilmişdir. İşdə olan ASC İddiaçıkı ilə Cavabdeh1 ilə bağlanmış 11 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 bankdan götürüdüyü pulun təminatı olaraq özünə məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 nömrəli evin, 36 saylı 3 otaqlı yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir və həmin mənzil bazar qiyməti 90.000 manat, likvid dəyəri isə 85.000 manat məbləğində dirilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası DƏDRX-nin verdiyi çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 nömrəli evin, 36 saylı 3 otaqlı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1dır. İş materiallarında olan ASC İddiaçıkı tərəfindən cavabdehə ünvanlanan 21.04.2021ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, ASC İddiaçıkı cavabdehdən kredit müqaviləsi üzrə ümumi borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılmasını tələb edir. Əks halda ASC İddiaçıkı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun öənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ASC İddiaçıkının Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ti 2 saylı Ərazi idarəsinə ünvanladığı ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizənin məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 11.12.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 19.01.2018-ci il tarixli 09 №-li bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ti 2 saylı Ərazi idarəsi tərəfindən ASC İddiaçıkının Sumqayıt filialına ünvanladığı məktubun məzmunundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İşə əlavə olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 06.10.2021-ci il tarixə olan bazar dəyəri 95 000 manat, likvid dəyəri 81 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən cərimə pulunun 50 manat miqdarında tutulması barədə gəldiyi nəticəninin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci instansiya dəbbə pulunu azaldılmasında düzgün qərara gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə gedişi zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və qeyriləri müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə gəldikdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 06.10.2021-ci il tarixə olan bazar dəyəri 95 000 manat, likvid dəyəri 81 000 manat təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan müstəqil qiymətləndiricinin rəyi nəzərə alınması və Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyəri 81 000 min manat təşkil etməsini düzgündür. Odur ki, cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəylərini sübut növü kimi qəbul etmir. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına və qanunvericiliyin tələbini əsas götürərək hesab edir ki, illik 5% faizdən artıq məbləğdə tələb edilməsi tərəflərin mənafeyinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iş materiallarına əlavə edilmiş arayış əsasında ona tələb etdiyi əldən çıxmış fayda məbləğində maddi zərər vurulmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmənin qənaətincə, kredit müqaviləsi üzrə tətbiq olunmuş əldən çıxmış fayda məbləğinin azaldılaraq 1000 manat həddində, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin isə 50 manat həddində saxlanılması, tərəflərin əmlak vəziyyətlərinə və mənafelərinə uyğun hesab edilməlidir. İş materiallarına əsasən müəyən edilir ki, Cavabdeh1 11.06.2014-cü il tarixli, **********4014 №-li kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixə banka olan vaxtı keçmiş əsas borcu 11997,36 manat, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya 300,80 manat, 11.12.2016-cı il tarixdən 15.07.2021-ci il tarixədək illik 12% dərəcəsi ilə faizlər formasında hesablanmış əldən çıxmış fayda 18300,01 manat, cəmi 30598,17 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, bu hissədə iddia qismən təmin edilərək Cavabdeh1 iddiaçı ASC İddiaçıkının xeyrinə 11997,36 manat əsas borc, 50 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya, 1000 manat əldən çıxmış fayda, cəmi 13047,36 manat tutulmalıdır. Eyni zamanda, məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1 və qeyriləri ən geci bir ay ərzində yaşayış evindən çıxarılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər müəyyən edilmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdehlər birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul etdikdən sonra, öhdəliklərini tam yerinə yetirmişlər və iddiaçıya qətnamə ilə müəyyən olan borcu tam ödəmişlər. Bu barədə iddiaçı tərəfindən məhkəməyə ödəniş barədə qrafik təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 18 oktyabr 2021-ci il tarixli 2(060)- 6646/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-513/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-513/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver