Məhkəmə qərarları › İş №2(105)-516/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-516/2025

06.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-516/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsi cəlb edilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron- Xızı Regional Təhsil İdarəsi cəlb edilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 7396/2*24 saylı, 29.12.2*24-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçası ilə İddiaçı arasında bağlanmış *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında dəyişəyəbaxan tikişçi qadın vəzifəsinə təyin edilmişdir.

2. *4*3385 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsi 45 nömrəli körpələr evi uşaq bağçasında *2.*9.2**2-ci il tarixdən 15.*8.2*24cü il tarixədək paltar dəyişən vəzifəsini icra etmişdir. 15.*8.2*24-cü il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

3. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının müdiri səlahiyyətlərini müvəqqəti icra edən X3 bağçanın metodisti Sevda Rəhimova tərəfindən təqdim edilmiş 31.*1.2*24-cü il tarixli xidməti yazının surətindən görünür ki, 31 yanvar 2*24-cü il tarixdə, saat *9:3*-da iş vaxtında Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasında bağçanın dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı onun əmək funksiyalarına aid işin icrası ilə əlaqədar müraciət etmişdir. İddiaçı əmək müqaviləsi üzrə ona təhkim olunmuş işi icra etmək əvəzinə, bağçanın dəhlizində ucadan nalayiq sözlər işlədib hay-küy salaraq, daxili intizam qaydalarını pozmuş və əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.

4. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Republikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq 31.*1.2*24-cü il tarixdə iş vaxtında Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasında bağçanın dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını, eləcə də müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi əmr edilmişdir.

5. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Göyərçinlər qrupunun tərbiyəçisi Səfərova A.B., xadimə dayə Şıxıyeva G.B. və təsərüfat müdirini əvəz edən Fərəcova L.İ. tərəfindən tərtib edilmiş aktdan görünür ki, 14.*8.2*24-cü il tarixində saat 16:3*-da bağçanın Göyərçinlər qrupunun uşaqları sıra ilə düzülüb həyətə çıxan zaman uşaqların sırasının yanında onlarla bərabər İddiaçı Mirzaxan qızı bağçanın həyətindəki uşaqların istirahəti üçün quraşdırılmış günlüyə getmiş, uşaqlara da səs salmayın sakit durun demişdir. Həmin vaxt Göyərçinlər qrupundan olan uşaq Rzayev Şamxala şiddət göstərmişdir. Bu zaman valideynlər Aslanova Sara, Rzayeva Sevil və Rzayev Tural onun bu hərəkətini görmüş, etiraz edəndə İddiaçı onlarla yüksək səslə dalaşaraq təhqiramiz ifadələr işlətmişdir.

6. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Göyərçinlər qrupunun tərbiyəçisi Səfərova A.B., xadimə dayə Şıxıyeva G.B. və təsərüfat müdirini əvəz edən Fərəcova L.İ. tərəfindən tərtib edilmiş aktdan görünür ki, dəyişəyəbaxan tikişçi qadın İddiaçı iştirakı ilə 14.*8.2*24-cü il tarixində saat 16:5*-də İddiaçı əmək vəzifəsini kobud şəkildə pozması, uşağı döyməsi, bağçanın müdiri X4 tərəfindən yazılı izahatın verilməsi tələb edilsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir.

7. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Göyərçinlər qrupunun tərbiyəçisi Səfərova A.B., xadimə dayə Şıxıyeva G.B. və təsərüfat müdirini əvəz edən Fərəcova L.İ. tərəfindən tərtib edilmiş aktdan görünür ki, dəyişəyəbaxan tikişçi qadın İddiaçı iştirakı ilə 14.*8.2*24-cü il tarixində əmək vəzifəsini kobud şəkildə pozmasına görə tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir.

8. İş materiallarında olan 15.*8.2*24-cü il tarixdə valideynlər-Aslanova Sara, Rzayeva Sevil və Rzayev Tural tərəfindən tərtib edilmiş aktdan görünür ki, 14.*8.2*24-cü il tarixində bağçanın texniki işçisi İddiaçı X13 şiddət göstərib uşağı bir neçə dəfə vurub. Bunu gördükdən sonra onlar etiraz etmişlər, o isə səs tonunu qaldıraraq qışqırmağa və hərəkətinə bəraət qazandırmağa çalışmışdır. Bu haqda lazımi orqanlara müraciət edəcəklər.

9. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar Komitəsinin İclasının 15.*8.2*24-cü il tarixli, 9 nömrəli protokolunun surətindən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyəbaxan tikişki qadın vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Belə ki, o, bağçada təhsil alan X14 14.*8.2*24-cü il tarixdə döymüş, bununla əlaqədar izahat verməkdən imtina etmiş, o cümlədən etik davranış qaydalarını və müəssisədaxili intizam qaydalarını pozmuşdur. X8 valideyni X22 ərizə ünvanlayaraq İddiaçı hərəkətlərindən şikayətçi olduğunu, sonuncunun barəsində tədbir görülməzsə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin ilə” bəndi və 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Göstərilənləri nəzərə alaraq, işəgötürən tərəfindən Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyəbaxan tikişki qadın vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan halda) ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

10. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkar Komitəsinin sədri Vüsalə Ələkbərova tərəfindən Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ruhiyyə Məhərrəmovaya ünvanladığı məktubdan görünür ki, 15.*8.2*24-cü il tarixli, 13 nömrəli təqdimata cavab olaraq bildirilir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyəbaxan tikişki qadın vəzifəsində çalışan Ağakışiyeva Elnarə Mirzəxan qızının əmək vəzifələrini kobud şəkildə pozması səbəbindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar Komitəsinin 15.*8.2*24-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndində sadalanan halda əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.

11. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 15.*8.2*24-cü il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə 15.*8.2*24-cü il tarixli, 2*1 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan halda) 15 avqust 2*24-cü il tarixindən ləğv edilməsi əmr edilmişdir.

12. Həmin əmrdən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmasına dair (uşağı döyməsi) valideyn müraciəti, işçilərin izahatları, aktlar və müvafiq təsdiqedici sənədlər Sumqayıt şəhər 45 nömrəli körpələr evi uşaq bağçasına daxil olmuşdur. İddiaçı işdə olduğu üçün əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehinə nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar izahat verməyə və Sumqayıt şəhər 45 nömrəli körpələr evi uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin yığıncağında sözügedən məsələyə baxılması ilə əlaqədar iclasa iştirak etməyə çağırılsa da, həmin iclasda iştirak etməkdən imtina etmişdir (proses aktlaşdırılmışdır). Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin 15.*8.2*24cü il tarixli məktubu ilə bağçaya təqdim edilmiş qərara əsasən İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Beləliklə, İddiaçı yuxanda qeyd olunan hərəkəti onunla bağlanmış əmək müqaviləsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

13. İş materiallarında olan 19.*8.2*24-cü il tarixdə Rəhimova S.M, Əbdürəhmanova Ş.T, Ələkbərova V.F tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil almışdır.

14. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə verdiyi 19 avqust 2*24-cü il tarixli izahatından görünür ki, 14.*8.2*24-cü ildə Sumqayıt şəhər 45-ci məhəllədə yerləşən 45 saylı uşaq bağçasında xidməti fəaliyyətini davam etdirərkən həmin zaman bağçada olan azyaşlının valideyni ona başqa uşağı qəsdən incitdiyini iddia etmişdir. Lakin bununla razılaşmadıqda aralarında mübahisə başlamışdır. Ətrafda olan iş yoldaşları sakit qalmağa dəvət etdilər. Bunun nəticəsində Sumqayıt ŞPİ 3-cü PB-yə dəvət olunmuş və polis əməkdaşı tərəfindən izahatı alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər körpələr evində paltar dəyişən vəzifəsində işləmiş və verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlməyə, səmərəli fəaliyyət göstərməyə çalışmışdır. Tapşırılan işləri layiqincə yerinə yetirdiyi üçün, rəhbərlik tərəfindən dəyərləndirilmiş və ona *5.*1.2*22-ci il tarixdə 45 saylı körpələr evi-uşaq bağçasının müdirinin 1 saylı əmrinə əsasən təşəkkür elan edilmişdir. Lakin bir neçə müddət bundan əvvəl iş yerində ona qarşı olan münasibətlər mənəvi sarsılmağına və məyus olmağına səbəb olmuşdur. Belə ki, o, Sumqayıt şəhəri 45 saylı Körpələr evi-uşaq bağçasına 3*.*8.2**2-ci il tarixli, 32 saylı əmrə əsasən paltar dəyişən vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt onunla müddətsiz əmək müaviləsi bağlanmış və minimum əmək haqqı məbləğində məvacib ödənilmişdir. Bu illər ərzində işində nöqsan aşkarlanmamış və heç vaxt ondan şikayət edilməmişdir. Çünki işinə vicdanla yanaşmış, verilən tapşırıqları vaxtında və qüsursuz icra etmişdir. Cari ilin iyun ayının onunda məzuniyyətdən qayıdan gün ona məxsus mobil nömrəyə həmin bağçanın təsərrüfat işləri üzrə müdiri Şəhla Əbdürəhmanova zəng edərək, müvəqqəti olaraq qrupların birində tərbiyəçi müəllim olmadığından, onu əvəz edəcəyini bildirmişdir. Həmin vaxt Ş.Əbdürəhmanova səhhəti ilə bağlı xəstəxanada müalicə aldığı üçün bülletendə idi. Yəni həmin vaxt ona hər hansı göstəriş verməsi tamamilə qanunsuz olmuşdur. Amma o işini itirməmək xətrinə razılıq vermişdir. Razılıq verməmişdən öncə Ş.Əbdürəhmanovaya pedaqoji təhsilinin olmadığını və o cümlədən uşaqlarla işləmək çox məsuliyyət tələb edən iş olduğunu qeyd etsə də, o, razılaşmamış və müəllimlər məzuniyyətdən qayıdana qədər həmin işdə işləyəcəyini təkid etmişdir. Çünki həmin vaxt müəllimlər məzuniyyətdə idi və uşaqların təlim-tərbiyəsi ilə məşğul olan yox idi. Yuxarıda da qeyd etdiyi kimi, işini itirmək qorxusu olduğundan, 1*.*6.2*24-cü il tarixdən 14.*8.2*24-cü il tarixədək, heç bir əmr verilmədən, əmək müqaviləsinə dəyişiklik edilmədən uşaqların “təlim tərbiyəsi” ilə məşğul olmağı üçün qruplardan birinə göndərilmişdir. O, pedaqoji təhsilinin və stajının olmamasına baxmayaraq, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq, heç bir əsas olmadan 15.*8.2*24-cü il tarixdə 2*1 saylı əmrə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə, yəni guya “əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” işdən azad edilmişdir. Bu qədər əsassız, qanunsuz və heç bir sübuta söykənməyən qərarın verilməsində məqsədin nə olduğunu hələ də başa düşmür. 15.*8.2*24-cü il tarixli 2*1 saylı əmri qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli və o, öz işinə bərpa edilməlidir. Belə ki, onun qrupda olan uşaqlardan birini döyməyinə dair işəgötürən tərəfindən heç bir sübut təqdim edilməmişdir. Əgər iddiaçı qrupda olan hər hansı uşaqlardan birini döyüb ona xəsarət yetirsə idi, onun barəsində şikayət olunar və araşdırma aparılardı. Lakin bu barədə heç bir araşdırma aparılmamış, izahatı belə alınmamışdır. Ona görə də bu əmrin ona qarşı qərəzli bir münasibət və ya hər hansı məqsədlə verildiyini düşünür. İddiaçı həmçinin X7nın qərarını da qanunsuz hesab edir. Çünki həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, ətraflı araşdırılma aparılmamış, həmkarlar ittifaqının yığıncağına dəvət edilməmiş və ittifaqın razılığı öncədən alınmamışdır. Bir daha qeyd etmək istəyir ki, üzərinə düşən işi vicdanla və lazımınca yerinə yetirmiş və müqavilə ilə müəyyən edilmiş öhdəliklərə əməl etmişdir. O, Qubadlı rayonundan məcburi köçkündür və 1993-cü ildən Sumqayıt şəhərində məskunlaşmışdır. Hazırda da Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 9 saylı yataqxananın 31 nömrəli otağında ailəsi ilə birlikdə yaşayır. Bir azyaşlı övladı var, onun saxlanılması, maddi tələbatlarının ödənilməsi üçün işləməyə ehtiyacı vardır. Əgər ona qanunsuz olaraq verilmiş əmr ləğv olunmasa, bundan sonra işləmək imkanı məhdudlaşacaq. Onda da övladının bir fərd kimi böyüyüb boya başa çatmasında, o cümlədən digər maddi tələbatlarının ödənilməsində çətinliklərlə üzləşəcək. Çünki tək qazanc yeri Cavabdeh idi. İyirmi iki ildir eyni müəssisədə paltar dəyişən vəzifəsində fasiləsiz olaraq qüsursuz işləyir. Göstərilənlərə əsasən, 15 avqust 2*24-cü il tarixli, 2*1 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, öz iş yerinə bərpa olunması və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı bağçada əmək fəaliyyətinə *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinə əsasən dəyişəyəbaxan tikişçi qadın vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. İddiaçı əmək fəaliyyəti dövrdə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, iddiaçı 31.*1.2*24-cü il tarixdə əmək vəzifələrini pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını ve əmək vəzifələrini kobud şəkildə pozmasına dair (uşağı döyməsi) valideyn müraciəti, işçilərin izahatları, aktlar və müvafiq təsdiqedici sənədlər bağçaya daxil olmuşdur. İddiaçı uşağı döydüyü gün işdə olduğu üçün əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehinə nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar izahat verməyə dəvət edilsə də imtina etmişdir. Bağça tərəfindən iddiaçının yuxarıda qeyd olunan hərəkəti onunla bağlanmış əmək müqaviləsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, müvafiq sənədlər X7 Komitəsinə göndərilmişdir. İddiaçı həmin gün keçirilən X7 Komitəsinin yığıncağında sözügedən məsələyə baxılması ilə əlaqədar iclasa iştirak etməyə çağırılsa da, həmin iclasda iştirak etməkdən imtina etmişdir. X7 Komitəsinin 15.*8.2*24-cü il tarixli məktubu ilə Bağçaya təqdim edilmiş qərarına əsasən İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Bağçanın 15.*8.2*24-cü iİ tarixə 2*1 nömrəli əmrinə əsasən dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan halda) 15 avqust 2*24-cü il tarixindən ləğv edilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmrlə tanış edilməklə əmək kitabçası təhvil alması ona təklif edilmişdir. Lakin iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq, həmin xitam əmri ilə tanış olmasına dair qeydi əmrə yazmaqdan və əmək kitabçasını təhvil almaqdan imtina etmiş, onun bu imtinası bağçanın əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Lakin 16.*8.2*24-cü il tarixdə iddiaçı əmək kitabçasını, bağçadan təhvil götürmüş, həmin gün də rəsmi ərizə yazaraq işə bərpa edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı 15.*8.2*24-cü il tarixdə işdən azad edildiyi gün əmrlə tanış olmuş əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmişdir. İddiaçı 15.*8.2*24-cü il tarixdən etibarən 1 ay ərzində bağçaya mediasiya təklifi göndərməmiş, işəgötürən olaraq bağçaya qarşı mediasiya prosesi başlatmamışdır. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya *1.1*.2*24-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə 3*.1*.2*24-cü il tarixdə göndərilmişdir. Belə ki, iddia müddəti ötürülmüşdür.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasıda 2* ildir ki tərbiyəçi müəllim vəzifəsində çalışır. 15 ildir ki, Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar Komitəsində işləyir. 14 avqust tarixində uşaqları yuxudan sonra həyətə çıxarmışlar və kölgəliklərdə uşaqlarla birgə əyləmişlər. Bu zaman valideynlərdən biri ilə iddiaçı arasında narazılıq yaranmış və bağçanın həyətində səs-küy olmuşdur. Valideynin yanına yaxınlaşan zaman bildirmişdir ki, iddiaçı uşaqlardan birini döymüşdür. Bundan əlavə də seçkilər zamanı bağçadaxili də iddiaçı başqa bir əməkdaşa qarşı nalayiq ifadələr işlədərək dalaşmışdır.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında psixoloq vəzifəsində çalışır. Hadisə olan zaman uşaqları həyətə çıxarmışdılar. O, valideynin səs-küyünü eşidərək iddiaçı ilə valideynin mübahisəsi olduğu yerə getmişdir ki, sakitçilik yarada bilsin. Bu zaman valideyn ona uşağın iddiaçı tərəfindən döyüldüyünü bildirmişdir. Bundan əlavə valideynlə danışıq aparsa da, iddiaçı barəsində şikayət edəcəyini bildirmişdir. 2*. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasıda dayə vəzifəsində çalışır. İddiaçı bağçada sökük və tikişə ehtiyac olan anlarda gələrək tikişçi qadın vəzifəsini yerinə yetirmişdir. O, bağçada müəllim olaraq işləməmişdir. Hadisə zamanı o, içəridə olmuşdur və baş verənləri görməmişdir.

21. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2*24-cü il tarixli, 2(*6*)-7396/2*24 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, iddiaçı 31.*1.2*24-cü il tarixində əmək vəzifələrini pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (sonuncu xəbərdarlıqla şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bundan əlavə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15.*8.2*24-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. İddiaçı 15.*8.2*24-cü il tarixli əmrə əsasən (16.*8.2*24-cü il tarixdə əmək kitabçasını təhvil almış) işdən azad olunmuş, iddiaçı tərəfindən *1.1*.2*24-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, 24.1*.2*24-cü il tarixdə ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə ilk dəfə məhkəməyə 3*.1*.2*24-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

23. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 71, Əmək Məcəlləsinin 2, 3, 42, 7*, 71, 72, 76, 8*, 186.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bağçada əmək fəaliyyətinə *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinə əsasən “dəyişəyəbaxan tikişçi qadın” vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Əmək funksiyalarına yumşaq materialı (yataq dəstləri, adyal, dəsmal, pərdə, jaluz, xalça və s.) təhvil almaq, nömrələnmiş, qaytanlanmış, möhürlənmiş jurnalda qeyd aparmaq, xadimə dayələrdən yumşaq materialı qrafikə əsasən təhvil almaq, təhvil vermək (həftədə 2 dəfə, qış mövsümündə həftədə 1 dəfə), yumşaq materialın cırıq və söküyünə nəzarət etmək, bağça üzrə pərdə, jalüz, xalça və digər yumşaq materialların təmizliyinə nəzarət etmək, bağça üçün lazım olan geyim dəstlərinin (ləçək, önlük, tədbirlər üçün geyimlər və s.) tikilməsi və saxlanılması daxildir. Əmək müqaviləsində vəzifəsinin “dəyişəyəbaxan tikişçi qadın” kimi qeyd olunmasına baxmayaraq, 1*.*6.2*24-cü il tarixdən 14.*8.2*24-cü il tarixədək heç bir əmr verilmədən, əmək müqaviləsinə dəyişiklik edilmədən uşaqların təlim tərbiyəsi ilə məşğul olması üçün qruplardan birinə göndərilmişdir. Qeyd etmişdir ki, əvvəllər də bu hal baş vermişdir. Belə ki, əmək müqaviləsinə əsasən dəyişəyəbaxan tikişçi qadın vəzifəsində işləməsinə baxmayaraq, müdriyyət tərəfindən vəzifəsindən kənar işlər tapşırılmış, o da buna etiraz etmiş, lakin etiraz etdiyi üçün ona qanunsuz xəbərdarlıqlar olunmuşdu. Həmçinin onu da vurğulamışdır ki, heç bir uşağa əl qaldırmamış və döyməmişdir. Hətta məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5, Şahid və X2 da onun hər hansı bir uşağı döydüyünü görmədiklərini və belə bir hala şahid olmadıqlarını bildirmişdirlər. Ona görə də hesab edir ki, 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmr qanunsuz və əsassızdır. Həmçinin qeyd etmişdir ki, onun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron- Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia müddətini ötürməmişdir. Belə ki, 16.*8.2*24-cü il tarixdə Cavabdeh müdiri Ruhiyyə xanım Məhərrəmovaya ərizə ünvanlayaraq, işə bərpa olunmasını xahiş etmiş və eyni zamanda həmin tarixdə X19 Xidmətinin Abşeron Xızı Regional şöbəsinə şikayət ərizəsi ilə mürəciət edərək pozulmuş əmək hüquqlarının bərpa olunmasını xahiş etmişdir. 22.*8.2*24-cü il tarixdə həm Abşeron- Xızı Regional Təhsil İdarəsinə, həm də Sumqayıt şəhər 45 saylı körpələr evi uşaq bağçasına “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmişdir. Bundan sonra *9.*9.2*24-cü il tarixdə Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatına “15.*8.2*24-cü il tarixli, N-2*1 saylı əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi praqula görə əmək haqqı” tələbi ilə bağlı müraciət etmiş, mediasiya işi mediator X15 icraatına verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediator tərəflərə bildiriş göndərmiş və 18.*9.2*24-3*.*9.2*24-cü il tarixlərdə mediasiya prosesi keçirilmişdir. Proses zamanı Abşeron-Xızı Regional Təhsil İdarəsinin 3-29-36/2-9*7/2*24 nömrəli, *3.*6.2*24-cü il tarixli və eyni zamanda Cavabdeh 24.*9.2*24-cü il tarixli etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 etiraz edərək, mediasiya prosesinə xitam verilməsini xahiş etmişdir. Əsas kimi də onun Cavabdehna “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmədiyini qeyd edilmişdir. Bu səbəbdən də Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatının mediatoru X24 iddaçı tərəfindən cavabdehə təklif göndərilmədiyi üçün mediasiya prosesinə xitam vermiş və bu barədə MŞS/MT*3*/2*24-*1975 sayl *9.1*.2*24cü il tarixli protokol tərtib etmişdir. 18.*9.2*24-3*.*9.2*24-cü il tarixlərdə keçirilən mediasiya prosesi zamanı o, Cavabdehna “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmədiyini bildikdən sonra *1.1*.2*24-cü il tarixdə yenidən bağçaya təklif göndərmişdir. Yəni mediasiya prosesi davam edə-edə bu hərəkətləri etmişdir. *1.1*.2*24cü il tarixli təkliflə bağlı mediasiya prosesi keçirilmiş və Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatının mediatoru X6 tərəflərə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞS/MT*3*/2*24-*2273 saylı, 24.1*.2*24-cü il tarixli arayış təqdim etmişdir. Daha sonra 28.1*.2*24-cü il tarixdə vəkillə müqavilə bağlamış və 3*.1*.2*24-cü il tarixdə iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasına təqdim olunaraq qeydiyyatdan keçmişdir. Göründüyü kimi o, prosessual müddəti ötürməmişdir. Xüsusilə vurğulamışdır ki, Cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsidir. Yuxarıda da qeyd olunduğu kimi, hər iki quruma təklif göndərmiş, lakin ona məlum olmayan səbəblərdən təklifin biri ünvana göndərilmiş, digəri isə göndərilməmişdir. Əgər o, hüququnun pozulduğunu bildiyi andan bir ay müddətində ümumiyyətlə heç bir orqana müraciət ünvanlamasaydı, onda prossesual müddəti ötürmüş hesab olunardı. Lakin mülki işin materiallarından da görünür ki, o öz hüquqlarını bərpa etmək üçün bütün prosessual imkanlardan vaxtında istifadə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, qeyd olunan dəlillər iddiaçının şəxsi mülahizə xarakterli fikri olmaqla, heç bir əsası yoxdur. Əksinə iş materiallarında olan uşağın döyülməsi barədə valideyn şikayəti, polis idarəsinin təqdim etdiyi araşdırma materialında olan sənədlər, məzuniyyətdə olan işçilərin əvəz edilməsi barədə əmr, həmkarlar komitəsinin protokolu, poçt şöbəsinin məktubu, iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu izahatlar, o cümlədən şahid ifadələri ilə təsdiqini tapmışdır ki, iddiaçı bağçada işləyərkən müəssisədaxili intizam qaydalarını və iş ahəngini pozaraq, azyaşlı uşaqlardan birini döymüş, əvvəllər də müəssisədaxili intizam qaydalarını pozuğuna və kobud rəftara görə 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi almış, Həmkarlar İttifaqı Komitəsinin 15.*8.2*24-cü il tarixli məktubu ilə bağçaya təqdim edilmiş qərara əsasən İddiaçı tərəfindən emək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilməklə, iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi həmkarlar komitəsi ilə razılaşdırılmış, mediasiya təklifi işəgötürən olaraq bağçaya 1 ay ərzində təqdim edilmədiyinə görə mediasiya prosesi həmin müddət ərzində başlamamış və bu səbəbdən iddia müddəti ötürülmüşdür. Yəni apellyasiya şikayətinin qeyd olunan dəlilləri birinci instansiya məhkəməsində təqdim etdikləri sübutlarla tamamilə təkzib olunur. Şikayətin qeyd olunan dəlilləri manipulyasiya cəhdi olmaqla, özünü müdafiə xarakterlidir və məhkəmənin diqqətini əsas sübutlardan yayındırmaq məqsədi daşıyır. İşdəki mötəbər sübutlarla müəyyən edilir ki, iddiaçı əmək intizamını kobud şəkildə pozmuş, nəticədə bağçada çalışanların və valideynlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyindən, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onu Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən “əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam məsuliyyətinə cəlb etməkdə Cavabdeh haqlı olmuşdur. İşdə olan təkzibedilməz sübutlarla iddiaçı tərəfindən əmək funksiyalarının, müəssisədaxili intizam qaydalarının və əmək qanunvericiliyinin tələblərinin pozulduğu, apellyasiya şikayətinin qeyd olunan dəlillərinin isə tamamilə təkzib olunduğu müəyyən olunur. İddiaçı heç bir halda uşaqları döyməməli, müəssisədə iş ahəngini pozmamalı, heç kəsə qarşı hər hansı fiziki zorakılıq hərəkətləri etməməli, o cümlədən hər hansı formada kobud rəftara yol verməməli idi. Əksinə iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu aqressiv tonda “mən uşağı döyməmişəm, uşaq hasara dırmaşdığı üçün, onu dartıb aşağı düşürmüşəm” məzmunlu izahatından da görünür ki, iddiaçı nəinki əməlindən peşman olmuş, hətta özünün azyaşlıya qarşı aqressiv tonda hərəkətinə və kobud rəftarına bəraət qazandırmışdır. Qeyd olunan Qanuna əsasən uşaqların təhlükəsizliyi və rifahı məktəbəqədər təhsil müəssisəsi olaraq Cavabdeh üçün böyük əhəmiyyət kəsb edir və bağça orada təhsil alan uşaqları hər hansı zərər və ya pis rəftardan qorumağa borcludur. Cavabdeh ciddi davranış kodeksi olan müəssisədaxili intizam qaydaları və uşaqlara qarşı hər hansı bir sui-istifadə və ya zərər üçün qanuna əsaslanan sıfır tolerantlıq siyasəti var. İddiaçının hərəkətləri bu qaydaları və siyasəti açıq şəkildə pozmaqla, onun bu davranışı təhsil mühitində tamamilə qəbuledilməzdir. Nəzərə almalıyıq ki, iddiaçı işə bərpa olunmağa çalışır və onun fəaliyyəti 1-6 yaşlı uşaqların tərbiyə olunduğu müəssisədə olmuşdur. İş materiallarında iddiaçının əvvəllər də kobud rəftarla bağlı sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi alması və həmin intizam tənbehinin qüvvədə olduğu 6 ay müddət bitmədən təkrarən kobud rəftara yol verməsi barədə təkzibedilməz sübutlar var. Bu da iddiaçının psixi vəziyyətinin normal olmaması, məktəbəqədər təhsil müəssisəsində çalışmağa uyğun olmaması anlamına gəlir. Hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən qeyd olunan xüsusatları xüsusilə qiymətləndirməlidir. Bundan başqa apellyasiya şikayətində qeyd olunan iddiaçının məzuniyyətdə olan tərbiyəçini əvəz etməsi barədə dəlili də manipulyasiya cəhdi olmaqla, məhkəməni aldatmaq məqsədi daşıyır. Belə ki, məhkəməyə təqdim etdiyimiz *1.*8.2*24-cü il tarixli, 186 saylı əmrdən və ərizələrdən də görünür ki, Cavabdehnda 1 ştat tərbiyəçi vəzifəsində çalışan X9 *1.*8.2*24-16.*8.2*24-cü il tarixlərdə əmək məzuniyyətində olmuş, onun vəzifəsi tərbiyəçilər X1* və X11 tərəfindən hər biri *,5 ştat olmaqla əvəzetmə qaydasında icra edilmişdir. Göründüyü kimi apellyasiya şikayətinin bu dəlili də tamamilə təkzib olunur. Hazırki məhkəmə mübahisəsi üzrə mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya *1.1*.2*24-cü il tarixli mediasiva təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə 3*.1*.2*24-cü il tarixdə göndərilmişdir. İddiaçı tərəf iddia edir ki, iddiaçı bağçaya mediasiya təklifi göndərmiş, lakin ona məlum olmayan səbələrdən bağçaya çatmamış, ona görə də müddət buraxılmamışdır. Bu tamamilə yalan məlumat olmaqla manipulyasiyadır və hesab edir ki, məlumatların təhrif olunması kimi qəbul edilməlidir. İddiaçı işdən çıxarılmasını dərhal bilmiş, bu barədə əmrin ləğv olunması ilə bağlı hansı addımları atmalı olduğunu çox yaxşı anlamışdır. X21 16.*8.2*24-cü il tarixdə dərhal şikayət ünvanlaması, həmin tarixdə bağçaya işə bərpa olunması üçün ərizə ünvanlaması da bu faktı bir daha təsdiq edir. İddiaçı Abşeron-Xızı Regional Təhsil İdarəsinə 21.*8.2*24-cü il tarixdə mediasiya təklifini şəxsən ünvanlamış və həmin təklifi də özü imzalamışdır. İddiaçının hər hansı sənədləri düzgün hazırlamayıb poçtla göndərməməsi məsuliyyətini də özü daşıyır, yəni bu subyektiv haldır. Ona görə də mediasiya prosesi ilə bağlı atılmış bütün addımlara görə iddiaçı özü məsuliyyət daşıyır. Hətta Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı başlamış mediasiya prosesi üzrə icraatda iddiaçı şəxsən iştirak etmiş, bağçaya qarşı mediasiya təklifi göndərmədiyini bilmişdir. X29 həmin vaxt iddiaçıya bağçaya qarşı mediasiya prosesinin başlanmadığını, təkif məktubu göndərildikdən sonra mediasiya prosesinin başlana biləcəyini izah etmişdir. İddiaçı həmin vaxt bağçaya təklif göndərmək əvəzinə 28 avqust 2*24-cü il tarixdə poçtdan saxta qəbz əldə etmiş, həmin qəbzi X29ə təqdim edərək guya bağçaya qarşı da mediasiya təklifini göndərdiyini iddia etmişdir. Mediatora və iddiaçıya öz etirazlarını bildirmiş, bağçaya hər hansı təkilif məktubunun göndərilmədiyini, bu səbəbdən mediasiya prosesinin başlanmadığını və iddiaçının sənəd saxtalaşdırdığını bildirmişlər. Bu faktı sübut etmək üçün "xxxx" MMC-nin Sumqayıt Regional poçt filialına sorğu ilə müraciət etmiş, cavab məktubunda mediatora təqdim edilmiş poçt qəbzinin etibarsız olduğu, bağçaya hər hansı mediasiya təklifinin göndərilmədiyi, aidiyyəti poçt əməkdaşının barəsində intizam tədbirinin görüləcəyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı hər hansı üzrlü sayıla biləcək halla qarşılaşmamış, əksinə sənədləri saxtalaşdırmağa və mediasiya təşkilatını aldatmağa cəhd etmiş, bu baş tutmadığı üçün *1.1*.2*24-cü il tarixdə Bağçaya qarşı mediasiya təklifi göndərmişdir. İddiaçının müddəti buraxması üzrlü səbəblərdən və obyektiv hallardan olmamış, subyektiv hallardan (səhvini bildiyi halda iddiaçının sənəd saxtalaşdırmağa çalışmasına görə) olmuş, onun əlində müddəti buraxmamaq üçün kifayət qədər imkanlar olmuşdur. O bu imkanlardan yararlanmaq əvəzinə sənəd saxtalaşdırmağa, mediatoru, bağçanı və gələcəkdə məhkəməni aldatmağa çalışmışdır. Əgər onlar vaxtında bu faktı aşkara çıxarmasaydı, iddiaçı saxta sənədlər əsasında mediasiya arayışını əldə edər və məhkəməyə təqdim etmiş olardı. Beləliklə, iddiaçının nümayəndəsinin vəsatətində qeyd olunmuş “iddiaçı eyni zamanda hər iki quruma, yəni Regional İdarəyə və Bağçaya təklif göndərmişdir” iddiasının tamamilə yalan olmasını sübuta yetirmişdir. Yuxarıda qeyd olunanardan göründüyü kimi, iddiaçı iddia müddətini subyektiv hallara görə ötürmüşdür. Yəni iddiaçı işdən azad edilməsi faktını 15.*8.2*24-cü il tarixdə bilsə də, bağçaya qarşı mediasiya prosesini *1.1*.2*24-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə *1.1*.2*24-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahihəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübut edə bilməmiş, şikayəti ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğv olunması üçün əsas ola bilməz.

27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi İlhamə Abdullayeva apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Kollegiyasının 22 oktyabr 2*24-cü il tarixli, № KQ-15 saylı qərarına əsasən təsdiq edilmiş 3 nömrəli əlavə ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Həmin qərarın 2.32-ci bəndinə əsasən Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçası Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasından əldə edilmiş sənədlərdən və Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-7396/2*24 saylı, 29.12.2*24-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında “dəyişəyəbaxan tikişçi qadın” vəzifəsinə təyin edilmiş, əmək fəaliyyəti dövründə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, İddiaçı 31.*1.2*24-cü il tarixində əmək vəzifələrini (intizam qaydalarını) pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin əmr qanuni qüvvəsini almış, İddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (sonuncu xəbərdarlıqla şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini (intizam qaydalarını), o cümlədən iş yerində işin, əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Bu səbəbdən qanunvericiliyin tələblərinə riayət olunmaqla, Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 15.*8.2*24-cü il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə 15.*8.2*24cü il tarixli, 2*1 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan halda) 15 avqust 2*24-cü il tarixindən ləğv edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(*6*)-7396/2*24 nömrəli mülki iş üzrə 29 dekabr 2*24-cü il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması xahiş edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3*. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)

32. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

33. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

39. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri 4*. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *3.*3.2*25-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.

43. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsi 45 nömrəli körpələr evi uşaq bağçasında *2.*9.2**2-ci il tarixdən “dəyişəyəbaxan tikişçi qadın” vəzifəsini icra etmiş, 15.*8.2*24-cü il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

44. İş materiallarından görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçası ilə İddiaçı arasında bağlanmış *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında “dəyişəyəbaxan tikişçi qadın” vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, iddiaçı 31.*1.2*24-cü il tarixində əmək vəzifələrini pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (sonuncu xəbərdarlıqla şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.

45. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddiaçı “paltar dəyişən” vəzifəsində işləmişdir. O, uşaqlara nəzarət etməmişdir. Belə ki, iddiaçı ona aidiyyəti olmayan işi görmüşdür. İddiaçı iddia edir ki, baxçada uşaq qrupuna nəzarət etmişdir, halbuki həmin zaman orada tərbiyəçilər Aysel Səfərova və Günel Behbudova məzuniyyətdə olan əməkdaşı əvəz etmişdirlər. iddiaçı bəraət almaq üçün bildirmişdir ki, uşağı döyməyib, halbuki orada səs-küy yaranmış və polis əməkdaşı dəvət olunmuşdur. Uşağın döyülməsi ilə bağlı valideyinlər izahat vermişlər və akt tərtib olunmuşdur. Eyni zamanda iddiaçının işdən çıxarılması ilə bağlı əmrdə onun etdiyi hərəkətlər barədə qeyd olunmuşdur. Bundan başqa iddiaçıya daha öncə də parlament seçkisi keçirilən zaman etdiyi hərəkətlərə görə şiddətli töhmət verilmişdir.

46. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Sumqayıt şəhər 45 saylı körpələr eviuşaq baxçasında texniki işçi kimi işləmişdir. Təsərrüfat müdirinin tapşırığı ilə tərbiyəçini əvəz etmişdir. Belə ki, yay aylarında tərbiyəçi müəllimələr məzuniyyətdə olduğu üçün müəllim çatışmazlığı yaranır və onlar həmin əmıkdaşları əvəz edirlər. Uşaq dinc uşaq olmamış və o həmin uşaq hasara çıxa bilməsin deyə onu gətirib öz yanında otuzdurmuşur. O, həmin uşağı vurmamışdır. Uşağı gətirib öz yanında otuzduran zaman başqa bir valideyin bu halı görmüş və orada səs-küy yaratmışdır.

47. İşdən görünür ki, Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə Azərbaycan Republikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq 31.*1.2*24-cü il tarixdə iş vaxtında Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasında bağçanın dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını, eləcə də müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. 14.*8.2*24-cü il tarixdə Göyərçinlər qrupunun tərbiyəçisi Səfərova A.B., xadimə dayə Şıxıyeva G.B. və təsərüfat müdirini əvəz edən Fərəcova L.İ. tərəfindən tərtib edilmiş aktlardan görünür ki, dəyişəyəbaxan tikişçi qadın İddiaçı iştirakı ilə 14.*8.2*24-cü il tarixində əmək vəzifəsini kobud şəkildə pozmasına görə tərtib olunmuş aktı imzalamaqdan, o cümlədədn izahat yazmaqdan imtina etmişdir.

48. Həmçinin işin araşdırılmış halları ilə iddiaçının işlədiyi müəssisədə uşaqların təlim tərbiyəsi ilə məşğul olması üçün qruplardan birinə göndərilməsi halı müəyyən edilməmiş, bu barədə məhkəməyə mötəbər sübut növü təqdim edilməmişdir.

49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci madəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 5*. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə 15.*8.2*24-cü il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlillər həmin əmrin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

52. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən cavabdeh tərəfindən son haqq-hesabın iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün deyil gecikdirilməklə verilməsi halı müəyyən olunsa da, əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsas mövcud olmuş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15.*8.2*24-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

54. İş materiallarında olan "xxxx" MMC-nin Sumqayıt Regional Poçt Filialının cavabdehə ünvanladığı 3*.*9.2*24-cü il tarixli, 11/51 nömrəli məktubunda göstərilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, 28.*8.2*24-cü il tarixində vətəndaş İddiaçı hüquqi nümayəndəsi və vəkili kimi özünü təqdim edən Cavad adlı şəxs AZ5**1 saylı poçt şöbəsinin əməliyyatçısına yaxınlaşaraq, Abşeron-Xızı Regional Təhsil İdarəsinə SS9*743**97AZ ştrix kodlu sifarişli məktub göndərmişdir. Həmin məktub Təhsil İdarəsinin nümayəndəsi tərəfindən təhvil alınmışdır. 19.*9.2*24-cü il tarixində Cavad yenidən poçt şöbəsinə yaxınlaşaraq onların əməkdaşına Abşeron-Xızı Regional Təhsil İdarəsinə göndərdiyi əvvəlki məktubu Sumqayıt 45 saylı körpələr evi uşaq baxçasına göndərməli olduğu halda, səhvən Təhsil İdarəsinə göndərdiyini bildirmişdir. Odur ki, 45 saylı körpələr evi uşaq baxçasına məktub göndərilməsi barədə yeni qəbz verilməsini tələb etmişdir. Əməkdaşdan 19.*9.2*24-cü il tarixli 44*787513 saylı ödəniş qəbzi əldə edib, 22.*8.2*24-cü il tarixli təqvim möhürü ilə möhürlətidirərək heç bir məktub təqdim etmədən poçt şöbəsini tərk etmişdir. Mediasıya təşkilatına təqdim edilmiş həmin qəbzlə 45 saylı körpələr evi uşaq baxçasına məktub göndərilmədiyi üçün qəbz tərəflərindən etibarsız hesab edilmişdir. Əməkdaşının yol verdiyi intizam xətasına görə əmək qanunvericiliyinə uyğun olaraq barəsində intizam tənbehi veriləcəkdir.

55. Beləliklə iş materialları ilə müəyyən olunur ki, İddiaçı 15.*8.2*24-cü il tarixli əmrə əsasən işdən azad olunmuş və 16.*8.2*24-cü il tarixdə əmək kitabçasını təhvil almışdır. İddiaçı tərəfindən *1.1*.2*24-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olmuş və 24.1*.2*24-cü il tarixdə ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Daha sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 3*.1*.2*24-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

56. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 3* iyul 2*21-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermədiyi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

59. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, kollegiya hesab ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-7396/2*24 saylı, 29.12.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-7396/2*24 saylı, 29.12.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar