Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-518/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi doğum akt qeydinin bərpası tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindənverilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, atası Məmiş Babayev, anası Fatimə Babayeva, milliyyəti azərbaycanlı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilməsinin doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsas olması, qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim G.K.İmanoa). Qətnamədən narazı qalan Ərizəçi apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək anası X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olması, doğum akt qeydinin bərpa edilməsi və X7 ata qrafasında X12, ana qrafasında X15 yazılmaqla milliyyətlərinin azərbaycanlı qeyd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi doğum akt qeydinin bərpası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X7 1935-ci ildə, atası X1 1932-ci ildə Zəngilan rayonu Xumarlı kəndində anadan olmaları, doğum akt qeydlərinin bərpa edilməsi, X7 ata qrafasında-Məmiş Babayev, ana qrafasında-Fatimə Babayeva, X1 ana qrafasında-Münəvvər Fərəcova və ata qrafasında X4, milliyyətlərinin azərbaycanlı qeyd edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin isə Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Ərizəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsinə əsasən onun ərizəsi qismən təmin edilmişdir. Hesab edir ki, anası X7 ata, ana qrafasının düzgün yazılmaması gələcəkdə qətnamənin icrasına maneçilik törədəcəkdir. Ona görə də Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək anası X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olması, doğum akt qeydinin bərpa edilməsi və X7 ata qrafasında X12, ana qrafasında X15 yazılmaqla milliyyətlərinin azərbaycanı qeyd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR : Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Ərizəçi və Maraqlı şəxsnə lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayətində ərizəçi qətnamənin ləğv olunmasını xahiş etsə də apelyasiya şikayətinin məzmunundan görünür ki, o, anası X7 doğum aktında ata və ana qrafasının düzgün yazılmadığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi həmin hissədə yoxlanılmalıır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin B-12 saylı, 01.10.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair Zəngilan rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-F-06/2/05 saylı, 21.10.2019-cu il tarixli məktubundan görünür ki, X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində qeydə alınmış doğum haqqında təkrar şəhadətnaməsinin (arayışın) verilməsi barədə müraciətə cavab olaraq bildirilmişdir ki, Zəngilan rayonu, Alıbəyli icra nümayəndiliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair sənədlər Xidmətin arxivində 1936-cı ildən saxlanıldığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müdəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq bu cür qeydi həqiqətən təsdiq edən sənədlər əsasında doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə yaşadığı ərazinin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, bununla əlaqədar məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş XXİİLS 713647 nömrəli pasportun surətindən görünür ki, X5 01.02.1932-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X13 25.04.1955-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan və Zəngilan rayonu Alıbəyli İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X5 02.08.1976-cı ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11.05.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 xx.xx.1970-ci ildə anadan olmuş, atası X5, anası isə X8r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən olunmuşdur ki, ərizəçinin anası X13 1935-ci ildə, atası X5 isə 1932-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olmuş, anası ilə atası 25.04.1955-ci ildə rəsmi nikaha daxil olmuş, atası X6 02.08.1976-cı ildə, anası X13 isə 11.05.2015-ci il tarixdə vəfat etmişlər. Ərizəçiyə ata və anasının doğum akt qeydinin bərpa edilməsi ona dövlət tərəfindən verilmiş imtiyazlardan istifadəsi üçün lazımdır. Ərizəçinin anası X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində doğulması və doğum akt qeydinin olması faktı iş materialları ilə tam sübut olunmuşdur, lakin atası X2 01.02.1932-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olması iş materialları ilə müəyyən olunsa da X2 valideynləri barədə ərizəçi kifayət gədər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də ərizəçinin atası X2 doğum akt qeydinin bərpa olunması ilə bağlı ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, ərizə qismən təmin edilməli, X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində doğulması, atası Məmiş Babayev, anası Fatma Babayeva, anasının milliyətinin azərbaycanlı olması müəyyən olunduğundan, X7 doğum haqqında akt qeydinin olması faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt bərpa edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. HəminMəcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində ləğv edilərək anası X7 1935-ci ildə Zəngilan rayonu, Xumarlı kəndində anadan olması, doğum akt qeydinin bərpa edilməsi və X7 ata qrafasında X12, ana qrafasında X15 yazılmaqla milliyyətlərinin azərbaycanı qeyd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki iş materiallarından görünür ki, Ərizəçi Alahverdi oğlu ərizə ilə məhkəməyə müraciət edərkən anası X7 1935-ci ildə Zəngilan rayonu Xumarlı kəndində anadan olması, doğum akt qeydinin bərpa edilməsi, X7 ata qrafasında-Məmiş Babayev, ana qrafasında-Fatimə Babayeva yazılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3 madəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından isə görünür ki, ərizəçinin məhkəməyə müraciət edərkən ərizəsində anasının doğum akt qeydində atasının X12, ana qrafasında X3 yazılmasını xahiş etməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayəti təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: GülnarəTağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-518/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-518/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver