Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-523/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Yasınov İsayad Əziz oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma barədə ilk iddiasına, Yasınov İsayad Əziz oğlunun İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4878/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(060)-4878/2020) ilk iddia tələbi qismən təmin edilərək, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16.07.2005-ci il təvəllüdlü Yasınov Rəvan Eynur oğlunun və 23.04.2008-ci il təvəllüdlü X5 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə köçürülmələri, ilkin iddia tələbinin qalan hissədə və Yasınov İsayad Əziz oğlunun İddiaçı1 və İddiaçı2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X8 və X9, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1059/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasınov İsayad Əziz oğlu 2(105)-1059/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnamədən kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(102)-5743/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1059/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İlk iddia hissəsində qətnamə artıq qanuni qüvvəsini almışdır. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 Yasınov İsayad Əziz oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı2, iki yetkinlik yaşına çatmamış uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2, onların uşaqları 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008ci il təvəllüdlü X5 həmin mənzilə köçürülmələri və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı yataqxana tipli yaşayış sahəsi 1988-ci ildə atası Yasınov İsayad Əziz oğluna iş yerindən verilmişdir. Həmin mənzil, dövlət mənzil fonduna aid olmaqla sonradan ailə üzvlərinin razılığı ilə özəlləşdirilərək atası Yasınov İsayad Əziz oğlunun mülkiyyətinə verilmişdir. Halhazırda mənzildə o, İddiaçı1, cavabdehlərdən atası Yasınov İsayad Əziz oğlu, anası Cavabdeh2 və yaxın qohumu X7 qeydiyyatdadırlar. Digər İddiaçı2 onun həyat yoldaşıdır. O, həyat yoldaşı ilə 17 oktyabr 2003-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla, el adəti toyla ailə qurmuş və valideynlərinin razılığı ilə, cehiz əmlakları ilə birgə ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə gəlin kimi köçmüşdür. Həmin ünvanda birgə yaşadıqları müddətdə onların iki uşaqları, 16.07.2005-ci il təvəllüdlü X15, 23.04.2008-ci il təvəllüdlü X16 doğulmuş və yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata alınmışlar. Yaşadıqları iki otaqlı mənzil sonradan genişləndirilərək, mətbəx otağı eyvana birləşdirilməklə üç otaq formasına salınmış və ailənin istifadəsində olmuşdur. 20 iyun 2020-ci il tarixə kimi ünvan 2 ünvanında yerləşən mənzilin bir otağı şəxsən onun ailəsinin istifadəsində olmuş və 20 iyun 2020-ci il tarixə kimi həmin otaqdan istifadə etmişlər. Onlara məxsus əmlaklar mənzilin bütün otaqlarında yerləşmişdir. 2019-cu ilin sentyabr ayında, bacısı Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 ilə birlikdə mənzilə qonaq adı ilə gəlmiş, baxmayaraq ki, onların ünvan 3 ünvanında bir otaqlı yaşayış sahəsi, 6 sot torpaq sahəsi və istifadələrində avtomobilləri vardır. Onlar bir daha yaşadıqları ünvana qayıtmamışlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onlarla yaşadıqları müddətdə daim ailədə sözsöhbət, narazılıq, dava-dalaş baş vermişdir. Belə ki, bacısı daim onun uşaqlarına müxtəlif bəhanələrlə, gec yatıb, gec oyandıqları üçün, həyat yoldaşı işdən gəlib yatarkən səs saldıqları üçün şişirdilmiş formada irad tutmuş, bu mübahisənin sonu dava-dalaşa çevrilmiş, onu və uşaqlarını söyüb təhqir etmiş, yaşayışları dözülməz hala gəlmişdir. Lakin valideynləri bacısının ailəsi dağılmasın deyə onun yox, bacısının və bacısının ərinin tərəfini saxlamış, baş vermiş hadisələrə iradlarını bildirməmişlər. Baş vermiş mübahisələr həyat yoldaşı İddiaçı2 səhhətinə çox pis təsir etmiş, ürəkgetmə halları baş vermişdir. Son olaraq 19 iyun 2020-ci il tarixdə o, evdə olmadığı müddətdə növbəti ailə münaqişəsi baş vermiş, bacısı bu dəfə ailənin istifadəsində olan yataq otağının şüşələrini vurub qıraraq, söyüş söyərək həyat yoldaşını və iki uşağını zorla evdən çıxarmış, onları çölə atmışdır. O, evə qayıdıb, bunlar ona məlum olanda ailə, uşağını qaynanasının evinə yerləşdirmək və yenidən işə qayıtmaq məcburiyyətində qalmışdır. 20 iyun 2020-ci il tarixdə işdən gəldikdən sonra həyat yoldaşını və uşaqlarını qaynanasıgildən götürüb, evə gəldikdə, təxminən gecə 12 radələrində, onu və ailəsini mənzilə buraxmamış,ikinci dəfə qovmuşlar. Ona görə də o, məcburiyyət qarşısında qalıb, yaxın qohumunun mənzilinə sığınmalı olmuşdur. Çünki həmin vaxt Covid-19 pandemiyası ilə bağlı sərt karantin təyin edilmişdi, kirayə mənzil tapmağı qeyri-mümkün idi. İşsiz idi, maddi imkanı yox idi. Yaşamağa yeri olmadığından, onun-bunun evində qaldığından təxminən 23 iyun 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində ona izah edilmişdir ki, mübahisə məhkəmə mübahisəsidir, məhkəməyə ərizə ilə müraciət etsin. Bu günə qədər cavabdehlər onu və ailəsini uzun illər yaşadığı və əmlakları yerləşən mənzilə buraxmır, hətta, yaxın qohumlarına baş verənləri danışıb, günahkarların bacısı və bacısının əri olduğunu bildirdiyi üçün bacısının əri, Cavabdeh4 iş yerinə gələrək, onu həyatı ilə hədələyərək söyüb, təhqir etmiş, əynindən dartıb köynəyini cırmışdır. Bu işlərin arxasında o, durmuşam, get hara deyirsən de, istiyirsən polisə de bildirmiş və söyüşlə təhqir etmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi şikayət etsə də, bu günə qədər ona heç bir cavab verilməmişdir. Ona görə hətta Azərbaycan Respublikası DİN-nin 102 Mərkəzi Məlumat Xidmətinə zəng edərək şikayət etmişdir. Hal-hazırda yaşamağa yeri olmadığından, işsiz olduğundan, ailə və maddi vəziyyəti ağır olduğundan məcburiyyət qarşısında qalaraq yaxın qohumunun evinin bir otağına sığınaraq çox çətin şəraitdə yaşayır. Bundan başqa həyat yoldaşı onunla birgə, ailəsi olaraq ünvan 2 ünvanında yerləşən mənzildə uzun illər yaşamasına baxmayaraq, cavabdehlər həyat yoldaşının mənzilə qeydiyyata alınmasına razı olmadıqlarından, onun mənzilə yaşayış hüquqları tanınmamışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq mənzildən çıxmır, onlara mənzildə rahat yaşamağa, min əziyyətlə qazandığı çörəyini rahat yeməyə imkan vermirlər. O, vətənin müdafiəsi üçün iki əsgər böyüdür, lakin cavabdehlərin günahı ucbatından onların normal yaşayışını təmin edə bilmir. Yaranmış mübahisənin başqa yolla həlli mümkün olmadığından iddiaçı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir, məhkəmə tərəfindən İddiaçı2 və iki yetkinlik yaşına çatmamış uşaqları, 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, onun və ailə üzvləri, İddiaçı2, uşaqları 16.07.2005-ci il təvəllüdlü X4, 23.04.2008-ci il təvəllüdlü X5 mənzilə köçürülməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması barədə qətnamə çıxarılmalıdır. Yasınov İsayad Əziz oğlu İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 7000 manat kompensasiya vermək yolu ilə, onların Sumqayıt şəhəri, 17-ci mkr, 56 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri 16.07.2005-ci il tarixdə anadan olmuş X15 və 23.04.2008-ci ildə anadan olmuş X16 ilə birlikdə əmlakları ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasınov İsayad Əziz oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 ona, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi ilə tanış olduqdan sonra ilkin iddia üzrə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ilkin iddia üzrə iddiaçılardan İddiaçı1 onun oğludur. Digər iddiaçı isə onun gəlinidir. İlkin iddia üzrə iddiaçıların mənzildə istifadə hüququnun olmasını qəbul edir. İddiaçı2 mübahisəli mənzilə 2003-cü ildən həmin mənzildə yaşamışdır. Onların 16.07.2005-ci tarixdə X15, 23.04.2008-ci il tarixdə X16 adlı övladları anadan olmuşdur. Hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam verilib əmlakları ilə birlikdə mənzildən çıxarılmalarını məhkəmədən xahiş edir. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41.42 kv.m olan, 26 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı mənzil 10.09.2007-ci ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 228.2-maddəsi ilə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericilik birinci növbədə tərəflər arasında hər hansı bir razılaşmanın olmamasını şərt kimi irəli sürür, ikinci mərhələdə mülkiyyətçi tərəfindən kompensasiya verilməsini əsas gətirir. Kompensasiyanın məbləği barədə qanunvericilikdə hər hansı bir düzünə göstəriş yoxdur. Lakin, Ağalarovun işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilir ki, mülkiyyətçi tərəfindən istifadəçiyə kompensasiya elə bir məbləğdə verilir ki, həmin məbləğ istifadəçiyə müəyyən müddət həmin ərazidə oxşar şəraitdə yaşamağa imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ağalarovun işi ilə bağlı hüquqi mövqeyi budur ki, istifadə hüququna malik olan şəxslərə kompensasiya verməklə onların oxşar şəraitdə müəyyən müddət ərzində yaşamaları təmin olunmalıdır. Məhkəməyə təqdim etdiyi əmlak alqı-satqısı və kirayə verilməsi mərkəzinin verdiyi arayışdan görünür ki, 17-ci mikrorayonda 2 otaqlı mənzil 160-170 manata kirayəyə verilir. Məhkəmə praktikasında kompensasiyanın məbləği 3 illik kirayə haqqından aşağı olmamalıdır. Bu isə təqribən 6120 manat təşkil edir. Beləliklə qarşılıqlı iddia üzrə cavabdehlərə 7000 manat kompensasiya verməklə onların mənzildən istifadə hüququna xitam vermək istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlu oğlu qarşılıqlı iddia ərizəsilə oxşar məzmunlu şikayət verərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 228.2, 228.3- cü maddələrinin tələbləri pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X10 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, mübahisəli 2 otaqlı mənzil əvvəllər yataqxana otağı olub. Hazırda bu mənzilin real bazar qiyməti 45000 manat civarındadır. Bu cür mənzilin 1 aylıq kirayə haqqı 145-155 manat arasında dəyişir. Hazırda qarşı tərəfə 8000 manat kompensasiya təklif edilir ki, bu məbləğlə onlar uzun müddət eyni şəraitli yaşayış yeri ilə təmin oluna bilərlər. Ona görə də qarşılıqlı iddianınq qeyd edilən məbləğ nəzərə alınmaqla təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə İddiaçı1 Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, qarşılıqlı iddiaçı onlara 20000 manat kompensasiya ödəsə, mübahisəli mənzildən çıxarılmalarına razıdır. Əks halda isə heç bir kompensasiyadan söhbət gedə bilməz. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9, ilk iddia üzrə cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yasınov Elnur İsayad oğlu ünvan 5 ünvanında rəsmi olaraq qeydiyyatdadır. Yenə iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Yasınov X6 Alimə Kərəm qızı ilə 17.10.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Yasınova” soyadı verilmişdir. Yenə də iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 16.07.2005-ci il təvəllüdlü X4 və 23.04.2008-ci il təvəllüdlü X5 atası İddiaçı1, anası isə İddiaçı2dır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Yasınov İsayad Əziz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 10.07.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə işdə olan 09 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli 2 otaqlı yataqxana tipli mənzilin hazırkı bazar qiymətləri ilə kirayəsi 145-155 manat təşkil edir. Yenə də işdə olan 14 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli 2 otaqlı yataqxana tipli mənzilin hazırkı bazar qiymətləri ilə kirayəsi 145-150 manat təşkil edir. İşə əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli 2 otaqlı yataqxana tipli mənzilin hazırkı bazar qiymətləri ilə kirayəsi 140-150 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İlk iddia hissəsində mübahisə üzrə yekun qətnamə çıxarıldığından məhkəmə kollegiyası hazırda qətnamənin yalnız qarşılıqlı iddiaya aid hissəsində araşdırma aparır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərarındakı göstərişləri, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4878/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil əvvəllər dövlət mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsi olmuş, lakin sonradan, yəni 2007-ci ildən Cavabdeh1 tərəfindən özəlləşdirilmiş, onun həmin mənzilə dair mülkiyyət hüququ müvafiq qaydada qeydə alınmışdır. Mənzil iki otaqlı olmaqla, yaşayış sahəsi 26 kv.m-dir. X22 Yasinovla 17 oktyabr 2003-cü ildə nikaha girmişlər və onların bu nikahdan Rəvan və Eşqim adlı uşaqları olmuşdur. Onlar bu mənzildə 20 iyun 2020-ci ilədək yaşamışlar. Daha öncə qeyd edildiyi kimi onların bu mənzildən istifadə hüquqları yaranmışdır. Hazırda Cavabdeh1 bu hüquqa kompensasiya verilməklə xitam verilməsində israrlıdır. Qarşılıqlı iddia qaldırılan zaman onun tərəfindən kompensasiya 7000 manat məbləğində, hazırda isə 8000 manat məbləğində təklif edilmişdir. İşdən görünür ki, ilk iddia üzrə iddiaçılar bu məbləğlə razılaşmır və mübahisəli mənzilə köçürülmələrində israr edirlər, məhz bu səbəbdən də tərəflər arasında mübahisə yaranmışdır. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında ailə-məişət zəminində kəskin münaqişə mövcuddur, onlar arasındakı münasibətlər pisləşmişdir və onların hazırda bir mənzildə yaşamaları daha ağır münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, Ali Məhkəmənin mübahisə üzrə məlum qərarında göstərilmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr ilk idda üzrə iddiaçıların mənzildən istifadə hüququna xitam verilməsi üçün mənzilin mülkiyyətçisi Cavabdeh1 təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsində qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir.Kompensasiyanın məbləğinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq norması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İş materiallarından və işin faktiki hallarından görünür ki, mübahisəli mənzil əvvəllər yataqxana tipli binanın otağı olmaqla 2007-ci ildən ilk iddia üzrə Cavabdeh1 mülkiyyətindədir. E.Yasinov və A.Yasinova isə uzun müddət mübahisəli mənzildə yaşamışlar. Tərəflər arasında münasibətlər normal olmamış, ailə daxili münaqişə içində yaşamışlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, istifadə hüququ olsa da, hazırda E.Yasinovun və A.Yasinovanın Cavabdeh1 məxsus mənzilə yaşamaq üçün köçmələri arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məhkəməyə təqdim edilmiş mənzillərin aylıq kirayə haqqı barədə müxtəlif arayışlardan görünür ki, mübahisəli mənzillə eyni şəraitli yaşayış sahələrinin aylıq kirayə haqqı təqribən 140 manatla 155 manat arasında dəyişir. Məhkəmə kollegiyası isə hər iki tərəfə münasibətdə bərabərlik prinsipini tətbiq edərək, belə qənaətə gəlir ki, kompensasiya məbləği hesablanarkən bu arayışlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Eynur Yasinova və Alimə Yasinovaya təklif olunan 8000 manatlıq kompensasiya məbləği onların davamlı olaraq müəyyən müddətdə (təqribən 53 ay) eyni şəraitli mənzildə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan 8000 manat kompensasiya məbləği qarşılıqlı iddia üzrə cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, mübahisəli mənzil iki otaqlı olmaqla, yaşayış sahəsi 26 kv.m-dir. İşə əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, hazırda mənzildə ilk iddia üzrə iddiaçı Eynur Yasinov da daxil olmaqla 4 nəfər qeydiyyatdadır. Nəzərə alınsa ki, əlavə 3 nəfərin də həmin mənzilə köçürülməsi tələb olunur, onda cəmi 26 kv.m sahəsi olan 2 otaqlı mənzildə, münaqişəli vəziyyətdə olan 7 nəfərin hansı şəraitdə yaşayacağını təsəvvür etmək belə çətindir. Məhkəmə kollegiyası, Eynur Yasinovun 20000 manat kompensasiya təklifi ilə bağlı şərt irəli sürməsinə münasibətdə hesab edir ki, bu məsələyə düzgün yanaşma deyildir. Belə ki, daha öncə qeyd olunduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Başqa sözlə, bu təklifi yalnız mənzilin mülkiyyətçisi verə bilər, təklifin qanuna uyğunluğunu və ağlabatanlığını isə məhkəmə müəyyən edir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia hissəsində işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə Eynur və Alimə Yasinovların digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət edibetməməsini, məhkəmənin özünün də kompensasiya məbləğinin müəyyən etmək imkanlarını nəzərə almamış və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi hissəsində tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 60,80 manat dövlət rüsumunun əvəzi İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Yasınov İsayad Əziz oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qarşılıqlı iddia üzrə iddiaçı Yasınov İsayad Əziz oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-4878/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul olunsun. Qarşılıqlı iddia təmin edilsin. 8000 (səkkiz min) manat kompensasiya verilməklə İddiaçı1 və İddiaçı2 (övladları 16.07.2005-ci il təvəllüdlü X15 və 23.04.2008-ci il təvəllüdlü X16 ilə birlikdə) Yasınov İsayad Əziz oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia ərizəsi, apellyasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 60,80 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Yasınov İsayad Əziz oğluna ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-523/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-523/2022
01.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver