Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-524/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə edilən maneə və müdaxiləyə son qoyulması) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(029)-877/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qusar rayonu Bala Qusar kəndində yerləşən ona məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********39 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.1 ha və ona bitişik olan xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********40 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.1 ha ümumilikdə 0.2 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Balaqusar Bələdiyyəsinin qərarına əsasən ona Balaqusar kəndində 0.1 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********39 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa o, Qusar rayon Notariat Ofisinin 25 may 2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1 sakini X3 qonşuluqda yerləşən sonuncuya məxsus 0.1 ha həyətyanı torpaq sahəsini də almış və həmin torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********40 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra o, mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə Qusar rayon Balaqusar kənd sakini Cavabdeh həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparımasına mane olmağa başlamışdır. Dəfələrlə qeyd olunan həyətyanı torpaq sahələrinin onun tərəfindən rəsmi qaydada alındığını, ona məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də, onun xəbərdarlıqlarına məhəl qoymadan cavabdeh tikinti işlərinin icrasını mümkünsüz etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən onun mülkiyyətinə məxsus torpaq sahələrindən istifadə etməyinə törədilən maneçilik tam qanunsuzdur və həmin maneçilik onun mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Bu səbəbdən də hesab edir ki, həmin müdaxiləyə son qoyulmalı, Cavabdeh tərəfindən törədilən maneçiliklər aradan qaldırılmalı və maneçiliklə bağlı hərəkətlərə son qoyulmalıdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
5. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
6. 25 may 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Bala Qusar kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini 5000 manata İddiaçı satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Qusar Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(029)-877/2022 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Qusar rayonu Balaqusar kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********39 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha və ona bitişik olan xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********40 saylı reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha, ümumilikdə 0.20 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-3cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi, 111-ci maddəsinin 2-ci bəndi və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Qusar Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(029)-877/2022 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(029)-877/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə onun və 3 nəfər ailə üzvünün X6, X14 və X9 - mülkiyyətinə Qusar rayonunun Balaqusar kəndi ərazisində 0,40 hektar torpaq sahəsi verilmiş, daha sonra onlara həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-085F KOD 30106018olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 35 ildən artıqdır ki, həmin torpaq sahəsindən istifadə edir və torpaq sahəsində, torpaq sahəsinin iddiaçının iddia etdiyi hissəsində ikimərtəbəli yaşayış evi inşa etmişdir. 27 aprel 2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək torpaq sahəsinin təkrarən dövlət qeydiyyatına alınaraq onlara torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsini xahiş etmişdir. Ərizəyə xx.xx.2022-ci il tarixli, № **********22 olan məktubla cavab verilmiş və 0,40 ha torpaq sahəsinin təkrarən adına qeydiyyata alınaraq ona çıxarış verilməsindən imtina edilmişdir. Torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətində olduğunu əsas tutaraq, torpaq sahəsinin onun adına təkrarən dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsində həmin idarəyə qarşı iddia qaldırmışdır. Sonradan Qusar Rayon Məhkəməsindən göndərilmiş iddia ərizəsindən ona məlum olmuşdur ki, mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi İddiaçı satılmış və o, həmin məhkəmədə ona qarşı "torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması" tələbinə dair iddia qaldırmışdır. Həmçinin ona məlum olmuşdur ki, 0,10 ha torpaq sahəsi iddiaçıya Qusar bələdiyyəsi tərəfindən, 0,10 ha torpaq sahəsi isə Balaqusar kənd sakini Manafov Namik tərəfindən satılmış və hər iki torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin, işin məhkəməyə hazırlıq və məhkəmə baxışı iclaslarında iştirak etmişdir. JN-085F KOD 30106018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin surətini, 0,40 ha torpaq sahəsinin 35 ildən artıq onun istifadəsində olmasını təsdiq edən Qusar rayon İHB-nin Balaqusar İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 463 saylı xx.xx.2022-ci il tarixli arayışını, üç nəfər şəxsin iştirakı ilə tərtib edilmiş aktı və Sumqayıt İnzibati Məhkəməsinin icraatında 0,40 ha torpaq sahəsinin onun adına təkrarən dövlət qeydiyyatına alınması öhdəliyinin 5 saylı Xaçmaz Əİ-nin üzərinə qoyulması barədə iddiasının olmasına dair sənədləri Qusar Rayon Məhkəməsinə təqdim etmişdir. Həmçinin məhkəmə baxışında vəsatət verərək, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiası üzrə qərar qəbul edilənə kimi Qusar Rayon Məhkəməsində işə baxılmasının dayandırılmasını xahiş etmişdir. Qeyd edir ki, məhkəmə tərəfindən təqdim etdiyi sübutlar araşdırılmamış və məhkəmə baxışında verdiyi izahat qətnamədə düzgün şərh edilməmişdir. İzahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi 0,20 ha torpaq sahəsi də daxil olmala 0,40 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Nə qədər ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-085F KOD 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mövcuddur, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının hər hansı formada pozulması qanuna ziddir. Həmçinin izahatında qeyd etmişdir ki, torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarına əsasən mülkiyyətinə verilmişdir. Qətnamədə onun izahatı kimi verilmiş şərhdə qeyd edilmiş halları ümumiyyətlə izahatında göstərməmişdir. Məhkəmə iclasının protokolunda da izahatının düzgün yazılmadığı şübhəsizdir. Məhkəmə baxışında Sumqayıt İnzibati Məhkəməsində iddiası üzrə olan iş üzrə qərar qəbul edilənə kimi Qusar Rayon Məhkəməsində iş üzrə icraatın dayandırılması üçün vəsatət vermişdir. Məhkəmə tərəfindən vəsatəti müzakirə edilməmiş və iş üzrə icraat dayandırılmamışdır. Məhkəmə tərəfindən, təqdim etdiyi sübutlar araşdırılmamışdır. Bununla da məhkəmə qətnaməsi Mülki Prosessual Məcəlləsinin maddələrinin pozulması ilə qəbul edilmişdir. Məhkəmədə işə baxılarkən mühüm əhəmiyyətli hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Hansı ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində olmuş və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsində saxlanılan sənədlərdə səhv olaraq mülkiyyətinə 0,40 ha torpaq sahəsi verildiyi halda, həmin torpaq sahəsinin miqdarı 0,20 ha kimi göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. 14 fevral 2023-cü il, 01 iyun 2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunda izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
16. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Maddə 238.3. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Qusar rayon Balaqusar Bələdiyyəsinin qərarına əsasən İddiaçı Balaqusar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********39 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, İddiaçı Qusar rayon Notariat Ofisinin 25 may 2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə bitişik olan, Qusar rayonu Balaqusar kənd sakini X5 məxsus 0.1 ha həyətyanı torpaq sahəsini də satın almış və həmin torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla **********40 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı mülkiyyətçisi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq, həmçinin özünün mülkiyyət hüququnu həyata keçirməklə orada tikinti işlərinə başlamaq istədikdə Qusar rayonu Balaqusar kənd sakini Cavabdeh həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirərək onun tikinti işlərini aparmasına və metal torla torpaq sahəsini hasara almasına mane olmağa başlamışdır. Həmin maneçiliyini hər hansı şəkildə əsaslandırmamış, torpaq sahələrinə dair hər hansı hüququnun olması barədə heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bununla da, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır.
23. İddia birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni bununla əsaslandırmış ki, iddiaçının məlum torpaq sahələrinə dair mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə son qoyulmalıdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
25. Lakin, cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-085F KOD 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mövcud olması və uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mübahisəli torpaqdan istifadə etməsi ilə əsaslandırır.
26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
27. Belə ki, kollegiya araşdırması zamanı əldə edilərək tətqiq edilmiş sübutlar müəyyən edildi ki, Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(118)- 410/2023 nömrəli Qərarı ilə iddiaçılar Cavabdeh, X4, X10, X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, İN-085F KOD30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmamışdır.
28. Eləcə də işin üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədə ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7720 nömrəli ekspert rəyi ilə aşağıda şərh olunanlar müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,10 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,10 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir və üzərində tikinti altı sahəsi 132 kv.m olan yarımçıq tikilinin inşa olunması məlum olmuşdur. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,10 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,10 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunur.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.
30. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
31. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu sahələr ilə üst-üstə düşmədiyi və cavabdeh tərəfindən həmin torpaq sahəsinin bütünlüklə zəbt edilərək istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə ilə kollegiya razılaşır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
34. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(029)-877/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.