Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-528/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-8701/2021 saylı qərardadından iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-8701/2021 saylı qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlərin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilmişdir. İddiaçı "xxxx" BOKT MMC şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-8701/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(060)-8701/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin boşaldılaraq MMC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən məcburi çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2017-ci il tarixli, 2(105)-188/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzil Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru tərəfindən boşaldılaraq müvafiq aktla tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsinə təhvil verilmiş, lakin icra sənədi üzrə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mənzil yenidən qanunsuz olaraq zəbt edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı "xxxx" BOKT MMC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 07 dekabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında iddia tələbinin əsası kredit münasibətləri, əsas öhdəliyin təminatı kimi əmlakın ipoteka ilə yüklü edilməsi və ipotekaya tutma yönəldilməsi çıxış etdiyi halda, bu iddianın əsası kimi isə iddiaçının mülkiyyətində olan və qanunla qorunan əmlakına cinayətkar qəsd təşkil edir. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən 464C-21 saylı material iizrə fakta görə Azərbaycan Respublikası CM-nin 158.1-ci maddəsi ilə cinayət işinin başlanması buna birbaşa sübutdur. Cavabdehlər mübahisəli mənzildən çıxarılana və qeyd edilən cinayət hadisəsi baş verənə qədər cavabdehlərin mübahisəli mənzildə yaşamaları qanuni sayılsa da, hazırda cinayət əməli nəticəsində MMCnin əmlakdan qanunsuz olaraq istifadə etmələri indiki ərizəni əvvəlkindən fərqləndirən daha bir əsasdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(060)-3575/2016 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 39.266,55 ABŞ dolları məblığində əsas borc, 25.270,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 64.537,53 ABŞ dolları pul, ödənilmiş 30 manat dövlət rüsumu, müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 32 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması və tələbin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərracda satılması və Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2017-ci il, 2(105)- 188/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli, 2(060)-3575/2016 saylı qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 39.266,55 ABŞ dolları məbləğində əsas, 25.270,98 ABŞ dolları faiz, cəmi 64.537,53 ABŞ dolları tutulsun.» hissəsində dəyişdirilmiş, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 9.280,91 (doqquz min iki yüz səksən dollar doxsan bir sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 48547.46 (qırx səkkiz min beş yüz qırx yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində borc (qətnamənin icra edildiyi anda milli manat məzənnəsində) tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və qətnamə “ödənilmiş 30 manat dövlət rüsumu, müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 32 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində məbləğində pul vəsaiti tutulması, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 34cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərracda satılması, Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62,5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması, iddia tələbinin X3 aid hissəsinə xitam verilməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza xərci 50.00 (əlli) manat müştərək qaydada iddiaçı və cavabdeh tərəflərdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİİFTBİKCTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəldikdə hesab etmişdir ki, cavabdehlərin Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 10/53 nömrəli binanın 62.5 kv.m ümumi, 49,1 kv.m yaşayış və 13,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 17 nömrəli mənzilindən məcburi qaydada çıxarılmalarına dair "xxxx" BOKT MMC-nin iddiasının təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin təsiri altına düşməklə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iddia ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402.2- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(060)-8701/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-528/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-528/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver