Məhkəmə qərarları › İş №2(105)-529/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-529/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-529/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X1, Cavabdeh8 Zabişah qızına, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Məhərrəmova Gülçöhrə Abuzər qızına və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzilillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı kirayə müqaviləsinin dəyişdirilərək orderin onun adına verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evin, 11 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzilinə dair kirayə müqasiləsinin dəyişdirilərək orderin onun adma verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mkr, 7/25 saylı evin 11 saylı mənzili 10/516 saylı xx.xx.1969-cu il tarixli order əsasında onun mərhum atası X2 verilmişdir. A.A.Məhərrəmov xx.xx.2009-cu il tarixdə, onun həyat yoldaşı Cavabdeh4 Mustafa qızı isə xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Məhərrəmova Gülçöhrə Abuzər qızı onun mərhum atasının ikinci həyat yoldaşı, digər cavabdehlər onun qardaşları, onların həyat yoldaşı və uşaqlarıdır. Cavabdeh1 2007-ci ildə yaşayış sahəsinə hüququn tanınması və mənzilə qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin olunaraq Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 sayh mənzilinə yaşayış hüququ tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdeh1 razılığı olmadığına görə hal-hazırda kirayə müqaviləsinin dəyişdirilərək onun adına bağlanması və orderin verilməsi qeyri-mümkündür. Ona görə ki, qanunvericiliyin tələbinə görə kirayə müqaviləsinin dəyişdirilməsi mənzildə yaşayış hüququ olan 18 yaşına çatmış şəxslərin razılığı ilə həyata keçirilir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosessual və maddi hüquq normalarını pozmuşdur. xx xxxxxxxx 2004-cü il tarixdə iddiaçının atası Allahverdi Məhərrəmovla ailə həyatı quraraq mübahisəli mənzildə birlikdə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. Beş il birlikdə yaşayandan sonra həyat yoldaşı 2009-cu ildə vəfat etmişdir. Hələ həyat yoldaşının saglığında, yəni Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzilinə yaşayış hüququ tanınmış və həmin ildən mənzilə pasport qeydiyyatına alınmışdır. Məhkəmə qeyri qanuni mübahisəli mənzilin kirayə müqaviləsini İddiaçı adına dəyişdirilməsini qət etmişdir. Məhkəmənin vaxtı barədə o, rəsmi məlumatlandırılmamışdır. Məhkəmə çəkişmə prisipini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(060)-1225/2011 saylı qətnaməsini ləğv edib, işə yenidən baxılmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh8 və digərləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, mübahisəli mənzilin iddiaçının valideyninə verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxıldığı üçün gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşə əlavə edilmiş 10/516 saylı xx xxxxxx 1969-cu il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzili A.A.Məhərrəmovun icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2010-cu il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzilin icarədarı A.A.Məhərrəmov olmuş, xx xxxx 2009-cu ildə vəfat etmişdir. Mübahisəli mənzildə Cavabdeh2, İ.S.Məhərrəmov, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, A.Cavabdeh2 və Cavabdeh8 qeydiyyatdadır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə əsasında Cavabdeh1 , Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzilinə istifadə hüququ tanınmış və həmin mənzilə qeydiyyata alınması qət edilmişdir. İş materialları araşdırılarkən müəyyən edildi ki, Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənzilinə icarə müqaviləsi 10/516 saylı xx xxxxxx 1969-cu il tarixli order əsasında A.A.Məhərrəmovun adına bağlanmış, A.A.Məhərrəmov xx xxxx 2009-cu il tarixədək ailə üzvləri ilə birlikdə yaşamış və həmin tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini, icarədar və onunla yaşayan ailənin həddi buluga çatmış qalan üzvlərinin razılıgı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uygun olaraq istifadə edir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı barəsində mübahisə edilən Sumqayıt şəhəri, 9 mkr, 7/25 saylı evin 11 saylı mənziliinin icarədarı hesab edilməsinə etiraz edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu etiraz iddianın təmin edilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Məhərrəmova Gülçöhrə Abuzər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2011-ci il tarixli 2(060)-1225/2011 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, X1, Cavabdeh8 Zabişah qızına, Məhərrəmova İradə Soltan qızına, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Məhərrəmova Gülçöhrə Abuzər qızına və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzilillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı kirayə müqaviləsinin dəyişdirilərək orderin onun adına verilməsi tələbinə dair iddiası təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evin, 11 saylı mənzilinə dair kirayə müqaviləsi İddiaçı adına bağlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar