Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-530/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Məmmədov və X4 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh ona zəhmət haqqı kimi borclu olduğu 1500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İlkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Qobustan rayonunun Bədəlli kəndində yaşamaqla usta işləyir. 2022-ci ilin son aylarında Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olan Cavabdeh mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefona zəng vuraraq usta olduğunu soruşaraq görmək istədiyi iş üçün görüşmək istədiyini bildirmişdir. Cavabdehla görüşüb işin nə olduğu ilə maraqlandıqda İsmayıl ona TəkləMirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün qarşısına-“Təklə-Mirzəbaba”, arxasına isə “Yaxşı yol”-sözləri yazılmaq üçün abidə formalı tikili tikdirmək istədiyini bildirərək bu işlərin görülməsi üçün zəhmət haqqının nə qədər edəcəyini soruşmuşdur. Həmin işlərin görülməsi üçün zəhmət haqqının 1500 manat edəcəyini bildirdikdən sonra, İsmayıl lazım olan materialları yəni, daş, qum, sementi özü alacağını ona bildirmişdir. Cavabdeh işin görülməsi üçün havaların əlverişli olmadığını dediyinə görə tikinti işini 2023-cü ilin mart ayının 9-da başlamış və işin tez yekunlaşması üçün özü ilə əlavə üç nəfər usta gətirmişdir. Həmin ustalar X10, X12 və X3 olub. Tikilinin mişar daşını və qumunu İsmayıl özü almışdır. Qalan materialı özü alacağını desə də, sonradan İsmayıl ona zəng vuraraq Sumqayıtda yaşadığı üçün rayona tez-tez gələ bilməyəcəyini deyərək bütün lazım olan materialları onun almasını, yəni mağazalardan götürməyi, yaxın günlərdə materialların pulunu verəcəyini dediyinə görə o, da lazım olan materialları nisyə yolu ilə alıb İsmayıla materialların pulunun 1200 manat etdiyini demişdir. X10, X12 və X3 ilə beton töküb işə başlamışlar. Daş hərflərinin düzəldilməsi işini isə Qobustan şəhərindən olan Qismət adlı ustaya 300 manata gördürmüşdür. Lazım olan ağlay daşını X7 idarə etdiyi “Qazel” markalı avtomaşınla aparmışdır. Bundan əlavə mağazadan alınan materialları bir-neçə dəfə taksilərlə gətirmiş və taksilərə verdiyi pulları hesab etməmişdir. Cavabdeh ona iki dəfəyə 600+600 manat olmaqla, cəmi 1200 manat pul vermişdir. İsmayıl sonradan bir neçə dəfə gəlib işə baxıb və razı qalmışdır. Həmin işi mart ayının 19-da yekunlaşdırıb təhvil vermişlər. Bundan sonra İsmayıla dəfələrlə zəng edərək həm zəhmət haqqlarını, həm də mağazalardan aldığı materialların pulunu istəsə də İsmayıl onu təhdid edərək “get kimə deyirsən de”- deyərək pulu verməkdən imtina etmişdir. Ona görə də Cavabdeh zəhmət haqqı kimi ona borcu olduğu 1500 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “pul tələbinə dair” iddiasını tamamilə əsassız və qeyri-obyektiv hesab edir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar düzgün qeyd olunmamışdır. İddiaçıla razılaşdığı işləri Türkan yox, kənardan gətirilmiş digər şəxslər icra etmişlər. Özü daimi olaraq Sumqayıt şəhərində yaşayan iş adamı olsa da, mütəmadi olaraq doğma rayonuna və kəndinə gəlir, kəndin bir sıra sosial problemlərinin həllinə gücü çatan qədər köməklik göstərməyə çalışır. Öz vəsaiti ilə kənddə olan artezian quyularının təmir edilməsini, suyun normal şəkildə kənd camaatına çatdırılması üçün hovuzların tikilməsini və sairə işləri gördürmüşdür. Eyni zamanda digər kəndlərin girəcəyində kəndin adı göstərildiyi halda, onun doğma kəndində belə bir lövhə olmadığı üçün həmin lövhəni səliqəli şəkildə öz vəsaiti ilə düzəltdirmək qərarına gəlmişdir. Kənd camaatından maraqlandıqda İddiaçı elə işləri görən usta kimi ona məsləhət görmüşlər. O, da İddiaçıla telefon əlaqəsi yaradaraq-kəndin girəcəyinə kəndin adını əks etdirən tikili inşa etdirmək istədiyini bildirmişdir. Türkanla görüşərək həmin tikilinin inşası üçün tələb olunan mişar daşının, qumun və bir sıra digər inşaat materiallarının özü tərəfindən alınıb veriləcəyini, ağlay və sementin isə onun tərəfindən alınacağını bildirmiş və işin həmin materiallar və usta pulu daxil olmaqla qiymətini soruşmuşdur. İddiaçı ilə bu işləri 1500 manata görüləcəyinə dair razılaşmış və ona iki dəfəyə 1200 manat pul verib qalan 300 manatını da işin sonunda verəcəyini bildirmişdir. İddiaçı ondan 1200 manat pulu aldıqdan sonra onu tapa bilməmişdir. Dəfərlərlə telefon əlaqəsi yaratmağa cəhd edərək bir aydan sonra onu tapmışdır. Bundan sonra İddiaçı ondan aldığı 1200 manat pulu yük avtomobilinin əldə edilməsinə sərf etdiyi və artıq ustalıqla deyil, sürücü olaraq yük daşımaqla məşğul olduğu ona məlum olmuşdur. Razılaşdıqları işin görülməsini tələb etdikdə iddiaçı tanış ustalarla danışacağını və bu işləri gördürəcəyini bildirmişdir. İddiaçı işi özü görmədiyi halda aldığı 1200 manat pulu mənimsəmiş, işi görmüş ustaların pulunu da verməyərək bu şəkildə iddia qaldıraraq həmin şəxslərin zəhmət haqqı olan pulu ondan almaq istəyir. İddiaçı həmin tikiliyə cəmi 20 kisə sement almış və 24 kvadrat metr sahəyə ağlay vurmaq üçün həmin materialları əldə etmişdir ki, bunun da bazar qiyməti cəmi 400-500 manat civarında edir. Onun Türkana cəmi 300 manat borcu qalmışdır. İddiaçı onu aldadaraq 1200 manat pulu zəhmət haqqı adı ilə ondan almışdır. Buna görə də İddiaçı ondan əsassız varlanmaq üçün aldığı 1200 manat pulun və 32 manat dövlət rüsumunun alınaraq ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.
6. X5 ifadə verərək göstərmişdir ki, İddiaçı ona Qobustan rayonunun Təklə- Mirzəbaba kəndindən olan Cavabdeh Təklə-Mirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün daş lövhənin tikilməli olduğunu və həmin işin görülməsi üçün Cavabdehla razılaşdığını, hazirda isə başqa işi çıxdığı üçün işi görə bilməyəcəyini ona deyərək həmin lövhənin hazırlanması işlərinin aparılmasını onun görüb-görməməsini soruşmuşdur. O, da əvvəllər Türkanla işlədiyi üçün Türkanla razılaşmış və işin əvvəlindən sonuna kimi görülməsi üçün zəhmət haqqının 1200 manat edəcəyini demişdir. Türkanla aralarında razılığa gəldikdən sonra 2023-cü ilin mart ayının 9-da işə başlamış və işin tez yekunlaşması üçün özü ilə X12 və X3 adlı iki nəfər usta da gətirmişdir. Onlar işi yekunlaşdırdıqdan sonra təhvil vermiş, onların 1200 manat zəhmət haqqından İddiaçı onlara cəmi 500 manat pul verərək qalan pulu Cavabdeh almadığını demişdir. Hazırda İddiaçı onlara 700 manat borcu qalmışdır.
7. X1 ifadə verərək göstərdi ki, İddiaçı onu, qardaşı X2 və X8 Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə apararaq kəndin girəcəyində hazırlanmalı olan lövhənin hazırlanması yerini və işlərini onlara göstərmişdir. İşin əvvəlindən sonuna kimi görülməsi üçün 1200 manat zəhəmət haqqı alacaqlarını Türkana demişlər və aralarında razılığa gəlmişlər. 2023-cü ilin mart ayının 9-da işə başlamışlar. Görəcəkləri iş haqqında Cavabdehla deyil, İddiaçıla daşımışlar. Cavabdeh isə iş yerində görmüş və işin yiyəsi olduğunu bilmişdir. İş yekunlaşdıqdan sonra İddiaçı onlara cəmi 500 manat pul vermişdir. Həmin pulu üç nəfər arasında bölmüşlər. Hazırda İddiaçı onlara 700 manat borclu qalmışdır.
8. Qobustan rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin 28 noyabr 2023-cü il tarixli 5-60/2-7-209/2023 saylı rəyindən görünür ki, mütəxəssis tərəfindən tikintiyə baxış keçirilmiş, baxış zamanı Qobustan rayonunun Təklə Mirzəbaba kəndinin girişində bir tərəfində “Təklə Mirzəbaba”, diğər tərəfində “Yaxşı yol” sözləri yazılmış daş lövhənin hazırlanması üçün istifadə olunmuş tikinti materiallarının qiyməti və işçi haqqının miqdarı beton (4. 0m*0. 20 m*0. 40 m) ölçü vahidi m3, miqdarı 0.32, bazar qiymət 100, dəyəri 32, işçi haqqı 1 nəfər 20 manat, qal=40sm mişarlanmış əhəng daşından hörgü m2, miqdarı 10.0, daş ədəd 250,bazar qiyməti 0.6, dıyıri 150, qum bazar qiyməti 50, dəyəri 50, sement ədəd miqdarı 10, bazar qiyməti 8, dəyəri 80, işçi haqqı m2 manat 10, bazar qiyməti 6, dəyəri 60, divarın ağlay üzlük daşı ilə üzlənməsi, ağlay m2, miqdarı 28.0, bazar qiyməti 18, dəyəri 504, işçi haqqı m2*manat, miqdarı 28, bazar qiyməti 8, dəyəri 224, kley miqdarı 7, bazar qiyməti 8, dəyəri 56, karniz pm, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, işçi haqqı pm*manat, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, kley ədəd, miqdarı 2, bazar qiyməti 8, dəyəri 16, ağlay üzlük daşından bəzək əd, (0.30m*0.30m*0.05m), miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24, işçi haqqı ədəd manat, miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, ağlay üzlük daşından hərflər ədəd (0.33m*0.25m*0.05m), miqdarı 22, bazar qiyməti 6, dəyəri 132, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24, işçi haqqı əd*manat, miqdarı 22, bazar qiyməti 6, dəyəri 132 manat olmaqla, cəmi 1752 manat müəyyən edilmişdir.
9. İş materiallarına əlavə olnmuş qaimələrdən görünür ki, mağazalardan 1020,40 manat dəyərində tikinti materialları götürülmüşdür.
10. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən mübahisəli tikiliyə çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə 28 dekabr 2023-cü il tarixdə QY 12-015/23 saylı hesabatdan görünür ki, tikiliyə çəkilmiş xərclərin dəyəri, o cümlədən tikinti materiallarına və işçi qüvvəsinin xidmətinə görə xərclər bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilmişdir ki, həmin hesabata əsasən Qobustan rayonu Təklə Mirzəbaba kəndinin girəcəyində inşa edilmiş tikili üzrə görülmüş işlərə çəkilmiş xərclərin 28 dekabr 2023-cü il tarixinə ümumi dəyəri 1475,52 (bir min dörd yüz yetmiş beş manat əlli iki qəpik) manat, onun iddiaçıya alıb verdiyi tikinti materiallarına çəkdiyi xərclər çıxıldıqdan sonra isə həmin xərclərin, yəni İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri 1205,71 (bir min iki yüz beş manat yetmiş bir qəpik) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) ilkin iddianın qismən təmin olunması, Cavabdeh 1300 manat borc və 36 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə idddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, 782.1, 783.1, 783.2 və 784-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.3, 217.4, 216-220, 227, 230, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilkin iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi və ilkin iddia tələblərinin tam şəkildə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar düzgün qeyd olunmamışdır. İşin mahiyyəti isə ondan ibarətdir ki, o özü daimi olaraq Sumqayıt şəhərində yaşayan iş adamı olsa da, mütəmadi olaraq doğma rayonuna və kəndinə gedir, kəndin bir sıra sosial problemlərinin həllinə gücü çatan qədər köməklik göstərməyə çalışır. Belə ki, öz vəsaiti ilə kənddə olan artezian quyularının təmir edilməsini, suyun normal şəkildə kənd camaatına çatdırılması üçün hovuzların tikilməsini və sairə işləri gördürmüşdür. Eyni zamanda digər kəndlərin girəcəyində kəndin adı göstərildiyi halda, onun doğma kəndində belə bir lövhə olmadığı üçün həmin lövhəni səliqəli şəkildə öz vəsaiti ilə düzəltdirmək qərarına gəlmişdir. Kənd camaatından maraqlandıqda iddiaçını ona bucür işləri görən usta kimi təqdim etmişlər. O da onunla telefon əlaqəsi yaradaraq kəndin girəcəyinə kəndin adını əks etdirən tikili inşa etdirmək istədiyini bildirmişdir. Bu minvalla onlar görüşmüş və o, iddiaçıya həmin tikilinin inşası üçün tələb olunan mişar daşının, qumun və bir sıra digər inşaat materiallarının özü tərəfindən alınıb veriləcəyini, ağlay və sementin isə onun tərəfindən alınacağını bildirmiş və işin həmin materiallar və usta pulu daxil olmaqla qiymətini soruşmuşdur. İddiaçı ilə bu işləri 1500 manata görüləcəyinə dair razılaşmış və ona iki dəfəyə ümumilikdə 1200 manat pul vermiş, qalan 300 manatını da işin sonunda verəcəyini bildirmişdir. İddiaçı ondan 1200 manat pulu aldıqdan sonra “yoxa çıxmışdır”. Dəfərlərlə telefon əlaqəsi yaratmağa cəhd edərək onu tapmışdır. Məlum olmuşdur ki, ondan aldığı 1200 manat pulu iddiaçı yük avtomobilinin əldə edilməsinə sərf etmiş və artıq ustalıqla deyil, sürücü olaraq yük daşımaqla məşğuldur. O, razılaşdıqları işin görülməsini tələb etdikdə iddiaçı tanış ustalarla danışacağını və bu işləri gördürəcəyini bildirmişdir. Nəticədə, iddiaçı razılaşdıqlarının ziddinə olaraq müvafiq tikinti işlərini özü deyil, danışaraq ora gətizdirdiyi başqa şəxslər yerinə yetirmişlər. Amma iddiaçı razılaşdıqlarının ziddinə olaraq özü hər hansı iş görmədiyi halda, ondan aldığı 1200 manat pulu mənimsəmiş, işi görmüş ustaların pulunu da verməyərək bu şəkildə iddia qaldıraraq həmin şəxlərin zəhmət haqqı olan pulu ondan almağa cəhd göstərir. Belə ki, iddiaçı həmin tikiliyə cəmi 20 kisə sement almış və 24 kvadrat metr sahəyə ağlay vurmaq üçün həmin materialları əldə etmişdir ki, bunun da bazar qiyməti cəmi 400-500 manat civarındadır. Sadəcə olaraq iddiaçı onu aldadaraq ondan 1200 manat pulu işin görülməsi adı ilə almış, həmin pula özü üçün yük avtomobili əldə etmiş və sonradan da razılaşdırdıqları işləri onun xəbəri olmadan özünün tutduğu şəxslərə gördürərək onların pulunu verməyərək aşkar qanunsuzluğa yol vermişdir. Bu səbəbdən o, iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək hər hansı iş görmədən ondan əsassız varlanmaq üçün aldığı 1200 manat pulun ona geri qaytarılmasını xahiş etmişdir. Ancaq iş üzrə təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən yanlış nəticəyə gəlinərək İddiaçı iddia tələbi qismən təmin edilmiş, onun qarşılıqlı iddia ərizəsi isə rədd edilmişdir. İşdə olan iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya ona görülmüş işlərə görə onun borclu olduğunu iddia edərək maddi ziyanın ödənilməsini tələb etmişdir. İddiaçı ilə aralarında əldə edilmiş razılaşmada hər hansı əlavə fəhlə və ya ustanın cəlb ediləcəyi müzakirə olunmamışdır. Bu işlərin görülməsini iddiaçıya iş icraçısı olaraq deyil, usta kimi həvalə etmiş və sonuncu da məhz usta olaraq bu işləri icra edib yekunlaşdaracağına dair öhdəlik götürmüşdür. İddiaçının sonradan icrasını öhdəsinə götürdüyü 3 usta və fəhlə tutaraq yerinə yetirməsi və həmin şəxslərə xidmət haqqı üzrə borclu qalması üçün o, məsuliyyət daşımır, belə ki, aralarında əldə edilmiş razılaşmada işin iddiaçı tərəfindən yerinə yetiriləcəyinə dair iddiaçı öhdəlik götürmüşdür və sonradan həmin işin 3, yaxud 5 şəxsə icra etdirməsi onun əlavə maddi xərc çəkməsi üçün əsas hesab edilə bilməz. İddiaçı görüləcək işlərin dəyəri olaraq aralarında razılaşdırılmış 1500 manat pulun yalnız usta pulu olması kimi əsassız və həqiqətə uyğun olmayan iddia irəli sürmüş, məhkəmə də hər hansı sübuta istinad etmədən onun bildiirdiklərini sübut kimi qəbul edərək onun iddia tələbini təmin etmişdir. Halbuki, Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 28 noyabr 2023-ü il tarixli,5-60/27-209/2023 saylı rəyində belə, baxmayaraq ki, qiymətlər kifayət qədər şişirdilmiş şəkildə göstərilmişdir, görülmüş işlərin dəyəri xidmət (işçi) haqqı və sərf edilmiş tikinti materiallarının qiymətləri hesablanmaqla cəmi 1752 manat olaraq müəyyən edilmişdir. Məhkəmə isə bu rəydə göstərilənlərin ziddinə olaraq iddiaçı tərəfindən təqdim edilmiş qaimələrdə mağazalardan 1020,40 manat dəyərində tikinti materiallarının götürüldüyünü əsas tutaraq həmin pul vəsaitinin üzərinə iddiaçının guya xidmət haqqı şəklində təqdim etdiyi 1500 manat pulu hesablayıb sonda 1300 manat pulun İddiaçı ödənilməli olduğuna dair qənaətə gəlmişdir. Halbuki, iddiaçının mağazalardan götürdüyü 1020,40 manat dəyərində tikinti materillarının hamısının məhz mübahisəli tikiliyə sərf edildiyinə dair hər hansı sübut yoxdur. Daş, qum və bir sıra digər tikinti materilları tərəfindən iddiaçıya verilmiş və həmin tikinti materiallarına iddiaçı tərəfindən hər hansı vəsait xərlənməmişdir. Eyni zamanda işə baxarkən məhkəmə nəzərə almamışdır ki, tikintiyə sərf edilmiş tikinti materiallarının dəyəri 1000 manat civarında olduğu halda, həmin işlərin görülməsinə görə xidmət (işçi) haqqı necə ola abilər ki, 1500 manat təşkil etsin? Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən görüləsi işlərin İddiaçı tərəfindən yerinə yetirilməməsini,həmin işlərin sonradan onun tərəfindən fərdi qaydada işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçüncü şəxslərə həvalə etməsini məhkəmənin İddiaçı tərəfindən öhdəliklərinin həyata keçirilməsi kimi qəbul edilməsi qanuni və ədalətli sayıla bilməz. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız olmaqla yanaşı, yuxarıda qeyd edilmiş maddi hüquq normaları ilə də ziddiyyət təşkil etmişdir. Sadalanan maddi hüquq normalarına əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda həmin hüquq normalarına əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. İddiaçı ilə onun arasında əldə edilmiş razılaşmaya uyğun olaraq İddiaçı tərəfindən kəndin girəcəyində daşdan Təklə-Mirzəbaba kəndinin adını əks etdirən lövhənin hazırlanmasına dair işlərinin yerinə yetirilməsi müəyyən edilmişdir. Ancaq işin araşdırılan hallarından da görünür ki, sözügedən razılaşma sonradan icraçı İddiaçı təqsiri ucbatından vaxtında və onun tərəfindən icra edilməmişdir. Məhkəmə iddiaçının hər hansı sübuta söykənməyən ifadələri əsasında tərəfindən ona ziyan vurulduğu barədə əsassız qənaətə gəlmişdir. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qətnaməsi sadalanan maddi hüquq normalarının tələblərinə zidd çıxarılmışdır. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini kobud surətdə pozaraq mübahisəli tikilinin qiymətləndirilməsini təmin etmək üçün hər hansı ekspertiza təyin etmədən və qanunveriiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyətini həyata keçirən şəxsləri cəlb etmədən bu barədə qiymətləndirmə hesabatı etmək səlahiyətinə malik olmayan qurumun əsassız rəyini almış, lalkin bu rəyi də nəzərə almayaraq işə baxmışdır. Məhkəmənin qətnaməsi çıxarıldıqdan sonra tərəfindən edilmiş müraciət əsasında "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən mübahisəli tikiliyə çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə 28 dekabr 2023cü il tarixdə QY 12-015/23 saylı hesabat tərtib edilmişdir ki, həmin hesabatdan iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin qanunsuz və ədalətsiz olduğu bir daha üzə çıxmışdır. Belə ki, adı çəkilən hesabatda tikiliyə çəkilmiş xərclərin dəyəri, o cümlədən tikinti materiallarına və işçi qüvvəsinin xidmətinə görə xərclər bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilmişdir ki, həmin hesabata əsasən Qobustan rayonu Təklə Mirzəbaba kəndinin girəcəyində inşa edilmiş tikili üzrə görülmüş işlərə çəkilmiş xərclərin 28 dekabr 2023-cü il tarixinə ümumi dəyərinin 1475,52 (bir min dörd yüz yetmiş beş manat əlli iki qəpik) manat, onun iddiaçıya alıb verdiyi tikinti materiallarına çəkdiyi xərclər çıxıldıqdan sonra isə həmin xərclərin, yəni İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyərinin 1205,71 (bir min iki yüz beş manat yetmiş bir qəpik) manat təşkil etmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə iddiaçının hər hansı dəlilə söykənməyən ifadələrini mötəbər sübut kimi qəbul etməməli idi, çünki məhkəmənin qətnaməsində iddiaçıya vurulmuş ziyanla bağlı məhkəməni qənaəti həm iş materiallarında olan Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi, həm də onunla bağlanılmış müqavilə əsasında "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən mübahisəli tikiliyə çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə 28 dekabr 2023-cü il tarixdə QY 12-015/23 saylı hesabatında gəlinən nəticə ilə aşkar ziddiyyət təşkil etməkdədir. Halbuki, məhkəmənin qətnamədə əks olunmuş mövqeyi qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmamış, iş üzrə məhkəmə ekspertizası isə, mülki-prosessual qanunvericilik normalarının ziddinə olaraq ümumiyyətlə keçirilməmişdir. Hesab edir ki,Qobustan Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar...Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir... Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir...Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Hal-hazırkı işdə bütün bu prinsiplər və normalar nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanuni tələbləri və dəlilləri diqqətə alınmayaraq konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi istinad etdiyi səbəblərə görə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmə araşdırmaları zamanı razılaşdırılmış işlərin iddiaçı tərəfindən deyil, iddiaçının təşəbbüsü ilə üçüncü şəxslər tərəfindən yerinə yetirildiyinə və həmin işlərin dəyərinin ödənilməsinə görə əlavə xərclər çəkməli olmadığına, həmçinin sifariş üzrə görülmüş işlərin dəyərinin iddiaçının tələb etdiyindən xeyli aşağı olduğuna və 1500 manata yaxın məbləğ təşkil etdiyinə dair hallar sübuta yetirildiyi halda, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin sadalanan halları ilə uyğunsuzluq yaratmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyaiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasınan xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən-ilkin iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi və ilkin iddia tələblərinin tam şəkildə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
21. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
22. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
24. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
25. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
26. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
27. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla həqiqətin müəyyən edilməsi prinsipinin realizəsini təmin etməmiş, iddianı düzgün olmayaraq təmin etməmişdir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
26. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olan Cavabdeh öz hesabına Təklə-Mirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün qarşısına-“Təklə-Mirzəbaba”, arxasına isə “Yaxşı yol”sözləri yazılmaq üçün abidə formalı tikili tikdirmək fikrində olduğunu həyata keçirilməsi üçün 2022-ci ilin son aylarında rayonunun Bədəlli kəndində olan usta İddiaçı zəng vuraraq onunla görüşmüş və həmin işin görülməsi üçün razılığa gəlmişlər. İşlərin görülməsi ilə bağlı Cavabdeh iki dəfəyə (600+600) manat olmaqla, cəmi 1200 manat pul vermişdir. Həmin işi iddiaçı yekunlaşdırıb təhvil vermişdir. Bundan sonra İddiaçı Cavabdeh dəfələrlə zəng edərək həm zəhmət haqlarını, həm də mağazalardan aldığı materialların pulunu istəsə də Cavabdeh pulu verməkdən imtina ediyini iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən şəxsən işin görülmədiyini iddia edərək ödənilmiş 1200 manat pulun geri qaytarılmasını tələb edir.
27. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın qismən təmin olunması, Cavabdeh 1300 manat borc və 36 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə idddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir.
28. Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilkin iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissələrdə ləğv edilməsi və ilkin iddia tələblərinin tam şəkildə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası şikayəti qismən əsaslı hesab edir.
31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, qətnamədə iddiaçıya vurulmuş ziyanla bağlı məhkəmənin qənaəti iş materiallarında olan Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi ilə aşkar ziddiyyət təşkil etməklə həmin rəylə müəyyən edilmiş hallara qiymət verilməmişdir.
32. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 28 noyabr 2023-ü il tarixli,5-60/2-7209/2023 saylı rəyindən görünür ki, mütəxəssis tərəfindən tikintiyə baxış keçirilmiş, baxış zamanı Qobustan rayonunun Təklə Mirzəbaba kəndinin girişində bir tərəfində “Təklə Mirzəbaba”, diğər tərəfində “Yaxşı yol” sözləri yazılmış daş lövhənin hazırlanması üçün istifadə olunmuş tikinti materiallarının qiyməti və işçi haqqının miqdarı beton (4. 0m*0. 20 m*0. 40 m) ölçü vahidi m3, miqdarı 0.32, bazar qiymət 100, dəyəri 32, işçi haqqı 1 nəfər 20 manat, qal=40sm mişarlanmış əhəng daşından hörgü m2, miqdarı 10.0, daş ədəd 250,bazar qiyməti 0.6, dıyıri 150, qum bazar qiyməti 50, dəyəri 50, sement ədəd miqdarı 10, bazar qiyməti 8, dəyəri 80, işçi haqqı m2 manat 10, bazar qiyməti 6, dəyəri 60, divarın ağlay üzlük daşı ilə üzlənməsi, ağlay m2, miqdarı 28.0, bazar qiyməti 18, dəyəri 504, işçi haqqı m2*manat, miqdarı 28, bazar qiyməti 8, dəyəri 224, kley miqdarı 7, bazar qiyməti 8, dəyəri 56, karniz pm, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, işçi haqqı pm*manat, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, kley ədəd, miqdarı 2, bazar qiyməti 8, dəyəri 16, ağlay üzlük daşından bəzək əd, (0.30m*0.30m*0.05m), miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24, işçi haqqı ədəd manat, miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, ağlay üzlük daşından hərflər ədəd (0.33m*0.25m*0.05m), miqdarı 22, bazar qiyməti 6, dəyəri 132, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24, işçi haqqı əd*manat, miqdarı 22, bazar qiyməti 6, dəyəri 132 manat olmaqla, cəmi 1752 manat müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
35. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.
36. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
37. Məhkəmə qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutların düzgün qiymətləndirilməsi aparılmamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən, razılaşdırılmış işlərin görülməsi öz təsdiqini tapır. Həmçinin toplanmış sübutlarlarla mübahisə predmeti olan işlərin görülməsi ilə bağlı çəkilmiş xərclərin ümumi məbləğinin 1752 manat olduğu müəyyən edilir. Eləcə də işin mübahisəsiz halıdır ki, ilkin iddia üzrə cavabdeh tərəfindən işlərin görülməsi ilə bağlı iddiaçıya 1200 manat ödəniş edilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 1200 manat nəzərə alınaraq həmin məbləğ görülmüş işlərin dəyərini təşkil edən 1752 manatdan çıxılaraq 552 manat həddində ilk iddia tələbinin təmin edilməsi işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslı, eləcə də hər iki tərəfə münasibətdə ədalətlidir.
29. Məhkəmə kollegiyası iş materiallarına əlavə olnmuş 1020,40 manat dəyərində tikinti materiallarının alınmasına dair qaimələri iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul etmir. Belə ki, həmin materialların hansı işlərin görülməsinə sərf edilməsi, hansı məqsədlə alınması məhkəmə üçün müəyyən deyildir.
42. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməsi hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə bağlı olmaqla, ilk iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia tələbi əsassız hesab edilərək düzgün olaraq rədd edilmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsi qismən- 1300 manat borcun tuluması hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, 552 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(026)-417/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh 1300 manat borc alınıb İddiaçı verilsin hissədə - ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh 552 (beş yüz əlli iki) manat borc alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.