Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-534/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, maraqlı tərəf Maraqlı şəxsn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-195/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsindən iş üzrə maralı tərəf Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-195/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh azyaşlı övladları 13.10.2006-cı il təvəllüdlü X17, 16.12.2007-ci il təvəllüdlü X7 Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində İddiaçı məxsus olan 16,0 kv.m sahəsi olan mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən maralı tərəf Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı“mənzildən çıxarılma tələbinə dair” iddia qaldıraraq, Cavabdeh azyaşlı uşaqları-13.10.2006-cı il təvəllüdlü X17, 16.12.2007-ci il təvəllüdlü X2 rayonun Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ona məxsus olan 16,0 kv.metr sahəsi olan mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Maraqlı şəxs X6 Qovşağının balansında olan və Şamaxı rayonunun Şəhriyar qəsəbəsində 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 16 kv.metr sahəsi olan mənzil müvəqqəti olaraq İddiaçı oğlnun istifadəsində olmuşdur. İddiaçı həmin mənzili qeyri-rəsmi qaydada X1, “alıcı” arvadı Cavabdeh, azyaşlı övladları X12 və X13 ilə birlikdə həmin mənzildə yaşamışdır. X23 arvadından ayrılması səbəbindən mənzili tərk etmiş, mənzil faktiki olaraq Cavabdeh və onun azyaşlı övladlarının istifadəsində qalmışdır. İddiaçı isə mənzili cavabdehlərə müvəqqəti yaşamaq üçün verdiyini əsas gətirərək həmin mənzildən çıxarılma ilə bağlı iddia qaldırmışdır. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən İddiaçı həmin mənzilə dair iddia qaldırmaq hüququnun olub olmamasına diqqət yetirməmişdir. Belə ki, iddiaçı öz ifadəsində qeyd etmişdir ki, mübahisələndirilən mənzildə bir il yaşamış, sonradan Bakı şəhərinə köçmüşdür. Eyni zamanda mübahisələndirilən mənzilə dair kommunal sənədlər cavabdehin keçmiş arvadının adınadır. Bu isə həmin mənzilə dair İddiaçı iddia qaldırmasını istisna edən hallardır. Hazırda Maraqlı şəxs MMC vaxtilə öz əməkdaşlarına müvəqqəti yaşamaq üçün verdiyi mənzillərlə bağlı yuxarıda qeyd olunan qanunsuz halların baş verməsinə dair araşdırma aparır. Belə ki, 15.10.2020-ci il tarixində Maraqlı şəxs MMC-nin Hüquq şöbəsinin hüquqşünası olaraq o, KMTQ-nin İnzibati işlər şöbəsinin Təsərrüfat sektorunun müdiri X11, KMTQ-nin İnzibati işlər şöbəsinin Təsərrüfat sektorunun təsərrüfat işləri üzrə mütəxəssisi X10 və Şamaxı Xətt qrupunun rəisi X3 iştirakı ilə qeyd olunan binaya inventarlaşdırma məqsədilə baxış keçirilməsi və aparılmış inventarlaşdırmanın nəticəsi olaraq akt tərtib edilmişdir. Sözügedən Aktda Maraqlı şəxs MMC-nin KMTQ-nin 14.10.2020-ci il tarixli, 70 saylı əmrinə əsasən KMTQ-nin balansında olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 24 mənzilli xidməti binada inventarlaşdırma keçirilməsi və inventarlaşdırmanın nəticələri müəyyən edilmişdir. Tərtib edilmiş Akta əsasən müəyyən edilmişdir ki, qeyd edilən binanın 12 (on iki) mənzilində vaxtilə adlarına orderlə xidməti mənzil verilmiş şəxslərin özü və ya yaxın ailə üzvləri yaşayır. Lakin 5 (beş) mənzilin istifadəyə verildiyi şəxslərin vəfat etdiyi və evlərin qapısının bağlı olduğu, buna görə də heç bir sənəd və ya məlumat əldə edilməsinin mümkün olmadığı müəyyən edilir. Qalan 7 (yeddi) mənzilin isə başqa şəxslərə satıldığı müəyyən edilmişdir. Xidməti mənzillərin bir neçəsində həmin mənzillərin xidməti yaşayış sahəsi kimi müvafiq şəxslərə verilməsini təsdiq edən orderlər inventarlaşdırma işini aparan komissiya üzvlərinə təqdim edilsə də qalan mənzillərlə əlaqədar istifadə edən şəxslərdə həmin mənzillərə istifadə hüququnu təsdiq edən orderlərin olmadığı müəyyən edilmişdir. 12.11.2020-ci il tarixdə tərtib olunmuş daha 5 Aktda isə satıldığı iddia edilən xidməti mənzilllərin məlumatları ətraflı şəkildə qeyd olunmuşdur. Xidməti mənzillərin şəxsi mülkiyyətə keçməsi ilə bağlı tənzimləmələr istər Azərbaycan SSR-in Mənzil Məcəlləsinin müddəaları (hansı ki, 2009-cu il tarixli AR Mənzil Məcəlləsi qəbul edilənədək ölkədə həmin Məcəllə qüvvədə olmuşdur), istərsə də 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmamışdır. Belə ki, AR Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Habelə həmin Məcəllənin 91-ci maddəsinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Hazırda qeyd edilən araşdırmalar davam edir və araşdırmanın yekun nəticəsindən asılı olaraq, xidməti mənzilləri qanunsuz olaraq özgəsinin istifadəsinə vermiş və ya qeyri-qanuni yolla satmış şəxslərdən həmin mənzillərin geri tələb edilməsinə dair iddia qaldırılacaqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(074)-195/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 09 yanvar 1992-ci il tarixli, 02 saylı orderin surətindən görünür ki, KXQC-2-də mexanik vəzifəsində işləyən İddiaçı KXQC-2-nin balansından 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindən 1 otaqlı sahəsi 16,0 kv.m olan mənzil verilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin Abonentin saldosundan görünür ki, ünvan 1 ünvana verilən qaz xətti üzrə sənədləşmə işləri X4 adınadır. Cavabdeh iddiaçının mübahisəli mənzili Emil Bayramova satması əsası ilə iddiaya etiraz etsə də etirazının əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlara cavabdehin iddiaya etirazında bildirdikləri təsdiq edilməmişdir. Əksinə işin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki sahəsi 16,0 kv.metr olan 1 otaqlı mənzil 09 yanvar 1992-ci il tarixli 02 saylı orderə əsasən iddiaçıya verilmişdir. İddiaçı həmin mənzili müvəqqəti yaşaması üçün ailəvi dostu X5 vermişdir. Sonuncu iddiaçının razılığı olmadan həmin evə oğlu Emil Bayramovu və cavabdehi köçürmüşdür. Sonuncular arasında ər-arvad münasibətləri pozulduqdan sonra Emil Bayramov iddiaçıya məxsus evdən köçüb getmiş, cavabdeh isə 13.10.2006-cı il təvəllüdlü X17, 16.12.2007-ci il təvəllüdlü X12 ilə birlikdə həmin evdə yaşayır. İş üzrə olan sübutlara cavabdehin iddiaçıya məxsus evə hüquqi əsasla köçüb yaşaması halı təsdiq edilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 20 mart 1952-ci il tarixli potokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı ailəvi dostu olan Mirkamran Bayramovun həmin mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Sonuncu isə mövcud şifahi razılaşmaya zidd olaraq oğlu Emil Bayramovu və cavabdehi həmin mənzilə köçürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləriilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, cavabdehin sahibləndiyi iddiaçıya məxsus evə köçüb yaşaması üçün hüquqi əsas olmadığından, həmin mənzil onun qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin mənzilə dair gözlənilən mülkiyyət hüququna müdaxilə sayıldığından, onun cavabdehdən qanunsuz sahibləndiyi mənzilini geri tələb etmək hüququ vardır. Odur ki, Cavabdeh və azyaşlı övladları iddiaçıya məxsus mənzildən çıxarılmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci intansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, Şamaxı rayonu, Şəriyar qsəbəsində yerləşən KXQÇ-2də mexanik vəzifəsində işləmiş və ailə üzvləri ilə birlikdə yaşamaq üçün bir otaqlı mənzil verilmiş, o, həmin mənzildə bir il yaşadıqdan sonra işi ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüş, bundan sonra həmin mnzili müvəqqəti yaşamaq üçün X5 vermişdir. Bundan başqa iş materiallarında olan İMTQ-3 tərəfindən verilmiş 02 saylı, 09 yanvar 1992-ci il tarixli orderə əsasən X9 1 otaqlı, 16 kv.m sahəsi olan xidməti yaşayış evi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya xidməti yaşayış sahəsinə köçməyə dair olan order 09 yanvar 1992-ci il tarixdə verilmişdir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Qanunvericiliyin tələblərinə görə xidməti yaşayış sahəsi həmin müəssisədə, idarədə işləyən işçiyə orada işlçdiyi müddətdə, yəni müvəqqəti verilir. Həmin xidmətə mənzilə verilmiş ordaer hər hansı bir müliyyət hüququ yaratmır və qeyd edlilən mənzil alğısatqının predmet ola bilməz İş materiallarından görünür ki, iddiaçı mübahisəli xidməti mənzildə cəmi bir yaşamışdır. Yəni onun artıq həmin mənzillə hər hansı bir əlaqəsi ola bilməz. Bundan başqa iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil iş üzrə maraqlı tərəf olan Maraqlı şəxs balansındadır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Bundan başqa mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində deyil, maraqlı tərəfin balansındadır, iddiaçının isə mülkiyyətində olmayan əmlaka dair iddia qaldırmağa sübyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda iddia tələbini təmin etməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-195/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-195/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti təmin olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-534/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-534/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver