Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-536/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın qismən təmin edilməsi, İddiaçı mübahisəli evdən istifadə hüququ qaldığından Abşeron rayon, Masazır kəndində yerləşən Cavabdeh2 məxsus evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1indəki cavabdehə və onun valideynlərinə məxsus evə köçürülməyi və həmin yaşayış evindən istifadə hüququnun tanınması ilə bağlı qətnamə çıxarılması, həmin evə dair müvafiq sənədlərin əldə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasındakı nikah xx xxxxxx 2007-ci ildə Salyan rayonu Çuxanlı kənd İƏN-də 41 saylı qeydiyyatla rəsmi qeydə alınmışdır. Lakin toyları xx xxxxxx 2007-ci ildə olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Toylarından sonra Ruslan və valideyinləri onu Abşeron rayonunun Masazır kəndindəki atası İbrahimə məxsus evə gəlin aparmışlar və 2020-ci ilin mart ayına kimi o, həmin evdə yaşamışdır. Onu gəlin aparandan sonra onun valideyinləri onlara yaşamaq üçün evlərinin 2-ci mərtəbəsindəki zalın yanında yerləşən 5x6 m ölçüdə olan, evin günçıxan tərəfində olan otağı ayırmışlar. Həmin ev Ruslanın atası İbrahimə məxsus olmuşdur və evin Çıxarışının olmasını bilirdi. Lakin 4 il bundan əvvəl Ruslanın atası vəfat edəndən sonra həmin evi onun anası Cavabdeh2 adına rəsmiləşdirmişlər. Həmin ev 2 mərtəbəli olmaqla 7 otaqdan ibarətdir. Onu həmin evə gəlin aparandan sonra həmin evə pasport qeydiyyatına saldırmışlar və hazırda da həmin evdə qeydiyyatdadır. Yeganə övladları olan Azər Hənifəyev də həmin evdə dünyaya gəlmiş və həmin ünvanda qeydiyyatdadır. Özü isə həmin ünvanda 2008-ci ildən qeydiyyatdadır. Aralarında yaranmış narazılıqlara görə qayınanası və əri 2020-ci ilin mart ayında onu həmin evdən çıxartdılar və həmin vaxtdan da valideyinlərinin yanına qayıtmaqla Çuxanlı kəndindəki onlara məxsus evdə yaşayır. O, evdən çıxarılan zaman oğlu məktəbdə olduğundan onu özü ilə götürə bilməmişdir. Onun və övladının Masazır kəndindəki cavabdehlərə məxsus həmin evdə yaşamaq hüquqları var və yenidən geriyə qayıdıb orada yaşamaq istəyir. Lakin qarşı tərəf və anası buna icazə vermirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Tərəflər arasında hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən sonra, xx xxxxxx 2007-ci il tarixdə yarandıgından hazırkı mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. İddiaçı xx xxxxxx 2007-ci ildə o zaman evin mülkiyyətçisi olmuş Hənifəyev İbrahim və Cavabdeh2 oğlu Ruslanla nikaha girmiş, iddiaçı mübahisəli evə köçsə də, onunla həmin vaxt evin mülkiyyətçiləri arasında mübahisəli evdən istifadə hüququ barədə notariat qaydasında yazılı razılaşma olmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi yalnız o halda mümkündür ki, mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təstiqlənən yazılı razılaşma olsun. Bu səbəbdən də iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə iddaçının mübahisəli evə rəsmi qeydiyyata alınması barədə dəlilini iddianın təmini üçün əsas hesab etmişdir, lakin bu tamamilə əsassızdır. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun həmin yaşayış yeri üzrə istifadə hüququn əmələ gəlməsinə əsas vermir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-3433/2020 saylı qətnaməsinin təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kolegiyasından xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranmasına, mübahisəli evdə yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Abşeron RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır. İşə əlavə olan Salyan rayon Çuxanlı kənd Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ №342070 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə V.İ.Mehdiyeva arasında xx.xx.2007-ci ildə rəsmi nikah bağlanmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 lə İddiaçı arasında olan nikah pozulmuşdur və birgə nikahdan olan xx xxxxxxx 2008-ci il təvəllüdlü Azər atası Cavabdeh1 himayəsində qalmışdır. İşdə olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı aşağıda adları sadalanan ailə üzvləri ilə birlikdə ünvan 1 ərazisində yaşayır. 1. Cavabdeh2, 2. Cavabdeh1, 3. X3, 4. X1,
5. X4. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların döblət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəməyə təqdim edilmiş müqavilədən müəyyən olunur ki, İbrahim Hənifəyev xx xxxxxx 2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində 1112,0 kv.m torpaq sahəsində yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 35,1 kv.m köməkçi sahəsi, 32,7 kv.m olan yaşayış evini X2 58.800000 milyon manata almışdır və həmin yaşayış evi 384 qeydəalma nömrəsi ilə 14971 nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 67,8 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İ.X.Hənifəyev xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. İşə əlavə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 miras əmlakdan pay almışdır. Məhkəmə prosesi zamanı müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən sonra, xx xxxxxx 2007-ci il tarixdə, yəni Cavabdeh1 ilə iddiaçı rəsmi nikaha daxil olduğu vaxt, yarandıgından hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təstiqlənən yazılı razılaşma ilə müəyyənləndirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli, Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mülkiyyətçinin razılığı müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunmuş qaydada müvafiq olaraq notariat qaydasında yazılı bağlanın razılaşmanı nəzərdə tutur. Tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı xx xxxxxx 2007-ci ildə o zaman evin mülkiyyətçisi olmuş İ.Hənifəyev və Cavabdeh2 oğlu Cavabdeh1 ilə nikaha girmiş, iddiaçı mübahisəli evə köçsə də, onunla həmin vaxt evin mülkiyyətçiləri arasında mübahisəli evdən istifadə hüququ barədə notariat qaydasında yazılığı razılaşma olmamışdır. Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi yalnız o halda mümkündür ki, mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təstiqlənən yazılı razılaşma olsun. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi iddiaçının evin mülkiyyətçisi arasında belə bir yazılı razılaşması yoxdur, nə də sonradan belə bir müqavilə evin yeni mülkiyyətçisi arasında bağlanmamışdır. Bu səbəbdən də iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə iddiaçının mübahisəli evə rəsmi qeydiyyata alınması barədə dəlilini iddianın təmini üçün əsas hesab etmişdir, lakin bu tamamilə əsassızdır. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun həmin yaşayış yeri üzrə istifadə hüququn əmələ gəlməsinə əsas vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən evə köçürülməsi hissəsində əsassızdır, məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)-3433/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev