Məhkəmə qərarları › İş №2(105)-540/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-540/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-540/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 57A-da yerləşən 12 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 (altı min) manat kompensasiya ödənilməklə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, 4580 saylı Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən, qeyd olunan mənzilin hüquq subyekti ona verilmişdir. X14 isə xx xxxxx 2011ci il tarixli X3, X5 və X2 X11 müqaviləsi əsasında verilmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx xxx 2011-ci il tarixli çıxarışına əsasən mübahisə predmeti olan mənzilinin hüquq sahibliyi ondadır. Lakin, həmin mənzildə onun ailə üzvü olmayan hazırda heç bir hüququ olmadan Cavabdeh yaşayır. Həmçinin, onunla cavabdeh arasında xx.xx.2001-ci il tarixində bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(060)-1233/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehin hazırda ona məxsus olan mənzildə yaşaması mülkiyyət hüququndan istifadəsi qeyri-mümkün edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. İddiaçı ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan iki az yaşlı övladı var-2002-ci il təvəllüdlü Aytac, 2005-ci il təvəllüdlü Nurlan. O, 2005-ci ildən mübahisəli mənzilə köçərək yaşamış və daimi qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2{060)-1233/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikah qeydi ləğv olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1264/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən " iddiaçı Əhmədova Könül Adışirin qızının cavabdeh İddiaçı qarşı yaşayış hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia təmin olunması, iddiaçı Əhmədova Könül Adışirin qızının cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 13 mkr, ev 57a, mənzil 12 saylı mənzilə yaşayış hüququ tanınmaqla, o, 2002-ci il təvəllüldü Aytac və 2005-ci il təvəllüdlü Nurlan oğlu ilə birlikdə həmin mənzilə köçürülməsi" qət olunmuşdur. Lakin, iddiaçı bu günə qədər onu və azyaşlı uşaqlarını mənzilə buraxmır. İddiaçı tərəfindən ona təklif olunan kompensasiya məbləği həddən artıq aşağı məbləğdir. Belə ki, hal-hazırda o, iki az yaşlı uşaqla birlikdə kirayələrdə yaşayır. Qızı Aytac anadangəlmə doğuş zədəsinin qalığı, aşağı ətrafların spastik paraprezi, OS-qarışıq astiqmatizm xəstəsidir. İddiaçının ona təklif etdiyi məbləğ cuzi olduğundan o, iddia tələbini qəbul etmir. İddiaçının ona təqdim etdiyi kompensasiyanın məbləği həddindən artıq azdır. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyasının məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun mənzildən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə) kompensasiya ödənilən şəxsin evin təmirində , bərpasında rolu , yaşayış evinin təricib hissəsindən istifadə hüququnun yaranma əsası, kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Göründüyü kimi iddiaçı göstərilən xüsusiyyətləri, meyarlan nəzərə almadan ona çox az məbləğdə kompensasiya təklif edir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-1446/2020 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və nümayəndəsi S.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçının ailə üzvünün olmamasına və təklif edilmiş kompensasiya məbləğinin qanuna müvafiq olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AZ-İ N-335952 saylı, xx.xx.2019-cu il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə K.A.Əhmədova arasında olan nikah xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində pozulmuşdur. İşə əlavə olan xx.xx.1992-ci il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci ildə verdiyi 621 №-li əmrinə əsasən Sumqayıt şəhəri İcra Hakimiyyəti Sumqayıt şəhəri dövlət yaşayış fondunda olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən ümumi sahəsi 84,32 kv.m yaşayış sahəsi, 53,06 kv.m dörd otaqdan ibarət 57a №-li evin 12-ci mənzilini N.Ş.Əhmədova bağışlanmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli X11 Müqaviləsinin surətindən görünür ki, ünvan 1-də qeydiyyatda olan G.N.Hüseynova, Z.P.Əhmədova, G.N.Heydərova ünvan 1-də qeydiyyatda olan İddiaçı Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun xx xxxxx 2011ci il tarixli 2V/72 №li reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onlara düşən miras payını İddiaçı bağışlamışlar. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə K.A.Əhmədova arasında xx.xx.2001-ci il tarixdə bağlanmış nikahın pozulması, İddiaçı ilə K.A.Əhmədovanın birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları K.A.Əhmədovanın yanında qalması, xx.xx.2002-ci il təvəllüdlü A.S.Nümayişli və xx.xx.2005-ci il təvəllüdlü N.S.Nümayişlinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment iddiaçı K.A.Əhmədovaya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Evlərin Alqı-satqısı və kirayə verilməsi mərkəzinin xx.xx.2020ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 1 otaqlı mənzilin kirayə haqqı hazırki bazar qiymətləri ilə 140-150, 2 otaqlı mənzillərin kirayəsi 160- 180, 3 otaqlı mənzillərin kirayəsi 200-220 və 4 otaqlı sadə təmirli mənzilin kirayəsi 230-250 manat təşkil edir. İş materiallarında olan Şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışdan görünür ki, X1 imkanları məhdud uşaqdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, X4 2(105)-1264 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçı K.A.Əhmədovanın cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 57a, 1 saylı mənzilə yaşayış hüququ tanınmaqla azyaşlı övladları ilə birlikdə N.S.Nümayişli ilə birlikdə həmin mənzilə köçürülməlidir. Tərəflərindən tələbkar K.A.Əhmədova (Mirzəyeva) xx.xx.2019-cu il tarixdə saat 11:00-da Sumqayıt şəhərində yerləşən 13-cü mkr, ev 57a, 12 saylı mənzilə köçürülərkən borclu İddiaçı tərəfindən tələbkara və icra məmurlarına təziq göstərərək icra hərəkətlərini həyata keçirtməyə maneçilik törətmişdir. İşdə olan “FAME-PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli “Mənzilin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1də qeydiyyatdadır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüşşəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailəüzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşıər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailəüzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamışşəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailəəlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailəüzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınmasıüçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və keçmiş həyat yoldaşı cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamıüçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakıüzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq normasıəsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuşşəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuşşəraitlə müqayisədə oxşar yaşamaq imkanıəldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Məhkəmə kollegiyası Cavabdeh iddiaçı tərəfindən ona təklif edilmiş kompensasiyasının məbləğinin az olması barədə dəlili qəbul etmir. Belə ki, kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 1446/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar