Məhkəmə qərarları › İş №2(105)-55/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-55/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-55/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X23 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X27, X16, X9 qarşı şəhadətnamənin, alğı-satqı müqaviləsinin, çıxarışın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilmələri və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2l oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X27, X9 qarşı “şəhadətnamənin, alğı-satqı müqaviləsinin, çıxarışın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilmələri və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilmiş günü göstərilməyən, yanvar ayına təsadüf edilən 2003-cü il tarixli JN 655 A №-li şəhadətnamənin, Şamaxı rayon Notariat Kontorunda bağlanılmış 14 sentyabr 2010-cu il tarixli alğı-satqı müqaviləsi və həmin alğısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-nin 14saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2l oğlunun adına verilmiş 18 sentyabr 2010-cu il tarixli ******* seriya №-li çxarışın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması, Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Mustafayeva (Əliyeva) Zeyvə İsaq qızının adına verilmiş xx.xx.2002-ci il tarixli JN 655 A №-li şəhadətnamədə qeyd edilmiş Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12-ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması, məhkəmə xərclərinin müştərək qayadada cavabdehlər Cavabdeh3 və Cavabdeh2l oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə üzrə vərəsəsi olduğu X20 İslahat Komissyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12-ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən JN 655A №- li şəhadətnamə verilmişdir. X24 bu torpaq sahəsi ilə bağlı Şamaxı rayonu Qızmeydan kəndi üzrə İcra nümayəndəliyində 19 noyabr 2013-cü il tarixdə təsdiq edilmiş və 02 ilə reyestr kitabında qeyd olunaraq ona vəsiyyətnamə vermişdir. Lakin Şamaxı Rayon Məhkəməsində hazırda baxılan iş № 2 (074)-514/2020 saylı mülki işlə bağlı DƏDRX-nin 14-saylı Ərazi İdarəsindən Məhkəmənin sorğusuna əsasən verilmiş sənədlərin surətlərindən görünür ki, sözügedən torpaq sahəsinə dair Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Şamaxı rayonunda qeydiyyatda olmayan və yaşamayan Bakı şəhəri, Y.Yasamal-1, ev 04 mənzil 56-da yaşayan Cavabdeh3 adına 2003-cü ildə günü bilinməyən yanvar ayı tarixdə JN 655A №-li şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh3 satıcı qismində mübahisəli torpaq sahəsini alıcı Cavabdeh2l oğluna Şamaxı rayon notariat kontorunda bağlanmış 14 sentyabr 2010-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Öz növbəsində alıcı Cavabdeh2l oğlu həmin torpaq sahəsinə dair DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2010-cu il tarixli seriya ******* №-li çxarış almışdır. Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilmiş, günü göstərilməyən yanvar ayına qeyd olunan 2003-cü il tarixli şəhadətnamə və Şamaxı rayon notariat kontorunda Cavabdeh3 ilə Cavabdeh2l oğlu arasında bağlanmış 14 sentyabr 2010-cu il tarixli alğı-satqı müqaviləsi və bu müqavilədən irəli gələn DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2l oğlunun adına verilmiş xx.xx.2010-cu il tarixli seriya ******* №-li çxarışla Dövlət Reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməlidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Sovetlər Birliyi dağıldıqdan və Azərbaycan Respublikası Müstəqillik əldə etdikdən sonra X32 Əliyevin sərəncamı ilə İslahat Komissiyası yaradılmış və İslahat Komissiyaları Azərbaycanın müvafiq rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlara pay qismində əkin torpaqları və həyətyanı torpaq sahələri vermişdir. X20 Şamaxı rayonunda qeydiyyatda olan və yaşayan bir şəxs kimi İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı rayonu Talışnuru kəndi ərazisində 0.94 ha əkin təyinatlı torpaq sahəsi ilə bağlı JN 597 №-li Dövlət Aktı və Şamaxı rayon Nağarxana kəndində yerləşən 0,12-ha həyətyanı torpaq sahəsi verilmişdir. X6 yəni xx.xx.2002-ci il tarixdə 0.12-ha həyətyanı torpaq sahəsi ilə bağlı Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən JN 655A №-li şəhadətnamə almışdır. Həmin topraq sahəsi X24 tərəfindən heç kimə satılmamış və məhkəmənin qərarına əsasən onun mülkiyyət hüquna xitam verilməmişdir. Lakin naməlum səbəblərdən və əldə etdiyi sənədlərin surətlərindən görünür ki, Şamaxı rayon Torpaq Şöbəsinin o zamankı rəhbərliyi heç bir əsaslar olmadan sözü gedən torpaq sahəsinə dair Cavabdeh3 günü göstərilməyən yanvar ayına təsadüf edilən 2003-cu il tarixli JN 655A №-li yenidən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə vermişdir. Dövlət orqanları tərəfindən təsdiqlənmiş əqdlərin mövcud olmasından məhkəmədə hazırda baxılan başqa bir işlə bağlı yəni iddiaçı X11 ona qarşı verdiyi iddia ərizəsindən sonra xəbərdar olmuşdur. Ona görə də hesab edir ki, hazırki iddia ərizəsində sadaladığı sənədlə maraqlarına toxunduğundan həm hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, həm də ki iddia müddətini buraxmamışdır. Belə ki, AR MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu məcəllənin 354.2-ci maddəsin də sadalanan və nəzərdə tutulan hallardan birinə əsasən isə şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzindən əqdi mübahisə edə bilər. Digər tərəfdən həmin məcələnin 337.1 və 337.2-ci maddələrinin müddəalarına əsasən isə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Məhkəmənin nəzərinə ən vacib məqamlardan birini də çatdırır ki, Şamaxı Rayon Torpaq Şöbəsinin qanunsuz hərəkətlərinə bəraət qazandırlması üçün, Şamax RİHB-nın Nağaraxana kəndi üzrə sabiq icra nümayəndəsi X27 və Şamaxı rayonu Nağaraxana kənd bələdiyyəsinin sədri X7, X17 iştirakı olmadan tərtib etdikləri, günü bilinməyən 2010-cu il tarixli qonşuluq aktında guya X5 məxsus torpaq sahəsinin X20 məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsini, yəni onların qonşu torpaq sahələri olduğunu təsdiqləmişlər. Bu tərtib olunmuş qonşuluq aktı nə dərəcədə qanuni və ya saxtadırş Lakin hesab edir ki, məhkəmə həm şəhadətnamənin Şamaxı rayon Torpaq Şöbəsi tərəfindən Cavabdeh3 adına verilməsi, həm də ki, sözügedən qonşuluq aktının tərtib edilməsi ilə bağlı qanunun tələblərinin pozulduğunu və həmin şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, AR MPM-nin 265.4-cu maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxrmaqda və prokurora xəbər verməkdə haqlı olar. X16 3-cü şəxs qismində cəlb edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 adına olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 14 sentyabr 2010-cu il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi, eləcə də aparılmış qeydiyyat və verilmiş Seriya MA № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən üçüncü şəxs X16 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. İşin halları ondan ibarətdir ki, iş materiallarında olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X12 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998- ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 19 noyabr 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Şamaxı rayonu Qızmeydan kəndində yaşayan X1 yerləşən 0,94 ha torpaq sahəsi Dövlət Aktı JN-0597 KOD 41011018 və Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İ № 772620 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 07 oktyabr 2020ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 Şamaxı rayonu Talışnuru kəndində yerləşən 0,94 ha torpaq sahəsi Dövlət Aktı JN-0597 KOD 41011018 və Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, İddiaçı vəsiyyət edilmişdir və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 14 sentyabr 2010-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 4800 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 21 aprel 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Seriya MA ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 10000 manata X2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi X11 adına dövlət qeydiyyatına alınmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyası hər hansı torpaq sahəsi ayırmadığı halda DTXK Şamaxı rayon şöbəsi tərəfindən Cavabdeh3 adına Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ona 0,12 ha torpaq sahəsi verilməsinə dair JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh3 da həmin şəhadətnaməyə əsasən 14 sentyabr 2010-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. 0,12 ha torpaq sahəsi sonuncunun adına dövlət qeydiyyatına alınmış və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh2 21 aprel 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini X2. 0,12 ha torpaq sahəsi sonuncunun adına dövlət qeydiyyatına alınmış və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış verilmişdir. Lakin məhkəmənin bu qənaətinə baxmayaraq işin müəyyən olunmuş halları ilə Cavabdeh3 adına Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ona 0,12 ha torpaq sahəsi verilməsinə dair JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair tərtib edilmiş Şəhadətnamənin saxtalığı ilə bağlı hər hansı bir sübut (dəlil) və ya iddia yoxdur. Əksinə məhkəmə qətnaməsinə görə iş materiallarında olan DTXK Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev, İHB-nin Nağaraxana kənd üzrə nümayəndəsi A.Həsənov, Nağaraxana kənd Bələdiyyəsinin sədri E.Hüseynov, mülkiyyətçi Cavabdeh3, mülkiyyətçi X10 iştirakı ilə 2010-cu ilin avqust ayında tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh3 məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Cavabdeh3 məxsus JN-655a nömrəli torpaq sahəsi naturada Z.Mustafayevaya məxsus torpaq sahəsi ilə heç bir problemi yoxdur. Hər İki mülkiyyətçiyə məxsus torpaq sahəsi naturada mövcuddur və aralarında heç bir mübahisə yoxdur. Hər iki torpaq sahəsi yenidən ölçülərək mülkiyyətçilərə təhvil verildi. Həmçinin Cavabdeh3 adı DBF siyahıda texniki xəta olaraq göstərilməmiş, lakin Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılmış və JN-655a nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Göründüyü kimi Cavabdeh3 məxsus JN-655a nömrəli torpaq sahəsi naturada Z.Mustafayevaya məxsus torpaq sahəsi ilə heç bir problemi yoxdur və hər iki torpaq sahəsi yerində yenidən ölçülərək mülkiyyətçilərə təhvil verilmişdir. Cavabdeh3 məxsus JN- 655a nömrəli Şəhadətnamənin əsassız verilməsi qəbul edilsə belə 14 sentyabr 2010-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, eləcə də aparılmış qeydiyyat və verilmiş Seriya MA № ******* saylı Çıxarış etibarsız hesab edilməsi qanuni sayıla bilməz. Ən azından iş materiallarında sözügedən torpaq sahəsini Cavabdeh3 əldə etmiş Cavabdeh2 vicdanlı alıcıdır. Cavabdeh2 qeyd olunan torpağı vicdanlı olaraq əldə etmiş və aldığı torpaqla bağlı alğı-satqı əməliyyatını da tam qanuni olaraq həyata keçirmişdir. Belə ki, torpaq sahəsinin Cavabdeh2 satılmasına dair alğı-satqı müqaviləsi notariat tərəfindən təsdiq edilmiş, müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaqla bağlanmış, müqavilə təsdiq olunarkən satıcının torpaq üzərinə sərəncam vermək hüququ, torpağın yüklü olub-olmaması və s. hallar yoxlandıqdan sonra torpaq sahəsinə dair alğı-satqı müqaviləsi təsdiq edilmişdir. Ona görə də hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Üçüncü şəxs X16 Cavabdeh2 ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmənin qətnaməsi qanuni və əsasslıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən işin bütün halları araşdırılıb. Apellyasiya şikayətinin verilməsi işin uzadılmasına xidmət edir. Apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında X16 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi deyil. Odurki, apellyasiya şikayətinin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianıntəmin edilməməsini xhaiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X27, X14 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi qismən, Cavabdeh3 adına olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia tələbi üzrə həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamə ləğv edilməli, iddia tələbi üzrə də icraata xitam verilməlidir. İş materiallarında olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X12 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 19 noyabr 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Şamaxı rayonu Qızmeydan kəndində yaşayan X1 yerləşən 0,94 ha torpaq sahəsi Dövlət Aktı JN-0597 KOD 41011018 və Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İ № 772620 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 07 oktyabr 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 Şamaxı rayonu Talışnuru kəndində yerləşən 0,94 ha torpaq sahəsi Dövlət Aktı JN-0597 KOD 41011018 və Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı vəsiyyət edilmişdir və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 14 sentyabr 2010-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 4800 manata Cavabdeh2l oğluna satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2l oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 21 aprel 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Mustafayev X19 MA ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsini 10000 manata X2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi X11 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan DTXK Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev, İHB-nin Nağaraxana kənd üzrə nümayəndəsi A.Həsənov, Nağaraxana kənd Bələdiyyəsinin sədri E.Hüseynov, Mülkiyyətçi Cavabdeh3, Mülkiyyətçi X10 iştirakı ilə 2010-cu ilin avqust ayında tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh3 məxsus olan Şamaxı rayon Nağaraxana kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Cavabdeh3 məxsus JN-655a nömrəli torpaq sahəsi naturada Z.Mustafayevaya məxsus torpaq sahəsi ilə heç bir problemi yoxdur. Hər İki mülkiyyətçiyə məxsus torpaq sahəsi naturada mövcuddur və aralarında heç bir mübahisə yoxdur. Hər iki torpaq sahəsi yenidən ölçülərək mülkiyyətçilərə təhvil verildi. Həmçinin Cavabdeh3 adı DBF siyahıda texniki xəta olaraq göstərilməmiş, lakin Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılmış və JN-655a nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 noyabr 2020-ci il tarixli Şamaxı Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində Cavabdeh3 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlərə dair hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli Şamaxı rayonu Nağaraxana kəndində vətəndaşları xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, X10 qanuni istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-514/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X8, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən 3-cü şəxlər X27, X9 qarşı “şəhadətnamənin, alğısatqı müqaviləsinin, çıxarışın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilmələri və torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki iş yekunlaşanadək hazırki işin, yəni iddiaçı X11 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə yönəlmiş maneənin aradan qaldırılması və çəpərin sökülməsi tələbinə dair” mülki işin icraatının dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi hüquqi əsas olmadan Cavabdeh3 adına qeydə alınması nəticəsində verildiyindən, həmin şəhadətnamə və onun əsasında bağlanmış 0,12 ha torpaq sahəsinin Cavabdeh2l oğluna satılması barədə 14 sentyabr 2010-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi, eləcə də aparılmış qeydiyyat və verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarış etibarsız sayılmalı, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh3 adına verilmiş JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, həmin şəhadətnamə əsasında aparılmış alğı-satqı müqaviləsinin, aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, qeyd edilən şəhadətnamə Cavabdeh3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinə dair verilmişdir. Gündüyü kimi, hazırki tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İş materiallarından görünür ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edlməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönəldə bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Şamaxı rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh3 adına olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(074)-89/2021 saylı qətnaməsi qismən, Cavabdeh3 adına olan JN 655A KOD 41011018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X27, X16, X9 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar