Məhkəmə qərarları › İş №2(105)-550/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-550/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-550/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh (Şahbazova) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının vəkili Ş.Ş.Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh ilə birgə nikah dövründə tikdikləri ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və onun həmin yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 yanvar 1996-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların 09 mart 2002-ci il tarixdə X5 adlı bir uşaqları olmuş, həmin uşaq yetkinlik yaşına çatmışdır. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Cavabdeh nikahın pozulmasına etiraz edərək Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2889/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2543/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh (Şahbazova) ilə nikahlarının pozulması 07 iyul 2021-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Cavabdeh (Şahbazova) ilə birgə nikahda yaşadıqları dövrdə ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evini tikmişlər. Yaşayış evinin tikildiyi 0.06 ha həyətyanı torpaq sahəsi Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli qərarına əsasən cavabdehin istifadəsinə verilmişdir. Cavabdehlə birgə nikahda olduqları dövrdə isə həmin torpaq sahəsində yaşayış evini tikib oraya köçmüşlər və orada yaşamışlar. Həmin ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Həmin daşınmaz əmlaka aid sənədlər Cavabdehdır (Şahbazova). 2011-ci ildə Qusar rayon sakini Aşurlu Sənan onu lapatka ilə başından vuraraq ağır xəsarət yetirmişdir. Aldığı həmin xəsarətdən sonra onun sağlamlıq durumu çox pisləşmiş, fiziki cəhətdən çox zəifləmişdir. Artıq onun fiziki sağlamlığı normal işləyib pul qazanmağına imkan vermir. Bundan sonra Cavabdeh (Şahbazova) ona qarşı münasibəti soyumağa başlamışdır. 2011-ci ildə cavabdeh ondan ayrılmış, yaşadıqları ünvan 1 ünvadan yerləşən yaşayış evindən çıxıb Qusar şəhəri H.Əliyev prospekti ev1 168 mənzil 16-da yaşayan valideynlərinin mənzilinə getmişdir. O, isə Cavabdeh (Şahbazova) ilə birgə nikahda yaşadıqları dövrdə tikdikləri ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamağa davam etmişdir. 2015-ci ildə isə cavabdeh gəlib onu həmin yaşayış evindən zorla çıxartmışdır. O, artıq fiziki cəhətdən zəif olduğu üçün cavabdehə heç bir müqavimət göstərə bilməmişdir. Cavabdeh (Şahbazova) onu çıxartdıqdan sonra həmin evi kənar şəxslərə kirayəyə vermişdir və hal-hazırda həmin evdə kirayəçilər yaşayırlar. Cavabdeh (Şahbazova) isə ünvan 4-da yerləşən valideynlərinə məxsus mənzildə yaşamağa davam edir. 2015-ci ildən o, işlədiyi ayaqqabı təmiri köşkündə yaşayır, orada yatıb-durur. Qusar şəhəri T.İsmayılov küçəsi ev 58 ünvanda yerləşən yaşayış evi onun əmisigilə məxsus evdir və o, orada sadəcə qeydiyyatda olmaqla yaşamır. ünvan 1 ünvanda yerləşən yaşayış evi onun Cavabdeh (Şahbazova) ilə birgə nikah dövründə əldə etdikləri əmlakdır və həmin yaşayış evinin yarısı qanun üzrə ona məxsusdur. Həmin yaşayış evində qanuni payının olmasını cavabdeh özü də yaxşı bilir. Onun cavabdehə qarşı irəli sürdüyü hazırkı iddianı gecikdirmək üçün Cavabdeh (Şahbazova) aralarındakı nikahın pozulmasına dair Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsindən həm Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının vəkili Ş.Ş.Xıdırov apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmənin qətnaməsində iddianın rədd etməsini əsası kimi ünvan 1 ünvanda yerləşən yaşayış evinin hüquqi statusunun müəyyənləşdirilməməsini, həmin evin heç kimin adına rəsmi dövlət qeydiyyatına alınmamasını qeyd edir. Həmçinin qətnamədə İddiaçı həmin evi 2014-cü ildən etibarən tərk etdiyi, yəni uzun bir müddət keçdyi üçün iddianın təmin edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Yaşayış evinin tikildiyi torpaq sahəsi cavabdehin adınadır. Cavabdeh həmin evin birgə nikah dövründə tikilməsi faktı təstiq edilmişdir. Buna görə də həmin yaşayış evi özbaşına tikili hesab edilə bilməz. İddiaçı özü könüllü tərk etməmiş, cavabdeh tərəfindən həmin evdən çıxarılmışdır. Digər tərəfdən onların nikahı 07 iyul 2021-ci il tarixdə pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri pozulmuşdur. Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinin, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh (Şahbazova) apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, mübahisəli evin heç kimin adına qeydiyyatda olmamasına və cavabdehin orada 2014-cü ildən yaşamamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkili Ş.Ş.Xıdırovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından verilmiş 23 avqust 2021-ci il tarixli 849 saylı arxiv çıxarışından görünür ki, Qusar rayon X8 24 fevral 1993-cü il tarixli qərarı ilə M.M.Şahbazovaya Qusar şəhəri Təzə küçə 13 ünvandan fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olan Qusar rayon X8 Rəyasət Heyətinin 24 fevral 1993-cü il tarixli qərarından çıxarışın surətindən görünür ki, Qusar şəhəri T.İsmayılov küçəsi 168/16 nömrəli evin sakini M.M.Şahbazovaya şəhərin Təzə küçə-13 küçəsində bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 1905 nömrəli arayışdan görünür ki, X1 şəhəri Z.Baxışov küçəsi 13 saylı evdə kirayədə yaşayır və həyat yoldaşı X2, 2011-ci il təvəllüdlü X12, 2009-cu il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 saylı 01.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında Qusar rayon Qeydiyyat şöbəsində 26 yanvar 1996-cı il tarixli 04 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2543/2020 saylı, 29.10.2020ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Qusar Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2(029)-268/2020 aylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2889/2021 saylı 04.05.2021-ci il tarixi qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2(105)-2543/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AZ-386908 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuş. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 08 iyul 2021-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. İşdə olan Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 1517 saylı arayışdan görünür ki, İddiaçı ünvan 5 evdə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanda qeydiyyatdadır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 26 yanvar 1996-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından onların 09 mart 2002-ci il təvəllüdlü Günay adlı bir uşaqları anadan olmuşdur. Ailə həyatı qurarkən Cavabdeh İddiaçı yaşadığı və pasport qeydiyyatında olduğu ünvan 5 ünvanda yerləşən sonuncunun atasına məxsus evə gəlin köçmüş və bununla da, tərəflərin daimi yaşayış yerləri həmin ev olmuşdur. Tərəflər həmin evdə 2 il yarım yaşadıqdan sonra həmin evdən çıxaraq kirayədə yaşamağa başlamışlar. 2011-ci ildən isə Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli 27 saylı qərarına əsasən Cavabdeh adına verilmiş 0.06 ha torpaq sahəsində inşa olunmuş ünvan 6 ünvanda yerləşən evə köçmüşlər və 2014-cü ilə kimi birlikdə orada yaşamışlar, daha sonra isə həmin evdən çıxaraq iddiaçı başqa ünvana, cavabdeh isə başqa ünvana köçmüşdür. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evin birgə nikah dövründə inşa edilməsinin və onların nikahın pozulmasının 2020-ci ildə baş verməsi barədə gətirdiyi dəlili qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilə bilməz. Belə ki, həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi tərəflər nikaha daxil olmamışdan əvvəl-yəni Qusar rayon XDS-nin 24 fevral 1993-cü il tarixli qərarına əsasən Cavabdeh adına verilmişdir və cavabdehin bu torpaq üzrə gözlənti hüququ yaranmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı həmin evin cavabdehlə birgə nikahları dövründə, məhz onun tərəfindən inşa edildiyini bildirsə də, bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, İddiaçı həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iddiaçının həmin evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ yaranmamış, cavabdehin də həmin evə dair sərəncam hüququ olmamış və buna görə də, iddiaçını həmin evə köçürmək səlahiyyəti olmamışdır. Ümumiyyətlə evin hüquqi statusu müəyyən olunmadığından evə dair hər hansı əqd, o cümlədən istifadə hüququnun əmələ gəlməsi barədə əqd bağlana bilməzdi. Bundan başqa, iddiaçı ilə cavabdeh həmin evi özləri üçün daimi yaşayış yeri kimi seçməmişlər və yuxarıda qeyd edildiyi kimi onların orada yaşamaları müvəqqəti xarakterli olmuşdur. 2014-cü ildən isə iddiaçı ilə cavabdehin ailə münasibətləri faktiki olaraq pozulmuş və həmin vaxtdan iddiaçı yaşadığı mübahisəli evi tərk etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-268/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikah pozulmuşdur. Bununla da, iddiaçı ilə cavabdehin etibarlı ailə və mənzil münasibətləri də pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası İddiaçı heç bir yaşayış yeri və evinin olmaması barədə dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz və məhkəməyə təqdim edilmiş 821 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qusar şəhəri, İlizarov küçəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 189,9 kv.m ibarət olan 58 saylı yaşayış evinin 1/6 hissəsi vərəsəlik şəhadətnaməsi əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və vəkili X6 apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 17 noyabr 2021-ci il tarixli 2(029)-775/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar