Məhkəmə qərarları › İş №2(105)-558/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-558/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-558/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Orucəlı̇ yeva Zəvatə Yarəlı̇ qızının cavabdehlər Orucəlı̇ yev Kamı̇ l Heydər oğlu, Orucəlı̇ yev Heydər Abdulqədı̇ r oğlu, Orucəlı̇ yeva Fı̇ ruzə Muxtar qızı, Orucəlı̇ yev Abdul Heydər oğlu və Orucəlı̇ yev Qədı̇ r Heydər oğluna qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair ərizə) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Orucəlı̇ yeva Zəvatə Yarəlı̇ qızının cavabdehlər Orucəlı̇ yev Kamı̇ l Heydər oğlu, Orucəlı̇ yev Heydər Abdulqədı̇ r oğlu, Orucəlı̇ yeva Fı̇ ruzə Muxtar qızı, Orucəlı̇ yev Abdul Heydər oğlu və Orucəlı̇ yev Qədı̇ r Heydər oğluna qarşı mənzilə köçürülmə, pasport qeydiyyatına alınma və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh Orucəlı̇ yev Abdul Heydər oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli qətnaməsi ilə iddiaçı Orucəlı̇ yeva Zəvatə Yarəlı̇ qızının cavabdehlər Orucəlı̇ yev Kamı̇ l Heydər oğlu, Orucəlı̇ yev Heydər Abdulqədı̇ r oğlu, Orucəlı̇ yeva Fı̇ ruzə Muxtar qızı, Orucəlı̇ yev Abdul Heydər oğlu və Orucəlı̇ yev Qədı̇ r Heydər oğluna qarşı mənzilə köçürülmə, pasport qeydiyyatına alınma və istifadə hüququnun tanınması tələbinə dair iddianın təmin edilməsi, İddiaçı Quba şəhəri, Fətəli Xan küçəsi, 2 asaylı evin 34-cü mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qət edilmişdir.

2. İş üzrə Cavabdeh4 göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-18/20210 nömrəli qərardadı ilə Cavabdeh4 Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.

4. İş üzrə Cavabdeh4 Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-18/20210 nömrəli qərardadından şikayət ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-18/20210 nömrəli qərardadının ləğv edilib, Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Cavabdeh4 Quba Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(027)-18/20210 nömrəli qərardadından verdiyi şikayətin qaytarılması qərara alınmışdır.

6. Cavabdeh A.H.Orucəlı̇ yev yuxarıda göstərilən qərardaddan şikayət vermişdir.

7. Quba Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Cavabdeh4 şikayətinin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Cavabdeh4 şikayəti onunla əsaslandırmışdır ki, o, məhkəmənin qərardadı üzrə nəticəni tamamilə əsassız hesab edir. Belə ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, o, apellyasiya şikayətini MPM-nin 363-cü maddəsinin tələblərinə uyğun göndərməmişdir. Bildirmək istəyir ki, o, apellyasiya şikayəti deyil, qərardaddan məhkəməyə şikayət vermiş və şikayəti tam düzgün tərtibatla vermişdir. Tək bu halın özü məhkəmənin qərardadı üzrə nəticənin düzgün olmadığını deməyə əsas verir. Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadın ləğv olunması və əvvəlki şikayəti üzrə digər prosessual hərəkətlərin edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 363.1 və 363.1.5. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(027)-18/2010 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(027)- 18/2010 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(027)-18/2010 nömrəli qərardadından cavabdeh Orucəlı̇ yev Abdul Heydər oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-558/2023 nömrəli qərardadı ilə Cavabdeh4 şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

12. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir.

13. İş materiallarından görünür ki, cavabdeh A.H.Orucəlı̇ yev Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, kağız daşıyıcıda vermiş, bununla da prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur.

14. Birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 363.1 və 363.1.5-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və MPM-nin 363-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadına mövcud şikayət əsasında baxılması mümkün olmadığına görə şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-558/2023 nömrəli qərardadı ləğv edilməlidir.

18. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

19. MPM-nin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır.

21. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(105)-558/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(027)-18/2010 nömrəli qərardadından cavabdeh Orucəlı̇ yev Abdul Heydər oğlu tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar