Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-559/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(060)- 5606/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan, hazırkı mülki iş üzrə Cavabdeh ifadəsindən görünür ki, İddiaçı və X2 onun barəsində Sumqayıt şəhər prokurorluğuna etdikləri müraciətlərlə tanış olmuşdur. Həmin müraciətlərində göstərdikləri xüsusatlar üzrə bildirmişdir ki, o, İddiaçıla uşaqlıq dostudur. 2019-cu ilin iyun ayında İddiaçı ona təklif etmişdir ki, "xxxx" MMC-nin Sumqayıt şəhər filialında tikilən evlərin təmirini birgə həyata keçirsinlər. O, Orxanla razılaşmış və həmin işi görməyi o öz öhdəsinə götürmüşdür. Həmin ayın sonlarında İddiaçı ona 50000 (əlli min) ABŞ dolları pul vermişdir. İddiaçı aldığı həmin pulun müqabilində bir sıra işlər görmüş və həmin ilin iyul ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində İddiaçı aylıq 5000 (beş min) manat pul ödəmişdir. Ümumilikdə almış olduğu 50000 (əlli min) ABŞ dolları pulun müqabilində o, İddiaçı 48000 (qırx səkkiz min) manat pul ödəmişdir. Pandemiya ilə əlaqədar işlər zəiflədiyindən o, İddiaçı növbəti aylarda pul ödəyə bilməmişdir. Bundan başqa İddiaçı 2015-ci ildə avtomobil alqı-satqısını həyata keçirməsi üçün ona ümumilikdə 30000 (otuz min) ABŞ dolları pul vermişdir. Həmin vaxtlar onun işləri yüksək səviyyədə irəlilədiyindən o, İddiaçı aldığı pulun qarşılığında ona hazırda dəqiq məbləğini xatırlamasa da, ondan aldığı məbləğdən artıq məbləğdə pul qaytarmışdır. Avtomobil alqı-satqısı ilə bağlı İddiaçı aldığı pula görə onun Orxana borcu yoxdur. Bundan əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ilin əvvəllərində Elçin adlı şəxslə tanış olmuşdur. Həmin şəxs kriptovalyuta ilə məşğul olduğunu və həmin işdən yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Elçinə həmin işdən anlayışının olmadığını bildirəndə Elçin ona bunun üçün sadəcə yatırım etməyin kifayət etdiyini bildirmişdir. Belə ki, Elçinin təklifi ilə ona verəcəyi 110000 (bir yüz on min) ABŞ dolları pulun müqabilində Elçin ona aylıq olaraq 6500 (altı min beş yüz) ABŞ dolları pul ödəyəcəkdir. O, Elçinin bu təklifini İddiaçı demişdir. Orxan razılaşmış və Elçinin təklifi ilə ona 110000 (bir yüz on min) ABŞ dolları pul vermişdir. O, həmin pulu Elçin adlı şəxsə vermişdir. Elçin ona verdiyi pulun müqabilində 10 ay müddətində aylıq 6500 (altı min beş yüz) ABŞ dolları pul vermişdir. O həmin puldan 500 (beş yüz) ABŞ dolları pulu özünə götürüb qalan 6000 (altı min) ABŞ dolları pulu Orxana vermişdir. Lakin sonradan pandemiya ilə əlaqədar Elçin ona pul verməyi dayandırdığı üçün o, Orxana pul verə bilməmişdir. İddiaçı almış olduğu 110000 (bir yüz on min) ABŞ dolları pulun müqabilində o, Orxana 60000 (altmış min) ABŞ dolları pul ödəmiş və ona bu günədək 50000 (əli min) ABŞ dolları pul borcu qalmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan İddiaçı ifadəsindən görünür ki, Sumqayıt şəhər prokurorluğuna ərizə ilə o müraciət etmişdir. Müraciətinə səbəb əvvəldən tanıdığı Zaur adlı şəxsin onun etibarından suiistifadə edərək ona məxsus 190000 ABŞ dolları pulu ələ keçirməsi olmuşdur. Belə ki, o, Zauru uşaq vaxtlarından tanıyır. Onunla hər zaman aralarında dostluq münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ildə Zaurla Sumqayıt şəhəri ərazisində görüşüb həmsöhbət olduqları zaman X10 adlı şəxsin sürücüsü işlədiyini öyrənmişdir. Kamal Orucovu həmin vaxt qiyabi tanısa da, sonradan həmin şəxslə aralarında münasibət yaranmış və hazırda mütəmadi olaraq Kamal Orucovla görüşüb həmsöhbət olmuşlar. 2015-2016-cı illər ərzində o, Sumqayıt şəhəri ərazisində avtomobil satış mərkəzi açmış, həmin salona satış üçün müxtəlif modellərdə avtomobillər gətirmişdir. O ərəfələrdə Zaur da bir ya iki dəfə onun salonuna satmaq üçüb avtomobil gətirmişdir. O, Zaurdan avtomobil almaq üçün pulu haradan əldə etdiyini soruşduqda, Zaur həmin pulları ona ailə üzvlərinin verdiyini deyirmiş. Bundan sonra Zaur ona birgə avtomobil gətirib satışını həyata keçirməyi təklfi etmiş və başlanğıc olaraq ondan 10.000 (on min) ABŞ dolları istəmişdir. O, həmin pulu ona 2016-cı ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “DəmirBank" ASC-yə məxsus binanın qarşısına öz avtomobilində Zaura vermişdir. Bundan sonra Zaur avtomobil satışı ilə bağlı işləri daha da genişləndirəcəyi və yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair ona yalan vədlər verərək 2017-ci ilin mart ayının əvvəllərində və bir il sonra 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında onun öz avtomobilində hər dəfəsində 10000 (on min) ABŞ dolları olmaqla, ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları pul almışdır. Bununla Zaur guya onunla maşın alveri edəcəyi adı ilə onu aldadaraq 30000 (otuz min) ABŞ dolları pulunu ələ keçirmişdir. O həmin ərəfələr Zaurdan qazancı nə vaxtda götürəcəkləri ilə bağlı suallar versə də, Zaur hər dəfəsində ondan qısa müddətə möhlət istəyərək və ya digər bəhanələrlə söhbətdən yayınmışdır. O, Zaurun özü ilə uşaqlıqdan dostluq etmiş, onun ailəsi Zauru, həmçinin Zaurun ailəsi onu yaxından tanıdığı üçün o, Zaurun dələduzluq edəcəyinə inanmamışdır. Düşünmüşdür ki, Zaur ondan aldığı pullarla onların işlərini yönəldir və zamanı çatanda o həmin işlərdən yüksək qazanc əldə edəcəkdir. Bundan başqa 2019-cu ilin yanvar ayında Zaurla həmsöhbət olduqları zaman Zaur ona Kamal Orucovun Azərbaycan Respublikasının Mənzil X4nin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək vəzifədə işlədiyini və Kamalın ona həmin binada olan mənzillərin təmirini həvalə edəcəyini bildirmişdir. O, X6 sürücüsü işlədiyini bildiyi üçün ona inanmışdır. Zaur ona həmin evləri təmir etməkdə ona şərik olmağı təklif elmiş və işə başlamaq üçün 50000 (əlli min) ABŞ dolları pula ehtiyacının olduğunu demişdir. O, tərəddüd etmədən 50000 (əlli min) ABŞ dolları pulu 2019-cu ilin yanvar ayının ortalarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Sumqayıt filialının qarşısında Zaura vermişdir. Zaur pulu ondan aldıqdan sonra mənzillərin təhvil verilməsini gözləməli olacaqlarını bildirib, yalnız təhvil verildikdən sonra həmin mənzillərin təmirinə başlayacaqlarını demişdir. O, Zaura inandığı üçün Kamal Orucova zəng edib ondan bu barədə heç bir məlumat almamış, halbuki həmin vaxt onun Kamal Orucovla telefon əlaqələri olmuşdur. Artıq 2019-cu ilin ortalarında o, Zaurdan verdiyi pulları geri istəməyə başlamışdır. Çünki ona verdiyi pullardan qazanc əldə etməməsi artıq onda Zaura qarşı müəyyən şübhələrin yaranmasına səbəb olmuşdur. Lakin Zaurla hər gün görüşdüklərindən, görüş zamanı Zaur işlərin hansı formada inkişaf etdiyindən ona müsbət fikirlərlə danışmışdır ki, onda özünə qarşı olan bütün şübhələri yox etmişdir. Həmin ilin sentyabr ayının əvvəllərində Zaur zəng edib onunla görüşmək istədiyini bildirdiyindən onlar Zaurla elə həmin gün görüşmüşlər. Görüş zamanı Zaur ona Elçin adlı tanışının kriptovalyuta işi ilə məşğul olduğunu və eyni zamanda həmin işdən aylıq olaraq yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Zaura kriptovalyutadan anlayışının olmadığını dedikdə Zaur ona bunun üçün onların biliyinə gərək olmadığını, Elçinə pul verəcəkləri təqdirdə Elçinin özünün bütün işləri aparacağını və onlara da aylıq qazanclarını verəcəyini bildirmişdir. O, Zaurdan Elçinə nə qədər pul verməli olduğuqlarını soruşduqda, Zaur ona kriptovalyutada yüksək məbləğdə qazanc əldə etmək istəyirlərsə yüksək məbləğdə də yatırım etməli olduqlarını demiş və ondan 110000 (bir yüz on min) ABŞ dolları pul istəmişdir. O, ilk əvvəl tərəddüd etsə də, Zaur onu inandırmışdır ki, həmin pul batmayacaq və əlavə üzərində qazanc da əldə edəcəklər. O Zaura inandığı üçün həmin ayın sonlarında 110000 (bir yüz on min) ABŞ dolları pulu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərizisində yerləşən "xxxx" ASC-nin qarşısında Zaura vermişdir. Bundan sonra Zaur ona üç ay müddətində aylıq 500 (beş yüz ) ABŞ dolları pul versə də, sonradan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar işlərin zəiflədiyini bildirib pul verməkdən imtina etmişdir. Beləliklə də, 2019-cu ilin sentyabr ayından etibarən Zaur hər dəfəsindən bir bəhanə etməklə onun pullarını qaytarmaqdan yayınmışdır. Zaurla aralarında olan dostluq münasibətlərinə görə, həmçinin onun valideynlərinə görə o, 3 ilə yaxın müddət ərzində ondan şikayət etməyərək gözləmiş, lakin Zaurun pulları qaytarmaq fikrinin olmadığını gördüyü üçün ondan Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir.
2. xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda olan şahid qismində dindirilən X1 ifadəsindən görünür ki, Cavabdeh və İddiaçı xeyli müddədir ki, tanıyır. Belə ki, Cavabdehla aralarında 2010-cu ildən dostluq əlaqələri mövcuddur. İddiaçıla Sumqayıt Dövlət Universitetində tarix falkültəsində paralel qruplarda oxumuş, həmin vaxtdan onu qiyabi tanısa da, sonradan Zaur vasitəsilə aralarında münasibət yaranmışdır. O özü kripto pulların alqı-satqısı ilə məşğul olur. Hazırda Ukrayna Respublikasında davam edən müharibə ilə əlaqədar ölkə ərazisində olan banklardan pulların çıxarılması əməliyyatı dayandırıldığından o da öz fəaliyyətini dondurmuşdur. 2019cu ilin aprel ayında Zaurla görüşüb həmsöhbət olduqları zaman o, Zaura gördüyü işlər barəsində məlumat vermişdir. Zaur kripto pulların alqı-satqısına maraq göstərdiyi üçün ona təklif elmişdir ki, o, İddiaçıla görüşüb ona ətraflı məlumat versin. Həmin ilin aprel ayının 15də o, Zaur, Orxan və Asif adlı şəxs Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Təndir” restoranında görüşmüşlər. Həmin vaxt o onlara kripto alqı-satqısı ilə bağlı ətraflı məlumat vermişdir. Söhbət əsnasında Zaur 10000 (on min) ABŞ dolları vəsaiti yatıracağı təqdirdə aylıq qazancı barədə sual vermiş, o isə ona həmin pulun müqabilində ona ilkin olaraq 2000 (iki min) ABŞ dolları verə biləcəyini demişdir. Zaur onunla razılaşmışdır. Həmin vaxt yanlarında Orxan və Asif olsalar da, onlar edilən söhbətə heç bir müdaxilə etməmişlər. Bundan 3 gün sonra, xx.xx.2019-cu ildə o, Zaurla Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Panorama” restoranında görüşmüş və Zaur ona 10000 (on min) ABŞ dolları pul vermişdir. Həmin vaxt onların yanında Asif olmuşdur. Aralarında olan razılığa əsasən o ayın sonu Zaura 2000 (iki min) ABŞ dolları pul verməli olmuşdur. Zaurla görüşdən təxminən 1 həftə sonra o Asiflə birlikdə Ukrayna Respublikasına getmişdir. Həmin ayın sonu o Cavabdeh kart hesabına 2000 (iki min) ABŞ dolları pul göndərmişdir. Bundan sonra Zaur onların yanına Ukraynaya getmişdir. Bir neçə gün onlarla birlikdə qaldıqdan sonra Zaur geri qayıtmışdır. Zaur Sumqayıt şəhərinə geri qayıtdıqdan 5 gün sonra, yəni xx.xx.2019-cu ildə ona 20000 (iyirmi min) ABŞ dolları pul göndərmişdir. O, Zaurun ona ilkin vermiş olduğu 10000 (on min) ABŞ dolları pula görə ona ilk əvvəl 2000 (iki min) ABŞ dolları, növbəti ayın 5-dək isə vermiş olduğu 20000 (iyirmi min) ABŞ dolları pula görə ona əlavə olaraq 2000 (iki min) ABŞ dolları, ümumilikdə 4000 (dörd min) ABŞ dolları pul göndərmişdir. xx.xx.2019-cu ildə isə Zaur onun hesab nömrəsinə 27000 (iyirmi yeddi min) ABŞ dolları pul göndərmiş və Zaurun onda ümumilikdə 57000 (əlli yeddi min) ABŞ dolları pulu olmuşdur. O, həmin aydan etibarən 4 ay müddətində Cavabdeh aylıq 6000 (altı min) ABŞ dolları pul göndərmişdir. Hər ilin sonuncu ayı, yəni dekabr ayında banklarda sistemlər sıfırlanmaları üçün dondurulduqlarından o, Zaura pul göndərə bilməmişdir. 2020-ci ildən etibarən isə pandemiya ilə əlaqədar demək olar ki, bütün işlər tənəzüllə uğradığından o Zaura pul göndərə bilməmişdir. 2021-ci ilin may ayının 17-də o, Cavabdeh 1000 (bir min) ABŞ dolları pul göndərmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində isə o, Cavabdeh Orxan və Kamal adlı şəxslərə borclu olduğunu eşitmişdir. Zaurun təkidli israrlarından sonra o, İddiaçı 6000 (altı min) ABŞ dolları pul göndərmişdir. Onun Cavabdeh hazırda 50000 (əlli min) ABŞ dolları borcu vardır.
3. Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsində istintaqı aparılmış ********* saylı cinayət işinin istintaqı zamanı İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşmənin protokolundan görünür ki, İddiaçı ifadə verərək qeyd edir ki, Cavabdeh onu aldadaraq ümumilikdə 190000 ABŞ dolları vəsaitini ələ keçirmişdir, buna cavab olaraq Cavabdeh bildirir ki, qeyd edilən məbləğdə pulu İddiaçı iş görmək adı ilə almışdır, işlər alınmadığı üçün pulu qaytara bilməmişdir, pulu olan kimi həmin məbləği İddiaçı qaytaracaqdır. Qeyd edilən üzləşmə dindirmə protokolu İddiaçı, Cavabdeh və onun müdafiəçisi tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh borca görə yanvar 2019-cu il tarixdən verilmiş 190000 ABŞ doları əsas borc, MM-nin 445.7-ci maddəsinə görə illik beş faiz dərəcəsi ilə hesablanmış 38250 ABŞ dolları, mənəvi ziyana görə 10000 ABŞ dolları, cəmi 238250 (iki yüz otuz səkkiz min iki yüz əlli) ABŞ dolları (405025 AZN manatla) (dörd yüz beş min 025) Cavabdeh tutularaq İddiaçı ödənilməsi, vəkillə bağlanan müqaviləyə görə 320 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdən 2022-ci il tarixədək müddətdə ayrı-ayrı vaxtlarda avtomobil alqı-satqısı adı ilə tanıdığı Cavabdeh 190 min ABŞ dolları məbləğində pul vermiş, həmin puldan borc kimi ona ödəyəcəyi 238250 ABŞ dolları pulunu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Prokurorluğuna müraciət edib pulunun alınıb ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Fakta görə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmış, 20 iyul 2022-ci ildə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə şübhəli şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı özünə qarşı yaratdığı inam və etibardan sui istifadə etməklə əmlakını etibardan sui istifadə etmə və ya aldatma yolu ilə vahid qəsdlə külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə şərikli avtomobil alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcəklərinə dair yalan vədlər verib inandıraraq 2016-cı ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,70 manat olan 10000 ABŞ dollarını, 2017-ci ilin mart ayının əvvəllərində və 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında hər dəfəsində həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,70 manat olan 10000 ABŞ dolları olmaqla cəmi 30000 ABŞ dolları pulunu ələ keçirmiş, bundan əlavə Azərbaycan Respublikası Mənzil X4 tabeliyində olan "xxxx" MMC-də yeni tikiləcək evləri şərikli təmir etməklə qazanc əldə edəcəklərinə dair yalan vədlər verib aldadaraq həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,70 manat olan 50000 ABŞ dolları pulunu Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən Sumqayıt filialının qarşısında ələ keçirmiş bundan başqa kriptovalyuta satışı ilə məşğul olmaqla külli miqdarda qazanc əldə edəcəyinə dair iddiaçıya yalan vədlər verib aldadaraq 2019-cu ilin ortalarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,70 manat olan 110000 ABŞ dolları pulunu ələ keçirərək onun etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda, cəmi 323000 (üç yüz iyirmi üç min) manat pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Əvvəldən tanıdığı Zaur adlı şəxsin onun etibarından sui istifadə edərək ona məxsus 190000 ABŞ dolları pulu ələ keçirməsi olmuşdur. Belə ki, o, Zauru uşaq vaxtlarından tanıyır. Onunla hər zaman aralarında dostluq münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ildə Zaurla Sumqayıt şəhəri ərazisində görüşüb həmsöhbət olduqları zaman X10 adlı şəxsin sürücüsü işlədiyini öyrənmişdir. Kamal Orucovu həmin vaxt qiyabi tanısa da, sonradan həmin şəxslə aralarında münasibət yaranmış və hazırda mütəmadi olaraq Kamal Orucovla görüşüb həmsöhbət olmuşlar. 2015-2016-cı illər ərzində o, Sumqayıt şəhəri ərazisində avtomobil satış mərkəzi açmış, həmin salona satış üçün müxtəlif modellərdə avtomobillər gətirirmişdir. O ərəfələrdə Zaur da bir ya iki dəfə onun salonuna satmaq üçün avtomobil gətirmişdir. O, Zaurdan avtomobil almaq üçün pulu haradan əldə etdiyini soruşduqda, Zaur həmin pulları ona ailə üzvlərinin verdiyini söyləmişdir. Bundan sonra Zaur ona birgə avtomobil gətirib satışını həyata keçirməyi təklif etmiş və başlanğıc olaraq ondan 10000 (on min) ABŞ dolları istəmişdir. O, həmin pulu ona 2016-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus binanın qarşısında öz avtomobilində Zaura vermişdir. Bundan sonra Zaur avtomobil satışı ilə bağlı işləri daha da genişləndirəcəyi və yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair ona yalan vədlər verərək 2017-ci ilin mart ayının əvvəllərində və bir il sonra 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 6cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında onun öz avtomobilində hər dəfəsində 10000 (on min) ABŞ dolları olmaqla, ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları pul almışdır. Bununla Zaur guya onunla maşın alveri edəcəyi adı ilə onu aldadaraq 30000 (otuz min) ABŞ dolları pulunu ələ keçirmişdir. O, həmin ərəfələr Zaurdan qazancı nə vaxtda götürəcəkləri ilə bağlı suallar versə də, Zaur hər dəfəsində ondan qısa müddətə möhlət istəyərək və ya digər bəhanələrlə söhbətdən yayınmış, o, Zaurun özü ilə uşaqlıqdan dostluq etmişdir, onun ailəsi Zauru, həmçinin Zaurun ailəsi də onu yaxından tanıdığı üçün o, Zaurun dələduzluq edəcəyinə inanmamış, düşünmüşdür ki, Zaur ondan aldığı pullarla onların işlərini yönəldir və zamanı çatanda o, həmin işlərdən yüksək qazanc əldə edəcəkdir. Bundan başqa, 2019-cu ilin yanvar ayında Zaurla həmsöhbət olduqları zaman Zaur ona Kamal Orucovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Ağentliyinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək vəzifədə işlədiyini və Kamalın ona həmin binada olan mənzillərin tamirini həvalə edəcəyini bildirmişdir. O, X6 sürücüsü işlədiyini bildiyi üçün ona inanmışdır. Zaur ona həmin evləri təmir etməkdə ona şərik olmağı təklif etmiş və işə başlamaq üçün 50000 (əlli min) ABŞ dolları pula ehtiyacının olduğunu demişdir. O, tərəddüd etmədən 50000 (əlli min) ABŞ dolları pulu 2019-cu ilin yanvar ayının ortalarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Sumqayıt filialının qarşısında Zaura vermişdir. Zaur pulu ondan aldıqdan sonra mənzillərin təhvil verilməsini gözləməli olacaqlarını bildirib, yalnız təhvil verildikdən sonra həmin mənzillərin təmirinə başlayacaqlarını demişdir. O, Zaura inandığı üçün Kamal Orucova zəng edib ondan bu barədə heç bir məlumat almamışdır, halbuki həmin vaxt onun Kamal Orucovla telefon əlaqəsi olmuşdur. Artıq 2019-cu ilin ortalarında o, Zaurdan verdiyi pulları geri istəməyə başlamışdır. Çünki ona verdiyi pullardan qazanc əldə etməmiş artıq o da Zaura qarşı müəyyən söhbətlərin yaranmasına səbəb olmuşdur. Lakin Zaurla hər gün görüşdüklərindən, görüş zamanı Zaur işlərin hansı formada inkişaf etdiyindən ona elə danışmışdır ki, onda özünə qarşı olan bütün şübhələri yox etmişdir. Həmin ilin sentyabr ayının əvvəllərində Zaur zəng edib onunla görüşmək istədiyini bildirdiyindən onlar Zaurla elə həmin gün görüşmüşlər. Görüş zamanı Zaur ona Elçin adlı tanışının kriptovalyuta işi ilə məşğul olduğunu və eyni zamanda həmin işdən aylıq olaraq yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Zaura kriptovalyutadan anlayışının olmadığını dedikdə Zaur ona bunun üçün onların biliyinə gərək olmadığını, Elçinə yol verəcəkləri təqdirdə Elçinin özünün bütün işləri aparacağını və onlara da aylıq qazanclarını verəcəyini bildirmişdir. O, Zaurdan Elçinə nə qədər pul verməli olduqlarını soruşduqda, Zaur ona kriptovalyutada yüksək məbləğdə qazanc əldə etmək istəyirlərsə, yüksək məbləğdə də yatırım etməli olduqlarını demiş və ondan 110000 (bir yüz on min) ABŞ dolları pul istəmişdir. O, ilk əvvəl tərəddüd etsə də, Zaur onu arxayın salmışdır ki, həmin pul batmayacaq və əlavə üzərində qazanc da əldə edəcəklər. O, Zaura inadığı üçün həmin ayın sonlarında 110000 (bir yüz on min) ABŞ dolları pulu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında Zaura vermişdir. Bundan sonra Zaur ona üç ay müddətində aylıq 500 (beş yüz) ABŞ dolları pul versə də, sonradan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar işlərin zəiflədiyini bildirib pul verməkdən imtina etmişdir. Beləliklə də 2019-cu ilin sentyabr ayından etibarən Zaur hər dəfəsindən bir bəhanə etməklə onun pullarını qaytarmaqdan yayınmışdır. Zaurla aralarında olan dostluq münasibətlərinə görə, həmçinin onun valideynlərinə görə o, 3 ilə yaxın müddət ərzində ondan şikayət etməyərək gözləmişdir, lakin Zaurun pulları qaytarmaq fikrinin olmadığını gördüyü üçün ondan Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Onun uzun müddət pul vəsaitindən istifadə edən Cavabdeh kifayət qədər faydalanmış, ona 50000 dollar məbləğində həmin dövrlər ərzində ziyan vurmuşdur. Belə ki, hər il üçün qanunvericiliyin tələbinə görə ondan 5% ümumi məbləğdə pul tutularaq verilməlidir. 2019-cu ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə 190000 ABŞ dollar pulun ödəməməsi nəticəsində o, bu müddət üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona olan pul borcunun 4 il 6 ay gecikdirilmiş müddət üçün 38250 ABŞ dolları məbləğində (64096.4 manat) olduğuna görə, 190.000 ABŞ dolları ilə birlikdə borc məbləği 228250 ABŞ dolları borc təşkil edir. Pulu ödəmədiyinə görə o, vəkillə müqavilə bağlamaq məcburiyyətində qalmış və ona görə əlavə 320 manat xərcə düşmüşdür.
6. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(060)-5606/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 190000 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, iddiaçının vəkilə ödədiyi 320 manatın əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 613 manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 83 manatının İddiaçı özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh müəyyən işlər görərək gəlir əldə etmək adı ilə iddiaçı Orxan Həsənovdan ümumilikdə 190.000 ABŞ dolları pul almışdır. Qeyd edilən məbləğdə pulu iddiaçıdan aldığını cavabdeh etiraf edir, lakin həmin puldan hazırda iddiaçıya 50000 ABŞ dolları borcu qaldığını qeyd edir. Məhkəmə cavabdehin etirazına tənqidi yanaşır, belə ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış ********* saylı cinayəti işinin istintaqı zamanı şahid qismində dindirilmiş və hazırkı mülki işdə tərəf olmayan X1 istintaq zamanı qeyd etdikləri ilə Cavabdeh hazırda qeyd etdikləri ziddiyyətli olmaqla yanaşı, sonuncunun cinayət işinin istintaqı zamanı 190000 ABŞ dolları məbləğində İddiaçı borcu olduğunu və həmin borcu qaytaracağını qeyd etməsi də hazırkı mülki iş üzrə verdiyi izahatla tam ziddir. Həmçinin cinayət işinin istintaqı zamanı İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşmə zamanıda Cavabdeh 190.000 ABŞ dolları borcunun olduğunu etiraf edərək, pulu olan kimi həmin məbləği İddiaçı tam qaytaracağını qeyd etmişdir. Cavabdeh iddiaçıdan 190.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir, lakin hazırda 50000 ABŞ dolları borcu olduğunu qeyd etsə də, 140.000 ABŞ dollarını hansı tarixlərdə, hansı şəraitdə qaytarmasına dair hər hansı bir sübut təqdim edə bilmir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 445.7, 1091.1, 1091.2, 1093.1-ci və Mülki Prosessual Məcəllənin 14, 77, 217-ci maddələrinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən, o cümlədən iddiaçının özünün izahatlarından da görünür ki, İddiaçı tərəfindən Cavabdeh pul vəsaitləri borc olaraq verilməmiş, birlikdə gördükləri işlərdən gəlir əldə etmək məqsədi ilə verilmişdir. İddiaçının 2015-2018-ci illərdə ümumilikdə 30.000 ABŞ dollarını, 2018-ci ildə 50.000 ABŞ dollarını, 2019-cu ilin ortalarında da 110.000 ABŞ dollarını Cavabdeh verdiyi, bunun müqabilində hər hansı pul vəsiatinin ona ödənilmədiyi barədə bildirdikləri həqiqətə uyğun görünmür. Belə ki, 30.000 ABŞ dollarını avtomobil alqı-satqısı məqsədi ilə billikdə görülməsi nəzərdə tutulmuş işlərə görə Cavabdeh verdiyini iddiaçının özü də etiraf etdiyi halda, nəzərdə tutulmuş gəlirin ona verilmədiyi halda, bundan 3 il sonra iddiaçının əlavə olaraq 50.000 ABŞ dolları qazanc əldə etmək məqsədi ilə mənzillərin təmiri ilə bağlı yenidən birlikdə görülməsi nəzərdə tutulmuş işlər üçün əvvəl aldığı pulu qaytarmamış Cavabdeh verməsini izah etmək mümkün deyildir. Üstəlik, iddiaçının bildirdiyinə görə ümumilikdə 80.000 ABŞ dollarını birlikdə iş görüb gəlir əldə etmək məqsədi ilə Cavabdeh verdiyi, amma 4 il ərzində hər hansı gəlir əldə edə bilmədiyi və verdiyi pullar belə ona qaytarılmadığı halda, 2019-cu ilin ortalarında iddiaçının bu dəfə 110.000 ABŞ dolları kriptovalyutaların alqı-satqısı məqsədi ilə görüləcək işlər üçün Cavabdeh verməsi onun həqiqəti gizlətdiyini əyani şəkildə sübuta yetirir. Belə ki, hər hansı gəlir əldə edə bilmədiyini və Cavabdeh daha öncə ödədiyi pullar ona qaytarılmadığını bildirdiyi halda, iddiaçının yenidən cavabdehlə birlikdə işlər görərək gəlir əldə etmək istəməsi ona bu məqsədlə 110.000 ABŞ dollarını verməsini onunla izah etmək olar ki, görülən işlərdən iddiaçıya gəlir olaraq müvafiq pul məbləğləri ödənilmiş və o, ziyana uğramamışdır. Yalnız kriptovalyutaların alqı-satqısı əməliyyatları ilə bağlı işlərdə Rusiya-Ukrayna müharibəsinin başlaması səsəbindən obyektiv problemlər yaranmışdır ki, bunun da nəticəsində Cavabdehla birlikdə iddiaçı da ziyana uğrayaraq pul itkisinə məruz qalmışdır. Lakin istər cavabdehin izahatından, istərsə də cinayət işinin istintaqı zamanı şahid qismində cəlb olunmuş X1 ifadələrindən də görünür ki, həmin işlərdən də gəlir əldə edilmiş və bu gəlirin 60.000 ABŞ dolları hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmə bütün bu halları işə baxarkən nəzərə almamış, zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində deyil, obyektiv səbəblərdən yarandığını diqqətə almamış, bu zərərin iddiaçının pul qazanmaq üçün Cavabdehla birlikdə iş görərək gəlir əldə etmək niyyətindən qaynaqlandığını görməzdən gəlmişdir. Hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçını zərərə uğratdığına dair məhkəmənin gəldiyi nəticə əsassız olmaqla yanaşı, yuxarıda qeyd edilmiş maddi hüquq normaları ilə də ziddiyyət təşkil etmişdir. Eyni zamanda, məhkəmə Z.Cahangiroun iddiaçının hesabına əsassız varlandığı qənaətinə gələrkən iddiaçının geri qaytarılmasını tələb etdiyi pulları Cavabdeh borc şəklində deyil, cavabdehin gördüyü, yaxud da gələcəkdə görmək istədiyi işlərə şərik olaraq daxil olmaqla gəlir əldə etmək məqsədi ilə verdiyini nəzərə almamışdır. İddiaçı həmin işlərdən gəlir əldə etdiyinə görə, ardıcıl olaraq Cavabdeh dəfələrlə olmaqla ümumilikdə 190.000 ABŞ dolları məbləğində pul vermişdir. Başqa sözlə desək, iddiaçı Cavabdeh müəyyən işlərin görülüb gəlir əldə edilməsi məqsədi ilə pul verdiyi halda, həmin işlərin iflasa uğraya biləcəyi və nətiədə həmin işə qoyulmuş pul vəsaitlərinin əldən çıxa biləcəyi ehtimalını bilmişdir. Məhkəmənin gedişatında iddiaçının özü də Cavabdeh tərəfindən görülən işlərə görə ona pul verildiyini etiraf etsə də, Cavabdeh iddiaçıdan verdiyi pulların müqabilində gəlir götürüldüyünü, həmin gəlirin çox hissəsinin iddiaçıya verildiyini və iddiaçının verdiyi pulun cəmi 50000 ABŞ dolları hissəsinin ona qaytarılmadığını bildirsə də, məhkəmə bu hallara əhəmiyyət verməmiş, qaytarılmış pulun həcmini müəyyən etməmiş, tamamilə əsassız olaraq Cavabdeh iddiaçının hesabına varlandığı qənaətinə gəlmişdir. Halbuki, Cavabdeh varlandığını sübuta yetirən hər hansı mötəbər dəlil iş materiallarında mövcud deyildir. Buna baxmayaraq məhkəmə iddiaçının hər hansı sübuta söykənməyən ifadələri əsasında Cavabdeh tərəfindən ona ziyan vurulduğu və sonuncunun varlandığı barədə əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi sadalanan maddi hüquq normalarının tələblərinə zidd çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (...) 14.2.7. Əsassız varlanma. (...)
15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
16. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
20. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hisəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hisədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
29. Belə ki, işin araşdırıln halları ilə müəyyən olunur ki, tərəflər arasında yazılı müqavilə olmamış, Cavabdeh müəyyən işlər görərək gəlir əldə etmək adı ilə iddiaçı Orxan Həsənovdan ümumilikdə 190000 ABŞ dolları pul vəsaiti almışdır. Qeyd edilən məbləğdə pulu iddiaçıdan aldığını cavabdeh etiraf edir, lakin həmin puldan hazırda iddiaçıya 50000 ABŞ dolları borcu qaldığını qeyd edir.
30. İş materiallarından (iş v. 117) görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış ********* saylı cinayəti işinin istintaqı zamanı İddiaçı və Cavabdeh arasında aparılmış üzləşmə zamanı Cavabdeh İddiaçı 190.000 ABŞ dolları məbləğində pul vəsaiti almasını etiraf edərək, pulu olan kimi onun Orxanın pulunu qaytaracağını bildirmişdir.
31. Məhkəmə iclasında verdiyi izahatında da Cavabdeh iddiaçıdan ümumilikdə 190.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir, lakin iddiaçıya qaytarmalı olduğu məbləğin 50.000 ABŞ dolları olduğunu bildirir. Lakin 140000 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
32. Məhkəmə iclasında iddiaçı həmin halı inkar etmiş, verdiyi pul vəsaitlərinin qarşılığında cavabdehin gəlir kimi ümumilikdə ona 9000 manat verdiyini bildirmişdir.
33. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
34. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla cavabdehin əməlinin iddiaçı ilə aralarındakı şifahi razılaşmaya və gözlənilən məqsədə uyğun olmadığı müəyyən olunduğundan, pul vəsaitindən məhrum olan iddiaçının həmin pulu tələb etməsi üçün hüquqi əsas vardır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi hüquqi nəticə ilə razılaşsa da, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən ümumilikdə 9000 manat məbləğ də nəzərə alınmalı və iddiaçıya ödənilməli olan məbləğdən çıxılmalıdır.
40. Belə ki, həm pul vəsaitlərinin verildiyi zaman, həm də hazırda 1 ABŞ dollarının manata olan məzənnəsinin 1,70 manat olduğu nəzərə alınaraq 5294,11 ABŞ dolları (9000:1,70) ödənilməli olan 190.000 ABŞ dolları məbləğdən çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 184.705,89 ABŞ dolları (190.000-5294,11) ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Resabublikası manatı ilə tutulmalıdır.
41. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(060)-5606/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 184.705,89 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xerinə tutulmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(060)-5606/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 184.705,89 (bir yüz səksən dörd min yeddi yüz beş dollar səksən doqquz sent) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlnılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.