Məhkəmə qərarları › İş №2(105)-562/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-562/2024

25.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-562/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(067)-41/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu İstisu bələdiyyəsinin sədri Cavabdeh2 Vələmir kəndinin yerquruluşu xəritəsinin surətini məhkəməyə təqdim etməsi, mülkiyyətinə aid ünvan 1i ərazisində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu bağlamaqdan ötrü çəkdiyi daş hasarın cavabdehin hesabına sökülməsi, gediş-gəliş yolunun açılması və onun bu məsələ ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışlar ki, Xaçmaz rayonunun Vələmir kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,1 ha torpaq sahəsinə reyestr nömrəsi **********0, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilib. Daşınmaz əmlakın dövlət reyestrində 349 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınıb. Aralarında bir ev olduğundan onun torpaq sahəsi cavabdehin tikib yaşadığı evə yaxın məsafədə yerləşir. Torpaq sahəsinə gediş-gəliş kimi nəzərdə tutulan kənd yolu cavabdehin evinin yanından keçir. Cavabdeh mişar daşından hasar çəkib yolu tamamilə bağlayıb.Piyada torpaq sahəsinə gedə bilmir. Eləcə də torpaq sahəsində aqrotexniki işlərin görülməsi üçün texnika sürdürə bilmir. Bəzən məcburiyyət qarşısında qalıb qardaşına məxsus evin həyətindən keçib torpaq sahəsinə gedir. Hazırda bu da mümkün deyil. Hümbətə yolun bağlanması ilə irad tutsa da, o, bu hərəkətlərdən əl çəkmir. Yol bağlandığından torpaq sahəsinə gedə bilmədiyindən ona qulluq edə bilmir və istədiyi qədər məhsul götürə bilmir. Əraziyə baxış keçirilmiş, lakin cavabdeh buna məhəl qoymayaraq tikintini davam etdirmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(067)-41/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair iddia tələbinin təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(067)-41/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən Xaçmaz rayonu,Vələmir kəndi ərazisində təyinatı yaşayış məntəqəsi torpaqlarına aid 0,10 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpağa tam mülkiyyət hüququ-AR DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə № ********** ilə qeydə alınmış və müvafiq çıxarışla öz təsdiqini taprmışdır. Lakin sahibliyində olan torpaq sahəsindən təyinatı üzrə tam istifadə edə bilmir. Belə ki, iş üzrə cavabdehlərdən X3 ona məxsus torpaq sahəsi üçün nəzərdə tutulan giriş-çıxış rolunu oynayan yolu bağlayaraq, mişar daşı ilə hasarlamış, eyni zamanda həmin ərazidə özbaşına fərdi ev inşa etmişdir. Nəticədə o, mülkiyyətçi olaraq özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Məsələ ilə bağlı dəfələrlə ara yolu zəbt edən cavabdeh H.Vələmətova, həmçinin iş üzrə digər cavabdeh Xaçmaz rayon İstisu bələdiyyəsinin sədri Cavabdeh2 öz iradlarını bildirsə də, heç bir nəticə hasil olmamışdır. Odur ki, mübahisəni məhkəmə predmetinə çevirmişdir. Lakin işə baxan məhkəmə onun məhkəmə müdafiəsi hüququnu heçə endirmişdir. Belə ki, MPM sübut etmə vəzifəsinin ümumi qaydasını müəyyən edir, yəni bu qaydaya əsasən işə cəlb edilmiş tərəflər tələb və etirazlarını əsaslandıran faktları sübut etməlidirlər. Yuxarıda qeyd etdiyi kimi, o, mülkiyyətçidir və buna dair sənədlərini məhkəməyə təqdim etmişdir, lakin qarşı tərəf olan cavabdeh H.Vələmətov hansı hüquqlara malik olmasına dair məhkəmə qətnaməsində heç bir qeyd yoxdur. Yuxarıda qeyd etdiyi kimi cavabdeh H.Vələmətov özbaşına olaraq ərazi zəbt etmiş, ümumi istifadə olan yolu bağlamışdır. İş üzrə keçirilmiş ekspert rəyinə də tənqidi yanaşır, belə ki ekspert qarşısında qoyulan sualların məzmunu da heç də iş üzrə həqiqətin əldə edilməsinə yönəlməmişdir. Digər tərəfdən iş üzrə cavabdeh kimi cəlb edilən Xaçmaz rayon İstisu bələdiyyəsi də susqunluq göstərərək faktiki olaraq özünün qərəzli mövqeyini göstərmişdir. Belə ki, o, dəfələrlə, bələdiyyə sədrindən kəndin yerqurluşu xəritəsinin surətinin məhkəməyə təqdim edilməsini tələb etsə d,ə heç bir nəticə hasil olmamışdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razı deyillər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Digər cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonunun Vələmir kəndi ərazisində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/248 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsi yeni (TEKUİS) elektron uçot xəritə məlumatlarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmayıb. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilmişdir ki, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsi yeni (TEKUİS) elektron uçot xəritə məlumatlarına əsasən gediş-gəliş yolu X3 tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilmişdir ki, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilməsi aşkar edilmədi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli, xx.xx.2019cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilmişdir ki, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolu, yeni (TEKUİS) elektron uçot xəritə məlumatlarına əsasən cavabdeh X3 tərəfindən istifadə olunmur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirmişdir ki, o, Xaçmaz rayon İstisu qəsəbəsi bələdiyyəsinin sədridir. İddiaçı tərəfindən tikilmiş ev 15 il ondan əvvəl qəsəbənin Vələmir kəndində tikilib. Evin faktiki vəziyyəti xəritədə olduğu kimidir. İddiaçının qardaşının torpaq sahəsindən istifadə etməsi, gedişgəliş yolunun faktiki olaraq tutulması dəqiq müəyyən olunmur. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Salman Abbasov tərəfindən verilmiş mütəxəssis rəyində də qeyd edilmişdir ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.10 ha olan torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilməsi aşkar edilməmiş və qeyd edilən torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə olunmur. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh2 tərəfindən gediş-gəliş yolunun bağlanması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(067)-41/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar