Məhkəmə qərarları › İş №2(105)-569/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-569/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-569/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, şəhidin ailə üzvləri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X11 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(060)-6281/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Ölüm haqqında şəhadətnaməyə əsasən, X18 hərbi əməliyyat nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, bud arteriyası travması səbəbindən xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 02 dekabr 2021-ci il tarixli məktubuna əsasən 25 avqust 2021-ci il tarixində Cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının X4 və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2871 nömrəli Sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən Sərəncamın icrasına başlanılmış və mənzil təminatı həyata keçiriləcək şəxslər üzrə ehtiyaclar müəyyən edilmişdir. Müraciət əsasında X4 və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində müəyyən sayda mənzillər ayrılmışdır. Yuxarıda qeyd edilmiş Sərəncamın icrası çərçivəsində şəhid X10 həyat yoldaşı Cavabdeh1, ailə tərkibi 5 nəfər (özü, 3 qızı və 1 oğlu) olmaqla Sumqayıt şəhər, Bulvar küçəsində üçotaqlı mənzillə təmin olunub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X18 ilə Cavabdeh1 arasında nikah xx.xx.1998-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 115 nömrəli arayışına əsasən, Cavabdeh1 ünvan 1 ünvanında ailə üzvləri olan Cavabdeh3, Cavabdeh2, X15, X12 və X16 ilə birlikdə yaşayır. Doğum haqqında şəhadətnamələrə əsasən, X15 xx.xx.2006-cı ildə, X12 xx.xx.2010-cu ildə, X16 isə xx.xx.2010-cu ildə anadan olmuşdur. Uşaqların atası X18, anası Cavabdeh1dır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Bulvar küçəsi, 2-ci məhəllə, ev blok 3, mənzil 25 (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Bulvar küçəsi , 31B, M 5, m 5) Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt şəhəri, 42ci məhəllə, 15 ünvanda yerləşən 1 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, 08/635 saylı order, Sumqayıt şəhər DTİ MHQ və ŞKİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 48 saylı protokol əsasında iddiaçının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan, vətəndaşın idarəyə xx.xx.2012-ci il tarixli müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeyidyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 4Ə-413 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-1885 bağışlanma müqaviləsi əsasında mənzil üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 17B ünvanda yerləşən mənzil Sumqayıt şəhər ZDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 10/263 saylı order və Sumqayıt şəhər DTİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 14 nömrəli protokol əsasında Kabakova Radionovnanın mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2015-ci il reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X10 adına qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-645 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X9 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında qeydiyyatdadır və faktiki həmin ünvanda tək yaşayır. Həmin mənzil nəvəsi Cəfərova (Salayeva) Rəbiqə Ramiz qızının mülkiyyətindədir. Oğlu polkovnik-leytenant X18 xx.xx.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Ölümündən sonra oğlu X13 “X14” fəxri adı verilmişdir. Oğlunun ölümdən sonra ailə üzvlərinə (arvadı və 4 övladı) yaşadığı 4 otaqlı Sumqayıt şəhəri, 12 mikrorayon, ev 36, mənzil 74-ə görə qalan ipoteka bank krediti borcu dövlət tərəfindən ödənilmiş, mənzilin eyvanında şüşəbənd quraşdırılmış, binanın fasadı rəngləmiş, blokda təmir və həyətdə asfaltlanma işləri aparılmışdır. Bundan başqa şəhidin ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası İpoteka və kredit Zəmanət Fondu tərəfindən ünvan 7 ünvanında üçotaqlı mənzil verilmişdir. Hal-hazırda iddiaçı heç bir şəraiti olmayan ünvan 6 ünvanında acınacaqlı vəziyyətdə yaşayır. Hazırda cavabdehlər iddiaçının şəhidin ailə üzvlərinə verilmiş ünvan 1 ünvanında üçotaqlı mənzildə yaşamağına imkan vermirlər. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(060)-6281/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Abdullayev) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Sumqayıt şəhəri, Bulvar küçəsi 27, Blok 3, mənzil 25 şəhid ailəsinin üzvü kimi Cavabdeh1 5 nəfərdən ibarət ailə tərkibinə əsasən verilmişdir. Onun ailə üzvlərinin sırasında isə iddiaçı mövcud deyildir. Mübahisəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. İddiaçı mübahisəli mənzildə yaşamamışdır və onun həmin mənzildə heç bir əmlakı mövcud deyildir. İddiaçı Cavabdeh1 ailə üzvü deyil və Ailə Məcəlləsinə əsasən ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Həmçinin iddiaçının ayrıca yaşayış yeri vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə maddi norma kimi AR Mülki Məcəlləsinin 228.2,228.5-ci maddəsinə və AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmiş və belə bir qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlərin ailə üzvü olmadığı üçün iddia tələbi təmin edilə bilməz və onun qeyd edilən mənzilə istifadə hüququ yoxdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilmiş güzəştlərin tətbiqi haqqında” Qaydaların 3-cü maddəsinə əsasən şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları bir sıra tədbirləri həyata keçirir və şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar sırasında mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələrinin yaşayış sahəsi ilə birinci növbədə təmin olunması qeyd edilmişdir. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Göründüyü kimi, mənzil növbəsinə götürülmə barədə sərəncamda onun adı olmasa da, o, şəhid ailəsi üzvü kimi oğlu Vətən Müharibəsi X2 ailə üzvü olaraq dövlət tərəfindən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədiilə ayrılmış bu mənzildən istifadə hüququ vardır. Bu mənzil cavabdehlərə yaşamaq üçün həmin mənzilin mülkiyyətçisi olmuş AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən ayrılmışdır. AR Prezidentinin «X4 ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi ilə bağlı qəbul etdiyi Fərmandan sonra Cavabdeh1 mənzili özadına özəlləşdirmişdir. Göründüyü kimi bu mənzili ayıran dövlət təşkilatı onun onlara məxsus olmuş mübahisəli mənzildən istifadə hüququnun olub-olmamasına aydınlıq gətirməli olan dövlət orqanıdır. Lakin məhkəmə həmin dövlət orqanını tərəf kimi cəlb edərək onun da bu məsələyə münasibətini öyrənmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. O, bu məsələ ilə bağlı həmin mənzili vermiş AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd edilən mənzil şəhid, Vətən Müharibəsi X2 mənzil növbəsi üçün müraciət etmiş ailə üzvlərinə ayrılsa da, onun şəhidin digər ailə üzvlərinin-o cümlədən də onun həmin mənzildən yaşayış üçün istifadə etmək hüququ vardır. Lakin məhkəmə bu halı, mənzil mülkiyyətçisinin bu məsələyə münasibətini nəzərə almayaraq hazırkı mübahisəyə qiymət vermişdir. Bu da sonda onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Bənd 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: Bənd 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular. Bənd 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini bölünməz hesab etdiyindən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının X4 və onların ailə üzvlərinin sosialməişət şəraitinin yaxşılaşdırılması haqqında” 2871 nömrəli Sərəncamının icrası çərçivəsində dövlət tərəfindən şəhid X10 ailə üzvlərinə mənzilin ayrılmasının əsas məqsədi şəhid ailəsinin məruz qaldığı maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə dövlət tərəfindən verilən mənzilin hüquqi təyinatı və məqsədi Azərbaycan Respublikasının X14nın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 2.1.5-ci maddəsinin AR Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.12.22-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə hərbi qulluqçuların “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.5-ci, 1.2.6- cı və 2.1.2-ci bəndləri) Göründüyü kimi, şəhid və onun ailə üzvlərinin statusu ilə bağlı məsələləri tənzimləyən qanunvericilik aktlarında valideynlər (ata və ana) şəhidin ailə üzvü hesab olunur. İddiaçı isə şəhid X10 anasıdır. Bundan başqa Sumqayıt Şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 608 nömrəli sərəncamının surətindən görünür ki, şəhid valideyni İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Məhkəmə araşdırması zamanı elektron məhkəmə sistem vasitəsilə İddiaçı adına hər hansı daşınmaz əmlak aşkar edilməmişdir, iddiaçı nəvəsinin mülkiyyətində olan mənzildə yaşayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə köçərək həmin mənzildə normal şəraitdə yaşamaq şəhidin anası kimi iddiaçının da hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 02 dekabr 2021-ci il tarixli məktubunda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X23rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(060)- 6281/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(060)-6281/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Bulvar küçəsi 27, blok 3, bina 31B, mərtəbə 5 ünvanında yerləşən 5 saylı mənzilə istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar