Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-57/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-82/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-82/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış yaşayış evinin paylar üzrə naturada bölünməsi və ümumi mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi, A.Məsimov küçəsində yerləşən 19 saylı evdə İddiaçı 3/6 hissədə payının-evin 6,8 kv.m, 16,6 kv.m, 9,9 kv.m, 27,7 kv.m, 25,4 kv.m, 25,8 kv.m otaqların İddiaçı verilməsi, 25,4 kv.m olan otaqla 25,8 kv.m olan otağın ara divarından qapının açılması, 25,8 k.m olan otaqdan 29,2 kv.m olan otaq arasındakı pəncərənin bağlanması, 25,8 kv.m olan otaqdan 19,7 kv.m olan otaq arasındakı qapının bağlanması qət edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsində yerləşən 19 nömrəli evdə mülkiyyətində olan 3/6 hissədə olan payının naturada ayrılması və cavabdehlərlə münasibətdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, 19 saylı ev mülkiyyət hüququ ilə X5 məxsus olmuş, mülkiyyət hüququ 13.01.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. X2 üç oğlu, üç qızı olmuş, bu şəxslər miras qoyan X2 birinci növbə vərəsələri olmuşlar. X6 vəfat etmişdir. X6 vəfat edənə qədər vəsiyyətnamə qoymamışdır. Miras qoyanın digər birinci növbədə vərəsəsi, yəni arvadı da vəfat etmişdir. Vərəsələr, o cümlədən, Cavabdeh2 2/6 hissədə, o, 3/6 hissədə payları qəbul etmişlər, digər vərəsə Cavabdeh1 1/6 hissədə payı açıq qalmışdır. Həmçinin miras qoyanın digər vərəsələri (qız övladları) özlərinin miras paylarından onların xeyrinə imtina etmişlər. Buna görə də qeyd edilən əmlak üzrə miras payları qeyri bərabər alınmışdır. Qeyd edilən paylar xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində 143 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydə alınmışdır. Birinci növbədə vərəsələrdən Cavabdeh1 miras qalmış qeyd edilən əmlak üzrə miras payını onlara məlum olmayan səbəbdən qəbul etməmiş və 1/6 hissədə olan payı açıq qalmışdır. Özü və digər cavabdehlər miras payı vərəsəlik qaydasında qəbul etməklə, həmin paylar üzrə xüsusi mülkiyyət hüququnu əldə etmişlər. Miras əmlakın idarə edilməsi ilə bağlı aralarında mübahisələr yaranır. Belə mübahisələrin həll edilməsi üçün əmlak payları naturada bölünməlidir. Mülkiyyətində olan hissədə olan yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Mülkiyyətində olan payının naturada müəyyən edilməsi üçün cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Aralarında mübahisənin yaranmasına əsas səbəb də cavabdehlərin naturada öz paylarına uyğun olaraq ümumi mülkiyyəti birgə idarə etməkdən imtina etməsidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin iddianın təmin olunmasından heç bir şikayəti yoxdur, lakin məhkəmə tikinti-texniki ekspertizasının rəyini qanunsuz və ədalətsiz hesab edir. Rəyə əsasən onun vərəsəlik payına düşən 25 kv.metr düzgün qeyd olunmamış, əskik çəkilmişdir. Həmçinin pəncərənin bağlanılması kimi rəy verilmişdir. Pəncərənin bağlanılması isə mümkün deyildir. Belə ki, evdə üç nəfər azyaşlı körpə uşağı vardır. O, evinin qanuni 3/6 hissəsini istəyir. Ona görə də məhkəmədən təkrar məhkəmə ekspertizasının keçirilməsini xahiş edir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və təkrar məhkəmə ekspertizanın təyin olunması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 04 fevral 2013-cü ildə, X1 08 iyun 1985-ci ildə ölmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, 19 saylı evin 2/6 hissəsi X3, 1/6 hissəsi açıq pay Cavabdeh1, 3/6 hissəsi İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində müvafiq olaraq 02.08.2016-cı il və 15.07.2017-ci il tarixlərdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, 19 saylı evə dair 01.07.2017-ci il tarixdə 87 inventar nömrəsi ilə Texniki pasport tərtib olunmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 09 yanvar 2019-cu il tarixli, 23037 saylı rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, A.Məsimov küçəsində yerləşən 19 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu nəzərə alaraq, tədqiq olunan evin tərəflərin payına uyğun üç hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4. bəndlərinin, eləcə də məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Təklif olunan bölgü variantları rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. İş üzrə keçirilmiş əlavə ekspertizanın 30 iyul 2021-ci il tarixli, 10/3228 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində iki mətbəxt və iki sanitar qovşağının mövcud olmasını, tikililərin planlı yerləşməsini, 3/6 paya uyğun yaşayış və yardımçı otaqların mövcüd olmasını nəzərə alaraq həmin evdən İddiaçı 3/6 hissədə payının ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1., 2.2., 2.4 və 2.9-cu bəndlərində göstərilən tələblərə uyğun olaraq texniki cəhətdən mümkündür. Təklif olunan bölgü variantları rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təklif olunan variantda bölgüsü zamanı texniki pasport sənədində 1-ci mərtəbədə 10 saylı tikili kimi qeyd olunmuş tikilinin 8 saylı tikiliyə açılan qapısı bağlanmalı, 10 saylı tikilidən 3 saylı tikiliyə yeni qapı açılmalı, 6 saylı tikili ilə 7 saylı tikili arasında olan qapı bağlanmalı və 6 saylı tikilidən 5 saylı tikiliyə yeni qapı açılmalıdır. Yarımzirzəmi mərtəbəsində sahəsi 66,9 kv.m göstərilmiş tikili ilə sahəsi 56,7 kv.m göstərilmiş tikili arasında qapı bağlanmalıdır. Mansard mərtəbəsində uzunluq boyunca 9,2 metr məsafədən sonra sərhəd hasarı çəkilməlidir. Qeyd olunur ki, bölgü zamanı görülməli olan yenidənqurma işlərin dəyəri istifadə olunacaq inşaat materialların növündən asılı olaraq müəyyən oluna bilər. Mənzillərin, yaşayış evlərin, torpaq sahələrinin qeyri yaşayış binalarının və s. bazar qiymətləri ilə dəyərinin müəyyən olunması xüsusi bilik tələb etmədiyindən, sözügedən fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən olunması ilə bağlı tədqiqat aparılmadı. Azərbaycan Respublikası MM-nın 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cu maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, 19 saylı evin ümumi sahəsi 265,8 kv.metrdir. Həmçinin texniki pasporta əsasən həmin ev yaşayış sahəsi 192,1 kv.metr olan 7 otaqdan ibarətdir, köməkçi sahəsi 73,7 kv.metrdir. Belə olan halda, iddiaçının 3/6 payına 96,05 kv.metr yaşayış, 36,9 kv.metr köməkçi sahə düşür. İş üzrə keçirilmiş əlavə ekspertizanın 30 iyul 2021-ci il tarixli, 10/3228 saylı rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində iki mətbəxt və iki sanitar qovşağının mövcud olmasını, tikililərin planlı yerləşməsini, 3/6 paya uyğun yaşayış və yardımçı otaqların mövcüd olmasını nəzərə alaraq həmin evdən İddiaçı 3/6 hissədə payının ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1., 2.2., 2.4 və 2.9-cu bəndlərində göstərilən tələblərə uyğun olaraq texniki cəhətdən mümkündür. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təklif olunan variantda bölgüsü zamanı texniki pasport sənədində 1-ci mərtəbədə 10 saylı tikili kimi qeyd olunmuş tikilinin 8 saylı tikiliyə açılan qapısı bağlanmalı, 10 saylı tikilidən 3 saylı tikiliyə yeni qapı açılmalı, 6 saylı tikili ilə 7 saylı tikili arasında olan qapı bağlanmalı və 6 saylı tikilidən 5 saylı tikiliyə yeni qapı açılmalıdır. Yarımzirzəmi mərtəbəsində sahəsi 66,9 kv.m göstərilmiş tikili ilə sahəsi 56,7 kv.m göstərilmiş tikili arasında qapı bağlanmalıdır. Mansard mərtəbəsində uzunluq boyunca 9,2 metr məsafədən sonra sərhəd hasarı çəkilməlidir. Qeyd edilən ekspert rəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təklif olunan variantda bölgüsü zamanı texniki pasport sənədində 1-ci mərtəbədə 10 saylı tikili kimi qeyd olunmuş tikilinin 8 saylı tikiliyə açılan qapısı bağlanmalı, 10 saylı tikilidən 3 saylı tikiliyə yeni qapı açılmalı, 6 saylı tikili ilə 7 saylı tikili arasında olan qapı bağlanmalı və 6 saylı tikilidən 5 saylı tikiliyə yeni qapı açılmalı, yarımzirzəmi mərtəbəsində sahəsi 66,9 kv.m göstərilmiş tikili ilə sahəsi 56,7 kv.m göstərilmiş tikili arasında qapı bağlanmalı, mansard mərtəbəsində uzunluq boyunca 9,2 metr məsafədən sonra sərhəd hasarı çəkilməli, həmin işlərin görülməsi İddiaçı həvalə edilməli, qeyd edilən şəkildə ayrılmış yaşayış və qeyri yaşayış sahələri İddiaçı mülkiyyətinə verilsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın 100 manatı İddiaçı, 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-82/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təklif olunan variantda bölgüsü zamanı texniki pasport sənədində 1-ci mərtəbədə 10 saylı tikili kimi qeyd olunmuş tikilinin 8 saylı tikiliyə açılan qapısı bağlansın. 10 saylı tikilidən 3 saylı tikiliyə yeni qapı açılsın, 6 saylı tikili ilə 7 saylı tikili arasında olan qapı bağlansın və 6 saylı tikilidən 5 saylı tikiliyə yeni qapı açılsın, yarımzirzəmi mərtəbəsində sahəsi 66,9 kv.m göstərilmiş tikili ilə sahəsi 56,7 kv.m göstərilmiş tikili arasında qapı bağlansın, mansard mərtəbəsində uzunluq boyunca 9,2 metr məsafədən sonra sərhəd hasarı çəkilsin. Həmin işlərin görülməsi İddiaçı həvalə edilsin. Qeyd edilən şəkildə ayrılmış yaşayış və qeyri yaşayış sahələri İddiaçı mülkiyyətinə verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-57/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-57/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver