Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-572/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsində yerləşən 2 saylı evin 71 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 2 saylı evin 71 saylı mənzilindən 7000 (yeddi min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh5, X8, X10, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 otaqlı, yaşayış sahəsi 77,36, köməkçi sahəsi 26,41 kv.m- dən ibarət olan 2 saylı evin 71 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixdə 14 №-li reyestr kitabında 43-cü səhifədə 34502 reyestr nömrəsi ilə qeydə alınmışdır. Belə ki, sözügedən mənzil order əsasında mərhum X1na məxsus olmuşdur. X1 2004-cü ildə vəfat etdikdən sonra mənzilə dair Qeydiyyat Vəsiqəsi iddiaçının adına qeydə alınmışdır. Mənzilə dair qeydiyyat vəsiqəsi iddiaçının adına rəsmiləşdirilərkən cavabdehlər notariat qaydasında razılıq ərizələri vermişlər. Qeyd etmək istəyir ki, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 2, mənzil 71-də qeydiyyatdadırlar. Xüsusi mülkiyyətində olan mənzildə cavabdehlərin qeydiyyatı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsində yerləşən 5 otaqlı mənzilin xüsusi mülkiyyətçisi iddiaçı olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehlərin də razılığı tələb olunur, bu da iddiaçının xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur. Göstərilənlərə əsasən onun iddia tələbi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsində yerləşən 2 saylı evin 71 nömrəli mənzilindən 7000 (yeddi min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh5, X8, X10, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının qeyd etdiyi hallardan da görünür ki, Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 otaqlı, yaşayış sahəsi 77,36, köməkçi sahəsi 26,41 kv.m-dən ibarət olan 2 saylı evin 71 nömrəli mənzil mərhum X3 order əsasında verilmiş, 2004-cü ildə Qismət İsabalayev vəfat etdikdən sonra mənzilə dair Qeydiyyat Vəsiqəsi digər ailə üzvlərinin notarial razılıq ərizəsi alınmaqla iddiaçının adına qeydə alınmışdır. Əslində isə bu hal tam fərqli olaraq yeniyetmə övlada – Cavabdeh2 izah edilmədən, xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhəri İcra Hakimiyyətinin H.Z.Tağıyev qəsəbəsi İcra Nümayəndəliyində təsdiq edilmiş Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 otaqlı, 2 saylı evin 71 nömrəli mənzilin ilkin sənədləşməsi zamanı Qismətli Rami löz payından imtina edərək mənzilin anasının adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizəsi alınmışdır. Sumqayıt şəhəri İcra Hakimiyyətinin H.Z.Tağıyev qəsəbəsi İcra Nümayəndəliyinin səlahiyyəti olmadığı halda belə bir ərizəni təsdiq etmiş və bu ərizə əsasında mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 İddiaçı ailə üzvü olmaqla, mübahisəli mənzildə yaşayır və başqa yaşayış yeri yoxdur. Məhkəmə işi tam, hərtərəfli araşdırmadan işə baxıb iddianın təmin edilməsi barədə yekun qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiyası məhkəməsində məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinə verilən sorğunun cavabından məlum oldu ki, guya Cavabdeh2 mübahisələndirilən mənzilin anasının adına rəsmiləşdirilməsi məqsədilə xx.xx.2005-ci il tarixdə 163 nömrəli razılıq ərizəsi verərək həmin mənzildə öz payından imtina edərək mənzilin anasının adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Cavabdeh2 isə belə bir ərizəyə imza etmədiyini və ümumiyyətlə belə halın olmasını xatırlamadığını bildirdi. Bu səbəbdən də hazırda Cavabdeh2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq Sumqayıt şəhəri İcra Hakimiyyətinin H.Z.Tağıyev qəsəbəsi icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 163 nömrəli Qismətli (İsabalayev) Ramil Qismət oğlunun razılıq ərizəsinin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 2 saylı evin 71 saylı mənzilinə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia üzrə mülki iş hazırda icraatdadır. Bundan başqa mənzil ailəyə verilmiş mənzildir. Cavabdehin həmin mənzilə pay hüququ var. Pay hüququndan imtinaya dair ərizə onun tərəfindən verilməyib. Mənzilin iddiaçının adına tam pay hüququ ilə rəsmiləşdirilməsinin özü qanunsuzdur. O cavabdehləri evdən çıxara bilməz. Bu formada iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırki iş üzrə iddianın əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddənin dispozitiv şərti budur ki, şəxs mülkiyyətçi olmalı və istifadə hüququna malik olmalıdır. Mənzil iddiaçının xüsusi mülkiyyətidir. Cavabdehlərin isə həmin mənzilə istifadə hüququ var. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Şəxsin xüsusi mülkiyyətində olan əmlaka münasibətdə kompensasiya verməklə digər şəxslərin istifadə hüququna xitam verilməsini tələb etmək hüququ var. Bu hüquq hər hansı şərtlə məhdudlaşdırılmayıb. Kompensasiya məbləği evin qiymətinə uyğun müəyyənləşdirilməməlidir. Bu zaman istifadə hüququna xitam verilməsi nəzərdə tutulan şəxsin müəyyən müddət eyni şəraitli mənzildə kirayə yaşaya bilməsinə kifayət edəcək haqq istifadəçiyə verilir. İş üzrə birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış və qanuni qətnamə qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi Nümayəndə bildirdi ki, qətnamədən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilməsə də, o da birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Cavabdeh onun qızıdır, digər Cavabdeh2 ilə ailəlidir və 8 ildir ki, həmin evdə yaşayır. İddiaçıya, onun qızlarına xidmət edir. İddia tələbi ilə razı deyildir, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş edir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş iş materiallarını, iddia ərizəsini, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bu Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Eyni Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd olunur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. İddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçı bir neçə cavabdehə qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işin məhkəmə icraatı zamanı bir neçə dəfə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim etmiş, lakin hazırkı mübahisənin qanuni və əsaslı həllinə xidmət edəcək formada tələbi dəqiqləşdirməmişdir. Belə ki, iddiaçı mübahisəli mənzildən 6 nəfər cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmiş, kompensasiya məbləğini ümumi şəkildə 7 min manat qeyd etmişdir. Lakin sözegedən məbləğin cavabdehlər arasında hansı formada bölüşdürülməsi müəyyən edilməmişdir. İşdən müəyyən olunduğu kimi qeyd olunan 6 nəfər cavabdeh hamısı bir ailə üzvü deyillər. Belə olan halda qeyd olunan formada iddianın təmin edilməsi kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi barədə qanunvericiliyin məqsədinə uyğun olmayacaqdır. Eləcə də bu əsasla iddianın rədd edilməsi mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384.0.5 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(060)-4385/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-572/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-572/2023
14.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver