Məhkəmə qərarları › İş №2(105)-572/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-572/2025

19.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-572/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh2 və “X2” publik hüquqi şəxsə qarşı torpaq müsabiqəsinin nəticələrinin və torpaq üzərində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh2 və “X2” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid edilmiş 2046 kvadrat metr torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2” publik hüquqi şəxsin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komisssiyası tərəfindən keçirilmiş 02 iyun 2022-ci il tarixli torpaq müsabiqəsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, “X2” publik hüquqi şəxsin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komisssiyası tərəfindən keçirilmiş torpaq müsabiqəsinin nəticələri barədə 02 iyun 2022-ci il tarixli iclasının 192/1 nömrəli protokolunun və torpaq müsabiqəsinin qalibi kimi Cavabdeh2 adına verilmiş Seriya HTM 001078 nömrəli Şəhadətnamənin etibarsız sayılması, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 9 iyun 2022-ci il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 2046 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsmışdır. Birinci instansiya gəldiyi nəticəni olnunla əsaslandırmışdır ki, cavabdeh “X2” publik hüquqi şəxsin ünvanı Bakı şəhəri olmasına baxmayaraq iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə aidiyyət qaydalarının pozulması ilə bərabər, qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. İddiaçı ərizəsində tələbə cavab verən cavabdehlərə münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı tələbinin nədən ibarət olması qeyd olunmamış, tələbə cavab verən şəxslərə münasibətdə, onların rəsmi qaydada qeydiyyatda olduqları ünvan Bakı şəhəri (Nərimanov rayonu) olmasına baxmayaraq, yalnız sonuncu tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 2 saylı Sumqayıt Ərazi İdarəsinin yerləşdiyi yer” üzrə formal olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunması qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əsassızdır. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tələb irəli sürərəkən ərizənin forma və məzmun tələblərinə cavab verməyən, bir-birinə aid olmayan tələbləri bir icraatda birləşdirməklə məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericiliyin tələbinə uyğun olmamaqla, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddiaçı Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən çıxarılmış 07 fevral 2025-ci il tarixli qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər əsassız şəkildə geri qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi). Digər tərəfdən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır (MPMin 169.1-ci maddəsi). Qanunvericilikdə müəyyən edilən bu fərqli prosessual qaydalar, mahiyyəti üzrə yaxın tələbləri birləşdirmək və ya müxtəlif səbəblərdən, o cümlədən bir yurisdiksiya daxilində baxıla bilməyən tələbləri ayıraraq fərqli icraatda baxılmasını nəzərdə tutur. Beləliklə, işdə olan sənədlərdən də görünür ki, hazırki mübahisə üzrə irəli sürülən və bir icraatda birləşdirilən tələblər bir-biri ilə əlaqəlidir və bir predmetlə bağlıdır. Mübahisəli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair “X2” publik hüquqi şəxsin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komisssiyası tərəfindən keçirilmiş müsabiqəsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komisssiyası tərəfindən keçirilmiş torpaq müsabiqəsinin nəticələri barədə 02 iyun 2022-ci il tarixli iclasının 192/1 nömrəli protololunun və torpaq müsabiqəsinin qalibi kimi Cavabdeh2 adına verilmiş Seriya HTM 001078 nömrəli Şəhadətnamənin etibarsız sayılması, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 9 iyun 2022-ci il tarixli,AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, Çerkassı küçəsi,464 ünvanında yerləşən 2046 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbləri bir-biri ilə əlaqəli olduğu üçün bir iddia ərizəsində birləşdirilmişdir. Belə ki, torpaq müsabiqəsinin nəticələri və müsabiqəsnin qalibinə verilmiş sənədləri mübahisələndirilərkən cavabdeh qismində yalnız “X2” publik hüquqi şəxsi deyil, həm də həmin müsabiqənin qalibi olmuş Cavabdeh2 da cəlb edilməlidir. Torpaq müsabiqəsinin nəticələri mübahisələndirilərkən, eyni zamanda həmin müsabiqənini qalibi ilə Sumqayıt Bələdiyyəsi arasında torpağın alqı-satqısına dair notarial qaydada bağlanılmş müqavilə və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq da mübahisələndirilməlidir ki, bu tələblərin də hamısının bir-biri ilə əlaqəli olduğu, bir predmetlə bağlı olduğu və məhkəmə qənaətinə nail olmaq üçün bir iddia ərizəsində bir icraatda birləşdirilməli olmasının zəruriliyi aşkardır. Cavabdeh qismində iddia ərizəsində göstərilmiş şəxslərdən ikisinin ünvanı Sumqayıt şəhəri olduğundan və bir neçə cavabdehin cəlb olunduğu işlərdə iddia tələbinin cavabdehlərdən birinin ünvanı üzrə məhkəməyə verilməsi hüququ iddiaçıya aid olduğundan, hesab edir ki, məhkəmənin iddia tələbinə mütləq şəkildə “X2” publik hüquqi şəxsin hüquqi ünvanı üzrə Bakı şəhərində yerləşən məhkəmədə baxılmasına dair gəldiyi nəticə tamamilə yanlışdır və hüquqi cəhətdən əsassızdır. Hal-hazırki işdə bütün bu hallar nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad çıxarılarkən Sumqayıt Bələdiyyəsinin hüququnun aşkar pozuntusuna yol verilmişdir. Hesab edirik ki, məhkəmənin sözügedən qərardadı istinad olunan səbəblərə görə qanunsuz və əsassız olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən hazırki məhkəmə işi ilə bağlı gəlinmiş nəticə sadalanan prosessual hüquq normaları ilə ziddiyyət təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmçinin, sözügedən Mülki-Prosessual Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Beləliklə, işdə olan sənədlərdən də görünür ki, hazırki mübahisə üzrə irəli sürülən və bir icraatda birləşdirilən tələblər bir-biri ilə əlaqəlidir və bu səbəbdən bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 149.2.3-ü maddəsinə əsasən idianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “X2” X4rşı ünvan 1 ünvanında yerləşən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid edilmiş 2046 kvadrat metr torpaq sahəsinin mülkiyyətə verilməsinə dair keçirilmiş 02 iyun 2022-ci il tarixli torpaq müsabiqəsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, 02 iyun 2022-ci il tarixli iclasının 192/1 nömrəli protokolunun və torpaq müsabiqəsinin qalibi kimi Cavabdeh2 adına verilmiş Seriya HTM 001078 nömrəli Şəhadətnamənin etibarsız sayılması, Cavabdeh2 qarşı Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 09 iyun 2022-ci il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı isə ünvan 1 ünvanında yerləşən 2046 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbi qoyulmuşdur. Göründüyü kimi hər bir cavabdehə qarşı qoyulmuş tələb aydın şəkildə qeyd edilmişdir. Bundan başqa cavabdehlərdən “X2” publik hüquqi şəxsin ünvanı Bakı şəhəri olsa da digər cavabdehlər Cavabdeh2 qeydiyyat ünvanı ünvan 9 Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hüquqi ünvanı isə Sumqayət şəhəri, Koroğlu prospekti, 42ci məhəllədir. Belə olduğu halda isə Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməsi müəyyən olunur ki, bununla da iddiaçı məhkəmə ərazi aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müaciət etmiş hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələblərin bir-biri ilə əlaqəli olmaması ilə bağlı gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd edir ki, iddiaçı ilk əvvəl “X2” publik hüquqi şəxsi tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair keçirilmiş 02 iyun 2022-ci il tarixli torpaq müsabiqəsinin etibarsız hesab edilməsi, bundan sonra 02 iyun 2022-ci il tarixli iclasının 192/1 nömrəli protokolunun və torpaq müsabiqəsinin qalibi kimi Cavabdeh2 adına verilmiş Seriya HTM 001078 nömrəli Şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Cavabdeh2la bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, bundan sonra isə həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin həmin şəxsin adına dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini tələb etmişdir ki, bu tələblərin bir-biri ilə əlaqəli olması aydın şəkildə görünməkdədir. Belə ki, tələblər bir-birindən doğan təlləblər olmaqla, eyni obyektlə bağlıdır. Buna görə də Mülki Prosessual Məcəllənin 149.3-cü maddəinə əsasən qeyd olunan tələbləri bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Buna görə də şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-1933/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar