Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-576/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Elman Məmməd oğlu Əhmədov və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Ələm oğlunun cavabdeh X1 (hazırda Cavabdeh) qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqlarının və zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) cavabdeh X4 (hazırda Cavabdeh) oğlunun xx xxxxxxx 2014-cü il tarixli 2(27)-516/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü sayılaraq bərpa edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(027)-516/2014 saylı qətnaməsi ilə İddiaçı Ələm oğlu cavabdeh X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqlarının və zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İş üzrə cavabdeh N.E.Musayev (hazırda Cavabdeh) göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, övladının xəstəliyi ilə əlaqədar başı qarışıq olmuş, bu sədədbən qətnaməni xx xxxxxxx 2020-ci il tarixdə almış, ona görə də qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı P.Ə.Hacıyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, 6 ildir ki, cavabdeh tərəfindən ona borclu olduğu pulun ödənilməsi üçün icra və probasiya şöbəsində mübarizə aparır. Cavabdeh borclu olduğu pulu ödəmək istəmir və həmişə müxtəlif bəhanələr ilə pulu ödəməkdən boyun qaçırır. Məhkəmə heç bir əsas olmadan cavabdehə gələcəkdə heç bir nəticəsi olmayan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış 6 il müddəti bərpa etmiş və bununla da, bir çox qanun pozuntularına yol vermişdir. Bundan başqa Quba rayon İcra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli təqdimatı ilə cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş icra məmuru vəzifəsini müvəqqəti icra edən, baş ədliyyə müşavirinə müraciət edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayətin dəlillərini qəbul etmədi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı P.Ə.Hacıyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2014-ci il tarixli 2(027)-516/2014 saylı qətnaməsi cavabdeh N.E.Musayevə (hazırda Cavabdeh) xx xxxxxx 2015-ci il tarixdə göndərilsə də, cavabdehin həmin qətnamənin o tarixlərdə rəsmi qaydada alması barədə mülki işə sənəd əlavə edilməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(027)-516/2014 saylı qətnaməsini rəsmi surətdə xx xxxxxxx 2020-ci il tarixdə almışdır. Bundan sonra cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətinin üzürlü sayılmasını düzgün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı Ələm oğlunun şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(027)-516/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-576/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-576/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver